Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 20-09-2017, 17:45
“Hərə bir əsgər, hər ev bir səngər”


“Hərə bir əsgər, hər ev bir səngər”

“Cəbhəyanı bölgələrdə müvafiq tədbirlərin təşkilinə dair təşəbbüslər və "ordum.az" saytının yaradılması” layihəsi çərçivəsində, sentyabrın 16-da Tovuz rayonunun Ağdam kəndində “Hərə bir əsgər, hər ev bir səngər” adlı tədbir keçirilib. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə keçirilən görüş-tədbirin məqsədi düşmənlə təmas xəttində, sərhəd kəndlərimizdə yaşayan vətəndaşlarımıza mənəvi dəstək olmaq;
Onları vətənin keşiyini çəkən əsgərlərimizə arxa durmağa, tarixi torpaqlarımız olan ata- baba yurdlarına daha möhkəm bağlanmağa sövq etmək;
Yerli əhalini- əsasən də yeniyetmə-gəncləri düşmənlərimizin millətimizə, dövlətimizə qarşı törətdiyi cinayətlər barədə maarifləndirmək;
Gəncləri ölkəmizin mənafeyini, xalqımızın milli-mənəvi dəyərlərini, öz yurdlarını qorumağa, işğalçılara qarşı mübarizəyə səfərbər etməkdir.

“Hərə bir əsgər, hər ev bir səngər”


Elə bu ovqat üstə köklənmiş Hərbi mövzular Üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin üzvləri və qonaqlar şəhid ailələri ilə birlikdəTovuz rayonunun Ağdam kəndində şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin və Azərbaycanın Milli Qəhrəmanı Naiq Yusifovun qəbri üzərinə tər çiçəklər qoyaraq xatirələrini yad ediblər. Xatırladaq ki,Qarabağ müharibəsi başlayandan ərazi bütövlüyümüz uğrunda Ağdam kəndi 15 şəhid verib ki, onlardan biri –Naiq Yusifov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Milli Qəhrəmanın adını daşıyan məktəbin qarşısında kənd sakinləri ilə keçirilən görüşdə Müstəqil Ölkəmizin suverenliyinin möhkəmləndirilməsi naminə,xalq-ordu əlaqələrini möhkəmləndirmək kimi mühüm vəzifələrdən söz açılıb.Tovuz rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov qonaqları salamlayaraq qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi başlayandan bəri Tovuz rayonu düşmənlə təmas xəttində daim mərdliklə dayanıb.



“Hərə bir əsgər, hər ev bir səngər”


“Hərə bir əsgər, hər ev bir səngər”


Sonra tədbirin aparıcısı, “Bütöv Azərbaycan” qəzetinin redaktor müavini Azadə Bayramova sözü layihə rəhbəri, “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyi İdarə Heyətinin sədri Tamxil Ziyəddinoğluna verdi. Biz sizlərdən vətən sevgisini, yurda necə can-dildən bağlanmağı öyrənməyə gəlmişik, deyə sözə başlayan Layihə rəhbəri “Hərə bir əsgər, hər ev bir səngər” mövzusunda məruzə etdi. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttinə bitişik ərazilərdə təhlükəsizlik tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2014 –cü il tarixli sərəncamını xatırladaraq döyüş bölgəsində yaşayan əhalinin ayıq-sayıqlığının artırılması zərurətindən söz açıb.

“Hərə bir əsgər, hər ev bir səngər”


Qürur huissilə qeyd edib ki, torpaqlarımızı indi 1990-cı illərdəki kimi əliyalın könnüllülər deyil, nizami ordumuz qoruyur. Azərbaycan oğulları Silahlı Qüvvələrimizin bütün qoşun növlərində şərəflə xidmət keçirlər. İstər sərhədlərimizin keşiyində, istərsə də, təhlükəsizliyimizin, asayişimizin qorunmasında vətənəlayiq xidmət edirlər. Hərbçilərimiz NATO Sülhməramlı Qoşunlarının tərkibində İraqda, Kosovada nümunəvi xidmətləri ilə Azərbaycanımıza həmişə başucalığı gətiriblər. Silahlı Qüvvələrimiz hazırda Cənubi Qafqazın ən güclü ordusuna çevrilib. Ötən ilin aprel döyüşləri bunu bir daha sübüt elədi.Cəbrayıl rayonunun Cocuqmərcanlı kəndinin düşməndən azad edilərək, orada ilkin olaraq 50 evin inşası və daha 100 evin tikintisinə başlanması yurd yerlərimizə böyük qayıdışın başlanğıcı oldu. İnanırıq ki, tezliklə Azərbaycanın əraziləri işğaldan azad ediləcək və xalqımız əmin-amanlıq şəraitində indiki inkşaf dinamikasını daha yüksək səviyyədə davam etdirəcək. Bütün bunlar isə xalq-ordu birliyində öz təcəssümünü tapacaq. Biz daimi olaraq ordumuza dəstək olmalı,ordumuzun şəxsi heyəti ilə təmaslarımız sıx olmalıdır. Çıxışçı ”Hərə bir əsgər, hər ev bir səngər” mövzusunda hərbi vətənpərvərlik polemikası açdı.

Azərbaycanın Milli Qəhrəmanı Naiq Yusifovun atası Nəsir Yusifov qeyd etdi ki, Azərbaycan xalqının tarixində qəhrəmanlıq ənənələri davam edir. Böyük Vətən Müharibəsində təkcə Tovuz rayonundan 3 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.Mənim oğlum kimi neçə-neçə oğullar da vətənin müdafiəsinə qalxıb, torpaq, xalq uğrunda canlarını fəda ediblər. Milli Qəhrəmanın adını daşıyan məktəbin direktoru Şahnaz Eyubova yetirmələrinin qəhrəmanlığını qeyd etməklə bərabər bildirib ki, 25 ilə yaxın davam edən münaqişə dövründə bir nəfər də olsun kəndi tərk etməyib, hər kəs təsərrüfat işləri ilə məşğuldur. Eyni zamanda kənddə Alı Baba ziyərətgahı və kənd qəbiristanlığı hələ də düşmən nişangahındadır.

“Hərə bir əsgər, hər ev bir səngər”


Məktəbin direktoru Şahnaz Eyubova: Qeyd edim ki, məktəbimizdə vətənpərvərlik tərbiyyəsi daha yüksək aşılanır. Neçə-neçə şagirdlərimiz hərbi akademiyada təhsil alır,Türkiyədə, Cəmşid Naxçıvanski adına Hərbi Liseylərdə təhsil alırlar. Biz Azərbaycanın Prezidenti cənab İlham Əliyevə arxalanırıq və onun daimi sərhəd kəndlərinə verdiyi qiymətlə və qəraqlarla fəxr eliyirik və ümidvarıq ki, nə vaxtsa bizim kəndimizdə də əmin-amanlıq olacaq və Cəbrayıl rayonunun Cocuqmərcanlı kəndi kimi bizim Alı Dədəmiz, tarixi abidə olan “Alı Dədə” qəbiristanlığımız, köhnə qəbiristanlığımız ermənlərin nəzarəti altından azad olunacaq və biz öz doğma torpağımıza, öz ziyarətgahımıza, öz qəbirstanlığımıza üz tutub onları ziyarət edəcəyik.Müharibə başlanan dövrdən bizim kəndimizdən bir nəfər də olsun kənd sakini kənara çıxmayıb. Onlar həmişə öz təsərrüfatlarını əkib-becərməklə və kəndin abadlaşması ilə məşğuldurlar.

“Hərə bir əsgər, hər ev bir səngər”


“Xoşbəxt günlərimin acı göz yaşları” , “Başkəsənlər”, “Anama məktub”, “Novruzda açılan atəş”, “Tanrı ürəklərdədir” və.s. kitabların müəllifi-publisist Elman Rüstəmov öz ürək sözlərini söylədi: “Müharibə dəhşətdir, faciədir, ölümdür. Müharibə şəhərlərin, kəndlərin viranə qalması, xarabazarlığa çevrilməsi deməkdir. Müharibə səfalətdir. Müharibə anaların göz yaşı axıtması, körpələrin atasız böyüməsi deməkdir. Ona görə də məhşur alman alimi Stevan Şvaq demişdir: “Ən ədalətli müharibədən ədalətsiz sülh qat-qat yaxşıdır”. Çünki sülh insanlara əminamanlıq, firavanlıq bəxş edir. Ancaq biz ədalətsiz deyil ədalətli sülh istəyirik, işgal altında olan torpaqlarımızın azad olunmasını ıstəyirik. Məhz ona görə də bütün bu çətinliklərə dözürük, bütün əzablara mərdliklə sinə gəririk. Bu çətinlik ən çox düşmənlə üzbəüz sərhəd bölgəsində məskunlaşan əhalinin üzərinə düşür. Məhz buna görə də sizlərin dövlət qayğısına daha cox ehtiyacınız var və elə bilirəm ki, bu qayğını hiss edirsiniz. Söhbət təkcə maddiyyatdan getmir, Əgər bu gün Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Bakıdan ziyalılar, bir qrup musiqiçilər sizin görüşünüzə gəlirsə, bu da ölkə başçısının qayğısının təzahürüdür.” Sonra yazıçı öz kitablarından bir neçə nüsxə kitabxanaya, məktəbə və kənd camaatına hədiyyə etdi.

“Hərə bir əsgər, hər ev bir səngər”[/center]

Azərbaycan ordusu üçün iki oğul böyüdən, övladları həqiqi hərbi xidməti başa vurduqdan sonra da talelərini Vətən üçün xidmətə bağlayan ziyalı Kamran Rzayev Ağdam camaatı ilə görüşdən məmnunluğunu bildirdi. Soydaşlarının belə məğrurluğundan qürurlandığını söylədi.

Azərbaycanın Milli Qəhrəmanı – şəhid Naiq Yusifovun atası Nəsir Yusifov və digər çıxış edənlər Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında gündən-günə qüdrətlənən ordumuza güvəndiklərini, silahlı qüvvələrimizin gücünə arxalanaraq öz rahat həyatlarını yaşamaqda davam etdiklərini və bundan sonra ata-baba yurdunun daha da abadlaşmasına çalışacaqlarını söylədilər. Onları yad edənlərə, şəhidlərimizin xatirəsini əziz tutanlara minnətdarlıqlarını bildirdilər.

Gənclər və İdman idarəsinin rəisi Sahib Ələsgərov qeyd etdi ki, Respublikamızın hər yerində olduğu kimi Tovuz rayonunda da hərbi vətənpərvərlik çox yüksək səviyyədədir. Bunun nəticəsidir ki, bir qarış da olsun torpağımız düşmən tərəfindən işğal olunmayıb. Məlumat üçün bildirim ki,Tovuz rayonu Ermənistanla 69 km sərhəddir. Eyni zamanda 11 yaşayış məntəqəsi Ermənistanla həmsərhəddir, burda 12 mindən çox əhali yaşıyır. Qarabağ müharibəsi zamanı bilavasitə 300-dən artıq şəhid vermişik, 3 milli qəhrəmanımız var. Bu Milli Qəhrəman və şəhid ailələrinə rayon rəhbərliyi tərəfindən,ölkə rəhbərliyi tərəfindən daim diqqət və qayğı göstərilir. Bu gündə biz yerləşdiyimiz Ağdam kəndində şəhid Naiq Nəsir oğlu Yusifovun büstünü ziyarət elədik. Rayonumuzda hərbi vətənpərvərlik tərbiyəsi demək olar ki, günün tələbləri səviyyəsindədir. Belə ki, rayon ərazisində yerləşən N saylı hərbi hissə ilə rayon rəhbərliyinin tapşırığına uyğun olaraq mütamadi olaraq orduyla xalqın birliyi mövzusunda görüşlər keçirilir. Əlamətdar günlərdə, Ordu günündə bilavasitə orduyla xalq birlikdə olur, təntənəli bayram günlərini birlikdə qeyd edirlər. İctimaiyyət, rayon rəhbərliyi, aidiatı qurumlar daim oruya dəstək olur. Bir faktı qeyd etmək istəyirəm ki, təkcə 2007-15-ci illər ərzində Tovuz rayonundan Ali Hərbi məktəblərə və hərbi Liseylərə 563 məzunumuz daxil olub. Republikanın demək olar ki, bütün bölgələrində hərbi hissələrində Tovuzlu zabitlərə rast gəlmək olar.Təbii ki, bu çox qururverici haldır. Bir nəfər də olsun əhali öz yaşayış yerini tərk etməyib. Çünki xalq öz ordusuna güvənir, Ali Baş komandanına inanır. Ordu ilə xalq birdir və bu birlik ümidvarıq ki, yaxın vaxtlarda Qarabağda öz qələbə səsini, necə deyərlər, çatdıracaq və əhalimiz də həmin ərazilərin abadlaşdırılmasında çox fəal iştirak edəcək.
İllərdi erməni faşistlərinin atəşi altında mərdliklə dayanan Tovuz rayonun Ağdam camaatı ilə görüşünün rəsmi hissəsindən sonra gənc aşıqlar Zirəddin Cilovdarlı və Muxtar Məmmədov Firuddin Süleymanovun balabanda müşayiətilə sazlarını “ Qəhrəmanı” və “Şahsevəni” üstündə kökləyərək meydana girdilər. Zəngulələr dağlara yayıldı. Dağlar qoynunda sazın, sözün şirinliyinə bələnmiş bu görüş hər kəsdə xoş ovqat yaratdı. Yerli camaat qonaqlarla xatirə şəkilləri çəkdirdilər. Görüş iştirakçılarına şair Hafiz Baxışın “Bütöv Azərbaycan” qəzetiredaksiyasında çapa hazırlanmış “Ana layla deyir” kitabı və təhlükəsizlik tədbirlərinə aid bukletlər paylandı. Sonra görüş iştrakçıları Azərbaycanın Milli Qəhrəmanı Naiq Yusifovun ailəsinin qonağı olub, çay süfrəsi ətrafında söhbət etdilər.

Hərbi Jurnalistlər Birliyinin
Mətbuat xidməti


“Hərə bir əsgər, hər ev bir səngər”


“Hərə bir əsgər, hər ev bir səngər”


“Hərə bir əsgər, hər ev bir səngər”


“Hərə bir əsgər, hər ev bir səngər”


“Hərə bir əsgər, hər ev bir səngər”


“Hərə bir əsgər, hər ev bir səngər”

“Hərə bir əsgər, hər ev bir səngər”

“Hərə bir əsgər, hər ev bir səngər”


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!