Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 27-07-2017, 16:36
·
ELAT bayramı ilə bağlı ilk tədqiqat yazısı.
“Elat” bayramı yoxsa “Dmanisoba”?


“Elat” bayramı yoxsa “Dmanisoba”?

Gürcüstandakı etnik Azərbycanlılar son 9 il idi ki, “Elat mədəniyyət günləri” adlı bayram keçirirlər. Elə bir bayram ki, bu gün dünyanın dörd bir yanından olan türk köklü xalqlar bir yerə toplanır. Elat mədəniyyət bayramı ənənəvi olaraq Gürcüstanın Dmanisi rayonunun Armudluq yaylasında təşkil edilir.
Elat nə deməkdir?
Bayramın adının Elat olması da təsadüfi seçilməyib.
Elat “köçərilik, tərəkəməlik” mənasını verir. Yəni yerini dəyişən, yaylaqdan qışlağa köç edən, zəhmətkeş, əli qabarlı xalqı tərənnüm edir. Bu bayram günü həm də təsərrüfatçıların arandan yaylağa qayıtdığı zamana təsadüf edir. Məhz bu bayramın həvəsinə dağlara çəkilmiş fermerlər malqarasını geri qaytarmağa tələsir.
Hazırda yaylaqda mal- qara otaran Zaur Məmmədov da deyir ki, Elat bayramı günü bütün maldarlar Armudluqda olacaq. O da illərdir həmin gün meydanda at çapıb yarışlar edirmiş.
“Mənim 300 baş mal-qaram var. Dolanışığım bundan çıxır. İlin 3 ayını dağlara çəkilirik. Mal- qara sərində yaxşı qidalanır. Həm südlük mal qaramız var, həm də damazlıq, yəni ətlik. May ayının ortalarından çıxırıq dağlara. Ancaq iyulun sonunadək qayıdırıq ki, Elat bayramında mütləq yaylaqda olaq. Həmin gün çox maraqlı olur. Mən at çapıram, qardaşım qohumlarım güləşirlər....Biz özümüzü mədəniyyətimizi tapırıq bu gün. Yadımızdan çıxan hər adətlərimizi xatırlayırıq, uşaqlarımıza öyrədirik”.
Dmanisidə dağlara çəkilən təkcə iribuynuzlu heyvan saxlayanlar deyil. Arıçılıqla məşğul olanlar da yay fəslini sərin yerlərdə, hündür təpələrdə bitmiş faydalı çiçəklərdən bal toplamaqla keçirirlər. Dmanisi müxtəlif növ faydalı çiçəklərlə bol olduğundan bu yerlərin balı da Gürcüstanda xeyli məşhurdur.
Gürcüstanda yaşayan aborigen Azərbaycanlılar danışırlar ki, Elat bayramı digər bayramlardan ona görə fərqlənir ki, bu gün sırf azər-tükr ənənələri, etnik azərbaycanlıların sosial birliyi nümayiş etdirilir. Bu bayram günü çadırlar qurulur, milli xörəklər hazırlanır, cavanlar at çapır, gənc qızlar milli geyimdə milli müsiqilər çalıb, oynayır, xanımlar təndir yapır, ahıllar adətlərindən gənc nəsillərə danışırlar.
Siyasi qorxu?!
Gürcüstan azərbaycanlısı Abbas Sahabov deyir ki, belə dəyərli bayram sevincini Gürcüstan höküməti onlara çox görüb. Son iki ildir ki, onlara bayramı adətlərinə uyğun keçirmələrinə icazə vermirlər.
“Siyasi məqsəd daşıyır ya nə deyə bilmərəm. Amma bizim xalqımız çox pərt oldu. Ötən il də bayramı keçirməyə qoymadılar. Daha doğrusu gürcü bayramı adı altında qeyd etmək göstərişi verildi. Bayramın adını Dmanisoba elədilər, gürcülərə aid mahnılar, onlara məxsus çalarlar var. Artıq bu bayramda illərdir duyulan türk ruhu hiss olunmur”.

Elat bayramının yaradıcısı olan Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli deyir ki, ötən il bayram günü cəmiyyətin bayrağının və Borcaçalı cəmiyyətinin loqosunun orda qoyulmasına Dmanisi Qubernatorluğu icazə verməyib.
“Biz hər dəfə bu bayramı qeyd edəndə qubernator və icra hakimiyyətlərindən rəsmi icazə almışıq. Yəni hər hansısa qanun pozuntusuna yol verməmişik. Lakin belə əsas göstərirlər ki, biz Gürcüstana qarşı hansısa təhdidli, narazı çıxışlar etmişik”.
Zəlimxan Məmmədli deyir ki, bu bayramın gürcüstanda olan doqquz qubernatorluqda qeyd edilməsi planlaşdırılırdı. Nəticədə çox insanları özündə toplama məqsədinə görə, Gürcüstan höküməti bu bayramın coğrafi baxımdan genişlənməsindən narahat oldu.
Aktivist və sosioloq Samirə Bayramova deyir ki, Elat bayramı Gürcüstan azərbaycanlıları üçün çox önəmlidir.
“Bu elə bir bayramdır ki, burada köhnə nəsillərdən gələn adətlər, ənənələr sərgilənir. Ən önəmlisi bura bütün etniklər toplanır ki, bu həm də onların sosial birliyi deməkdir. Bu bayramın keçirilməsi üçün etnik azərbaycanlılar illərcə çalışıblar. Bu yeganə birlik bayramıdır etnik azərbaycanlıların. Əgər belə bir qadağa olarsa bu etniklərə qarşı birmənalı diskriminasiyadır”.
Dmanisoba-xalqların dostluq bayramı ???
Qeyrət Xalq Hərəkatının sədri Əlibala Əsgərov deyir ki, Gürcüstanda etnik azərbaycanlılara qarşı edilən bir çox növ diskriminasiyalar həyata keçirilir. Əlavə edir ki, bu bayrama qadağa qoyulması Gürcüstan azərbaycanlılarının birlik, öz tarixlərini, adətlərini türk kimi var olmaqlarının xatırlanması haqlarını əllərindən alır.
“Elat bayramının adını dəyişib Dmanisoba qoyublar. Son iki ildir Dmanisi qubernatorluğu bayramın bu cür keçirilməsinə göstəriş verib. Lakin burda Elat günündən əsər əlamət yoxdur.
Elat bayramına Türkiyədən, İrandan və digər türkdilli ölkələrdən türk bayramı həvəsinə gəlib iştirak edirdilər. Axı indi onların Dmanisoba bayramında nə işləri var?!
Gürcüstan hökuməti türklərin birliyindən qorxdu. Gah antisanitariya bəhanəsi etdi, gah məkan problemi yaratdı, axırda da qərar verildi ki, Elat adı ləğv edilsin”.
Bütün bu iddialara məhz bu mədəniyyət günlərinin keçirilməsinə icazə vermə haqqı olan Dmanisi bələdiyyəsinin sədri Gogi Barbakadze cavab verib.
“Elat bayramının ləğv edilməsindən söz gedə bilməz. Biz sadəcə hökumət olaraq qərarlaşıb bayramın formatını dəyişmişik. Hazırda bu sırf azərbaycanlıların bayramı yox, millətlərin dostluğu bayramı kimi qeyd edilir. Hansısa siyasi problem yoxdur”.
Mal qarasını qabağına qatıb Armudluqdakı bayrama özünü çatdırmaq arzusunda olan çoban Zaur Məmmədov isə deyir ki, ümidi var ki, bu il əsl Elat günü keçiriləcək. O da kəhər atını çapıb meydanda nər oğulların olduğunu göstərəcək.

Aydan Kazımlı


Paylaş



Bölmə: Borçalı / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!