"Daşkəsən" dəmir filizi layihəsi üzrə əsas mərhələlərdən birinə start verilib .....                        Sahibə Qafarova Srebrenitsa qurbanlarını yad etdi - FOTO .....                        İsrail HƏMAS-ın 6 komandirini öldürdü .....                        Avropa Bakı-İrəvan danışıqlarını izləyir .....                        Lavrov Şimali Koreyaya getdi .....                        Baş nazir iclas keçirdi - Gələn ilin büdcəsi müzakirə edildi .....                        Baş nazir iclas keçirdi - Gələn ilin büdcəsi müzakirə edildi .....                        Ərdoğandan PKK ilə bağlı mühüm paylaşım .....                        Polisdən xəbərdarlıq .....                       
3-03-2023, 15:36
Lavrov erməni həmkarı ilə görüşüb


Lavrov erməni həmkarı ilə görüşüb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın XİN başçısı Ararat Mirzoyanla görüşüb. Bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova teleqram kanalında məlumat yayıb. Görüş Hindistanın paytaxtı Yeni Dehlidə baş tutub. “Sergey Lavrov Ermənistanın xarici işlər naziri ilə görüşüb və danışıqların istiqamətini müəyyən edib”, - Zaxarova bildirib. Xatırladaq ki, Mirzoyan Hindistanda keçirilən “Risin dialoqu” konfransında iştirak edir.
3-03-2023, 08:34
“GÖYÇƏ HƏSRƏTLİ BİR ÖMÜR” ADLI KİTAB ÇAP OLUNUB

“GÖYÇƏ HƏSRƏTLİ BİR ÖMÜR” ADLI KİTAB ÇAP OLUNUB

Azərbaycan Kooperasiya Universitetinin riyaziyyat kafedrasının baş müəllimi olmuş Göyçəli şair Maksim Sarıqayanın “Göyçə həsrətli bir ömür” adlı 760 səhifəlik kitabı bu günlərdə “Elm və təhsil” nəşriyyatında nəfis şəkildə çap olunub.
Saz, söz, sənət beşiyi olan Göyçə mahalında dünyaya göz açan müəllifin kitabında olan şeirlər mövzu, məzmun, forma baxımından müxtəlif və rəngarəngdir. Şeirlərdə müasir həyatımızın müxtəlif sahələrinə - ictimai-siyasi proseslərə, tarixi hadisələrə, milli-mənəvi dəyərlərə, cəmiyyətimizdəki nöqsan və qüsurlara aid məsələlərə toxunulur. Kitabda hər bir hadisəyə müəllif baxışı, vətəndaş ziyalı mövqeyi öz əksini tapır.
Kitab “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin təşəbbüsü ilə Maksim Sarıqayanın əziz xatirəsinə həsr olunub. Kitaba ədəbiyyatşünas, şair Salman Qaralar “Gec tapıb, tez itirdiyim dostum” başlıqlı ön söz yazıb.
Şairə Güllü Eldar Tomarlı da Maksim Sarıqayanın yaradıcılığı haqqında “İkiyə bölünmüş Göyçəli və Göyçəsiz ömür” adlı məqaləsində öz fikirlərini oxucularla bölüşüb.
Kitabın redaktorları Güllü Eldar Tomarlı və Araz Yaquboğludur.
Kitabda çap olunan şeirləri şairin bacısı Əntiqə Cabbarlı və oğlu Ceyhun Şamiloğlu toplamışlar. Kitabın məsləhətçiləri “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli və Maksim Sarıqayanın yaxın dostu Rəşid Süleymanov, dizayneri Vüsal Sehranoğludur.
Maksim Sarıqaya (Cabbarov Şamil Hümbət oğlu) 9 mart 1952-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində anadan olub. Onu el-oba arasında hamı Maksim adıyla tanımışdır.
Şamil Cabbarov 1969-cu ildə Daşkənd kənd orta məktəbini bitirmiş və həmin il Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutuna qəbul olmuşdur. Şamil Cabbarov istədiyi fakültəyə daxil olmadığından institutda təhsilini davam etdirməmiş, 1971-ci ildə həqiqi hərbi xidmətə gedib.
1975-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedoqoji İnstitutunun “Riyaziyyat” fakültəsinə qəbul olub və 1979-cu ildə həmin institutu bitirərək məzunu olduğu Basarkeçər rayonu Daşkənd kənd orta məktəbində riyaziyyat müəllimi işləməyə başlamışdır. O, 1986-1988-ci illərdə Daşkənd kənd orta məktəbində dərs hissə müdiri vəzifəsində çalışmışdır. Müəllim işlədiyi ilk illərdən savadlı bir riyaziyyatçı kimi ad-san qazanmışdır. 1988-ci ildə ailəsi ilə birlikdə doğma Göyçə mahalından deportasiya olunan Maksim müəllim Bakı şəhərində məskunlaşmışdır.
Bakı şəhərindəki orta məktəblərdən bir neçəsində müəllim işlədikdən sonra Azərbaycan Kooperasiya Universitetinin riyaziyyat kafedrasında baş müəllim vəzifəsində çalışmışdır.

Onun “Riyaziyyat nəyi sevir” (Bakı, “Elm və təhsil”, 2012) kitabı riyaziyyatsevərlərə ən layiqli töhfədir. Azərbaycan Kooperasiya Universitetinin riyaziyyat kafedrasında tədris edilmək üçün “Ehtimal nəzəriyyəsi və riyazi statistika” (Bakı, “Elm və təhsil”, 2012), “Ali riyaziyyat kursundan mühazirələr və məsələlər” (I, II hissə, Bakı, “Elm və təhsil”, 2013), “Ehtimal nəzəriyyəsinin qısa kursu” (Bakı, 2016), “Ehtimal nəzəriyyəsinə dair çalışmaların həlli üsulları” (Bakı, 2016) kitabları (həmmüəllif) da tələbələr üçün ən yaxşı metodik vəsaitlərdir.
Maksim müəllim həmçinin ədəbiyyatı da riyaziyyat qədər dərindən mənimsəmiş, müxtəlif janrlarında şeirlər yazmışdır. Şeirlərini “Maksim Şamil”, “Müəllim” və “Maksim Sarıqaya” imzası ilə çap olunmuşdur. “Tufandan tez yeli çatar” (Bakı, “Nurlan”, 2013) adlı şeirlər kitabı çap olunmuşdur. Kitabdakı ustadnamələrlə zəngin şeirlər tərbiyəvi ruhda yazılmışdır. “Sabirsayağı” tənqidi şeirlər də çoxluq təşkil edir.
Şamil Cabbarovun 9 mart 2022-ci ildə 70 illik yubileyi qeyd olunmuş, Azərbaycan aşıq yaradıcılığının inkişafandakı xidmətlərinə və Dədə Ələsgərin 200 illik yubileyi tədbirlərindəki aktiv iştirakına görə “Aşıq Ələsgər – 200” yubiley medalı ilə təltif olunmuşdur.
Dəyərli insan olan Maksim müəllim 22 mart 2022-ci ildə Bakı şəhərində vəfat edib.
Allah rəhmət eləsin.
3-03-2023, 07:30
İnformasiya təhlükəsizliyi milli təhlükəsizliyə qarşı təhdidlərin qarantıdır...


İnformasiya təhlükəsizliyi milli təhlükəsizliyə qarşı təhdidlərin qarantıdır...

Jurnalistika ixtisasına qəbul olmaq üçün 2019-cu ilin aprel ayının ilk günündə qabiliyyət imtahanı verdim. Təklif olunan 3 mövzu arasından: "İnformasiyanın həyatımızda rolu" – başlığı daha çox diqqətimi çəkdi. Mövzunun ilk sətirbaşını olduğu kimi təqdim edirəm:
"Yazıya başlamazdan əvvəl düşünürəm ki, səyahətimizi genişləndirib bəşər övladının yarandığı ilk dövrlərə – ibtidai icma quruluşuna nəzər salaq". Əlbəttə, burada diqqəti bəşər övladının ilk yaranışına çəkməyim heç də təsadüfi deyil. Çünki informasiyanın ilkin rüşeymi məhz insanın yaranışı ilə öz formasını tapmışdır. İnformasiya insanlarla bilavasitə əlaqəli olduğu üçün ilk insanın yaşı qədər də informasiyanın yaşı var. Kinetiq ünsiyyətdən, qırıq səslərdən başlayan informasiya artıq XXI əsrdə özünün ən yüksək məqamına çatmışdır. İnformasiya-kommunikasiya texnologiyalarının tərəqqisi müsbət və mənfi təsirləri ilə xarakterizə olunur.
Bu gün kiçikdən – böyüyə kimi demək olar ki, hər kəs ağıllı telefonlardan, planşetdən, kompyuterdən və s. istifadə edir. Ünsiyyət daha əlçatan və səmərəli olsa da, texnoloji inkişaf rahatlığı ilə birlikdə informasiya təhlükəsizliyi ilə bağlı bir çox narahatlıqlar da yaradıb və yaratmaqdadır. Ötən əsrin 70-ci illərinin əvvəllərində fərdi kompyuterlərin yaradılması ilə bəşəriyyətdə lV informasiya inqilabı baş verdi.
Bilirik ki, kompyuter sözü ingiliscədən tərcümədə hesablama mənasını verir. Bəs biz necə öz informasiya təhlükəsizliyimizi hesablaya bilirikmi? Təəssüf ki, bu suala dəqiq bir cavab verə bilməyəcəyik. Baxmayaraq ki, birinci kompyuter virusu nümunəsi 1983-cü ildə yaradılmışdı, ancaq 1988-ci ildə Morris soxulcanının kütləvi epidemiyası qeydə alındı.
Mütəxəssislər informasiya təhlükəsizliyinin təmin olunmasına kompleks yanaşmanın zəruriliyini əsas götürərək, 1988-ildə Amerikanın Kompüter Avadanlığı Assosiasiyası 30 noyabr tarixini Beynəlxalq İnformasiya Təhlükəsizliyi günü elan etmişdir.

Avadanlıq və proqram vasitələri istifadəçilərinin və istehsalçılarının diqqətini təhlükəsizlik problemlərinə yönəltmək, informasiya təhlükəsizliyini və onun daha dəqiq şəkildə mühafizə edilməsininin simvolik olaraq bir günü – 30 noyabr tarixi olaraq qəbul edilsə də, ancaq bu həyat qədər vacib olan məsələni ilin bütün günləri diqqət mərkəzində saxlamaq olduqca vacibdir.
Əlimizdə olan hansısa material düşmən tərəfin əlinə keçərsə, bizə tərəf tuşlanan silahı əvəz edər. İnternet istifadəçisi olan hər bir vətəndaş unutmamalıdır ki, təyyarənin narıncı rəngli qara qutusu qədər də bizlərin məlumatları önəmlidir və daha etibarlı qorunmalıdır. Ümumiyyətlə, müharibə şəraitində olan hər hansı bir ölkə vətəndaşları fərdi məlumatların mühafizəsi məsələsinə milli təhlükəsizlik prizmasından baxmalıdır. Azərbaycanın Ermənistan üzərində möhtəşəm hərbi zəfəri, məğlub dövlətin qaniçən siyasi rəhbərliyinin kapitulyasiya imzalaması ölkəmizin siyasi və hərbi uğurunun fövqəlgücünü göstərir. Lakin informasiya savaşı hələ də davam etməkdədir. BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlunun bu fikirləri isə olduqca qiymətlidir:
"Ermənistan – Azərbaycan müharibəsi təkcə cəbhədə deyil, informasiya məkanında da gedir. Və inanın ikincisi, birincisindən daha təhlükəli, həm də miqyasına görə genişdir."
Azərbaycan xalqı 44 günlük haqq savaşında göstərdiyi birlik və mütəşəkkilliyi informasiya müharibəsində də davam etdirməlidir. Ölkəmizdə ən uğurlu sahələrdən biri də informasiya-kommunikasiya texnologiyalarııdır. Bu sahə üzrə yüksəkixtisaslı mütəxəssislər hazırlayan ali məktəblərimiz var.
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən şərqdə ilk olaraq informasiyanı dünyaya doğru və tez çatdırmaq üçün AzərTac yaradıldı. Həmçinin də informasiyalı və dünyadan məlumatlı gənclərin yetişməsi üçün Bakı Dövlət Universiteti (BDU) təsis olundu. Müasir dövrümüzün informasiya əsri kimi xarakterizə edildiyini nəzərə alaraq, sonda Stas Yankovskiyin fikirlərini xatırlamaq yerinə düşür:
"Hər bir insan öz xoşbəxtliyinin proqramisti, başqasının isə xakeridir".
Əsgər İsmayılov,
BDU Jurnalistika fakültəsinin tələbəsi


3-03-2023, 00:01
Həzin, duyğusal görüş

Həzin, duyğusal görüş

( Fevralın 25-də Qafan Rayon icma nümayəndələrinin görüşü keçirilib)

Hər bir Qərbi Azərbaycanlının gözlərində vətən həsrəti hiss edilirdi. Amma buna rəğmən onlarda sabaha inam hissi, bu hissi yaşatmağı bacarmaq duyğusu qabarıq şəkildə özünü büruzə verirdi. Tədbirdə əvvəlcə soyqırımı qurbanlarının, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların, dövlətimizin, dövlətçiliyimizin möhkəmlənməsində əvəzsiz xidmət göstərib dünyadan köçənlərin və qardaş Türkiyədə zəlzələdən ölənlərin xatirəsi sükutla anıldı.

Tədbiri giriş sözü ilə açan fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Rauf Tağıyev sözü və aparıcılığı Qərbi Azərbaycan Qafan Rayon İcmasının sədri, professor Eldar Abasova verdi. Eldar Abasov ilk olaraq Qərbi Azərbaycan İcmasının qarşıda duran vəzifələrindən danışdı, eləcə də icmanın fəaliyyət proqramını elan etdi.
Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli Qərbi Azərbaycana qayıdış Konsepsiyası və bununla bağlı İcma qarşısında duran vəzifələr barədə ətraflı məlumat verdi. Xatırlatdı ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb. İcmanın başlıca məqsədi müxtəlif vaxtlarda etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiyaya məruz qalmış azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaqla onların hüquqlarının beynəlxalq səviyyədə bərpası, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv olunmasının qarşısının alınması, həmin insanların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi və birgəyaşayışa nail olunmasından ibarətdir.
Prezident İlham Əliyevin tarixi çıxışı ilə daha çox bəlli edildi ki, Qərbi Azərbaycan məsələsi artıq dövlət əhəmiyyətli siyasi bir məsələdir. Biz Qərbi Azərbaycana qayıdanadək bu məsələ davam edəcək öz aktuallığını qoruyacaq.
İcmanın İdarə Heyətinin sədr müavini, Milli Məclisin deputatı Ramil Həsən öz çıxışında Qafan rayonunda anadan olduğunu bildirdi və qeyd elədi ki, Qərbi Azərbaycanda doğulmuş, uşaqlıq illərini orada keçirmiş, eyni zamanda deportasiya siyasətinin ağırlığını öz üzərində hiss eləmiş şəxs kimi, Qərbi Azərbaycan İcmasının işinin təşkilində yaxından iştirak etdiyi üçün özünü şanslı hesab edir. İcmanın fəaliyyəti, Qərbi Azərbaycana qayıdış məsələləri, beynəlxalq müstəvidə görüləcək və görülməli olan işlər haqda geniş məlumat verdi. Qeyd etdi ki, ilk dəfədir ki, 34 il ərzində Qərbi Azərbaycan məsələsi BMT masası üzərində müzakirəyə çıxarılıb və BMT -nin rəsmi dillərində 190 dövlət arasında deportasiya məsələsi yayılıb. Eyni zamanda bildirdi ki, bizim əsas məqsədimiz oğurlanmış mədəniyyətimiz, tariximiz barədə həqiqətləri masa üzərinə yatırıb dünya ictimaiyyətinə çatdırmaqdır.
Qayıdış konsepsiyasını analiz edən, çox saylı izahlar verən Ramil Həsən vurğuladı ki, "Düzdür, bizim -nənə babalarımız, Vətən -Vətən deyərək bizi tərk elədilər. Amma mən inanıram ki, gün gələcək biz Qərbi Azərbaycan torpaqlarından bir ovuc gətirib onların məzarları üzərinə qoyacağıq. Onu da bilin ki, Qərbi Azərbaycan torpaqlarımıza qayıdış könüllüdür, lakin biz inanırıq ki, hər bir Qərbi azərbaycanlı öz soykökü gələn yeri görməyi çox istəyir.
Biz o ərazilərə qayıtmaq istəyirik, ora bizim ata- baba yurdumuzdur. Bu hüquqi qanun təkcə orada doğulanlara yox, eləcə də ata soyu ilə gələn hər bir Qərbi azərbaycanlıya şamil edilir. Hər kəs o mülkdən öz haqqını-payını tələb edə bilər".
AMEA Tarix İnstitutunun “Qrbi Azərbaycan tarixi” şöbəsinin rəhbəri, tarixçi alim Cəbi Bəhramov çıxış edərək Qərbi Azərbaycanın, o cümlədən Qafan rayonunun tarixinin araşdırılması üzrə görülən işlərdən bəhs etdi. Tədbir iştirakçılarının tarixlə baxlı verdikləri sualları cavablandırdı.
Daha sonra Əkbər Vəliyev, Musa Məlikov, Eldar Qoşunoğlu, rəssam Səməni Qasımova, Nəzrin Fəyyaz, Şəhriyar Kərimov, Ülviyyə Namiq və başqaları çıxış edərək görülməli olan işlərdən, özlərinin İcmanın fəaliyyətinə dəstək naminə görə biləcəyi işlərdən, sosial mediada fəallıqdan, tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması sahəsində fəaliyyətin gücləndirilməsi zərurətindən danışdılar.
Bütün çıxışlarda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə Qərbi Azərbaycan İcmasına göstərdiyi yüksək səviyyəli dəstəyə görə minnətdarlıq ifadə olundu. Eyni zamanda ölkə başçısının apardığı xarici və daxili siyasəti tam dəstəklədiklərini bildirdilər.
Tədbirin yekununda Eldar Abasov çıxışçıların irəli sürdükləri təkliflərə münasibət bildirdi. Qəbul edilmiş qərarlar və hər bir təklif haqqında da xüsusi tədbir görüləciyini, heç kəsin təklifinin nəzərdən yayınmayacağını vurğuladı.
Rəsmi hissədən sonra 35 ilin həsrətliləri baş-başa verib dərdləşdilər, xatirələr çözələndi. Kimisi sinif yoldaşını, kimisi uşaqlıq dostunu, qonşusunu tapdı. Xatirə şəkilləri çəkdirildi. Bir sözlə Zəngəzur mahalının qafan camaatı, kövrək duyğulu, xoş ovqata köklənən yeni bir gün yaşadılar. O günə şahidlik etdi:

Tehran BƏHRUZ,
“Bütöv Azərbaycan” qəzetinin Qərbi Azərbaycan üzrə xüsusi müxbiri. Fotolar müəllifindir.








































2-03-2023, 22:13
Yunanıstanda baş vermiş qatar qəzasında ölənlərin sayı artıb


Yunanıstanda baş vermiş qatar qəzasında ölənlərin sayı artıb

Yunanıstanın Larisa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində ölənlərin sayı 46-ya çatıb, daha 57 nəfər isə yaralanıb. Bu barədə Yunanıstanın dövlət televiziyası məlumat yayıb. Bildirilib ki, yaralılardan 6 nəfərin vəziyyəti ağırdır. Məlumata görə, qəza zamanı baş vermiş yanğın səbəbindən oradan çıxarılan cəsədlər tanınmaz hala düşüb. Qeyd edək ki, qəzadan sonra paytaxt Afinada etirazlar başlayıb, nümayişçilərlə polis arasında qarşıdurma yaşanıb. Polis nümayişçilərə qarşı gözyaşardıcı qaz istifadə edib. Yunanıstan hökuməti ölkə tarixində ən dəhşətli qatar qəzasından sonra üçgünlük matəm elan edib.
2-03-2023, 18:39
Yunanıstanda baş vermiş qatar qəzasında ölənlərin sayı artıb


Yunanıstanda baş vermiş qatar qəzasında ölənlərin sayı artıb

Yunanıstanın Larisa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində ölənlərin sayı 46-ya çatıb, daha 57 nəfər isə yaralanıb. Bu barədə Yunanıstanın dövlət televiziyası məlumat yayıb. Bildirilib ki, yaralılardan 6 nəfərin vəziyyəti ağırdır. Məlumata görə, qəza zamanı baş vermiş yanğın səbəbindən oradan çıxarılan cəsədlər tanınmaz hala düşüb. Qeyd edək ki, qəzadan sonra paytaxt Afinada etirazlar başlayıb, nümayişçilərlə polis arasında qarşıdurma yaşanıb. Polis nümayişçilərə qarşı gözyaşardıcı qaz istifadə edib. Yunanıstan hökuməti ölkə tarixində ən dəhşətli qatar qəzasından sonra üçgünlük matəm elan edib.
2-03-2023, 18:37
Keçmiş futbolçunun oğlu “Barcelona” klubuna transfer oldu


Keçmiş futbolçunun oğlu “Barcelona” klubuna transfer oldu

Braziliya millisinin keçmiş futbolçusu Ronaldinyonun oğlu Joao Mendeş de Assis Moreyra “Barselona” klubuna transfer olunub. Bu barədə klubun rəsmi saytında məlumat yayılıb. 18 yaşlı hücumçunun İspaniya klubu ilə bir il yarımlıq müqavilə imzaladığı bildirilib. Mendeş U-19 komandasında çıxış edəcək. Xatırladaq ki, Ronaldinyonun özü 2003-2008-ci illərdə “Barselona”da oynayıb.
2-03-2023, 18:33
İranın Qafandakı yeni baş konsulu erməni müavinlə görüşüb


İranın Qafandakı yeni baş konsulu erməni müavinlə görüşüb

İranın Qafandakı yeni baş konsulu Abedin Varamin Ermənistan İstintaq Komitəsinin rəis müavini Arsen Ayvazyanla görüşüb. Bu barədə "Sputnik Armenia" məlumat yayıb. Diplomat Tehranın Ermənistan İstintaq Komitəsi ilə baş konsulluq vasitəsilə əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib. "O, söhbətində iki ölkə arasında münasibətlərin yüksək səviyyəsindən danışıb", - deyə məlumatda qeyd olunub. Xatırladaq ki, İran ötən il Qafanda baş konsulluq açıb.
2-03-2023, 18:29
İranda 900-ə yaxın şagird zəhərlənib


İranda 900-ə yaxın şagird zəhərlənib

İranda 900-ə yaxın məktəbli qız zəhərlənib. Bunu İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Şəhriyar Heydəri deyib. Onun sözlərinə görə, indiyədək ölkənin müxtəlif əyalətlərində 900-ə yaxın şagird zəhərlənib: “Hesab edirəm ki, İslam Şurası Məclisinin sədri Milli təhlükəsizlik və xarici siyasət komissiyasına bu məsələnin kəşfiyyat orqanları, habelə Səhiyyə və Təhsil nazirliklərinin məsul şəxsləri ilə birlikdə araşdırılması ilə bağlı tapşırıq verilməlidir. Bu problemin mənbəyi qısa vaxtda müəyyən edilməlidir ki, insanların narahatlığına son qoyulsun”. Qeyd edək ki, son günlər İranda məktəbli qızların qəsdən zəhərləndirilməsi ilə bağlı müxtəlif iddialar dolaşmaqdadır.
2-03-2023, 18:26
G20 sammitində yekun bəyənnamə imzalanmadı


G20 sammitində yekun bəyənnamə imzalanmadı

G20 ölkələrinin xarici işlər nazirlərinin Hindistanda keçirilən sammitində Ukraynadakı müharibə ilə bağlı mübahisələrə görə birgə yekun bəyannamə imzalanmayıb. Dövlətlərin əksəriyyəti Rusiyanın işğalçı müharibəsini bir daha qətiyyətlə pisləyib və qoşunların Ukrayna ərazisindən qeyd-şərtsiz çıxarılmasını tələb ediblər. Lakin Rusiya və Çinin xarici işlər nazirləri bu məqamla razılaşmayıb. Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar iclasın sonunda jurnalistlərə bildirib ki, bəzi ölkələrin qütbləşmiş baxışları səbəbindən birgə yekun bəyannamə qəbul edilməyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!