Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                       
Tarix : 11-07-2019, 08:05
AMEA vulkanların yaxınlığında ev tikənlərə xəbərdarlıq edib

"Bozdağ-Qobu vulkanının yaxınlığında yaşayan sakinlər ehtiyatlı olmalıdır".
Butov.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-minerologiya elmləri doktoru, professor Adil Əliyev deyib.
O, Bozdağ-Qobu vulkanının yaxınlığında yaşayan sakinlərə müraciət edib: “Vulkan püskürən zaman gurultulu səs eşidilir. Püskürmə prosesi başlamazdan əvvəl isə yerin alt qatında hərəkətlərin olduğu hiss edilir. Ona görə də sakinlər diqqətli olmalıdır. Ümumiyyətlə, vulkan püskürən zaman bədbəxt hadisələrin baş verməməsi üçün yaşayış evləri kraterin yaxınlığında tikilməməlidir. Sakinlər də vulkan yaxınlığında məskunlaşmamalıdırlar. Yaşayış evləri vulkan zonasından ən azı 1 kilometr aralıda tikilməlidir. Bu cür yerlərdə həmçinin təsərrüfat işləri görmək olmaz”.
Şöbə müdiri xatırladıb ki, bu ilin sonunadək Abşeron rayonunda Bozdağ-Qobu, Xəzər dənizinin Ələt qəsəbəsindəki sahilində Bahar və Qobustanda da Şıxzahırlı vulkanlarının püskürəcəyi ehtimalı olunur: “Hazırda Azərbaycanda vulkan zonalarında vəziyyət stabildir. Amma təbii ki, ilinin sonunadək üç vulkanın aktivləşməsi gözlənilir. Bu, proqnoz deyil. Biz dəfələrlə püskürməsi gözlənilən vulkan zonalarında olmuşuq. Həmin vulkanlardan ikisinin – Bahar və Şıxhazırlı vulkanlarının yaxınlığında məskunlaşma olmasa da, Bozdağ-Qobu vulkanının ətrafında yüzlərlə insan yaşayır”.


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!