Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                       
10-01-2023, 19:27
Akar Suriyayla olan normallaşma prosesindən danışdı


Akar Suriyayla olan normallaşma prosesindən danışdı

Türkiyənin milli müdafiə naziri Suriya və Türkiyə arasında olan normallaşma prosesindən danışıb. Nazir bu barədə hökumətin iclasından sonra jurnalistlərin suallarını cavablandırıb. "Bu, prosesdir. 11 il sonra müdafiə nazirləri səviyyəsində görüş oldu. Arzumuz odur ki, qarşılıqlı görüşlər yolu ilə münasibətlər normallaşar, bölgə sülhünə töhfə verilər. Türkiyə terrorla mübarizə və miqrasiya problemini çözməyə çalışır", - deyə Akar bildirib. Nazir Ukraynadakı müharibə mövzusuna da toxunub. "Türkiyə əvvəldən bəri bu savaşın başlamasını önləmək üçün səylər göstərdi. Prezidentimiz Ərdoğan humanitar yardım göstərilməsi, atəşkəs və digər mövzuları gündəmə gətirdi. Bunun üçün tərəflər arasında dialoq olduqca böyük önəm daşıyır", - deyə Hulusi Akar əlavə edib.
10-01-2023, 19:24
Rusiyanın hərbi mövcudluğu təhlükəsizliyi təmin etmir, təhdid edir - Paşinyan


Rusiyanın hərbi mövcudluğu təhlükəsizliyi təmin etmir, təhdid edir - Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın ölkəsindəki hərbi mövcudluğunu təhdid adlandırıb. Paşinyan bu barədə bu gün keçirdiyi mətbuat konfransında danışıb. Baş nazir qeyd edib ki, Ukraynadakı hadisələrin fonunda Qərb ölkələrinin münasibəti dəyişib. "Belə şəraitdə Rusiyanın Ermənistandakı hərbi mövcudluğu nəinki Ermənistanın təhlükəsizliyini təmin etmir, həm də ona təhdid yaradır", - deyə Paşinyan bildirib.
10-01-2023, 18:37
Rusiyanın Ermənistana belə bir rəsmi təklifi olmayıb - Paşinyan


Rusiyanın Ermənistana belə bir rəsmi təklifi olmayıb - Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın
ittifaq dövləti ilə bağlı İrəvana təklifi barədə məlumatlara münasibət bildirib. Paşinyan bu barədə bu gün keçirdiyi mətbuat konfransında söz açıb. Baş nazir qeyd edib ki, Rusiyanın Ermənistana belə bir rəsmi təklifi olmayıb: "Və ola da bilməz. Reallıq belə sadə deyil. Biz qlobal proseslərə nəzər yetirməliyik, dərindən baxmalıyıq. Bizim üçün məqsəd suverenlik və müstəqillikdir. Biz hesab edirik ki, vəzifəmiz dövlətin mövcudluğunu təmin etməkdir". Paşinyan jurnalistin Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Rusiyanın təzyiqləri barədə açıqlaması haqqında sualına belə cavab verib: "Ola bilər ki, söhbət ekspert rəyindən gedib". Qeyd edək ki, Armen Qriqoryan Rusiyanın Ermənistana Rusiya-Belarus ittifaq dövlətinə qoşulmaq üçün təzyiq göstərdiyini bəyan etmişdi.
10-01-2023, 18:33
Məhsuliyyətdən qaçmadığım üçün növbədənkənar seçkilər oldu - Paşinyan


Məhsuliyyətdən qaçmadığım üçün növbədənkənar seçkilər oldu - Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan 2021-ci ildə erkən parlament seçkilərinə getmək barədə qərarının səbəbini açıqlayıb. Paşinyan bu barədə bu gün keçirdiyi mətbuat konfransında söz açıb. Baş nazir qeyd edib ki, bu, onun məsuliyyətdən yayınmamasının göstəricisidir. "Mən heç zaman məsuliyyətdən qaçmamışam, buna görə də növbədənkənar seçkilər oldu. Ölkədə baş verən hər şeyə görə hakimiyyət məsuliyyət daşıyır", - Paşinyan deyib. Ermənistan baş naziri müxalifətin tənqidlərinə münasibət bildirərək ölkənin inkişafı üçün çalışmağın lazım olduğunu diqqətə çatdırıb.
10-01-2023, 18:30
Türkiyəylə dəmir yolunun açılması qlobal əhəmiyyət daşıyır - Paşinyan


Türkiyəylə dəmir yolunun açılması qlobal əhəmiyyət daşıyır - Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsindən danışıb. Paşinyan bu barədə bu gün keçirdiyi mətbuat konfransında söz açıb. "Region nəqliyyat əlaqələri baxımdan diqqət mərkəzinə gəlir və önəmi artır. Logistik marşrutlar dəyişir. Ermənistan və Türkiyə arasında dəmir yolunun açılması qlobal əhəmiyyət daşıyır. Bu, Azərbaycanla Naxçıvan, İranla Azərbaycan və Ermənistanla Rusiya arasında yol əlaqələri baxımından vacibdir", - deyə Paşinyan bildirib.
10-01-2023, 18:16
Paşinyan Rusiya sülhməramlılarıyla bağlı danışdı


Paşinyan Rusiya sülhməramlılarıyla bağlı danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya sülhməramlıları haqqında danışıb. Paşinyan bu mövzuya bu gün keçirdiyi mətbuat konfransında toxunub. "Ermənistan Laçın dəhlizi mövzusunda Rusiya ilə ultimatum dili ilə danışmır. Sülhməramlılar dəhlizin funksiyasını yerinə yetirməsini təmin etməlidirlər", - deyə baş nazir qeyd edib. "Sputnik Armenia"nın xəbərinə görə, Paşinyan Türkiyə ilə münasibətlərdən də danışıb. "İrəvan və Ankara arasında təkcə danışıqlar getməməlidir, həm də prosesin dinamikası üçün konkret addımlar atılmalıdır", - Paşinyan bildirib. Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan bundan öncə çıxışlarında Rusiya sülhməramlılarını fəaliyyətsizlikdə ittiham etmişdi.
10-01-2023, 18:05
Spikerdən İran-Azərbaycan münasibətləriylə bağlı açıqlama


Spikerdən İran-Azərbaycan münasibətləriylə bağlı açıqlama

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə dünənki görüşü haqda açıqlama verib. Qalibaf Asiya Parlament Assambleyasının 13-cü Plenar Sessiyası çərçivəsində Türkiyənin Antalya şəhərində Sahibə Qafarova ilə keçirdiyi görüşə toxunaraq bildirib ki, Tehranla Bakı arasında anlaşılmazlıq aradan qaldırılıb. İran, Azərbaycan və Türkiyə parlament sədrlərinin üçtərəfli görüşünə toxunan Məhəmməd Baqir Qalibaf deyib ki, üç ölkə arasında yüklərin daşınması və tranziti, o cümlədən enerji ilə bağlı məsələlər müzakirə olunub. Görüş zamanı tərəflər xarici işlər nazirləri, müdafiə nazirləri və ölkə başçıları səviyyəsində üçtərəfli görüşlərin keçirilməsini də müzakirə ediblər. İranla Azərbaycan arasında son zamanlar yaranmış anlaşılmazlığın aradan qaldırıldığını deyən İran parlamentinin sədri gələcəkdə Bakıya səfərinin planlaşdırıldığını açıqlayıb. Asiya Parlament Assambleyası 2006-cı ildə Asiya Sülh Naminə Parlament Assosiasiyasının VII Sessiyasında yaradılıb. Onun 42 Parlament üzvü və 16 müşahidəçisi var. Assambleya ümumi strategiyaların işlənib hazırlanması, Asiyada və dünyada sülhün təşviq edilməsi üçün fikir, ideya və təcrübə mübadiləsi üçün forum kimi yaradılıb. Qurum Plenardan, İcraiyyə Şurasından, Assambleyanın Bürosundan, Komitələrdən və Katiblikdən ibarətdir. Plenum Assambleyanın ümumi siyasətinə və onun fəaliyyəti ilə bağlı digər mövzulara dair qərar və bəyannamələri təsdiq edə və ya hesabatlar təqdim edə bilər.
10-01-2023, 16:16
Ərdoğan müğənni ilə mahnı oxudu


Ərdoğan müğənni ilə mahnı oxudu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “ÜniAK FEST” tədbirində iştirak edib. Tədbirə qatılan tanınmış müğənni Cengiz Kurtuoğlu “Duyanlara duymayanlara” mahnısını Ərdoğana həsr edib. Ərdoğan da müğənni ilə birlikdə məşhur mahnını zümzümə edib.

[media=https://youtu.be/MbKO6DHnWUQ]
10-01-2023, 16:10
Köçəryan Laçın yolundakı vəziyyətlə bağlı fikir bildirdi


Köçəryan Laçın yolundakı vəziyyətlə bağlı fikir bildirdi

Ermənistan parlamentinin “Hayastan” fraksiyası dünən iclas keçirib. İclasa fraksiyanın lideri, keçmiş prezident Robert Köçəryan sədrlik edib. Müzakirənin əsas mövzusu Laçın yolundakı vəziyyətlə bağlı olub. Robert Köçəryan komanda yoldaşlarına son dərəcə çətin vəziyyətin yarandığını və çıxış yolunun hələ görünmədiyini qeyd edib. “Hayastan” fraksiyasının deputatı Aqnesa Xamoyan iclasın yekunları barədə KİV-ə deyib ki, onlar müxtəlif məsələləri müzakirə ediblər, fraksiyanın ötən ildəki fəaliyyətini, eləcə də qarşıda duran taktiki-strateji fəaliyyətləri ümumiləşdiriblər.
9-01-2023, 20:47
İran əhalisinə tətbiq edilən təzyiq cavabsız qalmayacaq - Almaniya XİN


İran əhalisinə tətbiq edilən təzyiq cavabsız qalmayacaq - Almaniya XİN

İranın Almaniyadakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə Almaniyanın xarici işlər naziri Annalena Baerbok məlumat verib. O qeyd edib ki, XİN səfirə İranda nümayişçilərin edam edilməsinə etirazını çatdırıb. Həmçinin diplomata bildirilib ki, İrandakı təqiblər, Tehranın öz əhalisinə təzyiqi və sonuncu iki edam cavabsız qalmayacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!