Rusiyada azərbaycanəsilli polis rəisi saxlanıldı - VİDEO .....                        Azərbaycan-Ermənistan sülh danışıqlarını yaxından izləyirəm - Ərdoğan .....                        İtkin düşən qadın sosial şəbəkə vasitəsilə tapıldı .....                        Salyanda avtomobil kanala aşdı - 3 nəfər öldü .....                        Bu ölkə Rusiyaya milyonlarla mərmi göndərdi .....                        Açıq havada qalmayın - XƏBƏRDARLIQ .....                        6 nəfər imtahandan qovuldu .....                        PKK-nın 11 düşərgəsi ləğv ediləcək .....                        Ukrayna polkovnikini öldürən rus agentləri zərərsizləşdirildi .....                       
20-03-2023, 23:39
Təhsilimizi gücləndirmək üçün 45 min müəllim işə götürəcəyik - Ərdoğan


Təhsilimizi gücləndirmək üçün 45 min müəllim işə götürəcəyik - Ərdoğan

"Hörmətli vətəndaşlarım, dəyərli təhsil ictimaiyyətimizin nümayəndələri, burada sizinlə bir şad xəbəri bölüşmək istəyirəm. Təhsil sistemimizin keyfiyyətini yüksəltmək və kadrlarımızı daha da gücləndirmək üçün 45 min yeni müəllim işə götürəcəyik. Biz müəllimlərimizi fəlakət bölgələrinə ilk növbədə zəlzələnin yaralarını sağaltmaq üçün göndərəcəyik. Bütün müəllimlərimizi, onların ailələrini, tələbələri və təhsil ictimaiyyətimizə xeyirli olsun". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan twitter səhifəsində yazıb.
20-03-2023, 23:31
Qərb Cənubi Qafqazda 3+3 formatını sarsıtmağa çalışır - Lavrov


Qərb Cənubi Qafqazda 3+3 formatını sarsıtmağa çalışır - Lavrov

“Qərb öz xidmətlərini üç Cənubi Qafqaz ölkəsinə sırımağa çalışır və Cənubi Qafqazda 3+3 formatını sarsıtmağa çalışır. Bu, öz sərhədlərindən uzaqda, hər yerdə hökmranlıq etmək, öz hegemonluğunu təsdiq etmək üçün edilir". Bunu Rusiya XİN başçısı Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında deyib. "Qərb geosiyasi gündəmlərlə yanaşı, növbəti rəngli inqilaba hazırlıq adlandırıla biləcək fəaliyyətlərlə məşğul olan QHT-lərə müxtəlif dəstəkləri təbliğ edir. Biz regionda Qərblə dialoq üçün heç bir imkan və ehtiyac görmürük”, - deyə Lavrov əlavə edib.
20-03-2023, 23:27
Kiyevdə komendant saatının müddəti dəyişdi


Kiyevdə komendant saatının müddəti dəyişdi

Kiyev şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko 2023-cü il martın 26-dan etibarən Kiyevdə komendant saatının müddətinin dəyişdirilməsi haqqında sərəncam imzalayıb. Bu barədə məlumatı Kiyev şəhər Hərbi Administrasiyası "Telegram" hesabında paylaşıb. Yeni qərara əsasən, martın 26-dan komendant saatı 00:00-dan 05:00-a qədər olacaq. Qeyd edək ki, bundan öncə komendant saatı 00:00-dan 06:00-a kimi davam edirdi.
20-03-2023, 23:21
Türkiyədə baş vermiş zəlzələnin vurduğu ziyan 104 milyarda çatır


Türkiyədə baş vermiş zəlzələnin vurduğu ziyan 104 milyarda çatır

"Zəlzələnin səbəb olduğu ziyanın dəyərinin təxminən 104 milyard dollara çatacağı anlaşılır. Bu miqyasda fəlakətin öhdəsindən heç bir ölkənin təkbaşına çıxması mümkün deyil". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. "Zəlzələ bölgəsindəki 11 əyalətdə dağılmış, təcili sökülməsi vacib olan, ağır zədələnmiş və ya istifadəyə yararsız binaların sayı 298 minə çatır", - deyə o əlavə edib.
20-03-2023, 23:18
Avropa Komissiyası Türkiyəyə 1 milyard avroluq yardım ayırdı


Avropa Komissiyası Türkiyəyə 1 milyard avroluq yardım ayırdı

Avropa Komissiyası Türkiyəyə 1 milyard, Suriyaya isə 108 milyon avro məbləğində yardım ayırıb. Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen məlumat verib. Onun sözlərinə görə, hər iki ölkəyə ayrılan vəsait zəlzələ bölgələrində bərpa-quruculuq işlərinə xərclənəcək. Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.
20-03-2023, 23:15
Qərb Moskvanın iştirakını nəzərdə tutan prinsiplərə zərbə vurur - Lavrov


Qərb Moskvanın iştirakını nəzərdə tutan prinsiplərə zərbə vurur - Lavrov

"Qərb Ermənistan, Rusiya Federasiyası və Azərbaycan arasında bağlanmış üçtərəfli sazişləri qüvvədən salmağa çalışır, bütün bu işlərə özü nəzarət etməyə can atır və Moskvanın fəal iştirakını nəzərdə tutan əsas prinsiplərə birbaşa zərbə vurur". Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında bildirib. "Qarabağ sakinlərinin təhlükəsizliyinin təmin edilməsi, hüquqlarının təmin edilməsi məsələsi Bakının nümayəndələri ilə həll edilməlidir, biz tərəfləri buna təşviq edirik", - deyə Lavrov söyləyib. Mirzoyan həmkarını onun üçün əlverişli vaxtda İrəvana səfərə dəvət edib. Ermənistan XİN başçısı İrəvanın ayrı-ayrı Rusiya vətəndaşlarını, o cümlədən jurnalistləri respublikaya buraxmamaq qərarını şərh etməkdən imtina edib.
20-03-2023, 22:56
Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi yoxdur


Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi yoxdur

"Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi yoxdur". Bunu Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında deyib. Ermənistan xarici işlər naziri müxtəlif siyasi dairələrin İrəvanda vaxtaşırı keçirdiyi anti-Rusiya aksiyaları ilə bağlı sualı cavablandırarkən deyib ki, ölkədə məqsədyönlü anti-Rusiya kampaniyası yoxdur. Mirzoyan vurğulayıb ki, on minlərlə rus Ermənistan ərazisində kifayət qədər dinc və rahat yaşayır, bizneslərini, işlərini aparır və bu kontekstdə heç bir şikayət daxil olmayıb. "Bu fakt heç bir anti-Rusiya əhval-ruhiyyəsinin olmadığını açıq şəkildə göstərir. Nümayiş və aksiyalara gəlincə, Ermənistan Konstitusiyası və onun qanunları sərbəst toplaşmaq azadlığına təminat verir və bu, uzun müddətdir ki, yeni xəbər deyil. İrəvanda da ölkə rəhbərliyinə qarşı nümayişlər çox tez-tez keçirilir", - XİN başçısı söyləyib.
20-03-2023, 22:19
30 ildən sonra Talış kəndi Novruz bayramını qeyd edir


30 ildən sonra Talış kəndi Novruz bayramını qeyd edir

Tərtərin Talış kəndində 30 ildən sonra ilk bayram şənliyi keçirilib. Talış kəndinə yeni köçən ailələr üçün təşkil olunan şənlikdə milli oyunlar, folklor nümunələri sərgilənib. Kəndirbazlar ip üzərində oynayıb, pəhləvanlar qurşaq tutub. Yerli incəsənət adamları müxtəlif musiqi nümunələri ifa ediblər. Daha sonra tədbir iştirakçıları Qarabağ atlarının keçidinə tamaşa ediblər. Bundan başqa, müxtəlif tamaşalar nümayiş olunub. Tədbirin gecə saatlarınadək davam etməsi planlanlaşdırılır. Xatırladaq ki, martın 16-da 20 ailə Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndinə köçürülüb. Növbəti mərhələdə daha 158 ailənin köçürülməsi nəzərədə tutulur.





20-03-2023, 14:48
Beynəlxalq Məhkəmənin Putinlə bağlı qərarı rahat qarşılandı - Peskov


Beynəlxalq Məhkəmənin Putinlə bağlı qərarı rahat qarşılandı - Peskov

"Kreml Beynəlxalq Məhkəmənin Putinlə bağlı qərarını rahat qarşıladı". Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. O, həmçinin söyləyib ki, Putin və Çin lideri Si Tsinpin arasında görüşün başlaması Moskva vaxtı ilə təxminən saat 16:30-a planlaşdırılıb: "Putin Si Tsinpinlə danışıqlarda Ukrayna böhranının həlli ilə bağlı Rusiya Federasiyasının mövqeyini hərtərəfli izah edəcək; Ukrayna mövzusu, şübhəsiz ki, Putin və Si Tsinpin arasında keçiriləcək danışıqlarda öz əksini tapacaq". "ABŞ Ukraynada hərbi əməliyyatların intensivliyini azaltmağa belə imkan vermir. Kremlin əməkdaşları növündən asılı olmayaraq, şəxsi məlumatları ilə bağlı smartfonlardan istifadə etmirlər. Rusiya Federasiyası Türkiyə ilə qaz qovşağının yaradılması üzərində işi davam etdirəcək, layihə kifayət qədər mürəkkəbdir", - deyə Peskov əlavə edib. Qeyd edək ki, Çin liderini daşıyan təyyarə artıq Moskva aeroportuna eniş edib.
20-03-2023, 14:45
Novruzla bağlı hərbi hissələrdə bayram şənliyi keçirilib


Novruzla bağlı hərbi hissələrdə bayram şənliyi keçirilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Novruz bayramı ilə əlaqədar Azərbaycan Ordusunun qoşun növləri, Əlahiddə Ümumqoşun Ordu, hərbi birlik və birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Tədbirlərdə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrlərin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. Şəxsi heyət tərəfindən şəhidlərimizin məzarları ziyarət olunub, hərbi qulluqçular şəhid və yaralıların ailələrinə baş çəkərək onların qayğı və istəkləri ilə maraqlanıb, bayram sovqatları təqdim ediblər. Görüşlərdə dövlətimiz tərəfindən şəhidlərimizin xatirəsinin hər zaman uca tutulduğu, onların ailə və yaxınlarının yüksək diqqət və qayğı ilə əhatə olunduğu xüsusi qeyd olunub. Bayram tədbirlərində çıxış edənlər yazın gəlişinin ölkəmizdə sevinc, coşqu və təntənə ilə qeyd edilməsindən, Novruz ənənələrinin tarixindən, milli-mənəvi dəyərlərimizdən biri olan Novruz bayramının xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilməsindən söhbət açıblar. Silsilə tədbirlərdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, həmçinin incəsənət nümayəndələrinin, rayon mədəniyyət şöbələri kollektivlərinin iştirakı ilə konsert proqramları təqdim olunub.





����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!