Paytaxtın bu prospektində hərəkət sxemi dəyişir .....                        Daha bir ölkədə konsulluq xidmətimiz müvəqqəti dayandırılır .....                        "Çelsi"yə transfer qadağası qoyuldu .....                        Küləkli hava ilə bağlı sarı xəbərdarlıq .....                        Polşada saxlanılan azərbaycanlı Bakıya gətiriləcək .....                        MİDA-ya yeni Aparat rəhbəri təyin olundu .....                        Rusiyaya 11 milyon mərmi satan ölkə .....                        Sosial müavinət alanlarla bağlı yeni statistika .....                        ABŞ İrana güzəştə getdi .....                       
Tarix : 16-10-2019, 13:31
Ərdoğan ABŞ-ın vitse-prezidenti və dövlət katibi ilə görüşməkdən imtina edib

“Mən ABŞ prezidenti Donald Tramp gələndə onunla görüşəcəyəm".
Butov.az “Report”-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “SKY News” müxbirinin “ABŞ-ın nümayəndə heyəti buraya (Türkiyəyə-red.) gəlir. Narahatsınız? Onlarla nə barədə danışacaqsınız?” sualına cavabında deyib.
“Mən dimdik ayaqdayam. Niyə narahat olmalıyam? Onlarla görüşməyəcəyəm. Onlarla öz həmkarları ilə görüşəcək. Mən Tramp gələndə onunla görüşəcəyəm”, - deyə o vurğulayıb.
Qeyd edək ki, Suriyadakı hadisələri Türkiyə ilə müzakirə etmək üçün ABŞ prezidenti Donald Tramp müavini Maykl Pens və dövlət katibi Maykl Pompeonun başçılıq etdikləri nümayəndə heyətini Ankaraya göndərir.
Rəcəp Tayyip Ərdoğan ABŞ səfəri ilə bağlı bunları bildirib: “ABŞ-a ziyarətim buraya (Türkiyəyə - red.) gələcək olan nümayəndə heyət ilə aparılan müzakirələrdən sonra dəyərləndiriləcək bir haldır. ABŞ Konqresində aparılan müzakirələr, danışıqlar, şəxsim, ailəm və nazirlərimizlə bağlı bütün dəyərləndirmələr Türkiyə Cümhurriyyəti dövlətinə qarşı çox böyük hörmətsizlik, həddini aşmaqdır. Təbii ki, belə bir vəziyyətdə bunu dəyərləndirilməsindən daha doğru bir şey ola bilməz. Dəyərləndirib daha sonra qərarımızı verəcəyik”.
Xatırladaq ki, cari il noyabrın 14-də Türkiyə prezdentinin ABŞ-a səfəri nəzərdə tutulub.


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!