20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
Tarix : 3-03-2023, 07:30
İnformasiya təhlükəsizliyi milli təhlükəsizliyə qarşı təhdidlərin qarantıdır...


İnformasiya təhlükəsizliyi milli təhlükəsizliyə qarşı təhdidlərin qarantıdır...

Jurnalistika ixtisasına qəbul olmaq üçün 2019-cu ilin aprel ayının ilk günündə qabiliyyət imtahanı verdim. Təklif olunan 3 mövzu arasından: "İnformasiyanın həyatımızda rolu" – başlığı daha çox diqqətimi çəkdi. Mövzunun ilk sətirbaşını olduğu kimi təqdim edirəm:
"Yazıya başlamazdan əvvəl düşünürəm ki, səyahətimizi genişləndirib bəşər övladının yarandığı ilk dövrlərə – ibtidai icma quruluşuna nəzər salaq". Əlbəttə, burada diqqəti bəşər övladının ilk yaranışına çəkməyim heç də təsadüfi deyil. Çünki informasiyanın ilkin rüşeymi məhz insanın yaranışı ilə öz formasını tapmışdır. İnformasiya insanlarla bilavasitə əlaqəli olduğu üçün ilk insanın yaşı qədər də informasiyanın yaşı var. Kinetiq ünsiyyətdən, qırıq səslərdən başlayan informasiya artıq XXI əsrdə özünün ən yüksək məqamına çatmışdır. İnformasiya-kommunikasiya texnologiyalarının tərəqqisi müsbət və mənfi təsirləri ilə xarakterizə olunur.
Bu gün kiçikdən – böyüyə kimi demək olar ki, hər kəs ağıllı telefonlardan, planşetdən, kompyuterdən və s. istifadə edir. Ünsiyyət daha əlçatan və səmərəli olsa da, texnoloji inkişaf rahatlığı ilə birlikdə informasiya təhlükəsizliyi ilə bağlı bir çox narahatlıqlar da yaradıb və yaratmaqdadır. Ötən əsrin 70-ci illərinin əvvəllərində fərdi kompyuterlərin yaradılması ilə bəşəriyyətdə lV informasiya inqilabı baş verdi.
Bilirik ki, kompyuter sözü ingiliscədən tərcümədə hesablama mənasını verir. Bəs biz necə öz informasiya təhlükəsizliyimizi hesablaya bilirikmi? Təəssüf ki, bu suala dəqiq bir cavab verə bilməyəcəyik. Baxmayaraq ki, birinci kompyuter virusu nümunəsi 1983-cü ildə yaradılmışdı, ancaq 1988-ci ildə Morris soxulcanının kütləvi epidemiyası qeydə alındı.
Mütəxəssislər informasiya təhlükəsizliyinin təmin olunmasına kompleks yanaşmanın zəruriliyini əsas götürərək, 1988-ildə Amerikanın Kompüter Avadanlığı Assosiasiyası 30 noyabr tarixini Beynəlxalq İnformasiya Təhlükəsizliyi günü elan etmişdir.

Avadanlıq və proqram vasitələri istifadəçilərinin və istehsalçılarının diqqətini təhlükəsizlik problemlərinə yönəltmək, informasiya təhlükəsizliyini və onun daha dəqiq şəkildə mühafizə edilməsininin simvolik olaraq bir günü – 30 noyabr tarixi olaraq qəbul edilsə də, ancaq bu həyat qədər vacib olan məsələni ilin bütün günləri diqqət mərkəzində saxlamaq olduqca vacibdir.
Əlimizdə olan hansısa material düşmən tərəfin əlinə keçərsə, bizə tərəf tuşlanan silahı əvəz edər. İnternet istifadəçisi olan hər bir vətəndaş unutmamalıdır ki, təyyarənin narıncı rəngli qara qutusu qədər də bizlərin məlumatları önəmlidir və daha etibarlı qorunmalıdır. Ümumiyyətlə, müharibə şəraitində olan hər hansı bir ölkə vətəndaşları fərdi məlumatların mühafizəsi məsələsinə milli təhlükəsizlik prizmasından baxmalıdır. Azərbaycanın Ermənistan üzərində möhtəşəm hərbi zəfəri, məğlub dövlətin qaniçən siyasi rəhbərliyinin kapitulyasiya imzalaması ölkəmizin siyasi və hərbi uğurunun fövqəlgücünü göstərir. Lakin informasiya savaşı hələ də davam etməkdədir. BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlunun bu fikirləri isə olduqca qiymətlidir:
"Ermənistan – Azərbaycan müharibəsi təkcə cəbhədə deyil, informasiya məkanında da gedir. Və inanın ikincisi, birincisindən daha təhlükəli, həm də miqyasına görə genişdir."
Azərbaycan xalqı 44 günlük haqq savaşında göstərdiyi birlik və mütəşəkkilliyi informasiya müharibəsində də davam etdirməlidir. Ölkəmizdə ən uğurlu sahələrdən biri də informasiya-kommunikasiya texnologiyalarııdır. Bu sahə üzrə yüksəkixtisaslı mütəxəssislər hazırlayan ali məktəblərimiz var.
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən şərqdə ilk olaraq informasiyanı dünyaya doğru və tez çatdırmaq üçün AzərTac yaradıldı. Həmçinin də informasiyalı və dünyadan məlumatlı gənclərin yetişməsi üçün Bakı Dövlət Universiteti (BDU) təsis olundu. Müasir dövrümüzün informasiya əsri kimi xarakterizə edildiyini nəzərə alaraq, sonda Stas Yankovskiyin fikirlərini xatırlamaq yerinə düşür:
"Hər bir insan öz xoşbəxtliyinin proqramisti, başqasının isə xakeridir".
Əsgər İsmayılov,
BDU Jurnalistika fakültəsinin tələbəsi



Paylaş



Bölmə: Tələbə sözü / Köşə / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!