"Daşkəsən" dəmir filizi layihəsi üzrə əsas mərhələlərdən birinə start verilib .....                        Sahibə Qafarova Srebrenitsa qurbanlarını yad etdi - FOTO .....                        İsrail HƏMAS-ın 6 komandirini öldürdü .....                        Avropa Bakı-İrəvan danışıqlarını izləyir .....                        Lavrov Şimali Koreyaya getdi .....                        Baş nazir iclas keçirdi - Gələn ilin büdcəsi müzakirə edildi .....                        Baş nazir iclas keçirdi - Gələn ilin büdcəsi müzakirə edildi .....                        Ərdoğandan PKK ilə bağlı mühüm paylaşım .....                        Polisdən xəbərdarlıq .....                       
5-10-2022, 16:23
Rusiya ilə Qazaxıstan arasında diplomatik qalmaqal


Rusiya ilə Qazaxıstan arasında diplomatik qalmaqal

Bu gün Rusiyanın Astanadakı səfiri Aleksey Borodavkin danışıqlar üçün Qazaxıstan Xarici İşlər Nazirliyinə çağırılacaq. Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib. Qazaxıstan XİN hesab edir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Ukrayna səfiri ilə bağlı açıqlaması Astana ilə Moskva arasında münasibətlərin xarakterinə ziddir. Bildirilib ki, Ukraynanın Qazaxıstandakı yeni səfirinin namizədliyi nəzərdən keçirilir. Xatırladaq ki, ölkəni tərk etdiyi bildirilən Ukraynanın Qazaxıstandakı səfiri Petro Vrublyovski yenidən Astanaya qayıtdıqdan sonra rəsmi Moskva Qazaxıstanın Rusiyadakı səfirini XİN-ə çağırıb. Qeyd edək ki, ukraynalı səfir ruslara qarşı “Nə qədər çox rus öldürsək, o qədər də bizim uşaqlar az öldürməli olacaq” ifadəsini işlədərək Qazaxıstanla Rusiya arasında gərginliyə yol açıb.
5-10-2022, 16:20
Blinken Bakı və İrəvana çağırış etdi


Blinken Bakı və İrəvana çağırış etdi

Təklif olunmuş sülh müqaviləsi istiqamətində Azərbaycan və Ermənistan arasında danışıqları sürətləndirmək və delimitasiya üzrə komissiya çərçivəsində işləri davam etdirmək vacibdir. Bu fikri ABŞ-ın dövlət katibi Antoni Blinken oktyabrın 4-də Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ilə apardığı üçtərəfli telefon danışığı zamanı bildirib. Üçtərəfli telefon danışığında normallaşma prosesinin digər istiqamətləri üzrə fikir mübadiləsi aparılıb, məsələlər üzrə əsaslı irəliləyiş əldə etmək məqsədilə təmasların davam etdirilməsinə razılıq bildirilib.
5-10-2022, 16:17
Kiyevə dron hücumu - Xəsarət alanlar var


Kiyevə dron hücumu - Xəsarət alanlar var

Kiyev vilayətinin Bila Tserkva şəhəri kamikadze pilotsuz uçuş aparatları ilə vurulub. Bu barədə Kiyev vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksey Kuleba teleqram səhifəsində məlumat yayıb. Onun sözlərinə görə, şəhərdə bir neçə partlayış səsləri eşidilib, bəzi infrastruktur obyektlərdə yanğın baş verib. Xəsarət alanların olduğu deyilir.
5-10-2022, 16:14
Səfərbərlikdən sonra 700 min nəfər Rusiyanı tərk edib


Səfərbərlikdən sonra 700 min nəfər Rusiyanı tərk edib

Rusiyada qismən səfərbərlik elan edildikdən sonra təxminən 700 min insan ölkəni tərk edib. Bu barədə "Forbes" nəşri öz mənbələrinə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, başqa bir mənbə Rusiyanı tərk edən 600-700 min vətəndaşın 200 mininin Qazaxıstana köç etdiyini bildirib. Səfərbərlik elan edilməmişdən əvvəl Rusiya ilin əvvəlindən 419 min nəfərin ölkəni tərk etdiyini açıqlayıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur.
5-10-2022, 16:09
Bayden Ukraynaya yeni hərbi yardım ayırdı


Bayden Ukraynaya yeni hərbi yardım ayırdı

ABŞ Ukraynaya HIMARS reaktiv yaylım atəş sistemlərinin daxil olduğu yeni hərbi yardım paketi verəcək. Bu barədə ABŞ Prezidenti Co Bayden bəyan edib. 625 milyon dollarlıq silah paketinə artilleriya sistemləri və döyüş sursatları, zirehli maşınlar və nəqliyyat vasitələri daxildir. Qeyd edək ki, Ağ Evin sentyabrın 28-də Ukraynaya təqdim etdiyi 1,1 milyard dollarlıq hərbi yardım paketinə əsasən ABŞ bu ölkəyə 18 HIMARS verəcək.
5-10-2022, 07:37

İslam rejimini gözləyən tale...
İslam rejimini gözləyən tale...

Vidadi Mustafayev:


MƏHƏMMƏD RZA ŞAH PƏHLƏVİ VƏ INQILAB RƏHBƏRI SEYID ƏLI XAMENEİ
İranda 10 gündən çox davam etmiş son etiraz və iğtişaşların səbəbləri haqqında ölkənin ictimai-siyasi fikrində iki yanaşma mövcuddur. Ekspert kimi çıxış edən və obyektiv mövqe sərgiləyən ictimai elmlər sahəsinin alimləri hadisələrin səbəbini cəmiyyətdə mövcud olan, həll edilməyən və daim yığılıb artan daxili siyasi, iqtisadi, sosial və mədəni problemlərdə görür, onların həll edilməsinin vacibliyni vurğulayır və xəbərdarlıq edirlər ki, əks təqdirdə etiraz və iğtişaşlar paralel olaraq daim artacaq, necə ki, hər bir kəs neçə ildir dalbadal bunun şahidi olur.
Hakimiyyətdə bilavasitə iştirak edən və ya orada status əldə etmək istəyən ideoloqlar hazırda monopol hakimyyətə sahib olan və mühafizəkar adlanan qüvvələrin mövqeyini əks etdirərək etiraz və iğtişaşların səbəbini xaricdə-Amerikada, İsraildə, Səudiyyə Ərəbistanında və onların iranlı xarici və daxili əlaltıları adlandırdıqları münafiqlər, şahpərəstlər/monarxistlər, separatistlərdə axtarırlar.
11 mehr 1401/3 oktyabr 2022-ci il tarixində Ali Hərbi məktəblərin birində buraxılış mərasimində çıxış edən İnqilab Rəhbəri sonuncu mövqeyi detallı şəkildə təkrar etdi. Etiraz və iğtişaşarın xaricilərin işi olduğunu vurğuladı. Burada 1978-79-cu illər inqilabının gedişində şah mediasının hadisələrə münasibəti yada düşür. Şah rejiminin kütləvi informasiya vasitələri nəinki etiraz və iğtişaşların səbəbəni xaricilərdə görür, hətta küçələrə çıxan minlərlə, on minlərlə insanı da xaricilər adlandırırdı. Şah rejimi xalqın şahpərəst olduğunu və etirazçıların xaricilər olduğunu deyə-deyə hakimyyətdən əl çəkməli odu.
İNDI İNQILAB RƏHBƏRI VƏ ONU ƏHATƏ EDƏN QÜVVƏLƏR DƏ XALQIN İSLAM REJIMINƏ, RƏHBƏRƏ SADIQ OLDUĞUNU VƏ ETIRAZ VƏ IĞTIŞAŞLARIN XARICILƏRIN IŞI OLDUĞUNU DEYƏ-DEYƏ HƏMIN YOLU GEDIR.
5-10-2022, 06:34
CƏBRAYILSIZ YURD HƏSRƏTİM...


VAQİF RÜSTƏMOV

CƏBRAYILSIZ YURD HƏSRƏTİM...
(elegiya)

Müharibə! Müharibə bəşər cəmiyyətinin fəlakətinə çevrilmiş qorxunc kabusdur! İnsanın insan tərəfindən məhvi! Vəhşət doğuran milyonlarla insanın qətliamı! Elindən, obasından didərgin düşmüş, aclıq və səfalətlə üzləşən məhrumiyyətli insanlar. Bütün bunlar insanın insan üzərində tətbiq etdiyi ölüm aktlarıdır!
Bəşər cəmiyyətinin yaranışından dövrümüzə qədər baş verən müharibələr haqqında dəqiq məlumatlar yoxdur. Ancaq onu bilirəm ki, ötən əsrin 30-cu illərində Avropada Hitler faşizminin dünyanı lərzəyə salan vəhşətli ideyası ikinci dünya müharibəsi adı altında 60 milyon insanın ölümünə səbəb olmuşdur. Və bir o qədər də insan yurdsuz, didərgin qalmışdır.
Fəlakətli dünya müharibəsi xalqlar dostluğunu stimul seçən SSRİ dövlətini də öz caynağına almışdır!
Sovet dönəmində tarixdə Böyük Vətən Müharibəsi adı altında xalqların övladlarını zorən bu müharibənin ön və arxa cəbhəsinə sürükləyib səfərbər edilənlər içərisində Azərbaycan məmləkətinin də 650000 nəfər dinc sakini vardı. Amansız müharibədə döyüşən həmyerlilərimizin əksəri həlak olmuş və digərləri şikəst vəziyyətdə tərxis olunub evlərinə qayıtmışlar. Və böyük bir isminin isə namə-lum adı altında tarixdən silindiyini heç vaxt unutmaq olmaz!..
Müharibə sovet ittifaqının varlığına son qoymaq iddiası ilə başlanılmışdır. Ölüm saçan döyüşlərə cəlb edilmiş Azərbaycan güclü dövlət, cəsur xalq kimi tarixdə öz imzasını atmış, qəhramanlıq səlnaməsi yazmışdır. Yeraltı, yerüstü resrusları və uşaqdan-böyüyə hamılıqla cəbhəni təmin edən bu qədim diyarın əhalisinin müharibənin taleyində xidmətləri danılmazdır. Əfsuslar olsun ki, Azərbaycanın paytaxtı Bakı şəhəri bu günədək hələ də qəhraman şəhər statusunu almamışdır.
Dünya tarixşünaslığında müharibədə qələbə əzminin meyarı sayılan Azərbaycan dövlətinin ön və arxa cəbhədə iştirakı xüsusi qeyd edilir. Müharibənin ik illərində döyüşə göndərilən həmyerlilərimiz başdan-başa silahlanmış güclü faşist ordusu ilə üzləşməli olmuşlar. Faşist hərbi strategiyasının güclü qüvvələrinin qurbanına çevrilmiş yüz minlərlə sovet əsgəri ilk aylarda da təslim edilərək alman əsir düşərgələrinə göndə- rilirdi.
Əsirlər içərisində sovet məkanından olan müxtəlif xalqların nümayəndələri yaxşı bilirdilər ki, geriyə yol, qayıdış yoxdur! Geriyə qayıdanlar ya Sibir meşələrinin katorqalarında əzablı işgəncələrə məruz qalıb məv ediləcək, ya da vətən xaini damğası vurulub amansızlıqla güllələnəcəklər.
Əsir düşərgələrində milyonlardan biri kimi əzablı işgəncələrlə üzləşən gənc zabit, əslən Cəbrayıl rayonunun Daşkəsən kəndindən olan İsmayılov Səxavət Abı oğlu da belə bir fəlakətin gözləntisini yaxşı bilirdi...!
Unutmayaq! Unudulmayaq!
Acı taleyi ilə hər zaman barışan Səxavət bəy, məhrumiyyətli anlarda da dözüm, səbir, təmkin nümayiş etdirib əsirlikdən tezliklə xilas olmaq haqqında düşünürdü. Hər an ötən günlərin acılı-ağrılı xatirələrini yada salan qəhramanımız doğma
yurdunda, Daşkəsən kəndində bolşevizmin tüğyan etdiyi repressiv qaydaları, qondarma kolxoz quruculuğunun acı fəsadlarını və heç bir günahı olmadan həbs edilən neçə-neçə repressiya qurbanlarının taleyini yada salır qəlbən acıyırdı.
Uşaqlıq illərindən müəllim olmaq arzusu ilə Daşkəsən kəndində 7 illik təhsil alan, sonra Cəbrayıl rayonunda Maksim Qorki adına orta məktəbdə davam etdirib əla qiymətlərlə qurtaran Səxavət Azərbaycan Dövlət Universitetində tarix fakültəsinin məzunu olur. O, ali təhsil aldıqdan sonra təyinatla Cəbrayıl rayonuna göndərilir və oxuduğu məktəbdə öz ixtisası üzrə müəllim işləyir. Çox keçmir ki, müəllim kollektivinin göstərdiyi etimadını doğruldaraq işlədiyi məktəbin direktoru kimi fəaliyyətini davam etdirir.
İkinci dünya müharibəsi illərində alman - faşist ordusunun SSRİ məkanına hücumu ilə yerlərdə cəbhəyə kütləvi səfər- bərlik başlanır. Ağır günlərdə Azərbaycanın bütün bölgələrində, eləcə də Cəbrayıl rayonunda, o cümlədən Maksim Qorki adına orta məktəbdə də kişi müəllimləri cəbhəyə çağrılır. Səxavət müəllim səfərbərlikdən müvəqqəti azad olsa da (bronlu mütəxəsis kimi), müəllim yoldaşlarının elliklə cəbhəyə göndərilmə-sindən narahat hisslər keçirir. Və hərbi komissarlığa gedib ön cəbhəyə, döyüşə göndərilməsini tələb edir. Nəhayət onun tələbləri qəbul edilir, könüllü surətdə cəbhə-yə yollanır.
Cəbhə yollarında...
Gürcüstanda yüksək çinli zabit heyətində hərbi təlim keçib Rusiyada, Ukrayinada sovet qoşun bölməsində döyüşən Səxavət İsmayılovun xidmət etdiyi hərbi hissə alman ordusu tərəfindən mühasirəyə alınır, bütün heyət əsir düşür. Əsir düşərgələrində işgəncə, ağır fiziki işlər, aclıqla üzləşən Səxavət müəllim zabit kimi əsir yoldaşları ilə birlikdə qurtulmaq üçün yollar arayır, planlı şəkildə əməliyyat hazırlayaraq gizli təşkilatlanmada fəaliyyət göstərir. Böyük bir dəstə ilə, xüsusən də azərbaycanlılardan ibarət əsirlərlə birlikdə düşərgədən qaçmağa nail olur. Avropanın bir çox dövlətlərində - Rumıniya, Çexoslova- kiya, İsveç, Norveç və başqa ölkələrdə ağır, fiziki işlərlə məşqul olur.
Səxavətin ən böyük istəyi qardaş Türkiyə dövlətinə keçmək idi. O yaxşı bilirdi
ki, geriyə, vətənə yolu bağlıdır. Geri qayıdarsa, xalq düşməni kimi dərhal güllələnəcək, ya da həbs edilib Sibir meşələrində sürgünə göndərilib məhv ediləcəkdir. Sözsüz ki, Avropa ölkələrindən fərqli olaraq sovetlər ölkəsi əsir düşənləri qəbul etmirdi. Və bir gün Səxavətin Türkiyəyə keçmək istəyi həqiqətə çevrilir. O, əsir yoldaşları ilə Türkiyəyə gəlir, iş adamı kimi qısa zaman kəsiyində fəaliyyət göstərir. Səxavət bəy o dövrün tələblərinə uyğun olaraq ismini dəyişib Hasan İsmayıllı adı ilə tanınır. Eyni zamanda yoldaşlarının inamı və etibarı sayəsində Türkiyədə Dostluq və Kultur Mərkəzini təsis edib fəaliyyətə başlayır...

Azərbaycanın elm, incəsənət xadimlərinin Türkiyə səfərləri
Azərbaycan SSR-dən Türkiyəyə ezam olunan elm, incəsənət, ictimai xadimləri ilə Dostluq və Kultur Mərkəzində görüş təşkil edilir. Nümayəndələr Hasan bəy İsmayıllı (Səxavət İsmayılov) və mərkəzin üzvləri tərəfindən rəğbətlə qarşılanır, lazımı xidmət- lər göstərilir...
Müharibədən bir gün öncə ailəsi ilə Türkiyəyə köçmüş azərbaycanlı qadın Həmidə xanım bir neçə günlüyə vətənə qonaq gedəcəyini Səxavət bəyə bildirir. Həmidə xanım əslən Şəkidən (Nuxa) idi. Azərbaycanın Xalq Artisti Məmməd Rza Şeyxzamanovun bacısıydı. Həmidə xanım- dan eşitdiyi bu sözdən qəhərlənən Səxavət bəy gözləri yol çəkirmiş kimi susur, sevincini gizlətmədən yaxşı yol arzu edir. Həmidə xanım Bakı səfərində Səxavət bəyin yaxınlarını arayıb tapır. Onun Hasan bəy kimi sağ olduğunu, yaşadığını deyir və telefon nömrəsini yaxınlarına verir.
Bakıdan gələn üçüncü gecənin zəngi...
Gecədən xeyli keçmiş aramsız çalınan telefon zənginə hövlnak yuxudan oyanan Səxavət bəy dəstəyi götürür. Xəttə qadının amiranə səsini eşidib çaşqınlıq içərisində susur. Qadının: - “Bakıya cavab verin” - xəbərini eşidən Səxavət bəy həyacanlı halda susur və qorxudan səsini çıxarmır. Bu zəng ikinci gün yenidən gecə yarısı təkrar olunur. Telefonda kövrək və hayqırtılı bir qadının səsi kəsilmək bilmirdi. Səsi tanıyan Səxavət bəy yerində donub qalır, səsini çıxara bilmir, boğazı sanki tıxaclanır. Cavab verməyə taqəti qalmır. Çıxılmaz vəziyyətə düşən Səxavət bir anlıq güman edir ki, bəlkə də bu ona qarşı düşünülmüş tələ ola bilər. Və nəhayət üçüncü gecə də telefonun aramsız zəngi hamını yuxudan oyadır. Telefon dəstəyini dərhal götürən Səxavət bəy özündə güc toplayıb hıçqırtı ilə “alo” deyə bilir. Gözlərindən axan göz yaşlarını saxlaya bilməyib qəhərdən boğulan Səxavət bəy, - dəstəyi oğlum Şamilə verin, - deyir. Bir qədər özünü ələ alan Səxavət bəy uzun ayrılıqdan sonra həsrətində olduğu el-obası, ömür gün yoldaşı, qohumlarının ətrini alırmış kimi hönkürtü ilə ağlayır. Xəttin hər iki tərəfində sevincdən tökülən həsrətli göz yaşlarının müjdəli parıltısı aydın sezilirdi. Bir azdan qısa söhbəti sona çatdıran Səxavət bəy tam əminliklə, - tezliklə görüşərik! - deyib dəstəyi qapadı...
Həsrətin sonu varmış!
Dostluq və Kultur Mərkəzinin üzvləri Azərbaycandan gələn məşhur cərrah, professor İbrahim Topçubaşovu qarşılamağa hazırlaşırdı. Elmi simpoziumlarda, xəstəxa-nalarda görüş keçirən professoru Səxavət bəy müşayiət edirdi. Bir gün minnətdarlığını bildirən professor razılıqla Səxavət bəydən arzu və istəyini soruşdu. Səxavət bəy, - professor, çox istəyirəm ki, Bakıya, vətənə gedib kəndimi, ailəmi, yaxınlarımı, qohumlarımı görüb ziyarət edim, - söylədi. Professor, - Səxavət bəy, bu elə də çətin məsələ deyil. Narahat olmayın. Bu məsələ ilə bağlı mən özüm məşğul olacam. Yaxşı olar ki, siz vətənə, yola çıxmağa hazırlaşın, - deyə əminliklə Səxavət bəyə eşitdirdi...
Vətənə sarı...
Maşın karvanı uzun səfərdən sonra Bakıya yetişdi. Öncə professor İbrahim Topçubaşov və Flora xanım Kərimova müsafiri - Səxavət bəyi ciddi nəzarət altında qonaq evndə yerləşdirdilər.
Professor arxayınlıqla, - heç nədən çəkinmədən özünüzü tam sərbəst hiss ediın və tezliklə istəkləriniz həyata keçəcəkdir, - deyəndə Səxavət bəyin sevinci yerə-göyə sığmırdı...
Qısa zaman kəsiyində doğmaları və övladları ilə görüşüb rahat olan Səxavət bəyin ətrafında böyük qələbəlik yaranmışdı. Sevimli dayısı Murad müəllim, Savalan kişi, tanınmış alim Oruc Qüdrətov və onlarla əzizləri Səxavət bəyin ziyarətinə gəlib göz aydınlığı veriridilər. Respublikanın tanınmış, məşhur ictimai xadimlərinin ardı-arası kəsilmədən Səxavət bəyin görüşünə gəlməsi fərəhli hal kimi hamını sevndirirdi. Daim onu müşayyət edən professor İbrahim Topçubaşov, Xalq şairi Süleyman Rüstəm, bəstəkarlar Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Xalq artisti Zeynəb Xanlarova, Flora Kərimova, İslam Rzayev, Zaur Rzayev və tanınmış məşhurların ziyafətlərində, tədbirlərində iştirak edən Səxavət bəydə xoş təəsürat yaranmışdı...

“Əsli və Kərəm” tamaşası
Növbəti tədbirlərin birində Mayestro Niyazi və xanımı Həcər xanım öz evlərində Səxavət bəyin şərəfinə verilən ziyafət zamanı, Mayestro Niyazi, - Səxavət bəy ziyafətdən sonra hamılıqla opera teatrında “Əsli və Kərəm” operasının tamaşasına baxmağa gedəcəyik. Hazırlaşın. Əsli rolunu Zeynəb Xanlarova ifa edəcəkdir, - deyə eşitdirdi.
Ziyafətdə iştirak edənlər hamılıqla teatrda xüsusi ayrılmış lojada tamaşanı maraqla izlədilər. Fasilədə Zeynəb xanım lojaya qalxıb bir daha hədsiz rəğbət bəslədiyi
Səxavət bəyi bərk-bərk qucaqlayaraq onunla mehribancasına görüşüb söhbət edərək evinə qonaq dəvət etdi...

Həsrət dolu nisgilin sonu.
Uzun ayrılıqdan sonra vətənə qısa müddətə təşrif buyuran Səxavət bəyi Türkiyəyə yola salmağa gələn insan selinin ardı-arası kəsilmirdi. Üzlərində təbəssüm, gözlərində sevincdən doğan göz yaşları görünən insanlarla bir-bir görüşən Səxavət bəy, - sağ olun. Zəhmətinizi halal edin, - deyə kövrəkliklə onlara cavab verirdi. Həyatında ən çox hörmət bəslədiyi, iki əsrin nümayəndəsi, iri cüssəli Savalan baba Səxavət bəyi qucaqlayıb, - görürsən də, bütün el-oba səninin ziyarətinə gəlib, - deyəndə Səxavət bəy kövrəlmişdi. Səxavət bəyə yaxınlaşan professor İbrahim Topçubaşov onu bağrına basıb bərk-bərk qucaqlayaraq, - qardaşım, vətənimizdən - vətətənimizə salamlar aparın, - dedi.
Bir azdan avtobus yola düşdü... Yola salmağa gələnlərin göz yaşlarının parıltısı sevinc dolu çöhrələri islatmışdı. Həsrət dolu ayrılıq illəri arxada qalsa da, “sağ-salamat get, yaxşı yol” arzulayanlar intizarla irəliyə şütüyən avtobusa əl edirdilər...
4-10-2022, 22:04
Elmar Bayramlıya həsr olunmuş anım tədbiri keçirildi

Sumqayıtda 24 saylı məktəbdə şəhid Elmar Bayramlıya həsr olunmuş anım tədbiri keçirildi

Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsini anmaq, onların tanıdılmasında ailələrinə mənəvi dəstək olmaq hər birimizin borcudur. Bu şərəfli missiyada isə məktəblərin xüsusi rolu var. Belə məktəblərdən biri də Sumqayıt şəhərində fəaliyyət göstərən 24 saylı məktəbdir. Məktəb köhnə, təmirsiz olsa belə bir çox son texnalogiyalarla təmin olunmuş təmirli məktəblərdən qat-qat gözəl fəaliyyət göstərən məktəbdir. Ən əsası isə şəhidlərinə dəyər verən məktəbdir.
2020-ci ildə həmin məktəbin də məzunlarından Əliyev Eltun, Bayramlı Elmar və İsmayılov Elvin şəhadətə ucalmışdı. Məktəbin direktoru Cabbarova Nəsibə müəllimə məktəbinin şəhid məzunları haqqında tez-tez tədbirlər təşkil etdirir, valideynlərinin ziyarətində olur, bütün kollektivi ilə birlikdə hər zaman şəhid ailələrinə dəstək olmağa çalışır.

Bu dəfə isə məktəbdə təşkil olunan tədbir şəhid Elmar Bayramlıya həsr olunmuşdu.Şahüseynova İlhamə müəllimin təşkilatçılığı ilə 3a-sinfinin məktəbin şəhid məzunu Elmar bayramlınının anım gününə həsr olunmuş kiçik kompazisiyası zamanı şagirdlər şəhidlər haqqında şeirlər söyləyərək, vətənpərvərlik mövzusunda musiqilər səsləndirdilər. Tədbir zamanı şəhidimiz haqqında hazırlanan videoçarx nümayiş olunduqdan sonra qonaqlara söz verildi. Tədbirin xüsusi qonaqlarından biri olan şairə Esmira Günəş öz çıxışı zamanı şəhid Elmar Bayramlıya həsr etdiyi "Xarıbülbüllər" kitabını şəhidimizin anası Amaliya xanıma təqdim edərək, şəhidlərimizin kitablar və tədbirlər sayəsində hər zaman qəlblərdə yaşayacağını bildirdi. Daha sonra şəhidimizin anası hər kəsə təşəkkürünü bildirərək xatirə şəkilləri çəkdirdi. Tədbirdən sonra şairə Esmira Günəş və qonaqlar birlikdə məktəbin digər məzun şəhidlərinin adına yaradılan guşələrlə tanış oldular.
Əslində belə təmirsiz məktəbdə şəhidlərin xatirələrini yaşatmaq üçün yaradılan guşələr digər məktəblərə də örnək olmalıdır. Eşq olsun şəhidlərinə dəyər verən müəllimlərə!
4-10-2022, 20:58
Ağdamın yol və kommunikasiya şəbəkəsinin təməli qoyuldu


Ağdamın yol və kommunikasiya şəbəkəsinin təməli qoyuldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin təməlqoyma mərasimində iştirak ediblər. Butov.az xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma görüləcək işlərlə bağlı məlumat verib. Bildirildi ki, dördzolaqlı Bərdə-Ağdam avtomobil yolu Ağdamın şəhərdaxili yol şəbəkəsi ilə birləşir. Şəhərdaxili yolların ümumi uzunluğu isə 191,1 kilometrdir. İlkin mərhələdə 121 kilometr uzunluğunda yolların inşası nəzərdə tutulur. Qeyd edildi ki, şəhərdaxili yollar eni 55-60 metr olan 1-ci dərəcəli və eni 40 metr olan 2-ci dərəcəli ümumşəhər əhəmiyyətli prospektlərdən, həmçinin eni 34 metr olan ümumşəhər əhəmiyyətli və eni 20-24 metr olan yerli əhəmiyyətli küçə və yollardan ibarət olacaq. Yolların 2, 4 və 6 zolaqlı olması nəzərdə tutulur. Prezident İlham Əliyev Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin təməlini qoyub.
4-10-2022, 20:56
Edillidə aşkarlanan kütləvi məzarlıqla bağlı cinayət işi açıldı


Edillidə aşkarlanan kütləvi məzarlıqla bağlı cinayət işi açıldı

Xocavənd rayonunun Edilli kəndi ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçularının olması ehtimal edilən şəxslərin kütləvi dəfn edildiyi məzarlığın aşkar edilməsi faktı ilə bağlı Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 115.4, 120.2.1, 120.2.7 və 120.2.12-ci maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. İstintaqla müəyyən edilib ki, Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının ərazilərində qanunsuz fəaliyyət göstərmiş erməni separatçı rejiminin silahlı hərbi birləşmələri və Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən beynəlxalq humanitar hüquq norma və prinsipləri, o cümlədən «Döyüşən ordularda yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında» 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının 17-ci maddəsinin tələbləri kobud surətdə pozularaq, 1993-cü ildə milli zəmində Azərbaycan Ordusunun hərbi qulluqçuları olması ehtimal edilən əsir düşmüş 25 şəxs öldürülüb və Xocavənd rayonunun Edilli kəndi ərazisində kütləvi dəfn edilib. İstintaq zamanı Xocavənd rayonunun Edilli kəndi ərazisinə 23-26 fevral 2022-ci il tarixlərdə baxış keçirilərkən kütləvi məzarlıqdan 7 şəxsə aid, 14-30 sentyabr 2022-ci il tarixdə isə 18 şəxsə aid insan sümük qalıqları aşkar edilərək götürülüb. İş üzrə zəruri ekspertizalar təyin edilməklə sümük qalıqlarından nümunələr götürülüb və məhkəmə molekulyar-genetik tədqiqatına təqdim edilib. Həmin hadisələrin şahidi olmaqla 28.08.1993-cü il tarixdən 14.12.1994-cü il tarixədək Ermənistan Respublikasında əsirlikdə olmuş və müxtəlif növ işgəncələrə məruz qalmış Füzuli rayon sakini Şıxəliyev Şəmsi Canəhməd oğlu zərərçəkmiş şəxs qismində tanınıb. Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!