2025-ci ildə ən çox edam həyata keçirən ölkə .....                        22 yaşlı qadın əməliyyatdan 5 gün sonra öldü .....                        Azərbaycan bizim çox önəmli dostumuzdur - Kobaxidze .....                        FIFA ilin ən yaxşılarını açıqladı .....                        Fransa Azərbaycandan neft idxalını 3 dəfədən çox artırıb .....                        Qəzada yaralanan kişi bir gün sonra öldü .....                        Ermənistan Avropa ölkəsi ilə strateji tərəfdaş oldu .....                        Ukraynada sülh nə vaxt bərqərar olacaq? .....                        2025-ci ilin ən yaxşı futbolçusu məlum oldu .....                       
4-09-2024, 16:54
Gürcüstanın Avropa İttifaqına daxil olması dayandırıldı


Gürcüstanın Avropa İttifaqına daxil olması dayandırıldı

Gürcüstanda “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanunun qəbulu xalqın hüquqlarını pozmaqla yanaşı, cəmiyyətdə diskriminasiyaya səbəb olacaq.
Bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrelin mətbuat katibi Peter Stano məlumat verib.
O bildirib ki, Avropa İttifaqı Gürcüstan hökumətini sözügedən sənədə yenidən baxmağa çağırır. Çünki Gürcüstanın Aİ-yə inteqrasiyasına mane olacaq sənədin müzakirəsi zamanı təmsil etdiyi qurumun rəyi soruşulmayıb.
Peter Stano ölkənin Aİ-yə üzvlüyü prosesinin faktiki olaraq dayandırıldığını xatırladıb və rəsmi Tbilisini yenidən bu siyasətin bərpasına çağırıb.
4-09-2024, 16:39
Sosial şəbəkədə olan bütün görüntülər araşdırılacaq - MSK sədri


Sosial şəbəkədə olan bütün görüntülər araşdırılacaq - MSK sədri

“Daxil olan müraciətləri araşdıracağıq”.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, milyonlarla insanın iştirak etdiyi tədbirdə hansısa pozuntu baş verə bilər: “MSK hər zaman eyni prinsiplə işləyib. Bizim haqqımızda nə deyilir, nə yazılır qəti bizim üçün əhəmiyyəti yoxdur. Bizə lazımdır ki, Azərbaycan vətəndaşları görsün ki, qəbul etdiyimiz qərarlar əsaslandırılmış qərarlardır. Hansısa məntəqədə pozuntu halı ilə bağlı bizə müraciət daxil olmayıbsa, biz onunla bağlı qərar qəbul edə bilmərik. Biz işimizi yüksək səviyyədə görəcəyik. Hesab edirəm ki, Azərbaycan cəmiyyəti bizim işimizi qiymətləndirəcək. Sosial şəbəkədə olan bütün görüntülər də araşdırılacaq. Biz nəticəyə gələcəyik. Əfsuslar olsun ki, çox vaxt beynəlxalq qurumlar, müraciət edənlər sona qədər iştirak etməkdən qaçırlar. Bu qədər kamera qarşısında danışırıq, araşdırırıq. Sabah bu sözümüzü dəyişmək olmaz. Çoxları deməsin ki, MSK-da məsələlər gizlin aparılır”.
4-09-2024, 16:19
Pozuntularla bağlı MSK-ya 9 dairədən müraciət edilib - Qərar verildi


Pozuntularla bağlı MSK-ya 9 dairədən müraciət edilib - Qərar verildi

Mərkəzi Seçki Komissiyasında (MSK) sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində pozuntu iddiaları ilə bağlı daxil olmuş müraciətlərə baxılıb.
Bu barədə MSK katibi Arifə Muxtarova deyib.
86 saylı Ağcabədi, 97 saylı Tərtər-Ağdam-Goranboy, 8 saylı Binəqədi birinci, 42 saylı Sumqayıt birinci,120 saylı Cəbrayıl-Qubadlı, 33 saylı Xətai birinci, 31 saylı Suraxanı ikinci, 21 saylı Nəsimi-Binəqədi, 70 saylı Neftçala seçki dairələrindən daxil olan şikayətlər müzakirə edilib.
MSK daxil olmuş müraciətlərə baxılması üçün müvafiq dairələrə göndərilməsi ilə bağlı qərar qəbul edib.
“Şikayətlərin aidiyyatı üzrə daxil olmasını gözləyirik, MSK bundan sonra araşdırmalara başlayacaq. Lakin şikayətlər 3 gün müddətinə verilməlidir. On müraciətdən doqquz şikayəti MSK-ya göndərməklə səhv ediblər. Çünki şikayətlər dairələrə göndərilməlidir. Daxil olan şikayətləri məcbur qalıb biz dairələrə yönləndirdik. Araşdırmanı isə kim izləmək istəyirsə, proseslərdə iştirak edə bilər. Araşdırmalarımız sərbəstdir”, - deyə MSK sədri Məzahir Pənahov qeyd edib.
4-09-2024, 15:59
Seçkilərdən sonra MSK-nın ilk iclası


Seçkilərdən sonra MSK-nın ilk iclası

Sentyabrın 4-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) parlament seçkilərindən sonra ilk iclası keçirilir.
İclasın gündəliyinə 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılması və cari məsələlər daxil edilib.
4-09-2024, 15:51
Olimpiya çempionu olan 4 cüdoçuya və 2 məşqçiyə mənzil verildi - SİYAHI


Olimpiya çempionu olan 4 cüdoçuya və 2 məşqçiyə mənzil verildi - SİYAHI

Bakıda “Paris-2024” Yay Olimpiya Oyunlarında Azərbaycan cüdoçualrının qələbəsi münasibətilə mərasim keçirilib.
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə baş tutan tədbirdə
cüdoçularımızın son Olimpiya oyunlarındakı qələbəsinin ən maraqlı məqamlarını göstərən video-çarxlar nümayiş edilib.
Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev, Milli Olimpiya Komitəsinin sədr müavini Çingiz Hüseynzadə və gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək, cüdoçularımızın qələbəsindən, ölkəmizdə idmana göstərilən qayğıdan danışıblar.
Tədbirdə son Olimpiya oyunlarının qalibləri Hidayət Heydərovla Zelim Kutsayevə Beynəlxalq Cüdo Federasiyasının Cüdo üzrə Qızıl Nömrələri təqdim olunub.
Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, “Judo Club 2012” idman klubunun təsisçisi Azər Əsgərov elan edib ki, “AZMAN HOLDİNG” şirkəti indiyədək olimpiya çempionu titulu qazanmış cüdoçularımızı və son olimpiadada qızıl medal almış idmançılarımızın şəxsi məşqçilərini mükafatlandırmağı qərara alıb.
Daha sonra Azər Əsgərov yeni mənzillərin açarını 1992-ci il Yay Olimpiya Oyunlarının qalibi Nazim Hüseynova, 2008-ci il Yay Olimpiya Oyunlarının qalibi Elnur Məmmədliyə, 2024-cü il Yay Olimpiya Oyunlarının qalibləri Hidayət Heydərova və Zelim Kutsayevə, həmçinin Azərbaycanın əməkdar məşqçiləri Tərlan Həsənov və Elxan Məmmədova təqdim edib.
4-09-2024, 15:43
Tarixi abidələrlə bağlı xəbərdarlıq: Bunu etmək qadağandır!


Tarixi abidələrlə bağlı xəbərdarlıq: Bunu etmək qadağandır!

Azərbaycan zəngin mədəni irsi, qədim tarixi abidələri ilə hər zaman diqqət çəkən ölkələr siyahısında olub. Əsrlər boyu ölkənin müxtəlif ərazilərində, fərqli üslublarda inşa edilən tikililər hələ də öz gözəlliyini qoruyub saxlayır. Zaman keçdikcə isə sözügedən tikililərdə restavrasiya işlərinin görülməsinə ehtiyac yaranır. Bəs abidələrin bərpası necə həyata keçirilir?
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli bildirib ki, son illər ərzində ölkə ərazisində çoxlu sayda tarixi abidədə bərpa və konservasiya işləri aparılıb. Hazırda bərpa-konservasiya işlərinin aparılmasına ehtiyacı olan abidələrin də sayı çoxdur.
“Bildirmək istərdik ki, tarixi abidələr dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısına daxil edilərək mərhələli şəkildə bərpa, konservasiya işləri həyata keçirilir. Bu məqsədlə abidələr müvafiq siyahıya daxil edilir və investisiya layihələrinin icrası çərçivəsində bərpa olunur.
Eyni zamanda ölkə ərazisində bərpaya ehtiyacı olan tarixi abidələrin çoxluğunu nəzərə alaraq, belə tarixi tikililərin qanunvericilik çərçivəsində ianələrlələ bərpa edilməsində də maraqlıyıq. Bu istiqamətdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən müəyyən təbliğat işləri aparılır.
Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununa əsasən abidələrin üzərində bərpa, konservasiya işləri, onların layihələri aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla, Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edildikdən sonra mütəxəssislərin nəzarəti altında aparılmalıdır. Belə olan halda abidənin konstruktiv dayanıqlığının və tarixi simasının qorunmasının ən xırda detalına kimi nəzərə alınır. Heç bir halda tarixi abidənin ilkin görkəminin dəyişdirilməsinə yol verilmir”.
Qurumdan o da bildirilib ki bəzən mülkiyyətində və ya istifadəsində tarixi abidələr olan şəxslər tərəfindən qanunun qeyd olunan tələblərinə əməl olunmadan təmir-bərpa işləri aparılır. Belə olan halda da abidələrin memarlıq üslubuna, tarixi görkəminə, konstruktiv dayanıqlığına xələl gətirilir.
“Müvafiq layihələri aidiyyəti üzrə razılaşdırılmadan, aidiyyəti dövlət orqanlarını məlumatlandırmadan abidələrin üzərində hər hansı işlərin aparılması qadağandır, belə hallar aşkar edildikdə tarixi abidəyə müdaxilə hesab olunur və dərhal müvafiq tədbirlər görülür”, - deyə Fariz Hüseynli vurğulayıb.
4-09-2024, 15:31
Azərbaycan tarixi ilə bağlı yenilik - Marksizm konsepsiyasından imtina edilir


Azərbaycan tarixi ilə bağlı yenilik - Marksizm konsepsiyasından imtina edilir

Azərbaycan tarixinin dövrləşməsi ilə bağlı yeni konsepsiya hazırlanır.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunun baş direktorunun müavini İlqar Niftəliyev məlumat verib.
O qeyd edib ki, konsepsiya İnstitutun baş direktoru Kərim Şükürovun rəhbərliyi ilə hazırlanır.
“Bu konsepsiyada dövrlər Azərbaycanın dövlətçiliyi əsasında bölünəcək. Yəni artıq Marksizm konsepsiyasından imtina edirik. Hətta hazırladığımız konsepsiyada qədim dövr belə Azərbaycan dövlətçiliyi ilə qeyd ediləcək. Hazırda bir cildlik Azərbaycan tarixi hazırlanır. Burada dövrləşmə konsepsiyası öz əksini tapacaq. Bu konsepsiya Kərim Şükürovun A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutuna rəhbərliyə gəldiyi zamandan hazırlanmağa başlanıb. Hazırladığımız konsepsiya Azərbaycan tarixində yeni bir istiqamət olacaq”.
O qeyd edib ki, Konsepsiyaya görə dövrləşmə Azərbaycanın dövlətə qədərki dövrü ilə başlayacaq:
“Sonra isə Azərbaycanın qədim dövlətləri dövrü gələcək ki, buraya Manna, Atropatena, Albaniya dövlətləri daxil olacaq. Sonrasında isə İslamaqədərki dövr qeyd ediləcək. İslamdan sonrakı dövr isə bölünəcək. Burada Azərbaycan dövlətlərinin bir-birini əvəz etməsi öz əksini tapacaq. Bu dövr Şirvanşahlar, Sacilər, Salarilər, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərindən 19-cu əsrin əvvəllərinə qədər davam edəcək. Ümumiyyətlə 19-cu əsrin əvvəllərinə qədər Azərbaycan tarixinə bütöv konsepsiyada baxılacaq. Amma bundan sonrakı dövrdə ayrı-ayrılıqda Cənubi Azərbaycan və Şimali Azərbaycan dövrləşməsi qeyd olunacaq. Sonrakı dövrü isə konsepsiyada aydın şəkildə görə biləcəyik".
4-09-2024, 15:30
Rəsmi Bakıdan Fransaya cavab: Qarayaxma kampaniyasını dayandırın!


Rəsmi Bakıdan Fransaya cavab: Qarayaxma kampaniyasını dayandırın!

Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Azərbaycanda guya Fransa vətəndaşlarının saxlanıldığı və hədəf alındığı barədə əsassız iddiaları səbəb gətirirək, Azərbaycana dair açıqladığı sərt səyahət xəbərdarlığını qətiyyətlə pisləyirik.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Azərbaycana səyahət xəbərdarlığı ilə bağlı bəyanatına dair şərhində bildirilib.
O qeyd edib ki, Fransa tərəfindən verilmiş bu cür əsassız və qərəzli qərar və bəyanat bu ölkənin Azərbaycanla münasibətləri daha da gərginləşdirmək niyyətindən xəbər verir.
Ayxan Hacızadə deyib ki, Fransa vətəndaşlarının əsassız olaraq saxlanıldığı və həbs edildiyi barədə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin iddialarının heç bir əsası yoxdur. Bu əsassız bəyanat reallığın təhrif olunmasıdır.
"Azərbaycanda indiyə qədər yalnız Fransa Respublikasının vətəndaşı Martin Rian ötən ilin 4 dekabr tarixində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 276-cı maddəsində (cəsusluq) nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli bilinərək tutulub. Bundan əlavə, digər Fransa vətəndaşı Klerk Teo Hüqonun Bakı Metrosunda törətdiyi əmələ görə saxlanıldığı məlumdur.
Bunun əksinə, Fransa tərəfindən Azərbaycan jurnalistlərinin Fransaya, hətta digər Şengen ölkəsi ərazilərinə səyahətləri zamanı tətbiq etdiyi maneələr Fransanın təbliğ etdiyi “insan hüquqlarına” tamamilə zidd olduğu aydındır.
Azərbaycanda məhkəmə hakimiyyətinə və insan hüquqlarına dair iddia səsləndirən, dünyaya “demokratiya dərsi” keçməyə çalışan Fransanın beynəlxalq hüquqi pozuntuları, neo-kolonial siyasəti, irqçilik, diskriminasiya, İslamofobia, insan hüquqlarının məhdudlaşdırılması kimi fəaliyyəti hər kəsə məlumdur. Buna görə də, Fransanın bu fəaliyyətindən dərs çıxarması daha faydalı olardı.
Biz bir daha Fransa tərəfindən Azərbaycana qarşı qarayaxma kampaniyasını dayandırmağı tələb edirik", - XİN sözçüsü vurğulayıb.
4-09-2024, 15:10
Şeyx Dini Komitənin yeni sədri ilə görüşdü - FOTO


Şeyx Dini Komitənin yeni sədri ilə görüşdü - FOTO

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Ramin Məmmədov Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb.
Bu barədə QMİ-nin Mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı dövlət-din münasibətlərinin daha da təkmilləşdirilməsi, ölkəmizdə fəaliyyət göstərən dini icmalar arasında maarifləndirmə sahəsində əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Görüşdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 konfransı çərçivəsində dünya dini liderlərinin sammitinin keçirilməsi istiqamətində hazırlıq işləri ilə bağlı müzakirələr aparılıb. COP29 çərçivəsində keçiriləcək dini liderlərin sammitinə hazırlıq işlərinin effektiv koordinasiyası məqsədilə yaradılacaq təşkilat komitəsində Dövlət Komitəsi və QMİ nümayəndələrinin təmsil edilməsinin zəruri olduğu vurğulanıb.

4-09-2024, 15:02
Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ


Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Sentyabrın 5-i gündüz bəzi dağlıq ərazilərdə, 6-7-də isə əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
Qeyd edilib ki, çaylarda sululuğun artacağı, Balakən-Şəki bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!