Cavid Vəkilov yazır: Müasir Azərbaycan gəncliyinin cəmiyyətdə rolu .....                        Ermənistan şərtləri qəbul etdi - Sülh müqaviləsi üçün maneə qalmadı .....                        Rusiya Azərbaycan vasitəsilə İrana yardım göndərir .....                        Kənar şəxslər adınıza kredit götürə bilməyəcək .....                        İlham Əliyev görüş keçirdi - FOTO .....                        Sabah 14 dərəcə isti olacaq .....                        İran XİN rəsmən etiraf etdi: Müctəba Xamenei yaralanıb .....                        İranın raket potensialı 3 həftəyə məhv ediləcək .....                        Zəngəzur dəhlizi Azərbaycana ildə 3 milyard dollar qazandıracaq .....                       
Tarix : 21-02-2017, 18:21
Ermənilər Türkiyədə terrora davam edirlər

Millət vəkili Qənirə Paşayeva Türkiyənin Muğla şəhərində vali Amir Çiçək, Sıtkı Koçman Universitetinin rektoru professor Mansur Harmandar və tələbələrlə görüşüb.

Butov.az Axar.az-a istinadən xəbər verir ki, millət vəkili görüşdə Qarabağ həqiqətlərinin daha geniş yayılması, bu dəhşətli olaylardan daha çox insanın xəbər tutması məsələsini müzakirə edib. O, Muğla valisi ilə görüşündə bu bölgədə Azərbaycanla, xüsusən Qarabağ problemi ilə bağlı konfransların artmasını təklif edib və qardaş ölkənin bu problemə diqqətinin xüsusi əhəmiyyət kəsb etdiyini deyib.

Xocalı soyqırımı ilə bağlı keçirilən konfransda iştirak edən millət vəkili vali Amir Çiçəklə müzakirə zamanı qardaş Türkiyədə terrorla mübarizədə şəhid olmuş insanlara Allahdan rəhmət, yaxınlarına səbir diləyib, terroru və arxasında duranları lənətlədiyini bildirib.

Azərbaycanın erməni terrorundan çox əziyyət çəkdiyini vurğulayan Q.Paşayeva “O zaman Azərbaycan türklərinə qarşı terror törədənlər indi də müxtəlif terror təşkilatları içərisində Türkiyəyə qarşı cinayət və çirkin addımlarını davam etdirirlər, amma inşallah, birlikdə bütün terrorçulara layiq olduqları cavabı verəcəyik, qəhrəman şəhidlərimiz onlara məqsədlərinə çatmağa imkan verməyəcək”, - deyib.

“Azərbaycanın sevinci sevincimiz, üzüntünüz üzüntümüzdür”, - deyən vali Amir Çiçək şəhidlərimizə Allahdan rəhmət diləyib.

Millət vəkili Qənirə Paşayeva, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Dr.Nəcibə Nəsibova və əməkdar artist Nuriyyə Hüseynova Muğla Universiteti rektoruna və universitetin kitabxanasına Azərbaycan mədəniyyəti, tarixinə dair materiallar hədiyyə edib.

Q.Paşayev həmçinin Muğla Sıtkı Koçman Universitetində təhsil alan bəzi azərbaycanlı tələbələrlə də görüşüb. Görüşdə millət vəkili Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə çatdırılmasında xaricdə yaşayan azərbaycanlıların da üzərinə böyük vəzifələr düşdüyünü bildirib.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!