Tramp İlham Əliyev və Paşinyanla görüşdə nə ELAN EDƏCƏK... .....                        Azərbaycan qazını nəql edən boru kəməri işini bərpa etdi .....                        Çinlilər xüsusi kosmik aparatla Ayın səthinə eniblər .....                        Fidan Suriya Prezidenti ilə görüşdü .....                        AAYDA-nın vəzifəli şəxsi içkili halda maşın sürdü, cərimələndi .....                        Avtoyuma məntəqəsindən maşın qaçıran şəxslər saxlanılıblar - VİDEO .....                        Mərkəzi Parkda böyük süni göl yaradılacaq .....                        Ermənistanın dövlət borcu 13 milyardı ötüb .....                        Fidan Əl Şaraa ilə görüşdü .....                       
2-11-2023, 15:44
Rusiya Ermənistanla Azərbaycan arasında gərginliyi azaldan təmasları alqışlayır


Rusiya Ermənistanla Azərbaycan arasında gərginliyi azaldan təmasları alqışlayır

Moskva Ermənistanla Azərbaycan arasında gərginliyin azalmasına gətirib çıxara biləcək təmasları alqışlayır.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqdə Tbilisidəki Paşinyan-Qaribaşvili-Əsədov görüşünü şərh edərkən bildirib.
Xatırladaq ki, oktyabrın 26-da Tbilisidə üç ölkənin baş nazirlərinin üçtərəfli görüşü keçirilib. Nikol Paşinyan, İrakli Qaribaşvili və Əli Əsədov arasında danışıqlar bir neçə saat davam edib.
Moskvanın mövqeyini ifadə edən Zaraxova vurğulayıb ki, 2020-2022-ci illərdə qəbul edilmiş üçtərəfli sazişlər Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması üçün yol xəritəsi olaraq qalır.
"Bura ölkələr arasında sülh müqaviləsinin imzalanması, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması, sərhədlərin demarkasiyası, vətəndaş cəmiyyəti səviyyəsində dialoq və s. daxildir", - Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.
Onun sözlərinə görə, Moskva Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünü təşkil etməyə hazıerdır.
2-11-2023, 15:23
Zaxarova Ermənistanın Ukraynayla bağlı konfransda iştirakına rəy bildirdi


Zaxarova Ermənistanın Ukraynayla bağlı konfransda iştirakına rəy bildirdi

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova Ermənistanın Ukrayna ilə bağlı konfransda iştirakına münasibət bildirib.
O, Ermənistanın konfransda iştirakının anti-Rusiya olduğunu bildirib.
“Bir müddət əvvəl Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Akopyan Kiyevə səfər edib, Ermənistan parlamentinin sədri Alen Simonyan Dublində Ukrayna Ali Radasının spikeri Ruslan Stefançukla görüşüb, Nikol Paşinyan Qranadada şəxsən Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb. İrəvanda bilməlidirlər ki, söhbət aqressiv şəkildə ölkəmizə qarşı çıxanlarla nümayişkaranə dialoqdan gedir və bunun başqa adı yoxdur”, - Zaxarova deyib.
O, Ermənistanın Rusiya ilə müttəfiqlik münasibətlərini qəsdən pozmasının təəssüf hissi doğurduğunu vurğulayıb.
2-11-2023, 15:13
Qırğızıstan Prezidenti Astanada səfərdədir


Qırğızıstan Prezidenti Astanada səfərdədir

Qırğızıstan Prezidenti Sadır Japarov Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu Zirvə Toplantısında iştirak etmək üçün Astanada səfərdədir.
Bu barədə Qazaxıstan KİV-i məlumat yayıb.
Onu Astana hava limanında Qazaxıstanın Baş naziri Alixan Smailov qarşılayıb.
2-11-2023, 14:59
Daha bir mahnızımız ermənilər tərəfindən oğurlandı


Daha bir mahnızımız ermənilər tərəfindən oğurlandı

1968-ci ildə Azərbaycan radiosunun “Qızıl fondu”na daxil edilən görkəmli Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin “Sənə qurban” adlı musiqi əsərinin ermənilər tərəfindən “Garun” adı altında mənimsənilərək ifa edilməsi və Youtube-da yayılması faktı Əqli Mülkiyyət Agentliyində araşdırılıb.
İfa olunan “Garun” adlı musiqi əsəri Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin “Sənə qurban” musiqi əsəri ilə üst-üstə düşür. Bildiririk ki, “Sənə qurban” əsəri Ələkbər Tağıyevin Azərbaycan şairi Mikayıl Müşfiqin sözlərinə bəstələdiyi və ilk dəfə Zeynəb Xanlarova tərəfindən 1968-ci ildə ifa edilmiş mahnıdır. Bəstəkar Ə.Tağıyevin “Sənə qurban” mahnısı (sözlərin müəllifi kimi Mikayıl Müşfiqin adı göstərilib) 1978-ci ilin 10 iyun tarixində Əqli Mülkiyyət Agentliyində (agentlik həmin vaxt Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan Respublikası Şöbəsi adlanırdı) qeydiyyata alınıb.
Sonralar bu mahnı erməni müğənnilər Tiqran Asatryan, Spitakci Hayko, erməni əsilli İran-ABŞ pop ifaçısı Andranik Madadyan və başqaları tərəfindən erməni dilində "Garun" (azərb. Bahar‎) adı ilə ifa edilib.
Bütün arxiv sənədləri “Sənə qurban” mahnısının Azərbaycan müəlliflərinə məxsus olduğunu göstərir. Azərbaycanın xalq artisti Z.Xanlarova xarici ölkələrdə, o cümlədən Ermənistan da daxil olmaqla keçmiş SSRİ-nin hər bir respublikasında qastrol səfərlərində olarkən bu mahnını dəfələrlə ifa edib.
Erməni əsilli ifaçı A.Madadyan isə Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin “Sənə qurban” mahnısını mənimsəyərək onun sözlərini dəyişib və izi itirmək məqsədilə “Garun” (Bahar) adı ilə oxuyub. Qeyd edilən fakt uzun illərdən bəri davam edən erməni ədəbi və musiqi oğurluğunun növbəti bir nümunəsidir.
Youtube kanalında yerləşdirilmiş “Garun” adlı musiqi əsəri haqqında verilən məlumatda Ələkbər Tağıyevin adı göstərilməməklə müəllifin şəxsi hüquqları, Youtube kanalında kommersiya məqsədilə yerləşdirilməsi nöqteyi nəzərdən isə Ələkbər Tağıyevin əmlak hüquqları pozulmuşdur.
Qeyd etmək istəyirik ki, Əqli Mülkiyyət Agentliyi tərəfindən mütəmadi olaraq Azərbaycan xalqına məxsus olan müəllif əsərlərinin, folklor nümunələrinin və digər qeyri-maddi mədəni irs nümunələrinin uzun illərdən bəri ermənilər tərəfindən zaman-zaman oğurlanması, mənimsənilməsi və erməni nümunələri kimi təqdim olunması hallarına qarşı mübarizə aparılır, hər bir fakt üzrə araşdırmalar aparılaraq tarixi əsaslara söykənən və həmin əsərlərin Azərbaycan xalqına məxsus olmasını danılmaz faktlarla sübut edən arayışlar hazırlanır, kütləvi informasiya vasitələrində yayılır.
2-11-2023, 14:35
Ermənistan vətəndaşlığı almaq istəyənlərə bu ilə qədər vaxt verildi


Ermənistan vətəndaşlığı almaq istəyənlərə bu ilə qədər vaxt verildi

Ermənistan hökuməti Azərbaycandan köçən ermənilərə ölkə vətəndaşlığını almaq üçün 2026-cı il dekabrın 31-dək vaxt verəcək.
Bu barədə hökumət müvafiq qərar verib.

2-11-2023, 14:21
Moskva üçtərəfli görüşü təşkil etməyə hazırdır - Zaxarova


Moskva üçtərəfli görüşü təşkil etməyə hazırdır - Zaxarova

"Moskva yaxın vaxtlarda Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşünü təşkil etməyə hazırdır".
Bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.
"Rusiya tərəfi İrəvanla Bakı arasında gərginliyi aradan qaldıra biləcək istənilən təmasları alqışlayır. Bununla belə, Putin, Paşinyan və Əliyev arasında razılaşmalar normallaşma üçün “yol xəritəsi” olaraq qalır”, - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.
2-11-2023, 14:12
Səfirimiz etimadnaməsini İraq Prezidentinə təqdim etdi


Səfirimiz etimadnaməsini İraq Prezidentinə təqdim etdi

Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov etimadnaməsini İraq Prezidenti Əbdül Lətif Rəşidə təqdim edib.
Bu barədə azərbaycanlı diplomat "X" hesabında bildirib.
"Azərbaycanın İraqdakı ilk rezident səfiri kimi fəaliyyət göstərmək mənim üçün şərəfdir. Azərbaycan və İraq arasında dostluğun və davamlı tərəfdaşlığın möhkəmlənməsinə sadiqəm", o paylaşımında qeyd edib.
2-11-2023, 14:07
Prezident Qazaxıstanda səfərdədir


Prezident Qazaxıstanda səfərdədir

Noyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) “Türk Əsri” çağırışı altında keçiriləcək 10-cu yubiley Zirvə görüşündə iştirak etmək üçün Qazaxıstan Respublikasına səfərə gedib.
Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Qazaxıstanın Baş naziri Alixan Smailov və digər rəsmi şəxslər qarşıladılar.



2-11-2023, 13:51
Fransada deportasiya olunmuş azərbaycanlılar tərəfindən İctimai birlik yaradıldı


Fransada deportasiya olunmuş azərbaycanlılar tərəfindən İctimai birlik yaradıldı

Fransada Ermənistandan deportasiya olunmuş azərbaycanlılar tərəfindən «Qərbi Azərbaycanlıların İrsinin Qorunması və Qayıdış Hüququ» İctimai Birliyi yaradılıb.
Təşkilatın əsas məqsədi Ermənistan ərazisində Azərbaycan xalqının əsrlər boyu yaratdığı zəngin mədəni irsin dağıdılmasının qarşısının alınması, beynəlxalq ictimaiyyətin diqqətinin bu problemə yönəldilməsi və qərbi azərbaycanlıların öz tarixi dədə-baba torpaqlarına sülh yolu ilə qayıtmasına dəstək olmaqdan ibarətdir.
«Association pour la Protection du Patrimoine et le Droit au Retour des Azerbaïdjanais Occidentaux» adı ilə rəsmi qeydiyyata alınan təşkilatın həmtəsisçisi əslən İrəvandan olan Zaur Sadıqbəylidir.
İctimai birliyin yaradılması beynəlxalq müstəvidə Qərbi Azərbaycan həqiqətləri barədə məlumatlılığın artırılması işinə töhfə verəcək.
2-11-2023, 13:51
Rusiya nüvə sınaqlarından istifadəni qadağan edən müqavilədən çıxdı


Rusiya nüvə sınaqlarından istifadəni qadağan edən müqavilədən çıxdı

Rusiya Hərtərəfli Nüvə Sınaqlarının Qadağası Müqaviləsinin ratifikasiyasını geri götürüb.
Ölkə prezidenti Vladimir Putin müqavilədən çıxmaqla bağlı müvafiq qanunu artıq imzalayıb.




����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!