27-09-2023, 16:09
Şimali Kiprin Prezidenti İlham Əliyevə təşəkkür etdiŞimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycanın dövlət başçısı İlham Əliyevə təşəkkür edib.
Bu barədə Türkiyə KİV-i məlumat yayıb.
O, Türk Dövlətləri Təşkilatının (TDT) növbəti iclasının gələn il Qazaxıstanda keçirilməsi qərarına verdiyi dəstəyə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.
Bundan başqa, E.Tatar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şimali Kiprin dünyadakı səsi olduğunu söyləyib: “R.T.Ərdoğan hər zaman bizə dəstək verir. Nə yaxşı ki, güclü lider, güclü Türkiyə var”.
27-09-2023, 16:04
Türkiyə Prezidenti Anım Günüylə bağlı paylaşım etdiTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edib. Paylaşımda deyilir:
“Qarabağın və işğal altındakı Azərbaycan torpaqlarının dastanlara layiq azadlıq mübarizəsinin başlanğıcı olan Anım Günündə bütün şəhidlərimizi rəhmətlə, qazilərimizi hörmətlə yad edirəm. Qarabağ Azərbaycandır!”
27-09-2023, 15:51
İran üçüncü hərbi peykini orbitə çıxardıİran üçüncü hərbi peykini orbitə çıxarıb.
Bu barədə İranın rabitə naziri İsa Zarepur bildirib.
Zarepur qeyd edib ki, İran bu gün üçüncü hərbi peyki olan “Nur-3”ü uğurla orbitə çıxarıb.
Onun sözlərinə görə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) aerokosmik qüvvələri gələn ilin mart ayının sonuna kimi daha iki hərbi peyk buraxmaq niyyətindədir.
27-09-2023, 15:21
Ukrayna müharibədə qalib gəlməlidir - Alman nazir"Ukrayna müharibədə qalib gəlməlidir, o, həm də qələbənin parametrlərini müəyyən edir".
Bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.
O, Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukraynaya dəstəyin davamlı olduğunu təsdiqləyib.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
27-09-2023, 15:03
Erməni əsilli sakinlər üçün növbəti dəfə yanacaq göndərildiQarabağda yaşayan erməni əsilli sakinlər üçün Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus yanacaqla dolu daha bir nəqliyyat vasitəsi göndərilib.
Yanacaq daşıyan avtomobil Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb.
Qeyd edək ki, yanacaq Yevlax şəhərində keçirilən görüşdə erməni sakinlərinin nümayəndələrinin bölgəyə yanacaq göndərilməsi ilə bağlı xahişləri nəzərə alınaraq Azərbaycan mərkəzi hökuməti tərəfindən göndərilib. Ötən gün də Xankəndiyə dizel və Aİ 92 markalı benzin daşıyan avtomobillərin gedişi təmin edilib.
26-09-2023, 22:50
Millimiz UEFA Millətlər Liqasında ilk qələbəsini qazandıQadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb.
Komanda ikinci oyununda səfərdə Monteneqro yığmasını 1:0 hesabı ilə üstələyib.
Oyunda yeganə qolu 84-cü dəqiqədə Nazlıcan Parlak vurub.
26-09-2023, 22:44
Qarabağdakı ermənilərə yardım bundan sonra da davam edəcək - Hikmət HacıyevAzərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qeyri-qanuni erməni silahlıllarına qarşı antiterror tədbirləri başa çatdıqdan sonra Azərbaycan tərəfindən atılan addımlar haqqında paylaşım edib.
Hikmət Hacıyev bu barədə “X” hesabında yazıb.
“İndiyədək Azərbaycanın Qarabağ bölgəsindəki erməni yaşayış məskənlərinə humanitar yardımlar çatdırılıb və bundan sonra da davam etdiriləcək!”, - paylaşımda qeyd olunub.
26-09-2023, 21:41
XİN rəsmisi antiterror tədbirlərindən sonrakı vıziyyətlə bağlı paylaşım etdiXarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə qeyri-qanuni erməni silahlıllarına qarşı antiterror tədbirləri başa çatdıqdan sonra Azərbaycan tərəfindən atılan addımlar haqqında paylaşım edib.
Bu barədə XİN rəsmisi "X" hesabında paylaşım edib.
"Müsadirə edilmiş minlərlə silah;
Yerli erməni sakinlərə tonlarla humanitar yardım", deyə paylaşımda vurğulanıb.
26-09-2023, 21:16
Zakir Həsənov ABŞ-ın müdafiə katibiylə telefon danışığı apardıSentyabrın 26-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla Amerika Birləşmiş Ştatlarının müdafiə katibinin siyasi məsələlər üzrə müavini xanım Saşa Beykerin təşəbbüsü ilə telefon danışığı olub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Tərəflər ölkələrimiz arasında əlaqələr, regiondakı vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.
Telefon danışığı zamanı, həmçinin ölkələrimiz arasında ikitərəfli hərbi əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.
26-09-2023, 21:11
Prezident Anım Günüylə bağlı paylaşım etdiAzərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev sosial şəbəkə hesabında 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib.
Paylaşımda "27 Sentyabr - Anım Günü" sözləri yazılıb.