Ağdaşda 17 yaşlı gənc kanalda boğuldu .....                        Reper Əkbər Novruzlu həbs olundu .....                        Ukrayna hökuməti istefa verdi .....                        "Əl Ərəbiyyə" telekanalının Suriyadakı ofisi vuruldu .....                        Qohumunu 40 manat borca görə bıçaqlayan şəxs azadlığa buraxıldı .....                        Ziya Bünyadov prospekti ilə Böyükşor-Pirşağı yolunun kəsişməsində dəyişiklik .....                        Oquldjaxan Atabayeva Bakı Kitab Mərkəzində .....                        Paşinyan Əliyevlə ikitərəfli görüşlərə davam etmək istəyir .....                        Göyçə gölündə suyun səviyyəsi aşağı düşüb .....                       
Tarix : 6-07-2017, 19:30
Tamxil Ziyəddinoğlu: "Jurnalistikamızın birinci vəzifəsi dünyanın "kor" gözünü açmaqdır"


İyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində Ermənistanın vandalizm aktına qurban gedən 2 yaşlı Quliyeva Zəhra Elnur qızı və onun nənəsi - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızınının ölümü bütün cəmiyyətdə şok effekti yaradıb. Sosial şəbəkələrdəki aktivlik- hadisənin pislənməsi, beynəlxalq müstəvidə tanıtımına cəhd- kifayət qədər normal olsa da, diasporaların fəaliyyəti o qədər də gözə dəymir.

Belə məqamda əsas “döyüşçü zümrəsi”ndən biri hesab edilən jurnalistika nə etməlidir?
Faciənin baş verdiyi günlərdə jurnalistlər daha çox nələrə idiqqət verməlidirlər?

Hərbi Jurnalistlər Birliyinin sədri, uzun illərdir ki, hərbi mövzuları işıqlandıran jurnalist Tamxil Ziyəddinoğlu Moderator.az saytına açıqlamasında gənc məsləkdaşlarına bunları tövsiyyə edib:

“Biz Hərbi Jurnalistlər Birliyi adından erməni faşistlərinin əməllərini pisləyən bəyanatla çıxış etdik. "Zəhra faciə"sinin baş verdiyi günlərə gəlincə, bu faciələr təkcə bu günlərin faciəsi deyil. "200 ildir ki, Çar Rusiyası tərəfindən ərazilərimizə köçürülən ermənilər, körpələrimizin, qocalarımızın qanın axıtmaqla, terror, soyqırımı törətməklə məşğuldurlar. Vətənimizin elə bir yeri yoxdur ki, erməni quldurları millətimizin qanını axıtmasın. Ötən əsrin mart soyqırımları, indi Ermənistan adlanan qədim Azərbaycan ərazilərindən Azərbaycan türklərinin son nəfərinə qədər qovulması, Ağdaban faciəsi, Xocalı soyqırımı və saymadığımız neçə-neçə erməni vəhşiliklərini dünya ictimaiyyəti görməzdən gəlir. Bizim jurnalistikanın birinci vəzifəsi dünyanın "kor" gözünü açmaq, dünyadakı ikiüzlülərin "kar" qulağını informasiya seli ilə yumaq, həqiqəti onlara dönə-dönə anlatmaqdır. Bu xüsusilə xarici dil bilən gənclərimizə aiddir. Vacib deyil ki, hamı jurnalist olsun. Bu saat internet medianın imkanları hamıya şans verir ki, millətinin mənafeyini, dövlətinin mövqeyini müdafiəyə qalxa bilsin. Erməni faşizminin ən iyrənc tərəfi informasiya müharibəsini də öz xislətlərinə uyğun aparmalarıdır. Bu millət üçün müqəddəs heç nə yoxdur. Bizim borcumuz öz fəaliyyətimizlə onların iyrənc təbliğatının qarşısını operativ-düz, doğru informasiyalarla almaq, ümumiyyətlə bütün cəbhələrdə vətəndaş mövqeyi nümayiş etdirməkdir. Bu yolda bütün həmkarlarıma uğurlar arzulayıram.
Elmin NURİ


Paylaş



Bölmə: Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!