Tramp İlham Əliyev və Paşinyanla görüşdə nə ELAN EDƏCƏK... .....                        Azərbaycan qazını nəql edən boru kəməri işini bərpa etdi .....                        Çinlilər xüsusi kosmik aparatla Ayın səthinə eniblər .....                        Fidan Suriya Prezidenti ilə görüşdü .....                        AAYDA-nın vəzifəli şəxsi içkili halda maşın sürdü, cərimələndi .....                        Avtoyuma məntəqəsindən maşın qaçıran şəxslər saxlanılıblar - VİDEO .....                        Mərkəzi Parkda böyük süni göl yaradılacaq .....                        Ermənistanın dövlət borcu 13 milyardı ötüb .....                        Fidan Əl Şaraa ilə görüşdü .....                       
3-11-2023, 13:31
Nazir bağçalara ayrılan vəsaiti açıqladı


Nazir bağçalara ayrılan vəsaiti açıqladı

Maliyyə naziri Samir Şərifov bağçalarda ərzaq təminatı üçün ayrılan vəsaitin azaldılması ilə bağlı məsələyə aydınlıq gətirib.
Milli Məclisdə büdcə müzakirəsi zamanı nazir bu vəsaitin azalmasını təsdiqləyib.
"Doğurdan da azalma var. Amma söhbət maddələrdən gedir. Hazırda Elm və Təhsil Nazirliyi tək ərzaq xərcləri maddəsi üzrə bağçalarda qidalanma məsələlərini həll etmir, eyni zamanda isti yemək verilməsi yolu ilə ketrinq şirkətlərini bu işlərə cəlb edirlər. Artıq bağçalara isti yeməklər çatdırılır”, - deyə nazir bildirib.
3-11-2023, 13:08
İnternetin sürəti və qiyməti ilə bağlı vəziyyət yaxşı deyil - Deputat


İnternetin sürəti və
qiyməti ilə bağlı vəziyyət yaxşı deyil - Deputat


Azərbaycanda internetin sürəti və qiyməti ilə bağlı vəziyyət yaxşı deyil.
Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev parlamentdə büdcə müzakirələri zamanı deyib.
O qeyd edib ki, bu sahədə işlər görülür, müsbət irəliləyiş var.
"Amma xaricə gedəndə və orada interneti istifadə edəndə fərqi daha yaxşı başa düşürük. Bu problemin həll edilməsi ilə bağlı xərclər çox vaxt vətəndaşların üzərinə qoyulur. Şirkətlər xəttlərin dəyişdirilməsi, avadanlıqların alınması üçün vətəndaşlardan vəsait istəyir. Büdcədən vəsait ayrılır, ancaq tam nəticə əldə edə bilmirik. Bu sahədə nəzarət artırılmalıdır”, - deputat vurğulayıb.
3-11-2023, 13:03
Mirziyoyevə Türk Dünyasının Ali Ordeni təqdim edildi


Mirziyoyevə Türk Dünyasının Ali Ordeni təqdim edildi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə Türk Dünyasının Ali Ordeni təqdim edilib.
Noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşündə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə türk xalqlarının inkişafında böyük xidmətlərinə görə Türk Dünyasının Ali Ordenini təqdim edib.


3-11-2023, 12:53
Blinken İsrailə yenidən səfər etdi


Blinken İsrailə yenidən səfər etdi

ABŞ dövlət katibi Antoni Blinken İsrailə yenidən səfər edib.
AFP-nin məlumatına görə, o, səhər saatlarında Təl-Əvivə enib.
Blinken səfəri zamanı Qəzza zolağında fələstinli mülki şəxslərin müdafiəsini müzakirə etmək niyyətindədir.
Onu müşayiət edən AFP jurnalistinin sözlərinə görə, İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıqlar və təhlükəsizlik kabinetinin iclasında iştirak planlaşdırılır.
3-11-2023, 12:31
Sabahın havası


Sabahın havası

Noyabrın 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Gecə və səhər zəif duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 13-16° isti, gündüz 18-22° isti olacaq.
Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək.
Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % olacaq.
Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 8-13° isti, gündüz 18-23° isti, dağlarda gecə 4-8° isti, gündüz 10-15° isti olacaq.
3-11-2023, 12:06
Fransa ilə çoxşaxəli əməkdaşlığı davam etdirəcəyik -  Mirzoyan


Fransa ilə çoxşaxəli əməkdaşlığı davam etdirəcəyik - Mirzoyan

"Ermənistan Fransa ilə çoxşaxəli əməkdaşlığı davam etdirəcək".
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bunu parlamentin daimi komissiyalarının birgə iclasında 2024-cü il dövlət büdcəsi layihəsinin ilkin müzakirəsi zamanı deyib.
“Əlbəttə, biz digər dostlarımızla, məsələn, Fransa ilə çoxşaxəli əməkdaşlığımızı davam etdirəcəyik. Yüksək rütbəli məmurların qarşılıqlı səfərləri mütəmadi olaraq baş verir. Söhbət davam edir və davam edəcək”, - Mirzoyan bildirib.
O vurğulayıb ki, Ermənistan Avropa İttifaqı ilə münasibətlərini dərinləşdirməyə davam edəcək. Nazir Ermənistanın sərhədlərinin sabitliyi və təhlükəsizliyinin təmin edilməsində Aİ-nin mülki müşahidə missiyasının rolunu xüsusi qeyd edib.
“Biz şərti olaraq Avropa İttifaqı ilə əməkdaşlıq üçün yeni platformalar, yeni istiqamətlər, məsələn, siyasi dialoq və təhlükəsizlik dialoqu müəyyənləşdiririk”, - Mirzoyan bildirib.
Onun sözlərinə görə, Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi çərçivəsində həm Ermənistan, həm də Avropa İttifaqı tərəfindən yerinə yetirilməli olan öhdəliklər var. Bu kontekstdə nazir viza rejiminin liberallaşdırılması ilə bağlı dialoqun başlandığını xatırladıb.
"Ermənistan da ABŞ-la münasibətlərə böyük önəm verir", - Mirzoyan söyləyib.
3-11-2023, 11:53
Macarsıtanın Baş naziri İlham Əliyevə təşəkkürünü bildirdi


Macarıstanın Baş naziri İlham Əliyevə təşəkkürünü bildirdi

"Prezident İlham Əliyevə Cənubi Qafqazda vəziyyətin sabitləşməsi istiqamətində səylərinə görə təşəkkür edirəm".
Bunu Macarıstanın baş naziri Viktor Orban Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Astanada keçirilən 10-cu Zirvə Toplantısında deyib.
3-11-2023, 11:47
“Böyük Qayıdış” proqramını icra edirik - İlham Əliyev


“Böyük Qayıdış” proqramını icra edirik - İlham Əliyev

Biz “Böyük Qayıdış” proqramını icra edirik.
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında noyabrın 3-də Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə çıxışında deyib.
“Artıq keçmiş məcburi köçkünlər - bu torpaqların əsl sahibləri, Laçın və Füzuli şəhərlərinə və üç kəndə qayıdıb. 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur”, - dövlət başçısı bildirib.
3-11-2023, 11:39
İrəvan daha çox silah ala bilər, lakin logistika ilə bağlı problemlər var


İrəvan daha çox silah ala bilər, lakin logistika ilə bağlı problemlər var

"İrəvan keçmiş hökumətlər dövründəkindən daha çox ölkədən daha çox silah ala bilər, lakin logistika ilə bağlı problemlər var".
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
Müxalif “Hayastan” fraksiyasının deputatı Kristin Vardanyanın Ermənistandakı təhlükəsizlik vəziyyəti ilə bağlı sözlərini şərh edən XİN rəhbəri keçmiş hakimiyyətin müvafiq sahədə imzaladığı razılaşmaları “bir az da işə yaramayan” adlandırıb.
"Hazırkı proseslərə gəlincə, hazırda Ermənistan sərhədlərində ciddi insident yoxdur", - Mirzoyan qeyd edib.
3-11-2023, 11:30
Mirzoyan Türkiyə sərhədiylə bağlı yaxşı xəbərin olacağını bildirdi


Mirzoyan Türkiyə sərhədiylə bağlı yaxşı xəbərin olacağını bildirdi

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yaxın vaxtlarda Ermənistan-Türkiyə sərhədinin xüsusi qrup üçün açıla biləcəyinin anonsunu verib.
Bu barədə "Armenia Today" məlumat yayıb.
“Mən öz nikbinliyimi bölüşmək istəyirəm ki, yaxın gələcəkdə Ermənistan-Türkiyə sərhədinin hələlik xüsusi qrup - üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün açılması ilə bağlı yaxşı xəbərimiz olacaq”, - Mirzoyan deyib.
O, İrəvanın Rusiya ilə problemləri konstruktiv müzakirə etmək və dostcasına irəliləmək niyyətində olduğunu açıqlayıb.
“Ermənistan-Rusiya münasibətlərində nəzərəçarpacaq problemlər var, çox şey bizə yaraşmır, çox şey bizi təəccübləndirir, başa düşdüyüm qədəri ilə Rusiyada da oxşar münasibət var”, - Mirzoyan qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!