Bakıda 10 marşrutun hərəkət sxemi dəyişdirilir .....                        Lvovda binalara zərbələr endirilib, yaralananlar var .....                        Bakıda bu YOLLAR BAĞLANACAQ .....                        Salyanda minik və yük avtomobili toqquşub, xəsarət alanlar var .....                        Qazaxda 2 ha qamışlıq yandı-VİDEO .....                        Qəbələdə 50 yaşlı kişi dağlıq ərazidə yıxıldı, FHN köməyə gəldi - VİDEO .....                        Azərbaycan-Portuqaliya oyununun hakimləri açıqlanıb .....                        Zakir Həsənov müalicə olunan hərbi qulluqçuları ziyarət etdi .....                        Rusiyadan 17 milyon dollarlıq şirniyyat alınıb .....                       
16-09-2024, 19:50
Sus kəndində 32 ildən sonra ilk zəng


Sus kəndində 32 ildən sonra ilk zəng

Yenidən həyatın qayıtdığı Şərqi Zəngəzurun daha bir yaşayış məntəqəsində - Laçının Sus kəndində uzun illərdən sonra tədris ilinin ilk zəngi səslənib.
Sus kəndində yeni tədris ili yeni məktəb binasında başlayıb. Tədbirdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin, Laçın rayon Təhsil sektorunun nümayəndələri, məktəb kollektivi, kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi sükutla anılıb.
Çıxış edənlər diqqətə çatdırıblar ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi və qüdrətli Ordumuzun gücü sayəsində azad edilən torpaqlarda həyat yenidən canlanıb. Böyük Qayıdış proqramı əsasında əhalinin yenidən məskunlaşdığı ərazilərdə təhsil sahəsi də xüsusi diqqətdə saxlanılır. Sus kəndində 132 şagird yerlik müasir məktəb binasının istifadəyə verilməsi də buna bariz nümunədir.
Daha sonra məktəbdə yaradılan şəraitlə tanışlıq olub, yeni tədris ilinə start verilib.
Qeyd edək ki, Böyük Qayıdış proqramına uyğun olaraq bu günə kimi Laçın şəhərində 570 ailənin, yəni 2090 nəfərin, Zabux kəndində 217 ailə olmaqla, 823 nəfərin, Sus kəndində isə 59 ailənin, 215 nəfərin məskunlaşması təmin edilib və köçürülən ailələr üçün bütün şərait yaradılıb.



16-09-2024, 19:43
ABŞ sülh üçün səylərini əsirgəməyəcək


ABŞ sülh üçün səylərini əsirgəməyəcək

ABŞ Dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevlə telefon danışığı zamanı Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunmasının vacibliyini vurğulayıb.
Blinken Amerika Birləşmiş Ştatlarının bu məqsədə nail olunması üçün bundan sonra da səylərini əsirgəməyəcəyini bildirib.
O, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə edilmiş nailiyyətləri, o cümlədən dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanmasını müsbət addım kimi qiymətləndirib.
16-09-2024, 19:30
Seçkilərin nəticələri Konstitusiya Məhkəməsinə təqdim edildi


Seçkilərin nəticələri Konstitusiya Məhkəməsinə təqdim edildi

Mərkəzi Seçki Komissiyası seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib.
Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisinə seçkilərin yekunlarının və nəticələrinin yoxlanılaraq təsdiq edilməsi prosesini başa çatdırmalıdır.
Qeyd edək ki, bu gün MSK sentyabrın 1-də keçirilmiş Milli Məclisə seçkilərə yekun vurub
16-09-2024, 18:56
Blinken İlham Əliyevə zəng etdi


Blinken İlham Əliyevə zəng etdi

Sentyabrın 16-da ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Antoni Blinken Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunmasının vacibliyini vurğulayaraq, Amerika Birləşmiş Ştatlarının bu məqsədə nail olunması üçün bundan sonra da səylərini əsirgəməyəcəyini bildirib. O, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə edilmiş nailiyyətləri, o cümlədən dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanmasını müsbət addım kimi qiymətləndirib.
Regionda artıq sülhün mövcud olduğunu deyən dövlətimizin başçısı vurğulayıb ki, məhz Azərbaycanın səyləri nəticəsində bölgəmizdə ədalətə və beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar və status-kvo yaranıb. Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin təşəbbüskarının da məhz ölkəmiz olduğunu qeyd edərək bu müqavilənin imzalanması üçün Ermənistanın öz Konstitusiyası və digər qanunverici aktları əsasında Azərbaycana qarşı olan ərazi iddialarına soy qoymasının, həmçinin keçmişin qalığı olan ATƏT-in Minsk qrupu və onunla bağlı olan bütün təsisatların fəaliyyətinə son qoyulmasının vacibliyini vurğulayıb. Sərhədlərin delimitasiyası məsələsinə toxunan Prezident İlham Əliyev ikitərəfli proses çərçivəsində əldə olunmuş müsbət nəticələri qeyd edib və Əsasmanə əsasında bu prosesin aparılacağını bildirib.
Telefon söhbəti zamanı COP29-un ölkəmizdə keçirilməsi məsələsinə toxunulub.
Antoni Blinken COP29-un uğurla keçirilməsi üçün ölkəsinin Azərbaycana dəstək göstərdiyini qeyd edərək Azərbaycan ilə ABŞ-ın COP komandalarının və heyətlərinin yaxından əməkdaşlıq etdiklərini vurğulayıb.
Bu əməkdaşlıqdan məmnunluğunu ifadə edən Prezident İlham Əliyev COP çərçivəsində iqlim maliyyələşdirilməsi ilə əlaqədar mühüm qərarların qəbul edilməsi ilə bağlı xüsusilə inkişaf etmiş dövlətlər tərəfindən konsensusun əldə ediləcəyinə ümidvar olduğunu deyib.
Telefon danışığı zamanı Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparılıb.
16-09-2024, 18:30
Fransa komissarı istefa verdi


Fransa komissarı istefa verdi

Fransanın Avropa İttifaqındakı komissarı Tyeri Bröton Avropa Komissiyasının sədri Ursula von der Leyenə göndərdiyi məktubda dərhal istefa verdiyini elan edib.
Bu barədə T.Bröton tviter hesabında yazıb. O bildirib ki, E.Makronun onun mandatını yenidən təzələmək (2024-2029) təklifi Ursula von der Leyen tərəfindən rədd edilib.
“Gələcək kollegiyanın tərkibini formalaşdırmaq üçün son anda mənimlə müzakirə etmədən və şəxsi səbəblərə görə Fransadan mənim adımın geri götürülməsini istədiniz”, - deyə T.Bröton istefa məktubunda şübhəli idarəçilikdən sitat gətirərək yazıb. “Buna görə də mən Avropa komissarı vəzifəsindən dərhal qüvvəyə minən istefa verirəm”, - deyə o bildirib.
Qeyd edək ki, T.Brötonun istefasından sonra Fransa dərhal istefa edən xarici işlər naziri Stefan Sejurnenin namizədliyini irəli sürüb.
16-09-2024, 18:18
Yeni tədris ilində 1.6 milyon şagird


Yeni tədris ilində 1.6 milyon şagird

2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrində 1 619 335 nəfər şagird təhsil alacaq.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, bunlardan 132,931 nəfər birinci sinfə qədəm qoyacaq. Məktəbəhazırlıq qruplarında isə 90,672 uşaq təhsil alacaq.
16-09-2024, 18:04
Sərhəddə atışma - Erməni hərbçilər bir-birini güllələdi


Sərhəddə atışma - Erməni hərbçilər bir-birini güllələdi

Sentyabrın 15-də Ermənistanın Zəngəzur bölgəsinin (Sünik) Sisian rayonunda yerləşən döyüş mövqeyində 2 əsgər bir-birini güllələyib.
Bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Məlumata görə, hərbçilər arasında əvvəlcə mübahisə baş verib, sonra bir-birlərinə silah tuşlayıblar. Atışma nəticəsində onların hər ikisi yaralanıb. Əsgərlər Xəstəxanaya aparılıblar.
16-09-2024, 17:47
Bakıda maşınlardan və ödəniş terminalından 14 min manat oğurlandı - VİDEO


Bakıda maşınlardan və ödəniş terminalından 14 min manat oğurlandı - VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.
Naməlum şəxslər gecə saatlarında müxtəlif markalı avtomobillərin şüşələrini sındıraraq nəqliyyat vasitələrinin salonlarından pul və digər qiymətli əşyaları talayıblar. Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməllərini törədən əvvəllər dəfələrlə məhkum olunmuşlar Təhməz Dadaşov və qardaşı Misir Dadaşov müəyyən olunaraq saxlanılıblar.Araşdırmalarla onların daha üç vətəndaşa məxsus velosipedi oğurladıqları, habelə əlavə olaraq Qaradağ rayonu ərazisində də analoji cinayətlər törətdikləri və ödəniş terminalını yararaq içərisindən 14 min manat vəsaiti ələ keçirdikləri müəyyən olunub. Bu şəxslərin cinayətləri təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Onların digər bu kimi cinayət əməllərində iştiraklarının olub-olmamasının müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.



16-09-2024, 17:45
Hadrut və Tuğda yol tikintisinə 13 milyon xərclənəcək


Hadrut və Tuğda yol tikintisinə 13 milyon xərclənəcək

Xocavənd rayonunun Hadrut qəsəbəsi və Tuğ kəndində daxili yolların tikintisi üçün 13 milyon manata yaxın vəsait xərclənəcək.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı sentyabrın 16-da tender keçirib.
Hadrut qəsəbəsi və Tuğ kəndinin sahədaxili mühəndis kommunikasiyaları sistemləri (su, kanalizasiya və qaz xətləri), daxili yol və səkilərin tikinti-quraşdırma işlərinin satın alınması üzrə tenderin qalibi "İnşaatçı-Neftçi" MMC seçilib. Şirkətlə 12 milyon 933,4 min manat dəyərində müqavilə imzalanıb.
Qeyd edək ki, "İnşaatçı-Neftçi" MMC 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Onun qanuni təmsilçisi Faiq Zeynalov Səmid oğlu, nizamnamə kapitalı isə cəmi 10 manatdır.
16-09-2024, 17:37
Pezeşkian qonşulardan danışdı: Bunu Azərbaycanla da edə bilərik!


Pezeşkian qonşulardan danışdı: Bunu Azərbaycanla da edə bilərik!

İran prezidenti Məsud Pazeşkian yaxın vaxtlarda Türkiyəyə səfər edəcəyini bəyan edərək, Türkiyənin dost və qardaş ölkə olduğunu bildirib.
Məsud Pazeşkian bu barədə sentyabrın 16-da Tehranda keçirdiyi mətbuat konfransında danışıb.
Pezeşkiyan yerli və xarici jurnalistlərin suallarını cavablandırıb.
''İslami birlik həftəsi çərçivəsində ilk mətbuat konfransımızı keçiririk. Düşünürəm ki, ölkədə yaşayan hər kəsin istedadı nəzərə alınmalı və etnik qrupundan, irqindən asılı olmayaraq layiq olduğu vəzifə verilməlidir. Bizim planlarımız da birliyə əsaslanır. Əlbəttə, bu çox çətin işdir”, - Pezeşkian deyib.
Prezident İranla müsəlman qonşuları arasındakı sərhədlərin aradan qaldırılması təklifinə toxunaraq bildirib:
“Bu ideya milli təhlükəsizlik və sərhədlərə məhəl qoymamaq demək deyil, ancaq səyahəti asanlaşdırır, konsensusu gücləndirir, ümumi bazarların yaradılmasına gətirib çıxarır. Müsəlmanların hüquqlarını müdafiə etmək üçün birləşməliyik. Müharibə və həddindən artıq ambisiyaları bir kənara qoysaq, bir yerdə ola bilərik və bütün müsəlmanlar bir cəmiyyətdə ola bilər”.
Xarici diplomatiyada prioritet olaraq qonşu dövlətlərlə əlaqələrin gücləndirilməsini vacib sayan Pezeşkian deyib:
“Bu çərçivədə İraqa səfər etdik və birgə layihələr həyata keçirmək qərarına gəldik. Eyni əməkdaşlığı Pakistan, Azərbaycan, Türkiyə və digər qonşu ölkələrlə də edə bilərik. İqtisadi inkişafın şərti azad bazar yaratmaq və xarici ticarəti inkişaf etdirməkdir.
Xarici diplomatiyamız şərəf, ləyaqət və maraq üzərində qurulacaq və biz bu yolla davam edəcəyik”.
Pezeşkian İran-Çin münasibətlərindən də danışıb: “Çinlə çox yaxşı münasibətlərimiz var. Ona görə də xarici ticarətin böyük hissəsi Çin, Rusiya və qonşu ölkələrlə aparılır”.
Pezeşkiyan İranın Yəmən qruplarına hipersəs ballistik raketlər verməsi ilə bağlı iddiaları təkzib edib və deyib:
''İranın hipersəs ballistik raketi var. Biz kosmosa peyklər göndəririk. Biz yəmənlilərə raket verməmişik, onlarda olan raketlər bizdə yoxdur. Yəmənlilərin raket texnologiyası var, onlar müharibədən əvvəl raket istehsal etməyi öyrəniblər və istehsal edirlər. Bizim Yəmənlə münasibətlərimiz, eyni baxışımız var, çünki biz İsrailin Fələstin xalqını məhv etməsini istəmirik”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!