İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                       
18-08-2024, 17:47
Amfibiya təyyarəsi Türkiyədəki yanğınlarla mübarizəyə başladı - VİDEO


Amfibiya təyyarəsi Türkiyədəki yanğınlarla mübarizəyə başladı - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasındakı güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi qardaş ölkəyə göndərilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd olunub ki, artıq amfibiya təyyarəsi Türkiyədə meşə yanğınlarının söndürülməsi əməliyyatına başlayıb.

18-08-2024, 17:29
İranın yeni xarici işlər naziri qonşularla münasibətləri necə quracaqlarından danışdı


İranın yeni xarici işlər naziri qonşularla münasibətləri necə quracaqlarından danışdı

İran parlamentində yeni nazirlər üçün qiymətləndirmə sessiyası davam edir.
Parlamentdə təqdim etdiyi plan haqqında danışan xarici işlər naziri postuna namizəd Abbas Ərakçi bildirib ki, İran İslam Respublikasının milli maraqlarını qorumaq, milli təhlükəsizliyi gücləndirmək, ölkənin qüdrətini artırmaq və dövlətin şərəfinə xidmət etmək üçün əlindən gələni edəcək.
İranın sərhədlərini “təhlükəsizlik və sülhün” qarantı kimi xarakterizə edən Ərakçi sözlərini belə davam etdirib:
''Qonşu ölkələrlə fikir ayrılıqlarını minimuma endirməyə çalışacağıq. Biz sərhədyanı əyalətlərin və sərhədyanı rayonların imkanlarını qiymətləndirmək üçün yeni təşəbbüs kimi sərhəd bölgəsi diplomatiyasını həyata keçirəcəyik.
Mehriban qonşuluq siyasəti güclü şəkildə aparılacaq, qonşularla münasibətlərin verdiyi siyasi və iqtisadi imkanların reallaşdırılması üçün səylər göstəriləcəkdir.
Sanksiyalar dövründə bizim yanımızda olan Çin, Rusiya və digər ölkələr İranın xarici siyasətinin prioriteti olacaq”.
Ərakçi xarici siyasətin sanksiyaların neytrallaşdırılmasına xidmət etdiyini, lakin sanksiyaların aradan qaldırılması siyasətinin “şərəfli mexanizmlərlə” aparılacağını bildirib.
Abbas Ərakçi "Müqavimət və Fələstinə dəstək xəttindən heç vaxt ayrılmayacağıq" deyib.
18-08-2024, 17:09
Afrikada sürətlə yayılan yeni virus - Meymunçiçəyi


Afrikada sürətlə yayılan yeni virus - Meymunçiçəyi

Afrikada meymunçiçəyi virusu sürətlə yayılır.
Bu, Afrika İttifaqının Səhiyyə Agentliyinin yaydığı məlumatda əksini tapıb.
Yalnız ötən həftə ərzində 1200 yeni yoluxma qeydə alınıb. Virusun yayılan 3 növü arasında təhlükəli “Clade 1b” növü də var.
Ümumilikdə bu ilin əvvəlindən Afrika İttifaqının 12 ölkəsində 18 737 yoluxma halı qeydə alınıb, 541 nəfər ölüb.
18-08-2024, 16:55
Azərbaycan BRİKS-ə qoşulmaq istəyir - Polad Bülbüloğlu


Azərbaycan BRİKS-ə qoşulmaq istəyir - Polad Bülbüloğlu

“Azərbaycan BRİKS-ə qoşulmaq istəyir”.
Bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfəri ərəfəsində “TASS” agentliyinə müsahibəsində deyib.
“BRİKS-ə üzv olmaq istəyənlərin uzun növbəsi var. Azərbaycan doğrudan da belə bir istəyi ifadə edib. Bu barədə rusiyalı həmkarlarımızla danışdıq. Lakin bu da bir prosesdir”, - deyə o bildirib.
BRİKS müxtəlif qitələrin dörd dövləti - Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılıb. 2010-cu ildə Cənubi Afrika assosiasiyaya qoşulub, daha dörd ölkə - BƏƏ, İran, Misir və Efiopiya isə bu ilin əvvəlində təşkilata qoşulub. Bundan əlavə, dünyanın 20-dən çox ölkəsi assosiasiyaya üzv olmaq üçün müraciət edib.
18-08-2024, 16:41
Kursk ətrafından 1,7 mindən çox insan təxliyə edildi


Kursk ətrafından 1,7 mindən çox insan təxliyə edildi

Rusiyanın Kursk vilayətinin sərhədyanı rayonlarından 24 saat ərzində 1700-dən çox insan təxliyə edilib.
Bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.
Bildirilib ki, son 24 saat ərzində vilayətin sərhədyanı dörd rayonundan sakinlərin təxliyəsi tədbirləri həyata keçirilib.
“1,7 mindən çox insan müstəqil və mütəşəkkil kolonlarda təhlükəsiz ərazilərə yola düşüb”, - deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, Rusiyanın 24 regionunda 174 müvəqqəti yerləşdirmə mərkəzində 3 mini uşaq olmaqla 10 minə yaxın insan var.
18-08-2024, 16:23
Bakı Şəhər Halqasında marşallar üçün genişmiqyaslı TƏLİMLƏR


Bakı Şəhər Halqasında marşallar üçün genişmiqyaslı TƏLİMLƏR

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti marşallar və şirkətin əməkdaşları üçün genişmiqyaslı təlimlər keçir.
Təlimin məqsədi baş verə biləcək müxtəlif hadisələrə uyğun olaraq təhlükə və maneələrin marşallar tərəfdən tez bir zamanda aradan qaldırılmasına yönəlib.
Avropa Oyunları Parkında yerləşən Bakı Şəhər Halqası Təlim Mərkəzində təşkil olunan təlim nəzəri və praktiki hissələrdən ibarətdir. Nəzəri hissədə Bakı yarışının idarə olunması prosesində əsas məqamlar, cari mövsümün strateji və texniki yenilikləri təlim iştirakçılarının diqqətinə çatdırılır.
Praktiki hissədə təlim üçün salınmış xüsusi simulyasiya trekində marşallar texniki bacarıqlarını real olaraq tətbiq edirlər.
Qeyd edək ki, Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 sentyabrın 13-dən 15-dək baş tutacaq və yarış müddətində 1 250 marşal cəlb ediləcək. Ümumilikdə builki Bakı yarışında marşal olaraq iştirak etmək üçün 2 800 müraciət daxil olub, bunlardan 2 510-u yerli, 290-u isə əcnəbi marşallardır.
18-08-2024, 15:40
Qəzzada ölənlərin sayı 40 mini ötdü


Qəzzada ölənlərin sayı 40 mini ötdü

Qəzzada son sutkada 25 fələstinli ölüb, 73 nəfər yaralanıb.
Bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.
Son sutkada İsrailin hücumları nəticəsində 32 nəfər ölüb.
Beləliklə, indiyə qədər Qəzza zolağında ölənlərin sayı 40 099 nəfərə, yaralananların sayı 92 609 nəfərə çatıb.
Xatırladaq ki, ötən ilin oktyabrın 7-də HAMAS gözlənilmədən İsrailin cənubuna hücum edib. Hücum nəticəsində 1 110-dən çox israilli qətlə yetirilib. Buna cavab olaraq İsrail Qəzza zolağında havadan və qurudan hərbi əməliyyatlara başlayıb.
18-08-2024, 15:13
Belarus Ordusunun üçdə biri Ukrayna sərhəddində


Belarus Ordusunun üçdə biri Ukrayna sərhəddində

“Belarus, Ordusunun demək olar ki, üçdə birini Ukrayna ilə sərhədə yerləşdirmək məcburiyyətində qalıb”.
Bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko “Rossiya” telekanalına müsahibəsində danışıb.
Prezident xatırladıb ki, Rusiyadan iyunun sonu - iyulun əvvəlində Belarusun Müstəqillik Günü paradında iştirak etmək üçün aviasiya və quru qoşun hissələrinin bir çoxu gətirilmişdi:
“Ukraynalılar o zaman Rusiyanın Belarus ərazisindən hücuma keçəcəyini düşünürdülər. Və onlar (Ukrayna - Qeyd) 120 minə hərbi personalı sərhədə köçürməyə başladılar. Cavab olaraq ordunun üçdə birini Ukrayna ilə sərhədə yerləşdirməyə məcbur oldum. Müharibə, müdafiə zamanı olduğu kimi, bütün sərhəd boyu hərbçilərimizi gətirdik və müəyyən nöqtələrə yerləşdirdik. Üstəlik, orada xüsusi təyinatlılar - “Alfa”, “Almaz” və başqaları işləyir, öz işlərini görürlər”.
Aleksandr Lukaşenko onu da vurğulayıb ki, Belarus qoşunlarının yaxın vaxtlarda sərhəddən çıxarılması istisna olunur: “Bizim qoşunlarımızı Ukrayna ilə sərhəddən çıxarmaq ölüm kimidir”.
18-08-2024, 14:56
Rusiya ilə Azərbaycan arasında dərin ziddiyyət yoxdur - Polad Bülbüloğlu


Rusiya ilə Azərbaycan arasında dərin ziddiyyət yoxdur - Polad Bülbüloğlu

“Hazırda Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdə heç bir dərin ziddiyyət yoxdur”.
Bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfəri ərəfəsində “TASS” agentliyinə müsahibəsində deyib.
“Əlbəttə, mən məmnunam ki, bu gün Rusiya ilə Azərbaycan arasında münasibətlər çox yüksək qarşılıqlı müttəfiq fəaliyyət səviyyəsindədir. Biz çox fəal işləyirik və bu gün ölkələrimiz arasında dərin ziddiyyətlər yoxdur, - deyə o bildirib.
Səfir vurğulayıb ki, Moskva və Bakı bütün problemli məsələləri açıq və dostcasına müzakirə edirlər:
“Hər evdə, hər hansı bir ailədə və hər hansı bir münasibətdə olduğu kimi, bəzi fikir ayrılıqları mövcud olur - həyat həyatdır. Lakin ən əsası odur ki, bu gün elə əlaqələrimiz var ki, biz açıq şəkildə, dostcasına və çox mehribancasına ortaya çıxan problemləri müzakirə edə bilərik.
Hazırda iki ölkənin xarici işlər nazirlikləri arasında fəal siyasi məsləhətləşmələr aparılır. Rusiya tərəfinə Baş nazirinin müavini Aleksey Overçukun, Azərbaycan tərəfinə isə Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi hökumətlərarası komissiya çox səmərəli işləyir. Son görüş bu yaxınlarda Bakıda - avqustun 9-da baş tutub. Parlamentlərarası əlaqələrimiz də yüksək səviyyədədir. Baş nazirlər, bir çox nazirlər bir-biri ilə birbaşa əlaqə qurur”.
18-08-2024, 14:36
Türkiyəli nazirdən Azərbaycana təşəkkür - VİDEO


Türkiyəli nazirdən Azərbaycana təşəkkür - VİDEO

“Meşə yanğınlarına qarşı mübarizədə bizə dəstək olan Azərbaycan xalqına təşəkkür edirəm”.
Bu fikirləri Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı yanğınlarla bağlı son açıqlamasında söyləyib.
“Onlar da (Azərbaycan xalqı – Qeyd) yanğına qarşı mübarizə aparan təyyarə ilə bizim yanımızda olduqlarını nümayiş etdirdilər. “İki dövlət, bir millət”in necə olduğunu bu dəfə də dünyaya göstərdik”, - deyə o bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “BE-200ÇS” tipli amfibiya təyyarəsi də ən şiddətli yanğınların baş verdiyi bölgələrdən olan İzmirdə söndürmə işlərinə dəstək məqsədilə Türkiyəyə gəlib.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!