İran ABŞ ilə razılığa gəldi .....                        İordan vadisində partlayış: Bir uşaq ölüb .....                        Bakıda kişi keçmiş arvadının yeni ərini bıçaqlayıb .....                        İkinci cəhd magistratura imtahanı asan olacaq - AÇIQLAMA .....                        Hərbi polisin binası partladı: 3 nəfər öldü .....                        Salyanda bu ailələrə 12 mənzil veriləcək .....                        Rusiya-ABŞ-Ukrayna danışıqları başlayıb - YENİLƏNİB .....                        Magistratura imtahanlarının nəticələri AÇIQLANDI .....                        Kənd Təsərrüfatı Nazirliyində CİDDİ POZUNTULAR .....                       
Tarix : 2-10-2021, 08:54
Səməd Bayramzadədən Amiliyə maraqlı xatırlatma

Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri Səməd Bayramzadə İranın ali dini rəhbəri ayətulah Seyid Əli Xamneyinin Ərdəbil vilayəti üzrə nümayəndəsi ayətullah Seyid Həsən Amilinin xütbəsinə maraqlı tarixi xatırlatma ilə qarşılıq verib. Təqdim edirik:
Amili "Şirin quyruğu ilə oynamayın" ifadəsini işlətməklə bir daha təsdiq etdi (bilərəkdən və ya bilməyərəkdən) ki, Iranın indiki rejimi Pəhləvi şahlıq rejiminin iqtisadi, siyası-ideoloji bazası əsasında yaradılıb və pəhləvilərin anti-Azərbaycan və azərbaycanlılara qarşı milli şovinist siyasətlərini davam etdirməkdədirlər.
Bununla bağlı Amili həzrətlərinin diqqətinə belə bir tarixi hadisəni çatdırmaq istərdim.
1945-ci ilin sentyabr ayının 3-də (12 Şəhrivər) Azərbaycan Demokrat Firqəsi yarandıqdan sonra Fədai hərəkatı da təşkilatlanmağa və daha geniş miqyasda fəaliyyətə başlayır. Noyabr ayında Təbrizə doğru hərəkət edən və Mərkəzi hökumətin qoşunlarını şəhərdən çıxarmağı qarşısına məqsəd qoyan Fədai dəstələrinə qarşı Təbrizdə dövlət qoşun hissələrinə rəhbərlik edən general Derəxşaniyə atəş açmaq, onların qarşısını almaq haqqında şah tərəfindən əmr verilir.
General Derəxşani isə əmri icra etməkdən imtina edir və şaha belə bir cavab göndərir:
"Şahım, Azərbaycan yatmış bir şirə bənzəyir. Onu narahat etsək, tac laxlayar, qılınc əldən düşər"
O zamankı İranın gerbində başında tac, əlində qılınc olan yerdə oturmuş bir şir təsvir olunurdu.
Derəxşani bu ifadəsi ilə şaha bildirir ki, Azərbaycansız İran yoxdur. Azərbaycan İranın tacıdır. Onu narahat etsək, İran məhv olar, viran olar.

Amilinin yadına bu tarixi hadisəni salmaqla ona bir daha xatirlatmaq istərdim ki, pəhləvilərin hakimiyyətinə qarşı mübarizə aparan, həmin rejimi devrib sizi hakimiyyətə gətirən milyonlarla insanın tökdükləri al qanları ayaq altına aldınız, görməzdən gəldiniz. Bu hərəkətinizlə bütün dünyaya göstərdiniz ki, siz doğrudan pəhləvilərin varisisiniz, onların yarımçıq qalan işlərini həyata keçirirsiniz.
Siz də pəhləvi şahları kimi yatmış şirin - Azərbaycanın quyruğu ilə oynayırsınız.
Bilin ki, reallıq dəyişməyəcək!
Azərbaycan və azərbaycanlılar öz sözlərini 21 Azərdə, Bəhmən qiyamında dedikləri kimi mütləq yenə də deyəcəklər!


Paylaş



Bölmə: Güneyin sesi / Köşə / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!