Yandırılmış Kitablar üçün Mərsiyə .....                        Bu yolda sürət həddi endirildi .....                        Fidan alman həmkarı ilə görüşdü .....                        Prezident Şahbaz Şərifə təşəkkür etdi .....                        Baydenin Ukrayna üçün son hərbi yardımı .....                        İlham Əliyev Pezeşkian və Sisiyə məktub yazdı .....                        Bakı metrosunun yeni sədri kimdir? .....                        Qazaxda traktor aşdı - Ölən var .....                        Makronun sözləri müxalifəti qəzəbləndirdi .....                       
1-10-2022, 07:02
TƏBRİZDƏN BİR XƏBƏR ALA BİLMİRƏM


TƏBRİZDƏN BİR XƏBƏR ALA BİLMİRƏM

Mən yata bilmirəm, çəkilib yuxum,
Təbrizdən bir xəbər ala bilmirəm.
Gah ümid çoxalır, gah da ki, qorxum,
Təbrizdən bir xəbər ala bilmirəm.

Mən çoxdan bəldəm o zülümkara,
Tökülən qanlardan həzz alandılar.
Görkmi dindardır, xisləti şeytan,
Başdan ayağacan yapyalandılar.

Dilini, haqqını alıb əlindən,
Niyyəti bir xalqı çıxarmaq yoxa.
O hansı imandan, dindən danışır,
Faşist erməniyə durursa arxa...

Sözsüz, uzun çəkməz, getməz də belə,
İstibdad, cəhalət boğulacaqdır.
46-cı ildə batırlan Günəş,
Təzədən Təbrizdə doğulacaqdır.

Hələ ki, yatmırıam, çəkilib yuxum,
Təbrizdən bir xəbər ala bilmirəm.
Gah ümid çoxaır, gah da ki, qorxum,
Təbrizdən bir xəbər ala bilmirəm.
Bilmirəm.....
30-09-2022
Əjdər YUNUSOV
25-09-2022, 22:04
Əjdər Yunus Rza: "Təbriz"


Əjdər Yunus Rza


TƏBRİZ
Çıxmısan sən haqq yoluna,
Bu yoldan gəl dönmə, Təbriz!
Qeyrətindən qor almısan,
Alovlan sən, sönmə,Təbriz!
Bu yoldan gəl dönmə, Təbriz!

Bu gedişin ağır gediş,
Durma, get, haqqa yetiş...
Qıcasa da düşmənin diş,
Bu yoldan gəl dönmə, Təbriz!
Alovlan sən, sönmə, Təbriz!

Babəkimin odu səndə,
Səttarxanın adı səndə.
Şeyx Məhəmməd Xiyabani,
Pişəvəri durub öndə,
Bu yoldan gəl dönmə, Təbriz!
Alovlan sən, sönmə, Təbriz!

Quzey, Güney bir candayıq,
Bir ürəkdə, bir qandayıq.
Unutma ki, yanındayıq,
Bu yoldan gəl dönmə, Təbriz!
Alovlan sən, sönmə, Təbriz!

24.09.2022
Əjdər Yunus Rza
30-08-2022, 07:28
Təbrizdə divarlara posterlər yapışdırılıb

Təbrizdə divarlara posterlər yapışdırılıb

Milli-mədəni fəallar şəhərdə minlərlə posterlər yayıblar.Təbrizli milli-mədəni fəallar şəhərin bir çox bölgələrində divarlara posterlər yapışdırıb, hökumətə xəbərdarlıq ediblər. Urmu gölünün təsvirləri, Azərbaycan milli hərəkatı fəallarının həbsdə olması, yoxsulluq, mədənlərin talan edilməsi və ana dili kimi mövzuların yer aldığı posterlərdə türk və fars dillərində “Azərbaycan xaliqinin böyük qiyami yoldadır”dır məzmunlu şüarlar yazılıb.
28-08-2022, 06:48
Təbriz bələdiyyəsi qarşısında etiraz aksiyası

Təbriz bələdiyyəsi qarşısında etiraz aksiyası
Təbrizdə bələdiyyə binası qarşısında etiraz aksiyası keçirilib. Onlar ödəniş etdikləri halda evlərinin verilmədiyindən narazılıqlarını bildiriblər.
Avqustun 27-i səhər saatlarından başlayaraq bir qrup narazı vətəndaş Təbriz bələdiyyə binası qarşısına toplaşaraq etiraz aksiyası keçirib.
Onlar bir neçə ildir "Xavəran" şəhərciyində yeni tikilən evlər üçün ödəniş etmələrinə baxmayaraq tikintinin yarımçıq qalması, evlərinə yiyə dura bilmədiklərindən narazılıqlarını bildiriblər.
Bundan öncə son iki ildə eyni problemlə bağlı dəfələrlə aksiya keçirilməsi və müraciət edilməsinə baxmayaraq, ödəniş edən vətəndaşların evlərinin tikintisi tamamlanmayıb.
Aksiyaya qatılanlar "Huşyar, Huşyar" səsləyərək bələdiyyə başçısı Yəqub Huşyarın onların qarşısına çıxıb məsələyə aydınlıq gətirməsini istəsələr də, bələdiyyə başçısı etirazçılarla görüşməyib.
24-08-2022, 18:16

Milli fəal prokurorluğa çağırılıb

Milli fəal prokurorluğa çağırılıb

Təbrizdə yaşayan milli-mədəni fəal Siyamək Fərəczadəyə (Qaradağlı) çağırış vərəqəsi göndərilib. Bildirişdə ondan müəyyən edilmiş müddət içində Təbrizin Ümumi və İnqilab Prokurorluğunun 15-ci bölməsinə müraciət etməsi istənilib. Siyamək Fərəczadə (Qaradağlı) iyulun 1-də İran təhlükəsizlik məmurları tərəfindən Kəleybər şəhərində həbs edilərək Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin Təbrizdəki təcridxanasına köçürülmüşdü.
Həbsindən bir neçə gün sonra ailəsi ilə qısa müddətli telefon əlaqəsi saxlayan Qaradağlı iyulun 16-da prokurorluğa aparıldığını və yenidən təcridxanaya qaytarıldığını bildirmişdi.
Şərqi Azərbaycanın Əhər şəhərindən olan milli fəal Təbrizdə yaşayır və elektrik mühəndisliyi fakültəsini bitirib. O, hər il iyunun sonu, iyulun ilk günlərində Bəzz qalasında keçirilən illik Babək qurultayına qatıldığı üçün saxlanılmışdı.
23-08-2022, 22:15
İranda həkimlərin mühacirət təhlükəsi

İranda həkimlərin mühacirət təhlükəsi

İran Tibb Sistemi Ali Şurasının başçısı Mənsur Cəfəri Nəmin, Ərdəbildə media nümayəndələri ilə görüşü zamanı özəlliklə son illər ölkədən həkimlərin, xüsusilə mütəxəssis həkimlərin köçünün təhlükəli səviyyədə çoxaldığını deyib. Son bir il ərzində həkimlərin xaricə mühacirətində yüksək artım olduğunu deyən Cəfəri Nəmin qısa müddətdə 20 ərdəbilli həkimin xaricə getmək üçün müraciə etdiyini bildirib. Bir müddət öncə İranın Tibb Sistemi Təşkilatının başçısı Məhəmməd Rəiszadə ötən günəş ilində 4000-dən çox iranlı həkim mühacirət görə istənilən “cinayət qeydinin olmaması” sənədi almaq üçün müraciət etdiyini demişdi.
İran Tibb İşçiləri Təşkilatının sədr müavini Məhəmmədtağı Cahanpur Səhiyyə Nazirliyinin tibb işçiləri və tibb bacılarına qarşı münasibətini tənqid edərək hər ay 150-200 arası tibb işçisi və tibb bacısının ölkəni tərk etdiyi barədə məlumat verib.
İranın “Cavan” saytı məsələ ilə bağlı yayınladığı məlumatda ölkədə həkimlərin dolanışıq problemləri və əmək haqlarının aşağı olduğuna görə Türkiyə və Omana mühacirət etdiklərini yazıb.
Cavidan
18-08-2022, 00:01
Milli fəal Yaşar Piri həbs edildi


Milli fəal Yaşar Piri həbs edildi

Avqustun 17-də Təbriz zindanında saxlanılan siyasi məhbus Ruzbeh Pirinin qardaşı Yaşar Piri təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq naməlum yerə aparılıb. Bu barədə qardaşların yaxınları məlumat verib. Onun həbs səbəbləri və ittihamı barədə heç bir məlumat verilməyib.
Qeyd edək ki, Yaşar Piri bundan öncə 2021-ci ilin fevral ayının 21-də Beynəlxalq Ana Dili Günündə İran hökumətinin kəşfiyyat idarəsinin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi. 2019-cu ilin noyabr ayında İranda benzinin bahalaşması nəticəsində baş verən etirazlar zamanı qardaşı Ruzbeh Piri ilə birlikdə həbs edilmiş, nəzarət altına alınmışdı. İki güneyli qardaş həbs edildikdən sonra müxtəlif ağır ittihamlarla üzləşmişdilər. Bununla yanaşı Yaşar Piri 2012-ci ilin aprel ayında Urmu gölündə baş verən ekoloji fəlakətin qarşısının alınmamasına görə Təbrizdə keçirilən etiraz aksiyalarına qatıldığı üçün saxlanılmış və "ictimai asayişi pozmaq" ittihamı ilə 3 ay şərti həbs və 30 qamçı cəzasına məhkum edilmişdi.
Timur
17-08-2022, 06:43
Güneyli vəkil və əməkdaşları barədə həbs qərarı təsdiqlənib


Güneyli vəkil və əməkdaşları barədə həbs qərarı təsdiqlənib

Tehranda yaşayan azərbaycanlı vəkil Məhəmmədrza Fəqihi və onun əməkdaşları Mustafa Nili, Mehdi Mahmudiyan, Məryəm Əfrəfraz və Arəş Keyxosrəvi barədə ilkin məhkəmənin çıxardığı qərarı Tehran Apelliyasiya Məhkəməsinin 36-cı bölməsi qüvvədə saxlayıb. Onların 10 ildən çox həbs cəzasına məhkum edilmələri ilə yanaşı ictimai və peşə fəaliyyətlərinin də məhdudlaşdırılmasına qərar verilib.
Mustafa Nili, Mehdi Mahmudiyan və Arəş Keyxosrəvi "təhlükəsizliyi pozmaq məqsədi ilə hökumətə qarşı qrup yaratmaq və sistem əleyhinə təbliğat" ittihamı, Məhəmmədrza Fəqihi və Məryəm Əfrəfraz isə "hökumətə müxalif qruplara üzv olmaq" ittihamı ilə mühakimə olunmuşdular. Bundan öncə 2021-ci il avqustun 14-də Güney azərbaycanlı vəkil Məhəmmədrza Fəqihi və vəkil əməkdaşları Tehranda insan haqları mövzusunda və vətəndaşların koronavirusa qarşı peyvənd olunma hüquqları ilə bağlı keçirdikləri toplantıda təhlükəsizlik məmurları tərəfindən həbs olunublar. Onlar iki həftə təhlükəsizlik idarəsinin təcridxanasında dindirildikdən sonra avqustun 28-də girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıblar.
Əli Xameneyi 2021-ci ilin yanvar ayında ABŞ və Britaniyadan koronavirus vaksinlərinin idxalının yasaqlandığını deyib, sonradan vaksinlə əlaqədar mövqeyi dəyişib və əlaqədar qurumlardan koronavirus vaksinin istər idxal, istərsə yerli istehsal yolu ilə təmin edilməsini tələb edib. Güneyli vəkil və onun əməkdaşları isə Xameneyinin vaksinlərin idxalı və istehsalı prosesinə 8 ay əngəl olduğunu, bu müddət ərzində 100 mindən çox insanın öldüyünə görə məsuliyyət daşıdığını deyiblər.
İranın azsaylı insan haqları vəkillərindən biri olan Fəqihi türk fəallar daxil olmaqla, bir çox siyasi məhbusu, o cümlədən siyasi məhbus Abbas Lisanini İranın müxtəlif məhkəmələrində müdafiə edib.
Cavidan
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!