Saakaşvili də Vaşinqton görüşündən danışdı .....                        Vaşinqton görüşü: İlham Əliyevlə Paşinyan “tarixi sənəd” imzalaya bilər .....                        Ombudsman minaya düşən hərbçilərlə bağlı beynəlxalq təşkilatlara çağırış etdi .....                        Azərbaycanda yeni tariflər təsdiqləndi .....                        Qondarma rejimin həbsdəki üzvlərinə baş çəkə bilərik - Qızıl Aypara Cəmiyyəti .....                        25 yaşlı futbolçu vəfat etdi .....                        Azərbaycana qarşı informasiya hücumunu arxasında KİM DAYANIR... .....                        Bakıdan Qaxa istirahətə gələn ailə yol qəzasına düşdü .....                        Onlayn mərc və qumar oyunları təşkil edən mütəşəkkil dəstələr ifşa edildi - Əməliyyat görüntüləri .....                       
24-10-2023, 20:08
Yenilik: Məhkumlar məzuniyyətə buraxıldı


Yenilik: Məhkumlar məzuniyyətə buraxıldı

Məhkumlar məzuniyyətə buraxılıb.
Penitensiar xidmətin qapalı cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlar sərbəst şəkildə ailə üzvlərinin yaşadığı ünvanlara bir neçə günlük qısamüddətli səfərə buraxılıblar.
Səfərlər zamanı məhkumları həbsxana əməkdaşları müşayiət etməyib, məhkumlar yaxınları ilə görüşüb, təqribən 7-8 gün onlarla birlikdə vaxt keçirdikdən sonra özləri də sərbəst şəkildə saxlanıldıqları həbsxanalara geri qayıdıblar.
Məlumata əsasən, indiyədək səkkiz nəfər məhkum ailə üzvlərini ziyarət edib və geri qayıdıb.
Məlumatı Penitensiar xidmətdən də təsdiqləyiblər.
24-10-2023, 19:54
İsrail Qəzza zolağında quru əməliyyatına hazırdır - Baş Qərargah rəisi


İsrail Qəzza zolağında quru əməliyyatına hazırdır - Baş Qərargah rəisi

İsrail ordusu Qəzza zolağında quru əməliyyatı keçirməyə hazırdır.
Bunu İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi bildirib.
Onun sözlərinə görə, hazırda İsrail ordusu əməliyyatın başlanması ilə bağlı siyasi qərar gözləyir, bundan sonra hərbçilər Qəzza ərazisinə daxil olacaqlar.
“İsrail qüvvələri hazırda mövqelərini saxlayır və qətiyyətlə müdafiə edirlər. Ordu Qəzza zolağında quru əməliyyatına hazırdır və biz ölkənin siyasi rəhbərliyi ilə birlikdə növbəti addımın məqsədləri və vaxtını müəyyən edəcəyik", - Halevi qeyd edib.
Halevinin sözlərinə görə, əməliyyatın məqsədi HƏMAS-ın yüksək rəhbərliyini məhv etməkdir, ona görə də İsrail ordusu bu tapşırığı effektiv şəkildə yerinə yetirməkdə “qəti qərarlıdır”.
24-10-2023, 18:59
Mədəniyyət naziri Xalq artistini evində ziyarət etdi


Mədəniyyət naziri Xalq artistini evində ziyarət etdi

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli bu gün görkəmli muğam ustadı, bu il anadan olmasının 85 illiyi qeyd olunan Xalq artisti, Prezident təqaüdçüsü Arif Babayevi evində ziyarət edib.
Bu haqda Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazir Arif Babayevin əlamətdar yubileyinin müxtəlif tədbirlərlə qeyd edildiyini deyib, Prezident İlham Əliyevin 21 fevral 2023-cü il tarixli sərəncamı ilə onun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülməsinin sənətkarın fəaliyyətinə göstərilən diqqətin təzahürü olduğunu vurğulayıb.
Sonra dövlət təltifi xanəndəyə təqdim edilib.
Arif Babayev sənətinə verilən yüksək qiymətə və Azərbaycan muğamının inkişafına göstərdikləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.


24-10-2023, 18:43
Ərdoğan Türk Dövlətləri Təşkilatının Baş prokurorlarını qəbul etdi


Ərdoğan Türk Dövlətləri Təşkilatının Baş prokurorlarını qəbul etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Baş prokurorlarını qəbul edib.
Bu barədə Prezident Administrasiyası məlumat yayıb.
Görüşdə Azərbaycanın Baş prokuroru Kamran Əliyev də iştirak edib.
24-10-2023, 18:26
Ceyhun Bayramov Rusiya XİN-in xüsusi nümayəndəsini qəbul etdi


Ceyhun Bayramov Rusiya XİN-in xüsusi nümayəndəsini qəbul etdi

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.
XİN-dən verilən xəbərə görə, görüşdə Azərbaycan və Ermənistan arasında sülh prosesinin perspektivləri, regionda mövcud vəziyyət və son inkişaflar, eləcə də Tehranda “3+3” regional platforması çərçivəsində keçirilmiş görüşün nəticələri müzakirə olunub.
Nazir Ceyhun Bayramov, öhdəliklərə zidd olaraq son 3 il ərzində Azərbaycan ərazisindən çıxarılmayan qanunsuz erməni silahlı qüvvələrinə qarşı həyata keçirilmiş anti-terror tədbirləri nəticəsində Azərbaycanın öz suveren ərazilərinə nəzarəti tam olaraq təmin etməsindən sonra, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin qısa müddətdə razılaşdırılması üçün real şansların olduğunu diqqətə çatdırıb.
Qarabağın erməni sakinlərinin Azərbaycanın qanunvericiliyi çərçivəsində ölkəmizin ərazisində Azərbaycan vətəndaşı kimi yaşaması üçün bütün imkanların yaradıldığı, bunun üçün reinteqrasiya məqsədilə müvafiq portalın fəaliyyət göstərdiyi qeyd edilib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
24-10-2023, 17:47
Gürcü nazirdən Lavrova: “Rusiyadan belə bəyanatı birinci dəfə eşitmirik”


Gürcü nazirdən Lavrova: “Rusiyadan belə bəyanatı birinci dəfə eşitmirik”

Gürcüstanın ərazilərini işğal edən ölkənin təmsil olunduğu formatda iştirak etməyimiz istisnadır.
Bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.
Papuaşviliyə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bəyanatına münasibət bildirərkən qeyd edib ki, Gürcüstanın şərtləri məlumdur və Rusiya işğal etdiyi ərazilərdən çəkilməlidir.
“İlk addım Gürcüstan ərazilərinin işğaldan azad edilməsidir. Biz Rusiyadan belə bəyanatı birinci dəfə eşitmirik. Bizim mövqeyimiz də onlara aydındır. Müəyyən qruplar üçün simvolizm və nömrələrlə adlandırılması yalnız sıxıcı ola bilər. Biz buna sakit yanaşırıq, çünki bizim şərtlərimiz məlumdur və bu, Gürcüstan ərazilərinin işğaldan azad edilməsidir”, - Şalva Papuaşvili bildirib.
Qeyd edək ki, Larov dünən Tehranda keçirilən "3+3" görüşündən sonra deyib ki, Gürcüstan hökumətinin hərəkətləri milli maraqlara əsaslanır: "Bu, yaxın gələcəkdə tam hüquqlu 3+3 formatının istifadəyə verilə biləcəyini güman etməyə əsas verir”.
24-10-2023, 17:24
Paşinyan Roma Papası tərəfindən təltif olundu


Paşinyan Roma Papası tərəfindən təltif olundu

Baş nazir Nikol Paşinyan Ermənistanda diplomatik fəaliyyətini başa vuran Müqəddəs Taxt-Tacın apostol nunsisi, arxiyepiskop Xose Avelina Betankuru qəbul edib.
Bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb.
Arxiyepiskop Betankur Roma Papası Fransiskin adından Paşinyana Ermənistan və Müqəddəs Taxt-Tac arasında əlaqələrin möhkəmlənməsinə verdiyi töhfəyə görə Vatikanın ən yüksək mükafatlarından birini - IX Piy ordeninin Böyük Xaçını təqdim edib.
Baş nazir yüksək qiymətə görə təşəkkür edib və Ermənistan Respublikası hökumətinin Müqəddəs Taxt-Tacla əlaqələrin ardıcıl inkişafında maraqlı olduğunu vurğulayıb. Nikol Paşinyan arxiyepiskop Betankura gələcək fəaliyyətində uğurlar arzulayıb.
24-10-2023, 16:56
Nazirlər Bakı Musiqi Akademiyasını ziyarət etdi


Nazirlər Bakı Musiqi Akademiyasını ziyarət etdi

Mədəniyyət naziri Adil Kərimli oktyabrın 24-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını (BMA) ziyarət edib.
Nazirlikdən verilən xəbərə görə, elm və təhsil naziri Emin Əmrullayevin də iştirak etdiyi ziyarət zamanı BMA-nın rəhbərliyi və pedaqoji kollektivinin bir qrup tanınmış üzvü ilə görüş olub.
Akademiyanın rektoru Azərbaycanın və keçmiş SSRİ-nin Xalq artisti, respublikanın Dövlət mükafatı laureatı Fərhad Bədəlbəyli təhsil ocağının fəaliyyəti barədə məlumat verib.
Qeyd olunub ki, dahi Üzeyir Hacıbəylinin təməlini qoyduğu təhsil ocağı Azərbaycan musiqi mədəniyyətinin inkişafında mühüm rol oynayır. BMA-nın məzunlarının sorağı dünyanın məşhur səhnələrindən gəlir.
Söhbət zamanı təhsil ocağının fəaliyyət istiqamətləri, tədrisin keyfiyyəti, beynəlxalq əməkdaşlıq imkanları və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Sonda xatirə şəkilləri çəkdirilib.



24-10-2023, 16:48
Türkiyə prezidenti Bahçeliylə görüşdü


Türkiyə prezidenti Bahçeliylə görüşdü

Türkiyə prezidenti, iqtidardakı Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan hakim partiyanın Cümhur İttifaqındakı müttəfiqi Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli ilə görüşüb.
Bu barədə Türkiyə PA-nın Kommunikasiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, görüş Prezident İqamətgahında keçirilib.
24-10-2023, 16:33
BQXK əməkdaşları əsir saxlanılan azərbaycanlılara baş çəkdi


BQXK əməkdaşları əsir saxlanılan azərbaycanlılara baş çəkdi

Oktyabr ayında BQXK əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməni əsilli şəxslərlə və Ermənistanda saxlanılan azərbaycanlılara baş çəkiblər.
Bunu BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.
Bildirilib ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqə yaratmaları üçün şərait yaradılıb.
Mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.
Aqşin Bəbirov və Hüseyn Axundov “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda" ittiham olunurlar, onlar həbs edilib. Hüseyn Axundov “Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə” də təqsirləndirilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!