Arda Gülərdən YENİ REKORD .....                        Fidan Əraqçi ilə hərbi əməliyyatlardan danışdı .....                        Rusiyada dollar qadağası - RƏSMİ .....                        Millimiz məğlubiyyətlə başladı .....                        "İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib" .....                        Mirzoyan: "İrəvanın məqsədi Bakı ilə qarşılıqlı faydalı əməkdaşlıq qurmaqdır" .....                        "ABŞ “Buşehr” AES-lə bağlı heç bir zəmanət vermir" .....                        Xaçmazda meşədə gənc oğlan meyiti tapıldı .....                        Livanda ölənlərin sayı 1094-ə çatıb .....                       
27-08-2024, 13:01
Pavel Durov daha 48 saat həbsdə qalacaq


Pavel Durov daha 48 saat həbsdə qalacaq

Fransada saxlanılan "Telegram"ın yaradıcısı Pavel Durovun saxlanma müddəti uzadılıb.
O, kibercinayətlə bağlı istintaq çərçivəsində daha 48 saata qədər polis nəzarətində qalacaq.
Qeyd edək ki, Durov şənbə günü həbs edilib və ittihamlara terrorçuluq, narkotik alveri, dələduzluq, pedofiliya məzmununu yaymaq daxildir.
27-08-2024, 12:49
Seçki məntəqələrindəki veb-kameralara baxış keçirilib


Seçki məntəqələrindəki veb-kameralara baxış keçirilib

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib.
Mərkəzi Seçki Komissiyasının (MSK) inzibati binasında yerləşən veb-kameralara texniki nəzarət mərkəzinə baxış prosesində MSK sədri Məzahir Pənahov, Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev iştirak ediblər.
Onlar proseslərin gedişi ilə yaxından tanış olub, seçkilərin şəffaflığının təmin edilməsində mühüm əhəmiyyət kəsb edən veb-kameraların quraşdırılmasında seçki qanunvericiliyinin tələblərinə dəqiqliklə riayət olunmasının önəmi vurğulanıb və zəruri tövsiyələr mütəxəssislərin diqqətinə çatdırılıb.
Milli Məclisə seçkilərdə veb-kameraların tətbiqi layihəsini sıx əməkdaşlıq şəraitində birgə reallaşdıran qurumların rəhbərlərinə veb-kameraların quraşdırılması, tənzimlənməsi və seçki gününə tam hazır vəziyyətə gətirilməsi istiqamətində intensiv şəkildə aparılan son hazırlıq işləri barədə məlumat verilib.
Bildirilib ki, Azərbaycanda keçirilən seçkilər daim fərqli aşkarlıq institutlarının, çoxsaylı yerli və beynəlxalq müşahidəçilərin, media nümayəndələrinin sərbəst iştirakı ilə xarakterizə olunub. İnformasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərinin uğurla tətbiqi nəticəsində şəffaflığın miqyası daha da genişlənib, bütün seçki günü proseslərini hər hansı bir maneə ilə rastlaşmadan, əvvəldən axıradək fasiləsiz müşahidə aparmaq imkanı yaranıb.
Qeyd olunub ki, ilk dəfə Azərbaycanın bütün suveren ərazilərində keçirilməklə əlamətdar ictimai-siyasi hadisəyə çevrilən Milli Məclisə seçkilərdə də müxtəlif metod və vasitələrdən istifadə edilməklə şəffaflığın yüksək səviyyədə təminatına xüsusi diqqət yetirilib. Belə ki, 16 ildir müvəffəqiyyətlə reallaşdırılan və səmərəliliyi ilə öz təsdiqini tapmış veb-kamera layihəsi qarşıdan gələn seçkilərdə də davam etdirilir.
Seçki günü - sentyabrın 1-də səsvermə məntəqələrində proseslərin tamamilə müşahidə edilməsi məqsədilə 1000 seçki məntəqəsində texniki parametrləri daha da gücləndirilərək təkmilləşdirilmiş və yüksək görüntü effektinə malik veb-kamera quraşdırılıb.
İnternet istifadəçiləri seçki günü istər ölkə daxilindən, istərsə də ölkə hüdudlarından kənarda Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsinə daxil olmaqla, heç bir qeydiyyat tələb edilmədən bütün prosesləri - səsvermə, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsini arasıkəsilmədən birbaşa müşahidə etmək imkanına malik olacaqlar.
27-08-2024, 12:39
Ukrayna Rusiyadakı hədəflərini ABŞ-a təqdim edəcək


Ukrayna Rusiyadakı hədəflərini ABŞ-a təqdim edəcək

"Ukrayna icazə verildiyi təqdirdə Rusiyada vura biləcəyi hədəfləri Bayden administrasiyasına təqdim edəcək". Bu barədə "Politico" yazıb.
Nəşr yazır ki, Ukrayna hakimiyyəti ABŞ-ın yüksək rütbəli milli təhlükəsizlik rəsmilərinə Vaşinqtonun Amerika silahlarının tədarükünə qoyulan məhdudiyyətləri aradan qaldıracağı təqdirdə Ukrayna Silahlı Qüvvələrinin vura biləcəyi Rusiya Federasiyasındakı uzaqmənzilli hədəflərin siyahısını təqdim etməyə hazırlaşır.
“Kiyev bu siyahıdan Vaşinqtonu Rusiyada Amerika silahlarının istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa inandırmaq üçün son cəhd kimi istifadə edir”, - materialda deyilir.
Qeyd olunub ki, Ukrayna daha əvvəl ABŞ-a Rusiyadakı bəzi potensial hədəflərini təqdim etsə də, bu siyahı artıq daha konkret olmalıdır. Nəşrin 3 anonim mənbəsi bildirib ki, Umerov və Yermak bu həftə Vaşinqtona gələcək və orada müzakirə zamanı Bayden administrasiyasına hədəflərin siyahısını təqdim edəcəklər.
27-08-2024, 12:20
Sabahın havası - 39 dərəcə isti


Sabahın havası - 39 dərəcə isti

Avqustun 28-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi norma daxilində, 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 34-39° isti, dağlarda gecə 13-18° isti, gündüz 21-26° isti olacaq.
27-08-2024, 00:27
“Qarabağ”ın oyununa 25 minə yaxın bilet satılıb


“Qarabağ”ın oyununa 25 minə yaxın bilet satılıb

Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Dinamo” (Zaqreb) cavab oyununa bilet satışı davam edir.
Matça 24700 bilet satılıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.
Azarkeşlər qarşılaşma üçün biletləri iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.
Qeyd edək ki, avqustun 28-i keçiriləcək “Qarabağ” – “Dinamo” görüşü saat 20:45-də başlayacaq. Xatırladaq ki, ilk oyun Xorvatiya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
27-08-2024, 00:07
Mehriban Əliyeva Bibiheybəti ziyarət edib - FOTO


Mehriban Əliyeva Bibiheybəti ziyarət edib - FOTO

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva avqustun 26-da Bibiheybət ziyarətgah kompleksini ziyarət ediblər.
VII əsrin yadigarı olan Bibiheybətdə Peyğəmbər nəslinin dörd nümayəndəsi uyuyur.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri 2008-ci ildə Bibiheybət ziyarətgah kompleksinin əsaslı yenidənqurmadan sonra açılışında iştirak ediblər.



26-08-2024, 23:26
"Qərbin köməyi olmasaydı, Ukrayna ilk həftədə məğlub olardı"


"Qərbin köməyi olmasaydı, Ukrayna ilk həftədə məğlub olardı"

Prezident Cozef Baydenin administrasiyası ABŞ ordusunu Ukraynaya görə sursatsız qoyub.
Bunu Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp deyib.
“Bizim sursatımız yoxdur, çünki hazırkı hakimiyyət onu Ukraynaya verib. Çoxlu miqdarda raket, mərmi və hər şey göndəriblər”, - deyə o qeyd edib.
Tramp əlavə edib ki, Qərbin köməyi olmasaydı, Ukrayna ilk həftədə məğlub olardı.
26-08-2024, 22:40
Mehriban Əliyeva uşaqlar üçün təşkil edilən şənlikdə - FOTO


Mehriban Əliyeva uşaqlar üçün təşkil edilən şənlikdə - FOTO

Avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva valideyn himayəsindən məhrum olmuş və xüsusi qayğıya ehtiyacı olan uşaqlar, həmçinin şəhid övladları üçün Fond tərəfindən keçirilən əyləncə və istirahət proqramında iştirak ediblər.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva uşaqlarla söhbət edib, onların təşkil edilən bu şənliklə bağlı fikirləri ilə maraqlanıb, şəkillər çəkdiriblər. Uşaq evlərinin, Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin və inteqrasiya təlimli internat məktəbinin sakinləri təəssüratlarını bölüşüb, burada yeni dostlar qazandıqlarını söyləyib, iştirak etdikləri oyunlar, əyləndikləri attraksionlar barədə danışıblar.
Xəzərin sahilində yerləşən “Dalğa Beach” istirahət məkanında təşkil olunan tədbir çərçivəsində Birinci vitse-prezident Mehriban Əliyeva və Leyla Əliyeva uşaq evlərində və internat məktəblərində tərbiyə alan uşaqların əl işlərindən ibarət sərgi ilə də tanış olub, onlarla birgə rəsm çəkiblər. Uşaqlar çəkdikləri rəsm nümunələrini Mehriban xanım Əliyevaya hədiyyə ediblər. Tədbir zamanı Mehriban xanım Əliyeva bu gün doğum günlərini qeyd edən şəhid övladları və uşaq evinin sakinləri ilə də görüşüb, onları təbrik edib.
İnteqrasiya təlimli internat məktəbinin sakinləri təəssüratlarını bölüşüb, burada yeni dostlar qazandıqlarını söyləyiblər.
2 saylı uşaq evinin 9 yaşlı sakini Rəvanə Cümşüdova şənliyin çox maraqlı keçdiyini bildirərək deyib: “Bura çox maraqlıdır, çoxlu yeni dost qazandım. Hər kəsə təşəkkür edirəm”.
1 saylı uşaq evinin sakini, 8 yaşlı Dinara İsgəndərova Lənkərandan Bakıya gəldiyini vurğulayaraq bildirib: “Şənliyə bacımla birlikdə qatılmışıq. Əziz və dəyərli Mehriban xanım, dəstəyiniz üçün təşəkkür edirik”.
2 saylı uşaq evi sosial xidmət müəssisəsinin sakini Ayxan İbrahimov da təəssüratlarını bölüşərək qeyd edib: “Bu gün mənim üçün çox xoş oldu, uşaqlarla çox əyləndik. Təşkilatçılara minnətdarlığımı bildirmək istəyirəm. Mən 6-cı sinifdə oxuyuram. Böyüyəndə karate üzrə çempion, həmçinin idman müəllimi olmaq istəyirəm”.
Əkiz qardaşlar - 8 yaşlı Behbud və Davud İsmayılzadələr yaxşı əyləndiklərini vurğulayıblar. Riyaziyyat və təsviri incəsənəti sevərək öyrəndiklərini deyən əkizlər burada maraqlı rəsmlər çəkdiklərini bildiriblər.
İsti yay günündə uşaqlar hovuzda doyunca əylənib, animatorların iştirakı ilə rəqs edib, rəsm, oyun, “Face Art” və səmərəli istirahətləri üçün ayrılmış digər zonalarda müxtəlif əyləncələrə qoşulub, bacarıqlarını nümayiş etdiriblər.
Uşaqlar birgə nahar süfrəsi arxasında növbəti sevincli anlar yaşayıblar.
Birinci xanım Mehriban Əliyeva bu gün doğum günü olan uşaqlar üçün tort kəsərək onlara təqdim edib.
Balacaların sevimli qəhrəmanlarını canlandıran personajlar şənlik iştirakçılarında unudulmaz həyəcan hissləri doğurub. Səhnəciklər, oynaq, şux mahnılar, rəqslər bayram tədbirini daha da rəngarəng edib.
Tədbirlərin yekununda unudulmaz istirahət günündən xatirə olaraq hər bir uşağa Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.











26-08-2024, 21:19
Suda boğulan gəncin cəsədi tapıldı


Suda boğulan gəncin cəsədi tapıldı

Sabirabadda suya düşərək boğulan 17 yaşlı oğlanın cəsədi tapılıb.
Günorta saatlarında qeydə alınan hadisə zamanı suda boğulan Quliyev Elçin Eldəniz oğlunun axtarışları üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub. Aparılan axtarışlar zamanı Elçin Quliyevin cəsədi saat 20 radələrində batdığı yerdən təxminən beş kilometr aralı məsafədə tapılıb və aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
26-08-2024, 20:25
Durov 12 cinayət əməlində ittiham olunur


Durov 12 cinayət əməlində ittiham olunur

“Telegram”ın yardıcısı Pavel Durov 12 cinayət əməlini törətməkdə ittiham olunur.
Bu barədə Paris prokurorlu məlumat yayıb.
Məlumat görə, ona qarşı cinayət işi iyulun 8-də açılıb.
Onun Fransada uzadılmış həbs müddəti avqustun 28-də başa çatır.
“Onun həbsdə saxlanma müddəti avqustun 25-də istintaq tərəfindən uzadılıb və mütəşəkkil cinayətlərlə bağlı tətbiq edilən prosedur nəzərə alınmaqla, 96 saata qədər (yəni avqustun 28-dək) davam edə bilər”, - deyə prokurorluğun məlumatında qeyd olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!