Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                       
6-02-2023, 17:33
1939-cu ildən bəri baş vermiş ən güclü zəlzələdir - Ərdoğan


1939-cu ildən bəri baş vermiş ən güclü zəlzələdir - Ərdoğan

“Türkiyədəki zəlzələ 1939-cu ildən bəri baş vermiş ən güclü zəlzələdir”. Bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb. Onun sözlərinə görə, o zaman 33 min insan ölmüş, 100 mindən çox insan yaralanmışdı. Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. Son məlumatlara görə, hadisə nəticəsində 912 nəfər həyatını itirib, 5385 nəfər isə yaralıdır. Habelə təbii fəlakət zamanı 2818 bina dağılıb.
6-02-2023, 17:28
Zəlzələylə bağlı 45 ölkə yardım təklif edib - Ərdoğan


Zəlzələylə bağlı 45 ölkə yardım təklif edib - Ərdoğan

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı 45 ölkə yardım təklifi göndərib. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. "Beynəlxalq aləmdə ölkəmizlə təmaslar qurulmağa başlanılıb. NATO və Avropa birliyi yanında 45 ölkə Türkiyəyə yardım təklifləri göndərib",- deyə Prezident söyləyib.
6-02-2023, 17:25
Ankara xahiş etsə, Rusiya öz texnologiyalarını göndərə bilər- Peskov


Ankara xahiş etsə, Rusiya öz texnologiyalarını göndərə bilər- Peskov

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Türkiyədə baş verən zəlzələ ilə bağlı açıqlama verib. Sözçü jurnalistlərin suallarını cavablandırarkən bu barədə danışıb. "Rusiya Federasiyası Türkiyədə baş vermiş zəlzələdən sonra həyat qabiliyyətini bərpa etmək üçün öz texnologiyalarını Ankaranın xahişi ilə təmin edə bilər", - deyə Peskov bəyan edib.
6-02-2023, 17:10
Ermənistan və İrandan zəlzələylə bağlı başsağlığı mesajı


Ermənistan və İrandan zəlzələylə bağlı başsağlığı mesajı

Ermənistan Türkiyəyə zəlzələ ilə bağlı başsağlığı verib. Bu barədə ölkənin baş naziri Nikol Paşinyan twitter səhifəsində yazıb. "Türkiyə və Suriyada çoxlu sayda insan itkisi ilə nəticələnən dağıdıcı zəlzələ xəbəri məni kədərləndirdi. Qurbanların ailələrinə başsağlığı diləyir, yaralılara təcili şəfalar diləyirik. Ermənistan yardım göstərməyə hazırdır", - deyə o bildirib. İran XİN-in sözçüsü Nəsir Kənani isə ölkəsinin Türkiyəyə başsağlığı verdiyini və yardım göndərməyə hazır olduğunu açıqlayıb.
6-02-2023, 16:47
Putin Türkiyə və Suriyaya başsağlığı verdi


Putin Türkiyə və Suriyaya başsağlığı verdi

Rusiya prezidenti Vladimir Putin zəlzələ ilə bağlı Türkiyə və Suriya liderlərinə başsağlığı verib. O, zəlzələdən kədərləndiyini ifadə edib. "Rusiya yardım göstərməyə və zəlzələnin fəsadlarının aradan qaldırılmasına kömək etməyə hazırdır", - deyə başsağlığı mətnində bildirilib.
6-02-2023, 16:43
Zelenski zəlzələ ilə bağlı paylaşım etdi


Zelenski zəlzələ ilə bağlı paylaşım etdi

Ukrayna prezidenti Volodimir Zelenski zəlzələ ilə bağlı Türkiyəyə başsağlığı verib. O, twitter səhifəsində bu barədə türkcə paylaşım edib. "Prezident Ərdoğana və türk xalqına, zəlzələdə həyatını itirənlərin ailələrinə başsağlığı diləklərimi çatdırır, bütün yaralılara tezliklə sağalmalarını diləyirəm. Bu çətin zamanda türk xalqının yanındayıq. Təbii fəlakətin nəticələrinin öhdəsindən gəlmək üçün lazımi yardımı təmin etməyə hazırıq", - deyə o yazıb. Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. İlkin məlumata görə, zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.

6-02-2023, 16:35
İsrail XİN Türkiyəyə yardım ayırdı


İsrail XİN Türkiyəyə yardım ayırdı

İsrailin Xarici İşlər Nazirliyi (XİN) Türkiyəyə yardım ayırıb. Bu barədə İsrailin XİN başçısı Eli Koen twitter hesabında yazıb. “Mən Xarici İşlər Nazirliyinə Türkiyəyə ağır fəlakətlə mübarizə üçün sürətli yardım proqramına rəhbərlik etməyi tapşırdım. Qəlbimiz həlak olanların yanındadır və yaralananların tezliklə sağalmasını arzu edirik”, - deyə XİN başçısı vurğulayıb. Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. İlkin məlumata görə, zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.
6-02-2023, 16:24
Deputatın ailəsi zəlzələnin qurbanı oldu


Deputatın ailəsi zəlzələnin qurbanı oldu

Türkiyədə baş verən zəlzələ çoxsaylı insan tələfatına və dağıntılara səbəb olub. Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Hatayı təmsil edən deputatı Hüseyn Yaymanın ailəsi də dağıntılar altında qalıb. Bu barədə deputatın özü məlumat verib. "İki qardaşım, bacım və onların həyat yoldaşları, uşaqları dağıntıların altındadır", - deyə o bildirib. Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. İlkin məlumata görə, zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.
6-02-2023, 16:16
Türkiyəni silkələyən zəlzələ bəzi ölkələrdə də hiss olunub


Türkiyəni silkələyən zəlzələ bəzi ölkələrdə də hiss olunub

Türkiyə və Suriyada böyük dağıntılar və insan tələfatına səbəb olan zəlzələ digər ölkələrdə də hiss olunub. Zəlzələ bütün region ölkələrində təsir edib. Belə ki, Gürcüstan, İraq, Livan, İsrail, Fələstin, İordaniya, Səudiyyə Ərəbistanı və Misirdə də yeraltı təkan hiss edilib. Lakin bu ölkələrdə təbiət hadisəsi dağıntı və insan tələfatına yol açmayıb. Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. İlkin məlumata görə, zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.
6-02-2023, 16:12
ABŞ zəlzələylə bağlı Türkiyəyə yardım təklif etdi


ABŞ zəlzələylə bağlı Türkiyəyə yardım təklif etdi

ABŞ zəlzələyə görə Türkiyəyə yardım təklif edib. Prezident Co Baydenin müşaviri Ceyk Sallivan bu barədə açıqlama verib. O qeyd edib ki, ölkəsi zəlzələdən böyük narahatlıq keçirir və Türkiyənin hakimiyyət nümayəndələri ilə əlaqə saxlayıblar. "ABŞ istənilən bütün yardımları etməyə hazırdır. Mövcud vəziyyəti izləməyə davam edəcəyik", - deyə Sallivan söyləyib. Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. İlkin məlumata görə, zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!