Ermənistanda poliqonda partlayış: hərbçi öldü .....                        Gəncədə 41 yaşlı kişi bıçaqlandı .....                        Kərəclə Tehranı birləşdirən körpünü vuruldu - 8 ölü, 95 yaralı .....                        Azərbaycanla Rusiya arasında hərbi-texniki əməkdaşlıq müzakirə olunub .....                        Elvin Cəfərquliyev "FIFA Series - 2026"in oyunçularından biri seçildi .....                        Salyanda dördotaqlı ev kül oldu .....                        Hörmüzdən keçiddə rüsum ideyasını 40-dan çox ölkə rədd etdi .....                        Tramp onu vəzifəsindən azad etdi .....                        İran və Rusiyanın baş diplomatları nə danışdılar? .....                       
Tarix : 5-11-2015, 13:33
"Borçalı" öz Şəhid oğlunu ziyarət etdi


"Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər" İctimai Birliyinin(Hərbi Jurnalistlər Birliyi) mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 4-də "Borçalı" Cəmiyyətinin rəhbərliyi Gürcüstandakı bir qrup soydaşımızla bərabər Tərtər rayonu ərazisində düşmən gülləsindən şəhid olan əsgərimiz Elşən Məmmədovun məzarını şəhadətinin 40-cı günündə ziyarət edib. Şəhidin məzarına əklil qoyulub fatihə oxunduqdan sonra cəmiyyətin təmsilçiləri Rüfət Muradlı, Osman Əhmədoğlu, Elbəyi Cəlaloğlu ,Ramiz Bəkirov və Raman Darvazlı səhid və şəhidlik zirvəsi haqda düşüncələrini paylaşıblar.
"Borçalı" öz Şəhid oğlunu ziyarət etdi
"Borçalı" öz Şəhid oğlunu ziyarət etdi

Daha sonra elə məzar başında"Borçalı" İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli telefon bağlantısı ilə şəhidin atasına və Borçalı elinə bağsağlığı verib, tezliklə doğma ocağına dönərək şəhidimizi ziyarət edəcəyini bildirib. Mərasimdə həmçinin kənd ziyalısı İsmayıl Məmmədov və ruhani İfrət Əhmədov çıxış edərək şəhid övladları ilə fəxr etdiklərini ifadə ediblər. Şəhidin atası Vaqif Məmmədov da övladının məzarı başında çıxış edərək Zəlimxan Məmmədliyə və bütövlükdə Borçalı Cəmiyyətinə şəhid övladına göstərilən diqqətə görə təşəkkürünü bildirib və Zəlimxan bəyin yolunu doğma yurdunda gözlədiklərini də dilə gətirib.
Xatırladaq ki, sentyabrın 26-da şəhid olmuş hərbçimiz Elşən Məmmədov Gürcüstanın Bolnisi rayonunun Zolgöyəc kəndində dünyaya göz açmış və pak cənazəsi doğma yurdunda da torpağa tapşırılmışdır.
Ruhu şad , yolu davamlı olsun!


"Borçalı" öz Şəhid oğlunu ziyarət etdi
[center]"Borçalı" öz Şəhid oğlunu ziyarət etdi


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!