Sabah Azərbaycan Ermənistana neft göndərəcək .....                        Kadırov da həbs edilsin! - Zelenskidən təklif .....                        Ərdoğan qalmaqallı xəbəri təkzib etdi .....                        Xaricdə döyüşmüş 6 nəfər SAXLANILDI .....                        Astarada ağır yol qəzası - Ər-arvad xəsarət aldı .....                        Ermənistan Azərbaycana qarşı təxribatı maliyyələşdirir .....                        DİN sürücülərə çağırış etdi .....                        Prezident Nəsibə Zeynalovanın oğlunu təltif etdi .....                        Prezident bu şəxsləri təltif etdi - SİYAHI .....                       
Tarix : 18-10-2021, 19:30
ABŞ “altılıq formatının” əleyhinədir.


Elxan Şahinoğlu: Vaşinqton “altılıq formatının” əleyhinədir.

Gürcüstanda səfərdə olan ABŞ-ın müdafiə naziri Lloyd Austin gürcü həmkarı Cuanşer Burçuladze ilə birgə mətbuat konfransında çıxışı zamanı “altılıq platforması”nın yaradılmasına münasibət bildirərkən deyib ki, “yaxşı olardı ki, Rusiya hər hansı yeni platforma haqqında danışmazdan əvvəl 2008-ci il atəşkəs razılaşmasının öhdəliklərinə riayət etsin”. Pentaqon rəhbəri bildirib ki, hər şeydən öncə Cənubi Qafqaz ölkələri regional əməkdaşlığı gücləndirməlidir.
Beləliklə, ABŞ rəsmilərindən kimsə ilk dəfə Cənubi Qafqaz üçün nəzərdə tutulan “altılıq formatı” təklifinə münasibət bildirib. Vaşinqton Pentaqon rəhbərinin dili ilə bildirir ki, “altılıq formatının” əleyhinədir. Bu səbəbsiz deyil. ABŞ bu formatın 3 ölkəsinə - Rusiya, İran və Türkiyəyə qarşı müxtəlif sanksiyalar həyata keçirir. Yəni Vaşinqtonun “altılıq formatının” yarısı ilə münasibətləri gərgindir. Odur ki, Vaşinqton ikinci varianta üstünlük verir, yəni Cənubi Qafqaz ölkələri arasında əməkdaşlıq güclənməlidir.
Azərbaycan üçün hər iki variantdan hər hansı biri də məqbuldur. Həqiqətən İranla münasibətlərin gərginləşməsi fonunda “altılıq formatının” işlək olacağını söyləmək çətindir. Digər tərəfdən Gürcüstanın özü də Rusiya ilə diplomatik münasibətlərinin olmaması səbəbindən “altılıq formatına” şübhəylə yanaşır. Tiflis Vaşinqtonun dəstək verdiyi “üçlü formata” – Gürcüstan, Azərbaycan və Ermənistan arasındakı əməkdaşlığa əhəmiyyət verir. Biz etiraz etmirik, o olmasın, bu olsun. Ancaq istənilən formatın işlək olması üçün dövlətlər qarşılıqlı olaraq bir-birlərinin ərazi bütövlüklərini tanımalıdırlar. Əgər Gürcüstan və ya ABŞ Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa və sülh sazişi imzalamağa razı salacaqlarsa biz “üçlü formata” da qatılmağa hazırıq.


Paylaş



Bölmə: Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!