Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 8-01-2016, 10:12
Laçına torpağı öpə-öpə gedərəm...


"İmkan ola, deyələr ki, Laçına qayıdırsınız, torpağı öpə-öpə ayaqyalın gedərəm ora..."
Bu dəfəki həmsöhbətimiz ömrünün 66-cı baharını yaşayan, vaxtı ilə Laçın rayonunun asfatlanmasında və qazlaşdırılmasında, eləcə də Ağdam və respublikamızın digər rayonlarının qazlaşdırlmasında böyük əmək sərf etmiş Tofiq Səfərəliyev oldu. Laçınlı xatirələrin işğında Tofiq müəllimlə gördüyü işlərdən, Laçın rayonunun tərəqqisindən, onun işgüzar-fədakar əmək adamlarından həvəslə danışdıq.
Səfərəliyev Tofiq Nəriman oğlu 1949-cu ildə Laçın rayonunda dünyaya gəlib. 1966-cı ildə Laçın rayon orta məktəbini bitirib. Politexnik Universitetinin ( indiki İnşaat Mühəndisləri-red) inşaat fakültəsini bitirib. Sonra uzun müddət müxtəlif rayonlarda məsul vəzifələrdə çalışıb. 1992-cildən məlum hadisələrlə bağlı Bakı şəhərində məcburi köçkün həyatı yaşayır.
Tofiq müəllim doğulub-böyüdüyü, indi isə həsrət ünvanımıza çevrilmiş Laçınımızı belə xatırlayır: "Qədim tarixə malik Laçın rayonu Seyid Mir Həmzə Nigarinin, Sarı Aşığın, Xosrov bəy Sultanovun, Sultan bəyin diyardır. Gözümü açandan dağların əhatəsində böyümüşəm. Uşaqlıq illərim Həkəri çayının kənarında keçib, Laçının hər qarışında ayaq izlərim qalıb.
Laçına torpağı öpə-öpə gedərəm...

Laçında bütün fəsillər gözəl idi. Ancaq yay aylarında oralar xüsusilə cənnət olurdu. İndi adı çəkiləndə belə, gözlərim dolur. Doğmalarımızın məzarı orda qalıb. Hər gecə yuxumda o qəribsəmiş yerlərimizi görürəm. Laçınla bağlı hərdən televiziyada gedən verilişlərə baxanda yüz dəfə ölüb-dirilirəm. Nə qədər gözəl günlər yaşasam da, ürəyim doğulduğum torpaqdadır... İmkan ola, deyələr ki, Laçına qayıdırsınız, torpağı öpə-öpə ayaqyalın gedərəm ora..."
Tofiq Səfərəliyev Laçın rayonunun yolarının abdlaşırılmasını belə xatırlayır: "Universitetdə oxuya- oxuya Leytenat Şmit adına zavodda fəhlə, Bakı yaşıllaşdırma trestində texnik, daha sonra isə BDU-nun yataqxanalar üzrə pasportstolu vəzifələrində işləyirdim. Unveristeti bitirdikdən sonra 1974-cü ildə mühəndis kimi Xakəndində 20 nömrəli trestdə çalışmağa başladım. O vaxtlar biz Şuşa -Laçın yolunu təmir edirdik. Bir gün dedilər ki, Muradxan Cabbarov səni çağırır. Gedib görüşdüm. Dedi ki, rayonun bəzi küçələri asfaltlanmalıdır, sən də cavan kadrsan, bilirəm ki, bu sahədə çalışırsan, istəyirəm bu işləri sənə tapşıram. Bacara bilərsənmi?
O vaxt Laçında asfalt işlərində istifadə üçün iki köhnə sınıq texnika var idi. İşə onları təmir etməkdən başladım, daha sonra qısa vaxt ərzində mehmanxananın yanından üzü aşağağı xeyli ərazini asfaltladıq. Bilirsiniz ki, Laçında iki əsas küçə var idi - Əvəz Verdiyev və Komunist küçələri. Az vaxt ərzində biz həmin küçələri yüksək keyfiyyətlə asfatlayaraq təhvil verdik. Yekunda Muradxan müəlim böyük bir iclas keçirdərək məni xeyli təriflədi. Daha sonra Xankəndinə, yenidən öz işimə qayıtdım. Bir gün yenə dedilər ki, Cabbarov səni çağırır. Laçına gəldim. Muradxan müəllimlə görüşəndə Laçına qaz çəkilişi olacağını, bu işi də mənə tapşırmaq istədiyini dedi. Bu sahədə təcrübəmin olmadığını söyləyəndə Cabbarov qayıtdı ki, narahat olma, mən sənə kömək edəcəm.
Qısa müddət ərzində sənədlərimi hazırladılar, Bakıya gəldim. O vaxt Qazlaşdırma komitəsi idi. Əmrimi verdilər. Bu dəfə Laçına sahə rəisi kimi qayıtdım. O vaxtı hələ Qaz idarəsi yox idi. 1979-cu ildən Laçının qazlaşdırılmasına başladıq. Laçında qaz çəkmək çox çətindir. Bilirsiniz ki, yeri qazmaq çətin məslədir, layihənin bir hissəsini dəyişib bəzi yerlərdə boruları yerin üstü ilə aparmaq zərurəti yarandı.
Laçına torpağı öpə-öpə gedərəm...

Müsahibim yaşadığı qazanclı-itkili ömründən razıdır, heç nəyə baxmayaraq insanı həmişə arzuların yaşatdığına əmindir: "Köhnə kişilər deyir ki, fani dünyada qazanılan ən qiymətli var-dövlət yaxşı dostlardır. Bu baxımdan bəxtim gətirib. 66 illik ömrümdə çoxlu dostlar qazanmışam.Mən kiminlə dotluq eləmişəmsə, bu gün də davam edir. Onların sırasında Tofiq Quliyev, Qəzənfər Hüseynov, Tofiq Novruzov, Azər Məmmədovun adlarını çəkə bilərəm. Bu gün məni yıxılmağa qoymayan uşaqlarım, nəvələrimdir,. 1oğul, 2 qız atasıyam. Övladlarımdan da çox bəlkə nəvələrimə bağlıyam.
Tofiq Səfərəliyev Ağdam rayonun da qazlaşdırılmasında böyük əmək sərf etmiş insanlardan biridir.
"1986-ci ildə mənə bildirdilər ki, səni Ağdama qaz idarəsinə rəis təyin ediblər. O vaxtlar Ağdamın katibi Sadıq Murtuzayev idi. Hesab edirəm ki, Ağdam RPK-nın birinci katibi işləyən Sadıq Murtuzayev rəhbərlik etdiyi dövrü şəhərin tarixində ikinci qızıl dövr hesab etmək olar. Məhz bu illərdə şəhərin ümumittifaq və beynəlxaq aləmdə tanınmasında, o cümlədən şəhərin görkəminin yaxşılığa doğru dəyişməsində ciddi addımlar atıldı. Ağdama gəldikdə məni qəbul edən Sadıq müəllim soruşdu ki, sənin qaz çəklişi sahəsində təcrübən varmı? Laçında işlədiyimi dedim. Murtuzayev: “Oğlum, bilirsən niyə soruşuram . 5 ildən artıqdır ki, Ağdamda qazlaşma başlayıb, ancaq heç bir nəticəsi olmayıb. Ona görə də istəyirəm ki, sən bu sahədə olan problemləri aradan qaldırasan və işi başa çatdırasan. Gücün çatacaqmı?”-deyə məndən cavav gözlədi.
Söz verdim və bax beləcə 1986-cı ildən Ağdam rayon qaz idarəsinin rəisi işləməyə başladım. Bir çox ərazilərə, o cümlədən Abdal-Gülablı kəndinə qaz çəklişini uğurla başa çatdırdım. Dəfələrlə təşəkkürnamə aldım, Ağdamın qaz təsərüfatının inkişafında xeyli irəliləyişlərə nail ola bildim. Mən Azərbaycanın bütün rayonlarında olmuşam. Demək olar ki, bölgələrimizi qarış-qarış tanıyıram. Həmişə laçınlı olmağımla fəxr eləmişəm".
“Laçını tanıtmağı, Laçını sevməyi bu gün böyüyən gənçlərimizə aşılamalıyıq” - deyir Tofiq müəllim: " Laçının keçmişi ilə bu günü arasında bir əlaqə yaratmağa çalışmalıyıq. Bakı şəhərində böyüyən uşalar müəyyən təsirlərə düşsə də, son zamanlar müsbətə doğru irələyişlər var. İmkan vermək lazım deyil ki, gəncliyimiz öz kökündən, adət ənənələrindən ayrı düşsün. Hesab edirəm ki, uşaqlarımızı bacardıqca yad təsirlərdən qorumalıyıq. Müair dünyada internet çox mühüm rol oynayır. "Laçın və laçınlılar" qrupunda varam , sosial şəbəkələri izləyirəm. İstərdim ki, Laçın haqqında geniş məqlələr yazılsın. Təkcə keçmişi xatırlamaqla yox , rayonumuzun gələcəyi haqqında da düşünməliyik. Necə etməliyik, nə işlə məşğul olmayıyıq ki, Vətənə dönüşümüzə yardım edək? Bu sualların cavabını birlikdə axtarıb tapmalıyıq.

İtirilmiş torpaqlarımıza qayıdacağımız günü səbirsizliklə gözləyir Tofiq Səfərəliyev : "Bir məsləni anlmalıyıq ki, ağlamaqla, sızlamaqla heç nə dəyişməycək. Mübarzə aparmalıyıq, qaytarmalıyıq torpağımızı. Məsələni yuxarı dairələrdə qəti qoymaq lazımdı ki, biz torpağımızı istəyirik! Hansı yolla , hansı vasitə ilə deyirsiniz biz hazırıq, sizin yanınızdayıq. Qəlbimiz yurd yerlərimizlə bağlı nisgil içindədir, amma ümid var, su gələn arxa bir də gələr. İnanıram ki, biz dədə-baba yurdlarımıza qayıdacağıq. Haqq-ədalət gec-tez qələbə çalacaq. Köç karvanları əvvəl-axır o yurd yerlərinə dönəcək. Biz bunu görməsək də, övladlarımız mütləq buna şahid olacaq".

Siyavuş ƏMİRLİ


Paylaş



Bölmə: Zəngəzur / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!