Görkəmli dövlət xadimi, iqtisadçı alim İlyas Vəkilovun həyatı və ictimai-siyasi fəaliyyəti Azərbaycan tarixinin Çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR kimi bir-biri ilə ziddiyət təşkil edən üç dövrü əhatə edir.Onun doğum tarixi 1905-ci il olmaqla Çar Rusiyası dönəminə, uşaqlıq dövrü Azərbaycan Cümhuriyyəti, sonraki fəaliyyəti isə Sovet Azərbaycanı zamanına təsadüf etmişdir.
Özünəməxsus xarakterik cizgiləri olan İlyas Vəkilov müxtəlif formasiyalarda yaşasa da, heç vaxt öz kimliyindən imtina etməmişdir. Mənsub olduğu nəsilin Qazax Sultanlığı, İrəvan Xanlığı və Şərur-Dərələyəz qəzasında böyük mülklərə və idarəetmə hüququna malik olmaları səbəbi ilə sovetləşmə dönəmində bu soydan olanlar ağır repressiyalara məruz qalmış və bir çoxları öz soyadını dəyişməklə repressiyadan qurtulmağa çalışmışlar. Lakin öz soy-kökünə bağlı olan İlyas Vəkilov böyük bir sevgi ilə bu soyadı daşımağa davam etmişdir.
Beləliklə: İlyas Sultan bəy oğlu oğlu Vəkilov 20 mart 1905-ci il tarixdə Şərur-Dərələyəz qəzasının Çivə kəndində anadan olmuşdur. İlk təhsilini Çivə kəndindəki mədrəsədə almışdır. Bundan sonra 1923-cü il tarixdə Bakıda hərbi məktəbdə ali təhsilə yiyələnərək bölük kоmаndiri rütbəsi аlmışdır (1927). Sonra Аzərbaycan SSR Хаlq Ədliyyə Kоmissаrlığındа хüsusi şöbə rəisinin müаvini və rəisi işləmişdir (1927–1929).
Mоskvа Kоmmunist Tərbiyəsi Аkаdеmiyаsındа təhsilini (1929–1931) bаşа vurduqdаn sоnrа Аzərbaycan SSR Dövlət Plаn Kоmitəsi sistеmində işləmiş (1931–1935), iхtisısını аrtırmаq üçün Mоskvаdа Ümumittifаq Plаn Аkаdеmiyаsındа təhsilini dаvаm еtdirmişdir (1935–1938). Nахçıvаn MSSR Хаlq Kоmissаrlаrı Sоvеtinin sədri оlmuş (1938–1949), otuz ilə yaxın müddətdə (1949/1986-cı il) Bаkı Şəhər Sоvеti plаn kоmissiyаsının sədri işləmişdir.
İlyas Vəkilov “Оktyаbr inqilаbı”, "Şərəf nişаnı" оrdеnləri, "Qаfqаzın müdаfiəsi uğrundа" mеdаlı, Аzərbаycаn SSR Аli Sоvеti Rəyаsət Hеyətinin fəхri fərmаnlаrı ilə təltif еdilmişdir. Dəfələrlə Bаkı Şəhər Sоvеtinin dеputаtı və İcrаiyyə Kоmitəsinin üzvü, Аzərbаycаn KP Bаkı Kоmitəsinin üzvü sеçilmişdir.
İlyas Vəkilov 2 iyun 1987 il tarixində Bakı şəhərində vəfat etmişdir. Dəfn komissiyasına professor Abbas Zamanov rəhbərlik etmişdir.
İlyas Vəkilovun mənsub olduğu vəkilovlar nəslinin Azərbaycanın tarixində müstəsna xidmətləri olmuşdur. Əsasən Qazax sultanlığı və İrəvan xanlığı - Şərur-Dərələyəz qəzası ərazisində məskunlaşan vəkilovlar nəsli Azərbaycan xalqının tarixinə Azərbaycanın ilk xalq şairi Səməd Vurğun, xalq şairi Vaqif Səmədoğlu, xalq yazıçısı Yusif Səmədoğlu, xalq qəhrəmanı Balo bəy Vəkilov, körkəmli dövlət xadimi Mehdixan Vəkilov, Azərbaycanın Təbriz şəhərindəki konsulluğun qurucusu, ilk baş konsul, diplomat Cavanşir Vəkilov, Cümhuriyyət Parlamentinin üzvü, 23 yaşında isə daxili işlər naziri işləmiş Mustafa bəy Nadir bəy oğlu Vəkilov, İstiqlal bəyannaməsinin mətninin müəllifi, Cümhuriyyət Parlamentinin ən gənc deputatı Rəhim bəy Vəkilov, Azərbaycanın ilk həkimi Məmmədrza ağa Vəkilov, Azərbaycanın ilk və yeganə topoqrafiya generalı, Azərbaycanın siyasi xəritəsinin müəllifi İbrahim ağa Vəkilov, vergilər naziri olmuş Şöhrət Vəkilov, əməkdar mühəndis Ramiz Vəkilov, səhiyyə naziri Fəxri Vəkilov, tədarük naziri Qəzənfər Vəkilov, görkəmli iqtisadçı İbrahim Xəlil oğlu Vəkilov (Məmmədov), dünya şöhrətli jurnalist Leyla Vəkilli, ilk hüquq professoru Mustafa ağa Məhəmməd ağa oğlu Vəkilov, hüquqşünas Səməd Vəkilov, ilk uşaq evinin yaradıcısı Badisəba xanım Vəkilova-Köçərli, ilk qadın kimya elmləri doktoru Fatma xanım Vəkilova, general-polkovnik Kərim Vəliyev, ilk kənd qız məktəbinin yaradıcısı Mədinə xanım Vəkilova-Qiyasbəyli və b. şəxslər bəxş etmişdir.
İlyas Vəkilov hər iki tərəfdən əsilzadə nəslinə mənsubdur. İlyas Vəkilovun atası Sultan bəy Şərur-Dərələyəz qəzasının naibi olmuş Həsənalı Sultan Hüseynəli Sultan oğlu Vəkilovun oğludur.
Anası Şirin xanım Səfiyeva Şərurun ən köklü ailələrindən olan Səfiyevlər ailəsindədir. Şirin xanımın mənsub olduğu Səfiyevlər nəsli Azərbaycan xalqına Abo Fətəli bəy Düdənginski, görkəmli maarifçi Tağı bəy Səfiyev, dünya şöhrətli rəssam İbrahim Səfi və başqa şəxsləri bəxş etmişdir.
İlyas Vəkilovun Ümummili lider Heydər Əliyevlə yaxın münasibətləri olmuşdur. İlyas Vəkilovun bacısı Sara xanım Vəkilovanın nəvəsi diplomat Həsən Zeynalov Ümummili lider Heydər Əliyevlə görkəmli dövlət xadimi İlyas Vəkilovun yaxın münasibətləri haqqında “Diplomatın tale yolu” əsərində qeyd edir: “İlyas Vəkilov 1940-cı illərdə Naxçıvan Muxtar Respublikasının Nazirlər Sovetində rəhbər vəzifə tutarkən o zaman bacarıqlı və məsuliyyətli gənc kadr olan Heydər Əliyevi xüsusi xidmət orqanlarına qəbul edilməsi ilə bağlı təqdimat vermişdir. Heydər Əliyev ömrünün sonuna qədər İlyas Vəkilovla əlaqələrini kəsməməmiş və ona ağsaqqal kimi dərin hörmət və ehtiram bəsləmişdir”.
İlyas Vəkilovun tərcümeyi-halını araşdırarkən onun müxtəlif istiqamətdə olan maraqlı fəaliyyətləri ilə rastlaşdıq. İlyas Vəkilov daim dövlət vəzifələrində çalışmasına baxmayaraq, həyatda həmişə elm adamları ilə yaxın dostluq münasibəti olmuşdur. Onun ən yaxın dostları akademik Yusif Məmmədəliyev, professor Abbas Zamanov, xalq şairi Səməd Vurğun, professor Mehdixan Vəkilov və b. olmuşdur.
Azərbaycan elm tarixinə öz töhfəsini verən İlyas Vəkilovun yazdığı dərliklər barədə danışarkən təbii ki, tariximizin bir parçası olan SSRİ dönəmindən bəhs etməyə bilmərik. Etiraf etmək lazımdır ki, Azərbaycan elm tarixinin vacib bir komponenti də SSRİ dönəmidir. SSRİ-nin qurulduğu ilk dönəmdə “SSRİ-də kütləvi savadsızlığın aradan qaldırılması” Dövlət Proqramı çərçivəsində sovet adamlarının minimum icbari orta təhsillin verilməsi proqramı 100 faiz icra edilmişdir. Şübhəsiz ki, savadsığılığın aradan qaldırılmasında dərsliklər mühüm rol oynayır. İlyas Vəkilov da Azərbaycan elm tarixinə iki dərslik bəxş edib.
İlyas Vəkilov 1926-cı il tarixində 21 yaşında iki dərslik yazmışdır. Dərsliklər riyaziyyat və ana dili fənlərini əhatə etməklə bu cür adlanır:
1.
Savad və az-savadlılar məktəbində riyaziyyat dərsləri rəhbəri2. Savad məktəblərində ana dili dərsləri rəhbəriDərsliklər Siyasi Maarif İdarəsi tərəfindən 1926-cı ildə nəşr edilmişdir.
Dərsliklər latın qrafikasında yazılmışdır. Təbii ki, dərsliklər o dövrün reallıqlarına və əhalinin savad səviyyəsinə uyğun olaraq sadə və anlaşılar bir dildə qələmə alınmışdır. Kitabların adından da görünür ki, həmin dövr üçün əhali savad səviyyəsinə görə iki kateqoriyaya ayrılmışdır: savad və az-savad səviyyəsi.
İlyas Vəkilovun müəllifi olduğu riyaziyyat dərsliyi savad və az-savad səviyyəsində, ana dili dərsliyi isə savad səviyyəsində olan əhali qrupu üçün nəzərdə tutulmuşdur.
Görkəmli dövlət xadimi İlyas Vəkilov şair təbiətli şəxs olmaqla bədii yaradıcılıqla da məşğul olmuş, “Didəvan” adlı irihəcmli poema yazmışdır. Səməd Vurğunla yaxın ünsiyyəti olan İlyas Vəkilov hətta onun tərəfindən Yazıcılar Birliyinə üzv olmaq təklifi alsa da, bu təklifi təbəssümlə qarşılamış və “Əmioğlu, mən dövlət adamıyam, məndən şair olmaz” söyləmişdir.
İ.Vəkilovun yaxın qohumu İsa Vəkilov öz xatirələrində “Didəvan” poemasını şəxsən ona oxumasını və ondan poema barəsində fikirlərini soruşmasını qeyd etmişdir. Qeyd etməliyəm ki, İlyas Vəkilov poyeziyaya ədəbiyyata bağlı bir adam olsa da, heç vaxt şeirlərini çap etmək barəsində düşünməmişdir.