Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 24-08-2017, 12:29
 Məhəbbət - sevgi şairi


Qədim türk yurdu olan Borçalı mahalı hələ eramızdan əvvəl türk dilli xalqların yaşayış yerləri olub. Gürcüstanın cənub və şərq hissəsində türk dilli tayfaların yaşaması haqqında tədqiqatçı alimlərimiz vaxtaşırı geniş məlumatlar vermişlər. Bu türk tayfaları əsasən Borçalının dağətəyi bölgələrində özlərinə yurd-yuva salmış, orada yaşamağa başlamışlar.

Demək olar ki, bu kəndlərin kökləri XV-XVI əsrlərə qədər gedib çıxır. Elə bu günün özündə Gürcüstanda kompakt şəkildə yaşayan azəri-türkləri öz dədə-baba torpaqlarında yaşayırlar, ancaq vaxtaşırı gürcülər bu torpaqlarda yaşayan azəri-türklərinin məskunlaşdığı qədim kənd adlarını dəyişdirərək gürcü adları ilə əvəzləyirlər. Borçalı mahalında olan Sarvan rayonu (Marneuli), Bolur rayonu (Bolnisi), Qarayazı rayonu (Qardabani), Qaraçöp rayonu (Saqareco), Başkeçid rayonu (Dmanisi) və s. adlarla adlandırılmışdır.

Borçalı mahalı daim tanınmış şəxsləri ilə diqqət mərkəzində olub. Bu mahal yüzlərlə el şairləri, ustad aşıqlar yetişdirib. Şair Ağacan, Şair Nəbi, Bəyazidili Məsim, Təhləli Novruz, aşıq Xındı Məmməd, Aşıq Əmrah, aşıq Kamandar, aşıq Hüseyn Saraçlı, Zəlimxan Yaqub, Nizami Saraçlı, Səməd Qaraçöp, Sərdar Bədəlov, Rahilə Qaralova və başqaları bu elin, bu mahalın yetişdirmələridir.

Belə şairlərdən biri də bu elin, bu mahalın şairə qızı Rahilə Qaralovadır. Şairə özünə məxsus gözəl şeirləri ilə daim oxucularının diqqət mərkəzində olub, onları yeni şeirləri ilə sevindirib.

Rahilə Seyfəddin qızı Qaralova 1967-ci ildə sazlı-sözlü Borçalı mahalının Başkeçid rayonunun Şahmarlı kəndində anadan olub. 1975-ci ildə orta məktəbə daxil olub. 1985-ci ildə Başkeçid rayonunda 2 saylı orta məktəbi bitirib, həmin il Tbilisi şəhərində Maliyyə Kredit Texnikumuna daxil olmuşdu.

Rahilə xanım hələ orta məktəbdə oxuduğu illərdən “Azərbaycan pioneri” qəzetində və yerli qəzetlərdə şeirləri dərc olunmuşdu.

Rahilə xanımın şeirləri hal-hazırda dövrü mətbuatda və “Xəzan” jurnalında, “Zirvə” poeziya antologiyasında çap olunur. Şairə hal-hazırda “Dirili Qurbani” ədəbi məclisinin üzvüdü. Şairənin zəhmətini qiymətləndirən Qafqaz Media İctimai Birliyin təsis etdiyi “Cəsarətli Qələm” diplomuna layiq görüb.

Rahilə xanımın indiyə qədər iki kitabı işıq üzü görüb. “Qərib həsrəti” və “Məndən nağıl umma, dünya” kitablarıdır.

Rahilə xanımın şeirlərinin əsasını məhəbbət mövzusu təşkil edir. Mən də bu gün Rahiləsevərlərə və oxucularına bir neçə şeirini təqdim edirəm:

Əyləşən gözəl

Dəniz kənarında əyləşən gözəl,

Kaş dənizdən əsən meh olaydım mən.

Əsim ürəyinə dolaydım sənin,

Hərdən də telinə toxunaydım mən.


Yağıb narın-narın qara saçında,

Parlayan mirvari şehə dönəydim.

Sel olub axaydım yanaqlarından,

Titrək dodağında ləpə döyəydim.


Kaş şəfəq saçaydım günəş misalı,

Qara gözlərindən mən boylanaydım.

Gözlərinin giləsində itəydim,

Şəkər olub sevincinə qalaydım.


Dəniz kənarında əyləşən gözəl,

Ulduz olub gözlərinə qonaydım.

Ulduzlardan çələng düzüb sinənə

Kaş mən də baxdığın dəniz olaydım.


Axtarsan



Sən məni axtarmaq istəsən əgər,

Sənin gözlərinin qarasındayam.

Sənin saf eşqinlə sehirlənmişəm,

Bilmirəm dünyanın harasındayam.


Zirvəsi dumanla dağı gəzmə sən,

Gülləri saralmış bağı gəzmə sən.

Arxadan boylanan çağı gəzmə sən,

Sanma vəfasızlar sırasındayam.


Məhəbbət sevgimin əzəli, sonu,

Müqəddəs bilirəm dünyada onu.

Axtarma kölgəmin necə olduğuna,

Sənin qollarının arasındayam.


Dəydi



Göz ilişdi qara gözə,

Əlim ipək telə dəydi.

Dodaqdakı cürətə bax,

Təzə qönçə gülə dəydi.


Sevgi kamın indi bildim,

Gah ağladım, gah da güldüm.

Sevgimizi yarı böldüm,

Əlim ipək ələ dəydi.


Pərvanəm gəldi işığa,

Heyran qaldım yaraşığa.

Döndüm acgöz sarmaşığa,

Qol dolandı belə dəydi.


Sevgi ətri gör gözəldi,

Rahilə sənsiz dözərdi?

Bu gün ömrümü bəzərdi,

Bir görüş, bir ilə dəydi.


Deyir ayrılıq



Vaxtsız sevgi ürəklərə qəm əkib,

Oyub-oyub hara gəldi dağ çəkib,

Qüssə üstə kədər töküb, qəm töküb,

Məhəbbəti dağla deyir ayrılıq.


Göz yaşlarım ürəyimə axmayır,

Gizləsəm də sözlərimə baxmayır.

Eşqi silir yanaqlara yaxmayır,

Ağladıqca ağla deyir ayrılıq.


Bu həsrətin, bu möhnətin sonu yox,

Ha büksən də geydirməyə donu yox.

Hara çəkib çevirsən də yönü yox,

Bu sevgini bağla deyir ayrılıq.


Tale üz döndərib bu yaşda yenə,

Sevgim düşüb dilə, olub əfsanə.

Rahilə, bu sevgi yad oldu mənə,

Yadında gəl saxla, deyir ayrılıq.


Bu sevgi



Bürünübdü çiçəklərə, güllərə,

Kaş həmişə belə qala bu sevgi.

Baxışları saldı dildən-dillərə,

Gözlərimdə qurdu qala bu sevgi.


Tilsimini sındıran yox, açan yox,

Uşaq kimi arxasınca qaçan çox.

Yuxudurmu, gerçəkdirmi, seçən yox,

Ürəyimi tutdu yola bu sevgi.


Əzəl gündən dərdi-səri çox imiş,

Rahilənin ümid yeri yox imiş.

Bəlkə həqiqətmiş, bir yuxu imiş,

Kaş həsrəti gözdən ala bu sevgi.


Dalğalar



Çırpır qayalara, çırpıb daşlara,

Qəzəbi, hirisi boğur dalğalar.

Sahildən sahilə sevgi aparar,

Sanki bir-birini qovur dalğalar.


Səhərdi, üfüqdən günəş boylanır,

Dağların qoynunda bir mayak yanır.

Günəşli gündüz də gecəni danır,

Sanki qaranlığı udur dalğalar.


Yenə qağayılar nəğmə oxuyur,

Günəş şəfəqindən çələng toxuyur.

Dənizdə yosunlar ətir qoxuyur,

Cənnət çiçəyi qoxur dalğalar.


Coşub-daşıb, mən də təpələnirəm,

Köksündə dağılıb ləpələnirəm.

Sevinc olub ətrafa səpələnirəm,

Rahilə gözündə doğur dalğalar.


Axtarma məni



Daima qəlbində, ürəyindəyəm,

Axtarma yollarda, axtarma məni.

Sənin ki, arzunda, diləyindəyəm,

Axtarma yollarda, axtarma məni.


Kölgəli ağacam, yolun üstəyəm,

Kədərli bülbüləm, kolun üstəyəm.

Xəyalən min kərə qolun üstəyəm,

Axtarma yollarda, axtarma məni.


Bükük bənövşəyəm, yaza gəlmişəm,

Çoxu itirmişəm, aza gəlmişəm.

Dərdimi deməyə saza gəlmişəm,

Axtarma yollarda, axtarma məni.


Rahilə salıbdı tək sənə meyli,

Olmayıb bəxtindən heç də gileyli.

Hərdən Əsli olur, hərdən də Leyli,

Axtarma yollarda, axtarma məni.


Məni



Görüşə, vüsala can atır ürək,

Neçə arzum qalıb, gör neçə dilək.

Səni qismətimə yazan o fələk

Çəkib imtahana qandırdı məni.


Həsrətin ağrısı yaman ağırdı,

Gözüm bulud kimi dolub, yağırdı…

Xəyallar deyir ki, yarın çağırdı,

Xəstə yatağımdan qaldırdı məni.


Rahilənin ahı çatmırmı sənə?

Küləyə qoşulub, gələcək yenə…

Mənim bu sevgimə qalma biganə,

Həsrətin alovu yandırdı məni.


Qarabağdan bir xəbər…



Necə deyim dərdimi hər yetənə,

Gül demərəm hər torpaqda bitənə.

Çox illərdi mən həsrətəm vətənə,

Qarabağdan bir xəbərin yoxdu ki?


Neçə ildi saralmışam, solmuşam,

Həsrətindən xəstə düşüb qalmışam.

Bulud kimi boşalmışam, dolmuşam,

Qarabağdan bir xəbərin yoxdu ki?


Qoy bu dünya mənim üçün dar olsun,

İstəmirəm, xarıbülbül xar olsun.

Bir ağızdan deyin mənə ar olsun,

Qarabağdan bir xəbərin yoxdu ki?


Hüseyn Məmmədov,

“Bütöv Azərbaycan” qəzeti


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!