Muğam Mərkəzində Mahirə Nağıqızının yaradıcılıq gecəsi .....                        İcmada professor Fərrux Rüstəmovun kitabının təqdimatı olub. .....                        Müəllimlərə də təhsil kartları veriləcək - RƏSMİ .....                        Gürcü müxalifəti mitinqlərə başladı .....                        Ceyhun Bayramov həmkarı ilə danışıqlar apardı .....                        COP29 çərçivəsində hansı tədbirlər keçiriləcək? - RƏSMİ .....                        Zakir Həsənov Slovakiyadadır - FOTO .....                        Bakı və Sumqayıtda qanunsuz yaşayan 75 əcnəbi saxlanılıb - VİDEO .....                        RİNN-in saytında COP 29-la bağlı xüsusi bölmə yaradılıb .....                       
Tarix : 12-05-2017, 18:24
İlham Əliyev 3 fərman imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”nda dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Butov.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Fərmanda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 594; 2003, № 2, maddə 81; 2005, № 3, maddə 160; 2007, № 8, maddə 769; 2010, № 2, maddə 80; 2011, № 7, maddələr 637, 641; 2014, № 2, maddə 112; 2016, № 8, maddə 1384) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.4-cü bəndə birinci halda “Neft” sözündən əvvəl “Neft Fondunun xarici valyuta ilə maliyyələşdirilən büdcə xərclərinin xarici valyuta məzənnəsinin dəyişməsi ilə əlaqədar artması halları istisna olmaqla,” sözləri əlavə edilsin.

2. 1.5-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Neft Fondunun büdcəsinin müvafiq xərc maddəsinin xarici valyuta məzənnəsinin dəyişməsi ilə əlaqədar artıq icrasına səbəb olan manatla ifadədə xərclər büdcədənkənar xərclər kimi fakt üzrə Neft Fondunun balansında əks etdirilir.”.

3. 3.3.4-cü yarımbəndə “smetası,” sözündən sonra “xarici valyuta məzənnələrinin dəyişkənliyi,” sözləri əlavə edilsin.

4. 6.1-ci bəndə aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin:

“Neft Fondunun büdcəsinin icrası barədə tərtib edilən hesabatda xarici valyuta məzənnəsinin dəyişməsi ilə əlaqədar büdcənin müvafiq xərc maddəsinin artıq icrasına səbəb olan manatla ifadədə xərclər büdcədənkənar xərclər kimi fakt üzrə əks etdirilir. Hesabatda Fond tərəfindən maliyyələşdirilən layihə, proqram və tədbir üzrə xarici valyuta və manatla ifadədə bütün xərclər müvafiq layihə xərclərinə aid edilir.”.

***

İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”da dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 409, № 12, maddə 753; 2005, № 3, maddə 160; 2011, № 10, maddə 903) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”da aşağıdakı dəyişikliklər edilsin:

1. 1.3-cü bənd üzrə:

1.1. ikinci halda “xərclər” sözü “xərclərin aparılması üçün konvertasiya edilərək manat hesablarına köçürülmüş vəsait” sözləri ilə əvəz edilsin;

1.2. aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“İnvestisiya portfelinin məcmu dəyəri Neft Fondunun investisiya portfelinə daxil olan aktivlərin aylıq olaraq yenidən qiymətləndirilməsi əsasında müəyyən edilir.”.

2. 1.4-cü bənd ləğv edilsin.

3. 2.1.2-ci və 2.1.4-cü yarımbəndlərin birinci abzaslarında “AA-” işarələri “A-” işarələri ilə, “Aa3” işarələri “A3” işarələri ilə əvəz edilsin və ikinci abzaslarından “və bu vəziyyət 60 təqvim günündən çox müddətdə davam etdikdə” sözləri çıxarılsın.

4. 2.1.3-cü yarımbənddə “bu Qaydaların 2.2-ci bəndinə uyğun olaraq müəyyən edilən məcmu dəyərin” sözləri “məcmu dəyərinin” sözləri ilə əvəz edilsin.

5. 2.1.6-cı yarımbənddən “saxlanıldığı və ya” sözləri çıxarılsın və həmin yarımbənddə “60” rəqəmləri “90” rəqəmləri ilə əvəz edilsin.

6. Aşağıdakı məzmunda 2.1.7-ci yarımbənd əlavə edilsin:

“2.1.7. Bu Qaydaların 3.3-cü bəndinin səkkizinci yarımbəndi ilə müəyyən edilən hallarda Neft Fondunun valyuta vəsaiti üzrə hesabların açıldığı, beynəlxalq maliyyə bazarlarında tərəf müqabili olan və Neft Fonduna qiymətli kağızlar üzrə depozitar xidmətləri göstərən banklar və digər maliyyə təsisatları qeyri-investisiya reytinqinə (reytinqi “BB-” (Standart ənd Purz, Fiç) və ya “Ba3” (Mudiz) kredit reytinqindən aşağı olmamaq şərtilə) malik ola bilər.”.

7. 2.2-ci bənd ləğv edilsin.

8. 3.1.3-cü yarımbəndin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Xarici menecerlər üzrə tələblər və idarəetməyə verilən portfelin hissəsi Neft Fondunun investisiya siyasəti ilə müəyyən olunur.”.

9. 3.1.4-cü yarımbənd üzrə:

9.1. üçüncü abzasda “müddəti” sözündən sonra “də daxil olmaqla xarici menecerlər üzrə tələblər” sözləri əlavə edilsin;

9.2. dördüncü abzas aşağıdakı redaksiyada verilsin:

“likvidlik və faiz dərəcəsi riski üzrə tələblər;”;

9.3. altıncı abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda yeddinci abzas əlavə edilsin:

“investisiya portfelinin aktivlər və valyutalar üzrə tərkibi və bölgü nisbəti.”.

10. 3.2-ci bəndin üçüncü yarımbəndində “müddətinin” sözü “ortaçəkili müddətinin (durasiyasının)” sözləri ilə əvəz edilsin.

11. 3.3-cü bənd üzrə:

11.1. birinci abzasdan “(bu Qaydaların 3.3-cü bəndinin birinci yarımbəndinin səkkizinci abzası ilə müəyyən edilən hallar istisna olmaqla)” sözləri çıxarılsın və həmin abzasa “Fondunun” sözündən sonra “investisiya siyasəti ilə müvafiq alt portfellərə bölünən” sözləri əlavə edilsin;

11.2. beşinci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“səhmlərə, kredit reytinqinə malik olmayan borc öhdəliklərinə və daşınmaz əmlaka investisiya edən pay fondlarında, o cümlədən alternativ investisiya fondlarında iştirak payları;”;

11.3. səkkizinci yarımbəndin birinci cümləsində “qiymətli kağızlar” sözləri “borc öhdəlikləri” sözləri ilə əvəz edilsin və ikinci cümləsi çıxarılsın.

12. 3.4.1-ci yarımbənddən “və bu Qaydaların 2.2. bəndində göstərilənlərdən başqa digər valyutaların alınmasına” sözləri çıxarılsın.

***

İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 yanvar tarixli 1186 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 yanvar tarixli 1186 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 1, maddə 33) aşağıdakı məzmunda 3-1-ci bənd əlavə edilsin:

“3-1. “2017-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitindən istifadənin əsas istiqamətləri (proqramı) və investisiya siyasəti” təsdiq edilsin.”.


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!