Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                       
Tarix : 17-11-2017, 18:00
"Hərə bir əsgər, hər ev bir səngər"
layihəyə yekun vuruldu


Noyabrın 17-də "Bütöv Azərbaycan" qəzetinin redaksiyasında "Hərə bir əsgər, hər ev bir səngər" adlı layihənin yekununa və Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri açan “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin sədri Tamxil Ziyəddinoğlu Milli Dirçəliş Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək xalqımızın istiqlal mücadiləsinin əsas mərhələlərindən biri olan 17 noyabr – Milli Dirçəliş Gününün Azərbaycanın müstəqilliyinin bərpa olunmasında tarixi rol oynadığını vurğulayıb. T. Ziyyədinoğlu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən "Hərə bir əsgər, hər ev bir səngər"lahiyəsinin əhəmiyyətindən və nəticələrindən danışaraq, layihənin uğurla başa çatmasında köməklik göstərən hər bir kəsə təşəkkür edib. Tədbirdə çıxış edən “Laçın yurdu” jurnalının baş redaktoru, şair Arif Məmmədli, publisist, şair Əli Rza Xələfli, jurnalist Qələndər Xaçınçaylı, Sübut Mehdiyev, Hacı Mahir Vəliyev və başqaları layihənin əhəmiyyətindən danışaraq bu çətin və məsuliyyətli işin öhdəsindən layiqincə gəldiklərinə görə “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin üzvlərinə təşəkkür ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə keçirilən layihənin məqsədi düşmənlə təmas xəttində, sərhəd kəndlərimizdə yaşayan vətəndaşlarımıza mənəvi dəstək olmaq, yerli əhalini, əsasən də yeniyetmə və gəncləri düşmənlərimizin millətimizə, dövlətimizə qarşı törətdiyi cinayətlər barədə maarifləndirmək, gəncləri ölkəmizin mənafeyini, xalqımızın milli-mənəvi dəyərlərini, öz yurdlarını qorumağa, işğalçılara qarşı mübarizəyə səfərbər etmək olub.
Layihə çərçivəsində Tovuz rayonunun Ağdam, Tərtər rayonun Qapanlı kəndlərində yerli sakinlərlə görüşlər keçirilib və “Ordum.az” saytı yaradılaraq oxucuların ixtiyarına verilib.
Hərbi Jurnalistlər Birliyinin
mətbuat xidməti



Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!