Azərbaycanda zəlzələ olub .....                        Ağalar Vəliyev və Heydər Əsədov Sloveniya Respublikasına səfər edib .....                        Avtovağzalın qarşısında müəlliməni öldürən şəxsə HÖKM OXUNDU .....                        Kamran Əsədov hakimdən xahiş etdi - Məhkəmə təmin etmədi .....                        Daha bir mətbuat katibi medalla təltif olunub .....                        Kim Çen In 13 yaşlı qızını varisi təyin edib .....                        Ukraynada 20 deputat zəhərləndi .....                        Ermənistanın dəmir yolları Azərbaycan və Türkiyə ilə birləşdiriləcək .....                        Sürücülərin nəzərinə! - Bu yolda hərəkət məhdudlaşdırılır .....                       
19-12-2022, 17:29
Erməni postunda mina partlayışı baş verdi


Erməni postunda mina partlayışı baş verdi

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycanın Qarabağ iqtisadi zonasının Xocavənd rayonu istiqamətində qanunsuz erməni silahlı dəstəsinin postlarından birində mina partlayışı baş verib. Dekabrın 18-də günorta saatlarında baş verən partlayış nəticəsində qanunsuz dəstənin iki üzvünün ağır yaralandığı bildirilir. Yaralılar Xocavənddəki mülki xəstəxanaya yerləşdirilib. Məlumata görə, dəstənin Samvel adlı üzvü üz nahiyəsindən çoxsaylı qəlpə yarası alıb və bir ayağı amputasıya edilib. Qanunsuz erməni silahlı dəstəsinin vəziyyəti ağır qiymətləndirilən digər üzvü baş və diz nahiyələrindən çoxlu qəlpə yarası alıb.
19-12-2022, 17:23
Sərhəddə gərginlik - 4 SEPAH əsgəri öldü


Sərhəddə gərginlik - 4 SEPAH əsgəri öldü

İran və Pakistan sərhədlərində gərginlik yaşanıb. Bu barədə "Iran International" məlumat yayıb. Bildirilib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və silahlı qruplaşma arasında toqquşma baş verib. Toqquşma nəticəsində 4 SEPAH əsgərinin öldüyü qeyd olunub. Hadisənin detalları hələlik bəlli deyil. Pakistan tərəfi insidentə münasibət bildirməyib.
19-12-2022, 17:15
Paşinyan onu özünə müavin seçdi


Paşinyan onu özünə müavin seçdi

Ermənistanın maliyyə naziri Tiqran Xaçatryan baş nazirin müavini təyin edilib. Bu barədə Ermənistan baş naziri Nikol Paşinyan məlumat verib. Bildirilib ki, maliyyə naziri vəzifəsini Vahe Ovanisyan tutacaq.
19-12-2022, 16:51
Vardanyan erməniləri təxribata sürükləyən çağırışla çıxış etdi


Vardanyan erməniləri təxribata sürükləyən çağırışla çıxış etdi

Qarabağ separatçılarının qondarma “dövlət naziri”, rusiyalı milyarder Ruben Vardanyan erməniləri təxribata sürükləyən çağırışla çıxış edib. Şənbə günü Xankəndidə izdihamlı mitinq çağıran, lakin buna nail ola bilməyən R.Vardanyan əvəzində Ağdərə şəhərində və Xocavənd rayonunun mərkəzində təxribat məqsədli görüşlər keçirib. Ermənistan KİV-lərinin məlumatına görə, Ruben Vardanyanı bu görüşlərdə separatçı rejimin “deputatları” müşayiət ediblər. Vardanyan Ağdərədəki qızıl və mis yataqlarını qanunsuz istismar edən “Base Metals” şirkətində olub, onun rəhbərliyi və işçiləri ilə görüşüb. Mövcud vəziyyətdən və Azərbaycanın həyata keçirdiyi siyasətdən danışan milyarder təxribatçı çağırışlar səsləndirib. Qarabağdakı mülki ermənilərlə görüşdə R.Vardanyan hazırkı vəziyyətdə iki ssenarinin olduğunu qeyd edib: “Birincisi döyüşməkdir. Etiraf etmək lazımdır ki, noyabrın 9-dan sonra bizdə sülh yoxdur, əslində müharibə davam edir. Hələ ki ciddi informasiya müharibəsi gedir...”. Ruben Vardanyan deyib ki, ikinci ssenari ermənilərin Qarabağdan getməsidir ki, bu da onlar üçün qəbuledilməzdir: “Buna heç vaxt yol verməməliyik. Müharibə davam edir və bu vəziyyətdə biz mütəşəkkil şəkildə müqavimət göstərməyi bacarmalıyıq. Ağıllı həllər tapmalı və mübarizəyə hazır olmalıyıq. Mən buraya sizinlə birlikdə döyüşmək və qalib gəlmək, həyatımızı və gələcəyimizi müstəqil, təhlükəsiz “Artsax”da qurmaq üçün gəlmişəm”. Sosial şəbəkələrin erməni seqmentindəki xəbərlərdən belə məlum olur ki, Ruben Vardanyanın revanşist çağırışlarına birmənalı reaksiya yoxdur.
18-12-2022, 21:12
İran ilin sonuna qədər ən azı iki peyk buraxacaq


İran ilin sonuna qədər ən azı iki peyk buraxacaq

İran bu ilin sonuna qədər kosmosa ən azı iki peyk buraxacaq. Bu barədə İranın rabitə və informasiya texnologiyaları naziri İsa Zarepur bildirib. Kosmosa buraxılacaq peyklərə “Nahid1” və “Nahid2” adı verilib. İranlı nazir qeyd edib ki, növbəti peyklər buraxılmaq üçün hazırlıq mərhələsindədir. "Nahid" İranın Kosmik Tədqiqatlar İnstitutu tərəfindən qurulan telekommunikasiya peykləridir. Peyklərdən birincisi 2015-ci ildə təqdim edilib.
18-12-2022, 21:05
Zelenski ABŞ-la olan danışıqlara münasibət bildirdi


Zelenski ABŞ-la olan danışıqlara münasibət bildirdi

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Co Baydenlə "Patriot" hava hücumundan müdafiə sistemlərinin tədarükü barədə danışıqlar aparıb. Bu barədə Zelenski Fransa telekanallarına müsahibəsində bildirib. O, danışıqların müsbət istiqamətdə getdiyini deyib. Zelenski, həmçinin bildirib ki, Ukraynaya mümkün hava hücumundan müdafiə sistemlərinin tədarükü məsələsi ilə şəxsən özü məşğul olur. “Proses gedir, şəxsən mən bunu edirəm. Prinsipcə, bu, bizim üçün çox lazımdır. Mənim üçün vacibdir - bu, mənim prezident Baydenlə şəxsi münasibətimdir", - Zelenski qeyd edib.
18-12-2022, 20:53
Saakaşviliyə dəstək aksiyası keçirildi


Saakaşviliyə dəstək aksiyası keçirildi

Gürcüstanda Vahid Milli Hərəkat Partiyasının üzvləri və tərəfdarları Bidzina İvanişvilinin biznes mərkəzinin yaxınlığında sabiq prezixent Mixeil Saakaşviliyə dəstək aksiyası keçiriblər. Mitinqdə partiya sədrliyinə iki namizəd - Giorgi Mumladze və Levan Xabeişvili də iştirak edib. Mitinqin təşkilatçılarından olan Giorgi Mumladze bildirib ki, dekabrın 22-dən sonra Bidzina İvanişvilinin Çorvila, Abastumani və Şekvetilidəki digər evlərinin yaxınlığında da oxşar etiraz aksiyaları təşkil olunacaq. “Bugünkü hərəkətimizlə biz Bidzina İvanişviliyə konkret mesaj verməliyik ki, məhkəmə Saakaşvilini ən pis vəziyyətdə həbsxanada saxlasa, bu, onun üçün ölüm hökmü olacaq. Bu halda Bidzina İvanişvilinin evləri etirazın episentrinə çevriləcək və davamlı aksiyalar olacaq. O, həmişə belə hərəkətlərdən qorxur, ona görə də polisi tam səfərbər edir, ona görə də o, polis gücündən istifadə etməklə qorunmalı və evə qapanmalı, sərbəst hərəkət etməməlidir”, - deyə Giorgi Mumladze bildirib. Qeyd edək ki, Bidzina İvanişvilinin Tbilisidəki biznes mərkəzinin ətrafına çox sayda polis əməkdaşları cəlb olunub.
18-12-2022, 16:26
Türkiyə yenidən Gürcüstana hərbi dəstək göndərdi


Türkiyə yenidən Gürcüstana hərbi dəstək göndərdi

Türkiyə hökuməti aviasiya və hava hücumundan müdafiə imkanlarının təkmilləşdirilməsi məqsədilə Gürcüstanın Müdafiə Qüvvələrinə müxtəlif növ texnikalar təhvil verib. Bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb. Marneuli aeradromunda texnikanın hədiyyə olaraq təhvil verilmə mərasmində müdafiə nazirinin müavini Qriqol Giorqadze, Müdafiə Qüvvələri komandanının müavini, briqada generalı İrakli Çiçinadze və Türkiyənin Gürcüstandakı səfiri Əli Kaan Orbay iştirak ediblər. Qeyd olunub ki, Gürcüstan Aviasiya və Hava Hücumundan Müdafiə Komandanlığına Türkiyə tərəfdən 2 ədəd aerodrom xüsusi texnikası və UH-1H helikopterləri üçün ehtiyat hissələri çatdırılıb. Daha sonra Aviasiya və Hava Hücumundan Müdafiə Komandanı, polkovnik Serqo Ninua və Türkiyə Respublikasının Müdafiə Attaşesi, polkovnik Burak Altıner tərəfindən imzalanan texnikanın ötürülməsi protokolu imzalanıb. Avadanlıqların ötürülməsi Türkiyə Cümhuriyyəti ilə imzalanmış hərbi maliyyə əməkdaşlığı sazişi çərçivəsində həyata keçirilib. Bildirilib ki, Gürcüstan və Türkiyə uzun illərdir müdafiə sahəsində sıx əməkdaşlıq edir.
18-12-2022, 16:19
İordaniyada toqquşma - Ölən və yaralananlar var


İordaniyada toqquşma - Ölən və yaralananlar var

İordaniyanın Əl-Hüseyniyə şəhərində yanacağın qiymətinin qalxmasına etiraz edən sakinlər və polis əməkdaşları arasında toqquşma baş verib. İğtişaş zamanı silahlı təxribatçıların açdığı atəş nəticəsində bir polis zabiti həlak olub, daha iki qanun keşikçisi yaralanıb. Məlumata görə, əraziyə cəlb olunan əlavə polis qüvvələri iğtişaşda iştirak edən 44 nəfəri saxlayıb. İordaniya Kralı II Abdulla dövlət telekanalında çıxış edərək bildirib ki, “dövlətə qarşı silah qaldıranlar ağır şəkildə cəzalandırılacaqlar”. Qeyd edək ki, İordaniyada yanacağın qiymətinin iki dəfəyə yaxın qalxmasına görə sürücülər və mağaza sahibləri bir həftədir tətil edirlər.
18-12-2022, 16:09
ABŞ-da polis idarələrindən maraqlı kampaniya


ABŞ-da polis idarələrindən maraqlı kampaniya

ABŞ-ın New-York ştatının Broklyn şəhərində yerli polis idarələri maraqlı kampaniya başladıb. Fərdlərin kütləvi silah almasının qarşısını almaq üçün qeyri-adi addım atılıb. Belə ki, əgər kimsə könüllü şəkildə silahını polisə təslim edərsə, 500 dollar mükafat alacaq. Üstəlik, silahın dəyəri də sahibinə geri veriləcək. İlkin mərhələdə silahlarını təhvil verənlərə 500 dollardan əlavə mobil tabletlər də hədiyyə edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!