Rusiyada azərbaycanəsilli polis rəisi saxlanıldı - VİDEO .....                        Azərbaycan-Ermənistan sülh danışıqlarını yaxından izləyirəm - Ərdoğan .....                        İtkin düşən qadın sosial şəbəkə vasitəsilə tapıldı .....                        Salyanda avtomobil kanala aşdı - 3 nəfər öldü .....                        Bu ölkə Rusiyaya milyonlarla mərmi göndərdi .....                        Açıq havada qalmayın - XƏBƏRDARLIQ .....                        6 nəfər imtahandan qovuldu .....                        PKK-nın 11 düşərgəsi ləğv ediləcək .....                        Ukrayna polkovnikini öldürən rus agentləri zərərsizləşdirildi .....                       
20-03-2023, 14:41
Ermənistan və Belarusun baş nazir müavininləri görüşüb


Ermənistan və Belarusun baş nazir müavininləri görüşüb

Ermənistan və Belarus baş nazirlərinin müavinləri Mher Qriqoryan və Pyotr Parxomçik arasında görüş olub. Görüş Parxomçikin Ermənistana səfəri çərçivəsində paytaxt İrəvanda keçirilib. Bildirilib ki, görüşdə ölkələr arasında, o cümlədən Aİİ çərçivəsində əməkdaşlığın yeni sahələri müzakirə edilib. Tərəflər kənd təsərrüfatı, maşınqayırma və sənaye sahələrində əlaqələrə, birgə layihələrə diqqət yetiriblər.
20-03-2023, 14:36
Gürcüstan parlamentinin bir neçə deputatı istefa verir


Gürcüstan parlamentinin bir neçə deputatı istefa verir

Gürcüstan parlamentinin hakim “Gürcü arzusu”ndan olan bir neçə deputatı vəzifəsini tərk edir. Söhbət maliyyə və büdcə komitəsinin sədri İrakli Kovzanadze və deputat Vladimir Çaçibaiadan gedir. Bildirilib ki, onlar artıq prosedurla bağlı məsələlər üzrə komitəyə rəsmi müraciət ediblər. Səbəb açıqlanmayıb. Hazırda parlamentin vitse-spikeri, Uşaq Hüquqlarının Müdafiəsi üzrə Daimi Parlament Şurasının sədri David Sergeyenkonun partiyanı tərk edə biləcəyi də müzakirə olunur.
20-03-2023, 14:32
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb. Martın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam yarımadanın bəzi yerlərində az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-10° isti, gündüz 15-19° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-10° isti, gündüz 15-19° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti olacaq.
20-03-2023, 14:28
“Kaşaqan” neft yatağının Aktau-Bakı marşrutu üzrə ilk nəqlinə başlanıldı


“Kaşaqan” neft yatağının Aktau-Bakı marşrutu üzrə ilk nəqlinə başlanıldı

Qazaxıstanın “Kaşaqan” yatağından hasil edilən neftin Xəzər dənizi ilə Aktau-Bakı marşrutu üzrə ilk dəfə nəqlinə başlanılıb. Yeni marşrutla neftin daşınması “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Akademik Xoşbəxt Yusifzadə” tankeri ilə həyata keçirilib. İlk partiyada tankerin anbarlarına ümumilikdə 6 min 900 ton xam neft yüklənib. Qazaxıstanın Aktau limanından yola düşən tanker nefti Azərbaycanın “Səngəçal” terminalına çatdıracaq. Qeyd edək ki, 2022-ci ilin dekabrında Prezident İlham Əliyevin iştirakı ilə istismara qəbul edilən “Akademik Xoşbəxt Yusifzadə” tankerinin ümumi yükgötürmə qabiliyyəti 7 min 800 tondur. Bu tankerlə həm neft, həm də kimyəvi məhsulların daşınması mümkündür.

20-03-2023, 14:24
TÜRKPA Qazaxıstanda keçirilən seçkiləri dəyərləndirdi


TÜRKPA Qazaxıstanda keçirilən seçkiləri dəyərləndirdi

TÜRKPA-nın müşahidəçi missiyası Qazaxıstanda keçirilən parlament seçkilərini dəyərləndirib. Missiyanın rəhbəri Recep Şeker bu barədə danışıb. Onun sözlərinə görə, proses boyunca hər şey qaydasında olub. “Deyə bilərik ki, hər şey qaydalara uyğun keçdi, seçki prosesi zamanı bütün lazımi resurslar var idi. Missiya seçki prosesinə hazırlığın səviyyəsindən razı qaldı və bu seçkiləri yüksək qiymətləndirir”, - deyə o bildirib. Qeyd edək ki, dünən Qazaxıstanda parlament seçkiləri keçirilib.
20-03-2023, 14:18
Moskva stabilliyi pozmağa çalışır - Almaniya XİN


Moskva stabilliyi pozmağa çalışır - Almaniya XİN

Almaniyanın xarici işlər naziri Annalena Berbok Rusiya Federasiyasını Gürcüstan və Moldovada sabitliyini pozmaq cəhdində ittiham edib. Nazir bu ölkələrin Avrointeqrasiya yolundan danışıb. “Kişinyov və Tbilisi Rusiyadan asılılıqdan qurtulmaq və Avropa yolu ilə getmək üçün nepotizm və korrupsiyaya qarşı mübarizə aparırlar. Moskva isə prosesə mane olmağa, stabilliyi pozmağa çalışır”, - deyə Berbok söyləyib. Almaniyanın XİN rəhbəri Rusiyanı bu addımlardan çəkinməyə çağırıb.
20-03-2023, 14:14
Qazaxıstanda parlament seçkilərinin ilkin nəticələri bəlli oldu


Qazaxıstanda parlament seçkilərinin ilkin nəticələri bəlli oldu

Xəbər verdiyimiz kimi, bu gün Qazaxıstanda parlament seçkiləri keçirilib. Ölkənin "KazTAG" agentliyi seçkilərlə bağlı ilkin "exit-poll" nəticələrini açıqlayıb. Avrasiya İnteqrasiya İnstitutunun məlumatına görə, hakim "Amanat" partiyası 53.46% səs qazanıb. İnstitutun açıqlamasında partiyaların qazandıqları səslər aşağıdakı kimidir:
53,46% - Amanat
10,52% - "Aul"
8,9% - Respublika
6,25% - Xalq Partiyası
3,22% - Baytak
7,87% - "Ak Yol"
5,31% - Milli Sosial Demokrat Partiyası

Bundan başqa, Demokratiya İnstitutu və Kompleks Sosial Araşdırmalar İnstitutunun açıqladığı məlumatlarda da hakim partiyanın 53-54% səs topladığı bildirilir.
19-03-2023, 23:56
Pakistanın sabiq baş nazirinə qarşı yeni ittihamlar irəli sürüldü


Pakistanın sabiq baş nazirinə qarşı yeni ittihamlar irəli sürüldü

Pakistan polisi ölkənin keçmiş baş naziri İmran Xana qarşı yeni ittihamlar irəli sürüb. O və 17 köməkçisi, eləcə də bəzi tərəfdarları bir sıra cinayətlərdə ittiham olunur. İmran Xan, keçmiş və indiki deputatlar, sabiq nazirlər, parlamentin keçmiş spikeri və eks-baş nazirin onlarla tərəfdarı terrorizm, polisin işinə mane olmaq, polis əməkdaşlarına hücum etmək, onları yaralamaq maddələri üzrə məsuliyyətə cəlb ediləcək. Qeyd edək ki, martın 18-də İmran Xanın tərəfdarları polislə toqquşub. Nəticədə 50-dən çox polis yaralanıb, polis postu, bir neçə avtomobil və motosiklet yandırılıb. Polis Xanın 59 tərəfdarını saxlayıb. Xan 2018-ci ildən Pakistanın baş naziri vəzifəsini tuturdu. 2022-ci ilin aprelində o, vəzifəsindən uzaqlaşdırılıb, daha sonra dövlət vəzifələrində işləmək hüququndan məhrum edilib.
19-03-2023, 23:54
İsrail və Fələstin qarşılıqlı razılığa gəldilər


İsrail və Fələstin qarşılıqlı razılığa gəldilər

İsrail və Fələstin qarşılıqlı şəkildə zorakılığı dayandırmaq üçün mexanizm yaratmaq barədə razılığa gəliblər. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. Bildirilib ki, tərəflər arasında görüş Misirdə baş tutub və danışıq prosesində ABŞ, Misir və İordaniya rəsmiləri iştirak edib. Danışıqlar zamanı tərəflər Ramazan ayında zorakılığın qarşısının alınacağını bildirib. Tərəflər gərginliyin azaldılmasının zəruriliyini bəyan ediblər. Açıqlamada deyilir ki, İsrail hökuməti və Fələstin Muxtariyyəti zorakılığın 3-6 ay müddətinə dərhal dayandırılmasına hazır olduqlarını bildiriblər.
19-03-2023, 23:51
Yığmamız Avropa çempionu oldu


Yığmamız Avropa çempionu oldu

Sərbəst güləş üzrə milli yığmamız Buxarestdə keçirilən U-23 Avropa çempionatında birinci yeri tutub. Ölkəmiz ötən ilki qitə birincisi titulunu qoruyub. 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan Azərbaycan komandası 140 xalla qitənin ən güclü komandası olub. Qardaş Türkiyə (129) ikinci, Gürcüstan (125) isə üçüncü yerdə qərarlaşıb. Maqomed-Başir Xaniyev (70 kq), Turan Bayramov (74 kq) və İslam İlyasov (97 kq) qızıl, Rəşid Babazadə (65 kq) gümüş, Səbuhi Əmiraslanov (79 kq) isə bürünc medal qazanıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!