Göygöldə 40 yaşlı kişini öldürüb dərəyə atan şəxs saxlanılıb .....                        "Sabah"ın baş məşqçisi: "Ölkədə təkcə "Qarabağ" yox, başqa komandalar da var" .....                        Tramp Azərbaycanı Vaşinqtona dəvət etdi .....                        Suriyada daşqınlar: Üç nəfər ölüb, ikisi uşaqdır .....                        Əsədin son günləri: Reallıqdan qopmuş, videooyunlara aludə lider .....                        Gəncədə iki avtomobil toqquşdu, piyada xəsarət aldı .....                        Zelim Tçkayev Paris “Böyük Dəbilqə”sində finala yüksəldi .....                        Sabahdan Türkiyədən toyuq məhsullarının ixracı dayandırılacaq .....                        Qubada bir ailənin 8 üzvü qonaqlıqda qidadan zəhərlənib .....                       
Tarix : 5-10-2016, 18:25
İlham Əliyev 2 sərəncam imzaladı


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında sərəncam imzalayıb.

Butov.az Axar.az-a istinadən xəbər verir ki, sərəncama əsasən, emal müəssisələrinə satılmış quru tütünün hər 1 (bir) kiloqramına, yaş tütünün isə hər 10 (on) kiloqramına görə tütün istehsalçılarına 0,05 manat məbləğində subsidiya verilir, bu Sərəncamın 1.1-ci bəndi ilə nəzərdə tutulan subsidiya 2016-cı ildə istehsal olunub emal müəssisələrinə satılmış quru və yaş tütünə də şamil edilir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə emal müəssisələrinə satılmış quru və yaş tütünə görə tütün istehsalçılarına subsidiya verilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etmək, bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə də bu sərəncamın 1.1-ci və 1.2-ci bəndlərinə uyğun olaraq maliyyələşməni təmin etmək tapşırılıb.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Nailə Bağırovanın 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində uzunmüddətli səmərəli fəaliyyətinə görə Nailə Hüseyn qızı Bağırova 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!