Türk Dünyası Mediatorlar Birliyi təsis edildi .....                        Ersin Tatar Qəbələ zirvəsindən danışdı .....                        Bakı metrosunda yenilik: Qatarın nə vaxt gələcəyi ekranlarda görünür .....                        Öldürülən şagird polkovnik-leytenantın oğlu imiş .....                        Bakı Avrasiya Universitetində əcnəbi tələbələrlə "Miqrasiya qaydaları"mövzusunda tədbir keçirilib .....                        Yardımlıda müəllim şagirdi döyüb? - Araşdırma başladı .....                        İmişlidə 74 nəfərin zəhərlənmə səbəbi AÇIQLANDI .....                        Tramp Ərdoğandan nə xahiş edib? - Türkiyə lideri açıqladı .....                        Tramp Çikaqonu “işğal edəcək”? .....                       
Tarix : 21-09-2017, 13:23
Qərbi Azərbaycana vali seçimində siyasi və fikir cərəyanlarının mövqeyi nəzərə alınmalıdır


Butov.az GünAz TV - yə istinadən xəbər verir ki, Urmiyənin İran parlamentindəki millət vəkili Hadi Bahaduri son vaxtlar yeni vali təyinatı ilə bağlı gündəmdə olan Qərbi Azərbaycanın gələcək rəhbərliyi haqda diqqətçəkici sözlər deyib.

O, bu barədə “Təsnim” xəbər agentliyinin müxbiri ilə danışıb:

“Şübhəsiz ki, Daxili İşlər Nazirliyi Qərbi Azərbaycan üçün təcrübəli və bacarıqlı bir vali təyin etməlidir. Lakin Daxili İşlər Nazirliyinin bu haqda verdiyi qərarlar ürəkaçan deyil.
Hesab edirəm ki, nazirlik vali seçimində fərdlərə deyil, bir sıra göstəricilərə təkid etməlidir. Şübhəsiz ki, Qərbi Azərbaycana seçiləcək vali buradakı müxtəlif siyasi və fikir cərəyanları, həmçinin ictimai-mədəni fəallar tərəfindən qəbul olunmalıdır”- deyə o vurğulayıb.

Azərbaycanlı millət vəkili təmsil etdiyi əyalətin bir çox cəhətdən mərkəzi əyalətlərdən fərqləndiyini də diqqətə çatdırıb. “Qərbi Azərbaycanda siyasi, ictimai, iqtisadi və təhlükəsizlik baxımından xüsusi şərait mövcuddur, bura ölkənin mərkəzi əyalətləri ilə ciddi fərqlənir. Ona görə də Daxili İşlər Nazirliyi Qərbi Azərbaycana vali seçəndə onun şəxsi qabliyyəti, bacarığı, manevr gücü, təcrübəsi və s. kimi xüsusiyyətlərini nəzərə almalıdır”- deyə o qeyd edib.

Hadi Bahaduri sözlərinin sonunda vurğulayıb ki, “Qərbi Azərbaycan üçün yerli olmayan bir şəxsin vali təyin edilməsinin heç bir məntiqi izahı yoxdur. Bu məsələdə Daxili İşlər Nazirliyi bölgə əhalisi və millət vəkillərinin mövqeyini nəzərə alaraq qərar qəbul etməlidir.”

Ötən günlərdə İran Daxili İşlər Nazirliyi ilamlı kürd Fridun Hümmətini Qərbi Azərbaycana vali təyin etmək istəd, lakin nazirliyin bu qərarı Azərbaycan Milli Hərəkat fəalları və bir sıra yerli məsulların kəskin etirazına səbəb oldu. Bundan sonra nazirlik verdiyi qərardan geri çəkildi.
Bu haqda Hadi Bahaduri öz İnstagram səhifəsində məlumat yaymışdır. “Bir sıra cəhdlərdən sonra Fridun Hümmətinin Qərbi Azərbaycana vali təyin edilməsi ilə bağlı plan ləğv edildi”, - deyə millət vəkili qeyd etmişdir.


Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!