Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 4-02-2022, 17:15
"Şəhidlik mənə yaraşar"-deyən qəhrəman

"Şəhidlik mənə yaraşar"-deyən qəhrəman


Şəhid Sərxan Əliyev İslam oğlu 1998-ci il yanvarın 16-sı Azərbaycanın Sumqayıt şəhərində anadan olmuşdur. O, 3 yaşından etibarən 37 saylı uşaq bağçasına getmişdir. Sərxanın babası Cəmil Əliyev İkinci Dünya Müharibəsində iştirak etmiş, çoxlu sayda medallar qazanaraq qələbə xəbəri ilə qayıtmışdır. Sərxan da uşaq vaxtlarından o medalları yaxasına taxaraq həmişə deyirdi: "Mən də babam kimi Qəhrəman olacağam."Sərxan Əliyev 9-cu sinifə qədər olan təhsilini Sumqayıt şəhər Təfəkkür liseyində almışdır. Orta məktəbdə oxuduğu illərdə atasından ona kompyuter almasını xahiş etmişdir. Ancaq atasına da söz verib ki, dərslərini yaxşı oxuyacaq. O, kompyuterdə dərsləri ilə məşğul olmaqla yanaşı, xarici dövlətlərlə döyüş, snayper oyunlarına qoşulub. İbtidai siniflərdə o, tərbiyəsinə, savadına, davranışına görə bir çox fəxri fərmanlara layiq görülmüşdür. Sərxan orta təhsilinin son illərini isə 13 saylı tam orta məktəbdə bitirmişdir.
Məktəb illərindən çox vətənpərvər olmuşdur. Çünki anası onu uşaqlıqdan vətənpərvər ruhda böyütmüşdür.Sərxanın atası Qərbi Azərbaycandan olduğu üçün, o bəzən atasına deyirmiş: "Ata siz o cür gözəl yerləri niyə düşmənə veribsiniz? Mən böyüyəndə onlara qan udduracağam.”
Hər dəfə Xocalı faciəsinə baxdıqca, Çingiz Mustafayevin qucağındakı o körpə Laləni gördükcə, deyirdi: "Mən bu qisası onlardan mütləq alacağam, bu qanı yerdə qoyan deyiləm." Bunu da qeyd edək ki, körpə Lalə Şəhidin nənəsinin bibisi nəvəsi olub. Onlar çox sayda itki vermişdirlər. 2016-cı il, aprel ayının 1-dən 2-nə keçən gecə, döyüşlər başlayan gündən Sərxan hərbi xidmətini başa vurana qədər düşmənlə üzbəüz, ön cəbhədə qulluq edib. O, bu döyüşlərdə ayağından qəlpə yarası almışdır. Buna baxmayaraq Sərxan yenə də ön cəbhəyə, düşmənlə üzbəüz olan yerə, əsgər yoldaşlarının yanına qayıtmağa can atırdı. Bu isə onun necə vətənpərvər oğul olmağından xəbər verirdi. Sərxan məktəbi bitirdikdən sonra, 2016-cı ildə hərbi hissəyə yollanmışdır. O, "N" saylı hərbi hissədə olmuşdur. Sərxan o qədər boylu-buxunlu, yaraşıqlı olmuşdur ki, valideynləri onun and içmə mərasiminə gəldikdə, anası oğlunu tanımayıb. Anası oğluna sual verib: " Oğlum, sən bura istirahətə gəlmisən, yoxsa xidmət etməyə? O, cavabında anasına deyir: " Ana mən burada “şaqat eləmirəm”, səngərdə durmuram. Mən avtomatı snayper kimi atıram.
Sərxan vaxtındanda artıq Ağdamda ön xətdə xidmət etmişdir. Tərxis olunmağına baxmayaraq elə hey deyirmiş: " Bizim Şəhidlərimizin qanını, Xocalının qisasını söz verirəm ki, alacağam, almalıyam da. Sərxan həmişə bu sözləri deyərdi: "İrəli əmri verilərdi, şərəfsizləri qırardım. Sərxan imanlı oğul idi. Onun dinə olan həvəsi çox böyük idi.
Sərxan Əliyev 2019-cu ildə qərara gəlib ki, anası ilə birlikdə Kərbəla ziyarətinə getsin. O, bu istəyinə nail olur. Anası ilə birlikdə Kərbəlaya yola düşür. Bu yolda çox yolçulara yardım edir. Öncə Məşhəd ziyarətinə, daha sonra isə Kərbəla ziyarətinə yolunu davam etdirir. Sərxan digər Zəvvarlar kimi Nəcəf Şəhərindən Kərbəla Şəhərinə piyada addımlayaraq gedir. Kərbəla Ziyarətinə yaxınlaşan vaxtı Sərxan Üçrəngli Azərbaycan bayrağına bürünərək deyir: "Baxın görün bu Bayraq necə gözəldir.Ən böyük arzum budur ki, Şəhid olum və bu Bayrağa bükülüm. Allah bunu mənə qismət eləsin".Qəhrəman Şəhidimiz Sərxan Kərbəla Ziyarətindən qayıtdıqdan bir neçə müddət sonra General-mayor Polad Həşimovun ölüm xəbərini eşidən dəqiqədə heç özünə yer tapa bilməmişdir. Özündən böyük qardaşı ilə Fəxri xiyabana, Polad Həşimovun dəfn mərasimində iştirak etməyə gedirlər. Əliyev qardaşları oradaca and içirlər: "Qanın yerdə qalmayacaq Cənab general”.
Dəfndən qayıtdıqdan sonra qardaşı İlhamla birlikdə hərbi komissarlığa yollanıb könüllülər siyahısına yazılırlar. Sentyabr ayının 21-i Əliyev qardaşları ilk çağırışdan təlimə yola düşürlər. Fərqli hərbi hissələrdə 1 həftəlik təlimdən sonra hər iki qardaş ön cəbhəyə, müharibəyə yola düşür. Qardaşı qazi İlham Əliyev Füzulidə, Şəhidimiz Sərxan Əliyev isə Tərtərdə döyüşə başlayırlar. Sərxan Əliyev əla atıcı olduğu üçün, könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrə qoşularaq onlarla birlikdə önə, düşmənin üzərinə getdi. Atası ilə danışdığı vaxtlarda hər şeyin çox yaxşı olduğunu söyləyirdi. O, hətta bu sözlərin də demişdir: " Ata, İnşallah qələbə xəbərləri ilə qayıdacağıq."
Sərxan Tərtər-Ağdam-Füzuli-Cəbrayıl istiqamətində gedən şiddətli döyüşlərdə iştirak etmiş və düşmənin çox sayda yüksək rütbəli zabitlərini məhv etmişdir. Bütün bu qəhrəmanlıqları şəhidimizdə daha da ruh yüksəkliyi yaradırdı. Sərxan son dəfə valideynləri ilə danışdıqda demişdir: " Ata, ana, mən istirahətə qayıtmışam. Məndən nigaran qalmayın." Sərxanın istirahətdə olmağına baxmayaraq öndən xəbər gəlir ki, kömək lazımdır. İstirahətini başa vurmamış Sərxan cəld yerindən qalxır və deyir: "Mən də gedəcəyəm". Sərxan yenidən şiddətli döyüşlərə atılır və 08.10.2020-ci il tarixində qəhrəmancasına şəhid olur. Oktyabr ayının 21-i isə Sumqayıt Şəhər Şəhidlər Xiyabanında əhalinin iştiraki ilə dəfn olunur. Allah Cəmi Şəhidlərimizə rəhmət etsin!

Fələk adlı zalımı
(Şəhid Sərxan Əliyevin anasının dilindən)
Səndən sonra ömrümün soldu sənli günləri,
Yel qanadında uçdu həyatımın illəri.
Sən şəhid olduğun gün zaman durdu elə bil,
O qədər laylay çaldı sənə bu ağız, bu dil.
Bu alışan bağrımı söndürmədi kəlmələr,
Kaş ki, balama həsrət nə haldayam görələr.
Görələr, o məzarı necə yuyur göz yaşım,
Bu amansız həyatla indi necə savaşım?
Necə səbr edim axı, balamın yoxluğuna,
Kaş cənnətdə qovuşa biləydim mən də ona.
Nə basardım bağrıma, körpəcə uşaq kimi,
Heç nəyə dəyişmərəm ona olan sevgimi.
O aldığım nəfəsdi, indi havam çatışmır,
Bu buz kimi məzar da mənlə onuntək danışmır.
Demir "ana necəsən?" heç soruşmur halımı,
Mən necə bağışlayım fələk adlı zalımı?
Kövrəlib şəhid atası
Bir məzar başında kövrəlib ata,
Gözünün yaşını tökür ovcuna.
Hər kəsin baxışı ögeydi sanki,
Sözlər də, təsəlli olmayır ona.
Ovutmur balasın itirən canı,
Ovutmur atanı, özgə baxışlar.
Bu qədər ürəyi yanan insanın,
Ahını Allah da, çətin bağışlar.
O ahlar düşmənə od-alov olsun,
Yansın ürəyinin başı düşmənin.
Bu qədər igidi şəhid eylədi,
Qalmasın daş üstə daşı düşmənin.

Esmira Günəş


Paylaş



Bölmə: Şəhidlər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!