Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 8-də Bakıda Zəfər parkının açılışında iştirak ediblər. Dövlət başçısı burada xalqa müraciət edib. Butov.az həmin müraciətin videosunu təqdim edir:
Vətən müharibəsi iştirakçısına yüksək vəzifə verildi
Dövlət Gömrük Komitəsinin (DGK) Gəncə Gömrük İdarəsinə yeni rəis təyin edilib. Komitə sədri gömrük xidməti general-leytenantı Şahin Bağırovun verdiyi əmrlə sözügedən vəzifəyə Şamil Həsənli təyin olunub. Ötən ilin iyul ayında Gəncə Gömrük İdarəsinin rəisi təyin olunmuş Pərviz Qədirov isə Tovuz Gömrük İdarəsinin rəisi təyin edilib. Qeyd edək ki, Şamil Həsənli DGK Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin əməkdaşı olub. İkinci Qarabağ müharibəsi başlayan zaman könüllü olaraq cəbhəyə yollanıb. Füzuli, Hadrut, Xocavənd, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın rayonları ərazisində gedən döyüşlərdə iştirak edib.
Türkiyənin Elazığ şəhərində 5 bal gücündə zəlzələ baş verib. Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 17:04-də qeydə alınıb. Zəlzələ ocağı təxminən 16,22 kilometr dərinlikdə yerləşib. Hər hansı tələfat və ya dağıntı qeydə alınmayıb. Zəlzələ insanlarda təşvişə səbəb olub, bir çox şəxs küçəyə çıxıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Zəfər Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib. O, bu barədə "X"də yazıb. "Qardaş Azərbaycanın 8 Noyabr - Zəfər Gününü böyük sevinc və qürurla, ürəkdən təbrik edirəm. Qarabağı öz yurduna qovuşduran azərbaycanlı qardaşlarımızın Zəfər coşqusunu paylaşır, azadlıq mübarizəsində canlarını fəda edən şəhidlərimizi rəhmətlə, qəhrəman qazilərimizi hörmətlə yad edirəm", - nazir yazıb.
COP29-da tamaşaçı kimi iştirak etmək istəyənlərin nəzərinə!
COP29-da yaşıl zona üzrə tamaşaçı qismində iştirak etmək istəyənlər sabahdan “İticket” vasitəsilə bilet əldə edə bilərlər. Biletlər pulsuz olacaq. Gün ərzində bilet limiti dolduqdan sonra proses dayandırılacaq və növbəti gün yenidən aktivləşdiriləcək.
Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ərazisindən paytaxtın 2 istiqamətində ödənişsiz ekspres xətlər fəaliyyət göstərəcək. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. Bildirilib ki, H1 ekspres xətti üzrə avtobuslar “28 May” Nəqliyyat Mübadilə Mərkəzinə, H2 ekspres xətti üzrə avtobuslar isə metronun “Əhmədli” stansiyasına hərəkət edəcək. Sözügedən marşrutlar 10 noyabr tarixindən fəaliyyətə başlayacaq və ödənişsiz şəkildə sərnişinlərə xidmət göstərəcək
Prezident və ailə üzvləri Bayraq Meydanında - FOTO
Xəbər verdiyimiz kimi, noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olublar. Butov.az dövlət başçısının, birinci xanımın və oğulları Heydər Əliyevin Dövlət Bayrağı Meydanından fotolarını təqdim edir:
Ərdoğandan Zəfər Günü paylaşımı: Can Azərbaycan...
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Zəfər günü ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib. Paylaşımda deyilir: “Qarabağ zəfərinin 4-cü ildönümünü böyük coşqu və qürur hissi ilə qeyd edən Can Azərbaycanı Azərbaycan xalqının Zəfər günü münasibətilə ürəkdən təbrik edirəm. Qardaşım Prezident İlham Əliyevin şəxsində 44 günlük Vətən müharibəsini zəfərə çatdıran Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman mənsublarını dövlətim və millətim adından hörmətlə salamlayıram. Tarixə adını şərəflə yazdıran bütün şəhidlərimizi rəhmətlə anır və ruhu şad olsun deyirəm. Qarabağ səmalarında nazlı hilal dalğalansın deyə canından keçən qəhrəmanları hər zaman minnətdarlıqla yad edəcəyik”.
Xəbər verdiyimiz kimi, noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıdakı Dövlət Bayrağı Meydanında olub. Dövlət başçısı burada Azərbaycanın üçrəngli Bayrağını ucaldıb. Prezidentin Dövlət Bayrağı Meydanında dalğalandırdığı bu bayrağın eni 36, uzunluğu 72 metr, çəkisi isə 500 kiloqramdan artıqdır. Dənikənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva bildirib ki, bayraq parametrlərinə görə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Dövlət Bayrağı Meydanı təmirə bağlanmazdan öncə bayraq dirəyinin hündürlüyünə görə bu rekord qırılmışdı: "Hazırda isə yeni sertifikat Dövlət Bayrağı Meydanında ucaldılan bayrağın ölçüləri ilə bağlıdır”.
Dünya Bankı Ukraynaya 750 milyon dollar yardım ayırdı
Dünya Bankı (DB) Ukraynaya 750 milyon dollar məbləğində yeni yardım paketinin ayrıldığını açıqlayıb. Bu barədə Ukraynanın baş naziri Deniz Şmıqal bildirib. “Vəsait Avropa İttifaqına daxil olmaq üçün tələb olunan institusional islahatları dəstəkləmək məqsədi daşıyan Sağlam Fiskal İdarəetmə (SURGE) vasitəsilə bərpanın dəstəklənməsi layihəsi vasitəsilə təmin ediləcək. Bu məbləğin bir hissəsi Yaponiya hökuməti tərəfindən dəstəklənən ADVANCE Ukraine fondundan ayrılacaq”, - deyə o, banka köməyə görə təşəkkürünü bildirib. Şmıqal aydınlaşdırıb ki, lazım gələrsə, maliyyə vəsaiti artırıla bilər.