Pakistan Xankəndi sammitinə görə Azərbaycana təşəkkür etdi .....                        33 yaşlı qadın doğuş zamanı öldü .....                        Erməni hərbçilər minaya düşdülər .....                        Nəriman Cəlilov Ərdoğanın qəbulunda .....                        Konstitusiya Məhkəməsi mühüm qərar qəbul etdi .....                        Vardanyan növbəti dəfə hakim qarşısında .....                        Səfirliyimizə hücum edən erməninin cəzası ağırlaşdırıldı .....                        Makronun arvadı onu yenidən alçaltdı .....                        Bu qaydalar təsdiqləndi .....                       
25-08-2022, 00:06
Zelenski BMT-nin iclasında çıxış etdi


Zelenski BMT-nin iclasında çıxış etdi

Ukrayna Prezidenti Volodimir Zelenski BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edib. Bu barədə UNIAN agentliyi məlumat yayıb. Dövlət başçısı deyib ki, Rusiya Avropada yoxsulluq yaratmaq üçün elektrik enerjisinin qiymətini qəsdən qaldırır. Zelenski, həmçinin bildirib ki, Ukrayna BMT-nin baş katibi Antonio Quterreşin 2023-cü ildə Gələcək Sammitinin keçirilməsi təşəbbüsünü dəstəkləyir. Bundan əvvəl Rusiya Zelenskinin BMT iclasında çıxış etməsinə qarşı səs vermişdi.
24-08-2022, 23:25
Mirzoyan fransalı həmkarı ilə Laçın dəhlizinə alternativ yolu müzakirə etdi


Mirzoyan fransalı həmkarı ilə Laçın dəhlizinə alternativ yolu müzakirə etdi

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan fransalı həmkarı Katerin Kolonna ilə telefon danışığı aparıb. Bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb. Tərəflər Qarabağdakı vəziyyəti və Ermənistanla Azərbaycan arasında son gərginliyi müzakirə ediblər. Kolonno bildirib ki, Fransa vəziyyətlə bağlı baş verənləri böyük diqqətlə izləyir, bunu avqustun 4-də Prezident Emanuel Makronla Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı da göstərir. "O, bu münaqişə ilə bağlı və ondan irəli gələn bütün məsələlərin danışıqlar yolu ilə həll edilməsinə çağırıb. Nazir, həmçinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannaməyə əsasən, Qarabağ və Ermənistan arasında kommunikasiyaların saxlanılması üçün Laçın dəhlizinə paralel yeni marşrut üzrə tərəflər arasında razılığın əldə olunmasını arzuladığını bildirib", - deyə məlumatda bildirilir.
24-08-2022, 23:22
Britaniya Ukraynaya 2000 ədəd PUA verəcək


Britaniya Ukraynaya 2000 ədəd PUA verəcək

Böyük Britaniya Ukraynaya 63.5 milyon dollar məbləğində hərbi yardım ayırıb. Bu barədə Britaniya hökumətinin mətbuat xidməti məlumat yayıb. Paketə 2000 ədəd müşahidə tipli pilotsuz uçuş aparatları (PUA) daxildir. Hərbi yardımda tank əleyhinə sursatlar da mövcuddur. "PUA-lar Ukrayna ordusunun işğalçı Rusiya qüvvələrini daha yaxşı izləməsinə və hədəf almasına imkan verəcək", - deyə açıqlamada bildirilir. Consonun ofisi qeyd edib ki, Britaniya yeni hərbi yardım paketi çərçivəsində Ukrayna ordusuna 850 ədəd "Black Hornet" nano ölçülü PUA-lar verəcək. Bu sistemlər xüsusi olaraq şəhər və kəndlərdə istifadə üçün nəzərdə tutulub və yaxınlaşan düşmən qüvvələrini aşkar etməyə imkan verir. Qeyd edək ki, Britaniyanın Baş naziri Boris Conson bu gün yenidən Kiyevə səfər edib.
24-08-2022, 22:44
Meşə yanğınları Moskvaya yaxınlaşır


Meşə yanğınları Moskvaya yaxınlaşır

Rusiyanın Ryazan vilayətində meşə yanğınlarının sahəsi genişlənərək 11,7 min hektara çatıb. Butov.az xəbər verir ki, yanğın artıq Moskva vilayətinə yaxınlaşır. Vladimir vilayətinin qubernatoru Yevgeni Malşevin sözlərinə görə, alov Moskva vilayətinin Şaturski rayonuna doğru irəliləyir. Yanğının söndürülməsində yanğınsöndürənlərlə yanaşı, paraşütçülər də iştirak edirlər. Qeyd edək ki, avqustun 24-də Rusiya Prezidenti Vladimir Putin ölkədə meşə yanğınlarının artması ilə əlaqədar müşavirə keçirib. Regionda fövqəladə vəziyyət rejimi elan olunub.
24-08-2022, 22:37
Zelenski istefa verməyə hazır imiş


Zelenski istefa verməyə hazır imiş

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə döyüşlərin dayandırılmasına kömək edəcəyi təqdirdə hələ fevral ayında istefa verməyə razılaşıbmış. Butov.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” Qərb rəsmilərinin sözlərinə istinadən yazıb. “Mən hakimiyyəti əlimdə saxlamağa çalışmıram. Əgər yeganə məsələ mənim getməyimdirsə və bu, qan tökülməsini dayandıracaqsa, istefa verə bilərəm. Lap elə indi gedərəm. Mən siyasətə bu səbəbdən gəlməmişəm və siz dediyiniz zaman müharibə dayanacaqsa, mən gedəcəm”, – Zelenski fevralda Qərb rəsmilərinə deyib.
24-08-2022, 22:27
Putin meşə yanğınlarına görə müşavirə keçirdi


Putin meşə yanğınlarına görə müşavirə keçirdi

Rusiya Prezidenti Vladimir Putin müşavirə keçirib. Butov.az xəbər verir ki, müşavirə ölkədə davam edən meşə yanğınlarına həsr olunub. Rusiya lideri son vaxtlar müşahidə olunan anomal isti hava şəraitinin yanğınlara səbəb olduğunu deyib. O bildirib ki, yanğınlara qarşı mübarizə çətin prosesdir. "Meşə yanğınları ilə mübarizə genişmiqyaslı resursların cəlb edilməsini tələb edir”, - deyə Putin müvafiq qurumlara yanğınların qarşısının alınması üçün ciddi tədbirlər görməyi tapşırıb. Qeyd edək ki, Rusiyanın 26 regionunda meşə yanğınları davam edir.
24-08-2022, 22:17
Şoyqu müdafiə nazirlərini Moskvaya dəvət etdi


Şoyqu müdafiə nazirlərini Moskvaya dəvət etdi

Rusiyanın müdafiə naziri Sergey Şoyqu təhlükəsizlik məsələlərini müzakirə etmək üçün dekabrda Moskvada Şanxay Əməkdaşlıq Təşkilatına və MDB-yə üzv dövlətlərin, habelə digər dost ölkələrin müdafiə nazirlərinin görüşünün keçirilməsini təklif edib. Butov.az xəbər verir ki, Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin müdafiə nazirlərinin iclasında çıxışı zamanı deyib: "Avqustun 16-da beynəlxalq təhlükəsizlik üzrə onuncu Moskva konfransı keçirildi, konfransda bu sahədəki vəziyyətin ətraflı təhlili aparıldı. Mən müəyyən edilmiş problemlərin müzakirəsini davam etdirməyi və bu ilin dekabrında Moskvada birgə iclas keçirməyi təklif edirəm. İclasa Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin, MDB üzvlərinin, eləcə də digər dost ölkələrin müdafiə nazirlərini dəvət edirəm”. Rusiyanın müdafiə naziri deyib ki, Ukraynada bioloji silahların komponentlərinin hazırlandığı ABŞ-ın hərbi proqramı Şanxay Əməkdaşlıq Təşkilatı ölkələri üçün birbaşa təhlükə yaradır. "Xüsusi əməliyyat zamanı aşkar edilmiş Amerika hərbi bioloji proqramının Ukraynada həyata keçirilməsinə dair faktları xüsusilə qeyd etmək istərdim. Bizim dərc etdiyimiz sənədlər Pentaqonun Ukraynanın 30-dan çox bioloji laboratoriyasını maliyyələşdirdiyini təsdiqləyir. ABŞ-dan olan mütəxəssislərin iştirakı və rəhbərliyi ilə gizli şəkildə yüksək riskli tədqiqatlar aparılıb”.
24-08-2022, 22:14
Ermənistanda ehtiyatda olan hərbçilər təlimlərə çağırılır


Ermənistanda ehtiyatda olan hərbçilər təlimlərə çağırılır

Sentyabrın 15-dən dekabrın 15-dək Ermənistandakı ehtiyatda olan hərbçilər toplanışa çağırılacaq. Butov.az xəbər verir ki, müvafiq qərar avqustun 24-də Ermənistan hökumətinin iclasında qəbul edilib. Təlimin məqsədləri, tərkibi, ümumi sayı və ixtisaslar müəyyən edilir. Təlimlərə 98-i zabit olmaqla 318-dək vətəndaş cəlb olunacaq.
24-08-2022, 22:01
Putin Paşinyanla Qarabağı müzakirə etdi


Putin Paşinyanla Qarabağı müzakirə etdi

Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Butov.az xəbər verir ki, dövlət başçıları Qarabağ ətrafındakı vəziyyəti müzakirə ediblər. Kremldən bildirilib ki, tərəflər Rusiya sülhməramlılarının regionda sabitliyin təmin edilməsindəki rolunu qeyd ediblər. Söhbətin Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutduğu qeyd edilir. "Dağlıq Qarabağ ətrafındakı vəziyyətin müzakirəsi davam etdirilib. Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin ardıcıl icrasının vacibliyi təsdiqlənib. Eyni zamanda, Rusiya sülhməramlı kontingentinin regionda sabitliyin təmin edilməsində rolu qeyd edilib”, - deyə Kremlin rəsmi məlumatında bildirilib. Danışıq zamanı Rusiya ilə Ermənistan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının bəzi aktual məsələlərinə də toxunulub. Ermənistanın baş naziri ilə Rusiya prezidenti arasında sonuncu söhbət avqustun 8-də olmuşdu. O zaman iki ölkə lideri Qarabağ ətrafında vəziyyətin inkişafı, o cümlədən Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin təmin edilməsi məsələlərini müzakirə etmişdilər.
24-08-2022, 21:43
Putinin “qardaşı” Ukraynanı təbrik etdi


Putinin “qardaşı” Ukraynanı təbrik etdi

Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynanı Müstəqillik Günü münasibətilə təbrik edib. Butov.az xəbər verir ki, Lukaşenko ukraynalılara dinc həyat, tolerantlıq, cəsarət və güc arzulayıb. "Əminik ki, bugünkü ziddiyyətlər iki ölkə xalqları arasında çoxəsrlik səmimi mehriban qonşuluq münasibətlərinin təməlini məhv edə bilməyəcək. Belarus harmoniyanın qorunub saxlanması, bütün səviyyələrdə mehriban və hörmətli əlaqələrin inkişaf etdirilməsi tərəfdarı olmaqda davam edəcək”- təbrikdə deyilir. Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynanın Rusiya tərəfindən işğalına açıq-aşkar dəstək nümayiş etdirir. O, mətbuata açıqlamalarında Rusiyaya dəstəyini heç vaxt gizlətmir, əksinə Rusiya Prezidenti Vladimir Putini özünün böyük qardaşı adlandırır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!