Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
16-03-2024, 15:16
Prezident: “Beynəlxalq hüquq normaları bəzi hallarda güc tətbiq etməklə bərpa olunur”


Prezident: “Beynəlxalq hüquq normaları bəzi hallarda güc tətbiq etməklə bərpa olunur”

Heç bir ölkənin suveren ərazisi zor gücü ilə dəyişdirilə bilməz. Beynəlxalq hüquq normaları hər bir ölkə üçün əsas olmalıdır və burada heç bir ayrı-seçkilik ola bilməz.
Bu fikri Prezident İlham Əliyev martın 16-da Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında deyib.
“Azərbaycan uzun illər ərzində işğaldan əziyyət çəkmiş və öz ərazi bütövlüyünü, suverenliyin bərpa etmiş ölkə kimi çox yaxşı bilir ki, beynəlxalq hüquq normaları bəzi hallarda güc tətbiq etməklə bərpa olunur. Bu yol da tamamilə qanunidir. BMT Nizamnaməsi hər bir ölkəyə özünü müdafiə etmə hüquq tanıyıb və Azərbaycan məhz bu hüquqdan istifadə edərək öz ərazi bütövlüyünü bərpa etmişdir”, - deyə dövlətimizin başçısı bildirib.
16-03-2024, 15:00
Əli Əsədov Kobaxidzeylə bu məsələlər ətrafında danışıqlar apardı


Əli Əsədov Kobaxidzeylə bu məsələlər ətrafında danışıqlar apardı

Martın 16-da Bakıda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında görüş keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyəsindən məmnunluq ifadə olunub. İki ölkə arasında fəal siyasi dialoqun aparıldığı, Azərbaycan və Gürcüstanın beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəklədikləri vurğulanıb. İqtisadi əməkdaşlığın yaxşı dinamikaya malik olduğu məmnunluqla qeyd edilib.
Bildirilib ki, Azərbaycan Gürcüstana ən çox sərmayə yatıran ölkələrdən və onun əsas ticarət tərəfdaşlarından biridir. Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi enerji və nəqliyyat layihələri uğurlu regional əməkdaşlıq nümunəsi kimi səciyyələndirilib. Bu kontekstdə Cənub Qaz Dəhlizinin strateji əhəmiyyəti xüsusi vurğulanıb. Eyni zamanda, Azərbaycan və Gürcüstanın iştirakı ilə yaradılmaqda olan Avropaya yaşıl enerji körpüsünün bir çox Avropa ölkələrinin enerji təhlükəsizliyinə əlavə töhfə verəcəyinə əminlik ifadə olunub.
Nəqliyyat-tranzit sahəsi əməkdaşlığın əsas istiqamətlərindən biri kimi dəyərləndirilib. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyəti vurğulanıb. Həmçinin Orta Dəhlizin inkişaf etdirilməsi istiqamətində birgə atılan addımların önəmi qeyd olunub.
Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə açılan yeni əməkdaşlıq imkanlarına toxunulub, Cənubi Qafqazda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının bərpasının yük daşımalarının artmasına xidmət edəcəyinə və bütün region ölkələrinə iqtisadi cəhətdən əhəmiyyətli fayda verəcəyinə əminlik ifadə olunub.
Mədəni-humanitar sahədə əməkdaşlığın dinamikası təqdir edilib. Bildirilib ki, əməkdaşlıq Azərbaycan-Gürcüstan dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə, iki xalqın bir-birinə daha da yaxınlaşmasına mühüm töhfə verir.
Bununla yanaşı, ikitərəfli əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi üçün hələ istifadə edilməmiş geniş potensialın olduğu məmnunluqda vurğulanıb.
Bu imkanların reallaşdırılması baxımından Baş nazirlərin həmsədrləri olduqları Birgə hökumətlərarası komissiya mühüm platforma kimi dəyərləndirilib.
Əli Əsədov Azərbaycan-Gürcüstan əlaqələrinin inkişaf dinamikasını və əməkdaşlığın geniş gündəliyini nəzərə alaraq, Komissiyanın 10-cu - yubiley iclasının yaxın aylarda Bakıda keçirilməsini təklif edib, bununla əlaqədar İ.Kobaxidzeni Azərbaycana səfərə dəvət edib.
Gürcüstanın Baş naziri dəvəti məmnunluqla qəbul edib.
Görüşdə iki ölkə arasında əlaqələrin ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, energetika, informasiya texnologiyaları, kənd təsərrüfatı, humanitar və qarşılıqlı maraq doğuran bir çox digər istiqamətlərdə inkişaf perspektivləri müzakirə olunub.
16-03-2024, 14:53
İlham Əliyev və İrakli Kobaxudze bəyanatlarla çıxış etdilər - VİDEO


İlham Əliyev və İrakli Kobaxudze bəyanatlarla çıxış etdilər - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da mətbuata bəyanatlarla çıxış edirlər.
Modern.az-ın məlumatına görə, Prezident İlham Əliyev martın 16-da Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında deyib ki, Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır.
“Bizim dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır. Əsrlər boyu bizim xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar. Bu möhkəm zəmin üzərində dövlətlərarası münasibətlər qurulmuşdur”, - deyə Azərbaycan Prezidenti bildirib.
İlham Əliyev bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsi də artmaqdadır, artıq 900 milyon dollara yaxındır, keçən il təxminən 15 faiz artıb.“Gürcüstan hökumətinin düşünülmüş islahat siyasəti nəticəsində Gürcüstanda çox gözəl sərmayə iqlimi yaradılmışdır. Azərbaycan investorları Gürcüstan iqtisadiyyatına 3,4 milyard dollar sərmayə qoymuşlar. Təbii ki, bunun əsas səbəbi gözəl investisiya iqliminin mövcudluğudur”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Prezidentin sözlərinə görə, nəqliyyat sahəsində yaradılan və yaradılacaq infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz nəqliyyat imkanları açacaq. Xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolunun artıq bir-iki aydan sonra genişləndirilmiş formada fəaliyyətə başlaması hesab edirəm ki, böyük nailiyyətlərdən biridir.
Bir-iki aya bu dəmir yolunun ötürmə qabiliyyətinin bir milyon tondan beş milyon tona çatdırılacağını xatırladan dövlətimizin başçısı qeyd edib: “Eyni zamanda, bu dəmir yolunun fəaliyyəti bir çox ölkələr üçün də cəlbedici olacaq”.
"Azərbaycan qazı Gürcüstan vasitəsilə bir neçə ölkəyə ixrac edilir", - İlham Əliyev əlavə edib.
Prezident bildirib ki, ümumiyyətlə, Azərbaycan qazını alan ölkələrin sayı 8-ə çatıb və bu, son deyil. Yaxın gələcəkdə bu ölkələrin sayı artacaq. Azərbaycanın enerji resurslarına olan tələbat ildən-ilə artır və artacaq.
"Biz bütün dövrlərdə bir-birimizin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını dəstəkləyən açıqlamalar vermişdik, müvafiq beynəlxalq təşkilatlarda səsvermə zamanı bir-birimizi dəstəkləmişdik. Bundan sonra da bu dəstək davam edəcək...
Biz dünya enerji bazarlarının xüsusiyyətlərini yaxşı bilirik. Yaxşı bilirik ki, Azərbaycan qazına tələbat Avropa qitəsində ildən-ilə artacaq.
Bizim həm resurslarımızın, sərmayə qoymaq üçün maliyyəmizin, Gürcüstan kimi etibarlı dostlarımızın, geniş tranzit imkanlarımızın olduğunu söyləyən dövlətimizin başçısı qeyd edib: “Belə olan halda, bizim enerji layihələrimiz bundan sonra da bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edəcək. Gürcüstan və Azərbaycan burada iki etibarlı tərəfdaş kimi çıxış edir”.
Prezident İlham Əliyevin sözlərinə görə iki dövlət yeni layihələr üzərində də işləyir və onlardan biri yaşıl enerji layihəsidir.
Azərbaycanın və Gürcüstanın digər ölkələrlə bərabər çox böyük və genişmiqyaslı layihənin icrasına başladığını vurğulayan dövlətimizin başçısı deyib: Hesab edirəm ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi uğur gətirən layihələr yaşıl enerji layihəsi üçün örnək olacaq və yaşıl enerji layihəsi eyni müvəffəqiyyətlə icra ediləcək. Buna da böyük tələbat var. Həm Gürcüstanın, həm də Azərbaycanın çox böyük bərpaolunan enerji potensialı var”.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, bizim ölkələri tarixi dostluq bağları birləşdirir. Bu münasibətlər çox möhkəm təməl üzərində qurulub.
Münasibətlərimizin bundan sonra da eyni ruhda davam edəcəyinə əminliyini bildirən Baş nazir İrakli Kobaxidze vurğulayıb: “Hazırda bizim siyasi, iqtisadi və digər səviyyələrdə çox gözəl dialoqumuz var, müsbət dinamika mövcuddur. Bizim niyyətimiz bu əməkdaşlığı və tərəfdaşlığı dərinləşdirməkdir”.

[media=https://youtu.be/EQYPMqJuEl4]
16-03-2024, 12:30
Sabahın havası


Sabahın havası

Martın 17-nə gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.
ETSN Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var. Mülayim şimal küləyi axşam cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 4-7° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz olacağı gözlənilir. Lakin gecə və axşama doğru bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 4-9° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.
16-03-2024, 11:20
İrakli Kobaxidze Azərbaycana rəsmi səfərə gəldi


İrakli Kobaxidze Azərbaycana rəsmi səfərə gəldi

Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Gürcüstanın Baş nazirini Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Samir Şərifov, ölkəmizin Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze və digər rəsmi şəxslər qarşılayıblar.
16-03-2024, 10:33
İlham Əliyev müasir təcili tibbi yardım avtomobilləri ilə tanış oldu - FOTO


İlham Əliyev müasir təcili tibbi yardım avtomobilləri ilə tanış oldu - FOTO

Martın 16-da Azərbaycan Prezidenti İlham Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub.
Bu barədə məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev təxliyə zamanı həyati təhlükəsi olanlara təcili tibbi yardım göstərməyə imkan yaradan yeni ambulanslar barədə dövlətimizin başçısına məlumat verib.
Bildirilib ki, ambulansların alınmasında məqsəd əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətini yaxşılaşdırmaqdır. Qeyd olunub ki, İtaliyanın “Iveco Daily 35S15/E4” markalı 100 ədəd təcili tibbi yardım avtomobilindən 66-sı sadə differensialı, 3-ü psixiatrik, 20-si reanimobil, 1-i portativ rentgen aparatlı və 10-u perinatal küvəzlidir.
Avtomobillər xəstə səhiyyə müəssisəsinə aparılarkən artıq yolda müalicəyə başlamağa imkan verən ən müasir tibbi avadanlıqlarla təmin edilib ki, bu da ən ağır vəziyyətdə olan pasiyentlərin təhlükəsiz daşınmasına imkan verir.
Perinatal küvəzli təcili yardım avtomobilləri patoloji yenidoğulmuşların tibb müəssisələrində göstərilməsi mümkün olmayan tibbi xidmətləri almaları məqsədilə müvafiq perinatal mərkəzlərə çatdırılması üçün nəzərdə tutulub.
Müxtəlif psixi pozğunluqlardan əziyyət çəkən xəstələrin daşınması üçün nəzərdə tutulan təcili tibbi yardım avtomobillərində xüsusi arakəsmələr quraşdırılıb.
Bütün avtomobillər qatlanıb açılan xərək, onurğa taxtası, boyun şinası və ilkin tibbi yardımın göstərilməsi üçün zəruri cihaz və avadanlıqlarla təchiz olunub. Ambulansların təchizat səviyyəsi xəstələrə bütün lazımi ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə və reanimasiya tədbirlərinin icrasına imkan verir. Nəqliyyat vasitələri dağlıq relyefdə və yolsuzluq şəraitində təcili tibbi yardım briqadasının rahat və təhlükəsiz hərəkətini təmin edir.
Zaur Əliyev bildirib ki, icbari tibbi sığortanın tətbiqindən sonra ümumilikdə 349 ambulans alınıb. Qeyd olunub ki, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm tədbirlər bundan sonra da davam etdiriləcək.
Qeyd edək ki, avtomobillərin bölgüsü Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən “Dövlət Şəhərsalma Norma və Qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” normalarına əsasən aparılacaq.




16-03-2024, 09:12
NATO-nun baş katibi Bakıda üç mühüm görüş keçirəcək


NATO-nun baş katibi Bakıda üç mühüm görüş keçirəcək


NATO-nun baş katibi Yens Stoltenberq sabah – martın 17-də Azərbaycana səfər edəcək. Yens Stoltenberqin Bakıda hansı görüşlərdə iştirak etdəcəyi məlum olub.
Bu barədə Şimali Atlantika Alyansının mətbuat xidmətindən bildirilib.
Stoltenberq martın 17-də Bakıda prezident İlham Əliyevlə, martın 18-də xarici işlər naziri Ceyhun Bayramov və müdafiə naziri Zakir Həsənovla danışıqlar aparacaq.
Martın 18-də NATO-nun baş katibi Tbilisiyə yola düşəcək, orada Gürcüstan prezidenti Salome Zurabişvili və baş nazir İrakli Kobaxidze ilə görüşəcək.
Martın 19-da Stoltenberq İrəvana səfər edəcək, orada prezident Vaaqn Xaçaturyan və baş nazir Nikol Paşinyanla görüşəcək.
Həmin gün NATO-nun baş katibi Ermənistanın baş naziri ilə birgə mətbuata bəyanatla çıxış edəcək.
NATO-nun baş katibi Yens Stoltenberqin Cənubi Qafqaz ölkələrinə səfəri martın 17-19-nu əhattə edəcək.
15-03-2024, 21:21
Rusiya Odessaya raket zərbələri endirdi - 16 ölü, 70-dən çox yaralı


Rusiya Odessaya raket zərbələri endirdi - 16 ölü, 70-dən çox yaralı

Rusiya Ukraynanın Qara dəniz sahilində yerləşən Odessaya raket zərbələri endirib.
Zərbə nəticəsində 16 nəfər ölüb, 70-dən çox adam yaralanıb.
Ukrayna rəsmiləri bildirib ki, Rusiyanın işğalı altında olan Krım yarımadasından atılan iki “İsgəndər-M” raketi Odessadakı yaşayış massivinə düşüb.
“Rusiya Odessa terrorunu davam etdirir... həlak olanlar və yaralananlar arasında yerli sakinlər, tibb və təcili yardım işçiləri var”, - Ukraynanın baş prokuroru Andrey Kostin bildirib.
Kiper əlavə edib ki, həkim və xilasedici ilkin zərbə zamanı xəsarət alan insanlara kömək etmək üçün hadisə yerinə gedib, bu zaman ikinci raket düşüb.
15-03-2024, 20:50
Putin seçkilərdə səs verdi


Putin seçkilərdə səs verdi

Rusiya prezidenti Vladimir Putin seçkilərdə səs verib.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Putin onlayn formada səsvermə hüququndan istifadə edib.
Kremlin paylaşdığı videoda görünür ki, Putin öz kabinetində elektron səsvermə ilə öz seçimini edib.
Qeyd edək ki, Rusiyada prezident seçkilərində distant elektron səsvermə ilk dəfə tətbiq edilir
15-03-2024, 19:33
Binəqədidə baş vermiş yanğın söndürüldü


Binəqədidə baş vermiş yanğın söndürüldü

Bakı şəhərinin Binəqədi rayonunda, Bakı-Sumqayıt şosesinin üçüncü kilometrliyində açıq ərazidəki quru otluq sahədə baş verən yanğın söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!