Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                       
22-02-2023, 16:23
Putin Çinin baş diplomatıyla bir sıra məsələləri müzakirə etdi


Putin Çinin baş diplomatıyla bir sıra məsələləri müzakirə etdi

Rusiya Prezidenti Vladimir Putin Çinin baş diplomatı Vanq Yi ilə görüşüb. Bu barədə Kremlin mətbuat xidməti məluamt yayıb. Görüş zamanı Vanq Yi Rusiya-Çin münasibətlərinin Qərbin təzyiqlərinə tab gətirdiyini və durmadan inkişaf etdiyini bildirib. Putin Çin lideri Si Cinpinin Moskvada gözlədiyini deyib. "Rusiya Federasiyası ilə Çin arasındakı münasibətlər üçüncü ölkələrə qarşı yönəlməyib", - deyə çinli diplomat bildirib. Putinin sözlərinə görə, Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 2024-cü ilə qədər 200 milyard dollara çatacaq. 2022-ci ilin sonunda dövriyyə 190 milyard dollar təşkil edib.
22-02-2023, 16:12
Ərdoğan yeni ayda seçkilərin tarixini açıqlayacaq


Ərdoğan yeni ayda seçkilərin tarixini açıqlayacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 10-da ölkədə seçkilərin keçirilməsi ilə bağlı qərarını açıqlayacaq. Bunu eksklüziv açıqlamasında Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, deputat Şamil Ayrım bildirib. “Hesab edirəm ki, Türkiyədə prezident seçkiləri əvvəlcədən açıqladığımız tarixdə baş tutacaq. Biz AKP olaraq seçkilərin keçirilməsinin tərəfdarıyıq. Qismət olarsa, seçkilərin həmin vaxtda keçirilməsini dəstəkləyirik”,- deyə deputat bildirib. Qeyd edək ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident və parlament seçkilərinin mayın 14-də keçiriləcəyini açıqlamışdı. Lakin ölkədə baş verən dağıdıcı zəlzələdən sonra seçkilərin təxirə salınması məsələsi gündəmə gətirilib. Bəzi siyasətçilər seçkilərin gələn ilə qədər ertələnməsini təklif etsə də, bu, müxalifət tərəfindən etirazla qarşılanıb. Müxalif düşərgə parlament və prezident seçkilərinin əvvəlcədən nəzərdə tutulduğu kimi iyunun 18-də keçirilməsini istəyir.
22-02-2023, 12:46
ABŞ Ukraynaya yeni funksiyalara sahib bombalar verəcək


ABŞ Ukraynaya yeni funksiyalara sahib bombalar verəcək

ABŞ Ukraynaya 72 kilometrə qədər uzaqmənzilli və yüksəkdəqiqlikli bombalar verəcək. Bu barədə "Bloomberg" yazıb. Nəşrin məlumatına görə, söhbət "Jdam-ER"lərdən gedir. Onların çəkisi 220-900 kiloqram arasında dəyişir. Bu vasitə ilə digər bombalar da idarə olunan hərbi sursata çevrilə bilər. "Belə bir bomba atıldıqdan sonra qanadlarını genişləndirir, bu da uçuş məsafəsini üç dəfə artırır", - deyə qeyd olunub. Pentaqon tədarük barədə rəsmi elan verməsə də, "Bloomberg"in məlumatına görə, ABŞ və Ukrayna bu barədə razılığa gəliblər.
22-02-2023, 01:49
Gələn il NATO-nun sammiti ABŞ-da keçiriləcək - Bayden


Gələn il NATO-nun sammiti ABŞ-da keçiriləcək - Bayden

2024-cü ildə NATO sammiti ABŞ-da keçiriləcək. Bu barədə ABŞ Prezidenti Co Bayden Varşavada çıxışı zamanı məlumat verib. O qeyd edib ki, ABŞ tərəfdaşları ilə birlikdə Ukraynanı müdafiə etməyə davam edəcək. Bayden, həmçinin bildirib ki, gələn il NATO-nun bütün üzvlərini ABŞ-da keçiriləcək sammitdə qəbul edəcək. "Biz birlikdə dünya tarixinin ən güclü müdafiə ittifaqının 75 illiyini qeyd edəcəyik”, - ABŞ lideri deyib.
22-02-2023, 00:39
Gələn il NATO-nun sammiti ABŞ-da keçiriləcək - Bayden


Gələn il NATO-nun sammiti ABŞ-da keçiriləcək - Bayden

2024-cü ildə NATO sammiti ABŞ-da keçiriləcək. Bu barədə ABŞ Prezidenti Co Bayden Varşavada çıxışı zamanı məlumat verib. O qeyd edib ki, ABŞ tərəfdaşları ilə birlikdə Ukraynanı müdafiə etməyə davam edəcək. Bayden, həmçinin bildirib ki, gələn il NATO-nun bütün üzvlərini ABŞ-da keçiriləcək sammitdə qəbul edəcək. "Biz birlikdə dünya tarixinin ən güclü müdafiə ittifaqının 75 illiyini qeyd edəcəyik”, - ABŞ lideri deyib.
22-02-2023, 00:35
Putin nüvə sazişinin ləğviylə bağlı qanun layihəsini Dumaya təqdim edib


Putin nüvə sazişinin ləğviylə bağlı qanun layihəsini Dumaya təqdim edib

Rusiya prezidenti Vladimir Putin ABŞ-la imzalanan nüvə sazişinin ləğv edilməsi barədə qanun layihəsini Dövlət Dumasına təqdim edib. Bu barədə Kreml məlumat yayıb. “Rusiya Federasiyası ilə Amerika Birləşmiş Ştatları arasında strateji hücum silahlarının daha da azaldılması və məhdudlaşdırılması tədbirləri haqqında Müqavilənin fəaliyyətinin Rusiya Federasiyası tərəfindən dayandırılması haqqında” qanun layihəsi Dövlət Dumasında müzakirə olunacaq. Qeyd edək ki, Putin bu gün parlamentdə çıxışı zamanı Rusiyanın müqaviləni tərk edəcəyini açıqlayıb.
22-02-2023, 00:32
Bayden Vaşinqton və G7-nin ərzaq böhranındakı rolundan danışdı


Bayden Vaşinqton və G7-nin ərzaq böhranındakı rolundan danışdı

ABŞ prezidenti Co Bayden Varşavada çıxışı zamanı Vaşinqton və G7-nin (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ) ərzaq böhranı ilə mübarizədə rolundan danışıb. O, bu ölkələrin ərzaq tədarükünü artırdığını bildirib. ABŞ lideri qeyd edib ki, Ukrayna taxılının ixracında çətinliklər yarandığından, onlar ərzaq tədarükünün həcmini artırmaq qərarına gəliblər. Baydenin sözlərinə görə, qlobal ərzaq böhranı xüsusilə Afrika və yoxsul ölkələrdə daha da pisləşib. "ABŞ, G7 və digər tərəfdaşlar böhranı həll etmək və ərzaq tədarükünün həcmini artırmaq qərarına gəliblər", - ABŞ prezidenti bildirib. O qeyd edib ki, həyat yoldaşı Cil Bayden ərzaq böhranı ilə mübarizə çərçivəsində bu həftə Afrikaya səfər edəcək. AFP xəbər verir ki, xanım Bayden fevralın 22-dən 26-dək Namibiya və Keniyaya səfər edəcək.
22-02-2023, 00:29
Bayden Moldovaya dəstək dolu çıxış etdi


Bayden Moldovaya dəstək dolu çıxış etdi

Moldova vətəndaşları qətiyyətlidirlər, demokratiyaya doğru irəliləmək, Avropa ölkələrinə qoşulmaq istəyirlər. Bunu Varşavada çıxışı zamanı ABŞ prezidenti Co Bayden deyib. "Moldova vətəndaşları qətiyyət nümayiş etdirirlər. Bu ölkədə insanlar azad olmaq istəyirlər”, - Bayden bildirib. ABŞ lideri qeyd edib ki, Moldova Prezident Maya Sandu bu mübarizəyə rəhbərlik edir. "O, bu gün buradadır. Mən sizi və azadlıqsevər Moldova xalqını dəstəkləməkdən qürur duyuram", - ABŞ prezidenti deyib.
22-02-2023, 00:25
Bayden Putinə və rus xalqına müraciət ünvanladı


Bayden Putinə və rus xalqına müraciət ünvanladı

ABŞ prezidenti Co Baydenin Varşavada çıxış edib. Bu barədə Ağ Ev məlumat yayıb. Bayden çıxışı zamanı Rusiya prezidenti Vladimir Putinə və rus xalqına müraciət ünvanlayıb. O, çıxışının əvvəlində Rusiyanın Ukraynadakı hərbi əməliyyatının ABŞ, Avropa İttifaqı və NATO üçün sınaq olduğunu bildirib.

[media=https://youtu.be/H98gJ1OruBo]
22-02-2023, 00:21
Rusiya XİN nümayəndəsindən Ermənistandakı Aİ missiyasına etiraz


Rusiya XİN nümayəndəsindən Ermənistandakı Aİ missiyasına etiraz

Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla telefon danışığı aparıb. Bu barədə TASS agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub. Rusiya rəsmisi bildirib ki, Brüsselin Ermənistanda missiya yerləşdirmək qərarı regionda vəziyyəti normallaşdırmağa kömək etmir. Həmçinin qeyd olunub ki, Bakı və İrəvan arasında bu təşəbbüslə bağlı konsensus yoxdur.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!