23-05-2023, 17:42
Hərbi xidmətə daxilolmayla bağlı yeni qərarAzərbaycan Ordusunun qoşun (qüvvə) növlərində siyahısı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilmiş vəzifələrdə həqiqi hərbi xidmətini davam etdirmək üçün seçilmiş hərbi qulluqçularla (kadr zabit heyətinə keçirilmiş şəxslər istisna olmaqla) tərəflərin razılığı ilə yenidən bağlaşma bağlanıldıqdan sonra onlar həmin vəzifələrə təyin ediləcəklər. Bununla bağlı Nazirlər Kabinetinin qərarı ilə “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilib. Qərara əsasən, həmin qaydada yenidən bağlaşma bağlanıldıqda, qüvvədə olan bağlaşma ləğv olunmuş hesab ediləcək.
23-05-2023, 17:25
Xarici diplomatik nümayəndəliklərdə verilən səslər Türkiyəyə gətirildiTürkiyədə mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu üçün xaricdəki diplomatik nümayəndəliklərdə verilən səslərin bir hissəsi Türkiyəyə gətirilib. Bu barədə ölkənin Ali Seçki Komissiyası məlumat yayıb. Məlumata görə, mayın 28-də keçiriləcək səsvermənin ikinci turu üçün xaricdə yaşayan seçicilərdən səs verənlərin sayı 1,5 milyonu ötüb. Xatırladaq ki, 14 mayda Türkiyədə həm parlament, həm də prezident seçkiləri keçirilib. Prezident seçkilərində heç bir namizəd 50%+1 səs toplaya bilmədiyi üçün mayın 28-də ikinci turun keçirilməsi qərara alınıb.
23-05-2023, 16:59
Prezident Naxçıvana yeni prokuror təyinatıyla bağlı Sərəncam imzaladıSənan İsa oğlu Paşayev Naxçıvan Muxtar Respublikasının prokuroru təyin edilib. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncam imzalandığı gündən qüvvəyə minir.
23-05-2023, 16:47
Peskov: “Nəticələrin nə qədər səmərəli olacağını zaman göstərəcək”“Kreml Azərbaycan və Ermənistan liderlərinin mayın 25-də Moskvada keçiriləcək görüşlərinin səmərəli olacağına ümid edir”. Bunu açıqlamasında Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Azərbaycan, Rusiya və Ermənistan liderlərinin mayın 25-də Moskvada keçirilməsi planlaşdırılan görüşünü şərh edərkən deyib. “Cümə axşamı həm Prezident İlham Əliyev, həm də baş nazir Nikol Paşinyan burada olacaq. Prezidentimizlə təmasların olacağına da ümid edirik. Hazırda bununla bağlı hazırlıq gedir və təbii ki, nəticələrin səmərəli olacağına ümid bəsləyirik. Nəticələrin nə qədər səmərəli olacağını isə zaman göstərəcək”, - o vurğulayıb. Qeyd edək ki, mayın 25-də Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşü keçiriləcək.
23-05-2023, 15:05
Ermənistan-NATO əməkdaşlığı məsələləri müzakirə edildiNATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina İrəvanda səfərdədir. O, artıq Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb. Bildirilib ki, tərəflər Ermənistan-NATO əməkdaşlığı məsələlərini müzakirə ediblər. Eləcə də Cənubi Qafqazda təhlükəsizlik və sabitlik problemləri barədə fikir mübadiləsi aparılıb.
23-05-2023, 15:00
Şəkidə baş vermiş kütləvi zəhərlənmənin səbəbi bəlli olduŞəki-Zaqatala regional təhsil idarəsi orta məktəbdə baş verən zəhərlənmə faktı ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir: “Şəki rayon Qudula kənd orta məktəbində zəhərlənmə halları qeydə alınmışdır. Hadisədə zərər çəkmiş bütün şagirdlər və işçi heyət təcili olaraq Şəki şəhər mərkəzi xəstəxanasına çatdırılmışdır. Bununla bağlı olaraq Şəki-Zaqatala regional təhsil idarəsinin məsul əməkdaşları xəstəxanada uşaqlara baş çəkmiş və prosesi davamlı olaraq müşahidədə saxlamaqdadırlar. Narahatçılıq keçirmiş şəxslərin sağlamlıq vəziyyətinin artıq normal olduğu, onların tezliklə evə buraxılacaqları bildirilir. İlkin araşdırmalara görə zəhərlənməyə məktəbdə 19 may 2023-cü il tarixində aparılmış dezinfeksiya işi səbəb olmuşdur. Belə ki, 23 may tarixində hava temperaturunun yüksək olması məktəbin inzibati binasının zirzəmi qatına səpilmiş dezinfeksiya maddələrinin buxarlanaraq zəhərlənməni yaratdığı ehtimal edilir.
23-05-2023, 14:49
Şəkidə 24 şagird kütləvi şəkildə zəhərləndiBu gün günorta saatlarında Şəki rayonunun Qudula kənd orta məktəbinin 24 şagirdi və 3 müəlliminin zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət etməsi barədə Şəki Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, qeyd olunan faktla bağlı araşdırmalara başlanılıb və hadisənin başvermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq. Qeyd edək ki, xəstəxanaya müraciət edən şəxslərə lazımi tibbi yardım göstərilib və vəziyyətləri normaldır.
23-05-2023, 14:33
Özdağ Kılıçdaroğluna dəstək olduTürkiyədə dağılmış "ATA İttifaqı"na daxil olmuş Zəfər Partiyasının sədri Ümit Özdağın bu gün ikinci turda hansı namizədi dəstəkləməsi barədə açıqlama verməsi gözlənilirdi. O, konkret açıqlamanı sabaha saxlayıb. Lakin Özdağ "Millət İttifaqı"nın vahid namizədi, CHP sədri Kemal Kılıçdaroğlunu dəstəkləyəcəyinin anonsunu verib. "Proses hələ nəticələnmədiyi üçün bu axşam Kılıçdaroğlu ilə bir toplantı da keçirəcəyik. İmzalanacaq protokolla bağlı müzakirələr hələ yekunlaşmayıb. Müsbət davam edən prosesin son mərhələdə də müsbət şəkildə sonlanacağını düşünürəm. Bacara bilsək, sabah saat 11:00-da Kılıçdaroğlu ilə açıqlama verəcəyik", - deyə siyasətçi bildirib. "ATA İttifaqı" dağılıb. Bundan əvvəl ittifaqa daxil olan Ədalət Partiyası ittifaqı tərk edib və "Millət İttifaqı"nın namizədi Kemal Kılıçdaroğluna dəstəyini elan edib. O, üstüörtülü şəkildə ittifaqdakı digər qüvvələri müxalifət əleyhinə addımlarda ittiham edib. İttifaqın namizədi olmuş Sinan Oğan isə hazırkı prezident Rəcəb Tayyib Ərdoğana dəstəyini elan edib. Bəzi kulis məlumatlarına görə, Özdağ və Oğan əvvəlcədən razılaşdırılmış şəkildə fərqli namizədləri dəstəkləyəcəklər ki, kim qalib gəlsə, hakimiyyətdən pay ala bilsinlər.
23-05-2023, 14:14
Zəngilanda iki növ yeni Xarıbülbül cinsi tapılıb Zəngilanda iki növ yeni Xarıbülbül cinsi tapılaraq "Qırmızı kitab"ın lll nəşrinə əlavə edilib. Bunu jurnalistlərə açıqlamasında Botanika İnstitutunun direktoru Səyyarə İbadullayeva deyib. Onun sözlərinə görə, son dövrlərdə bitkilərin məhvi ən çox qlobal istiləşmə ilə əlaqələndirilsə də, alimlərin fikrincə, əsas səbəb antropogen faktorlardır: "Xüsusilə bitkilərin erkən yazda çiçəklərinin qoparılması, kök boğazından qoparılması, kökümsov bitkilərin kökündən qoparılması, dərman məqsədilə bitkilərin kütləvi toplanılması məsələlərinin ciddi rolu var. Bununla bağlı da müəyyən tədbirlər hazırlanmalıdır". Direktor bildirib ki, "Qırmızı kitab"ın lll nəşri üçün Qarabağda təftiş aparılıb: "Topxana meşəsini ANAMA-nın iştirakı ilə təftiş etdik. Oranın vəziyyəti, oranın müasir florasını qismən də olsa "Qırmızı kitab"ın lll nəşrinə əlavə etdik. Zəngilandan iki yeni növ aşkar etmişik ki, onlar indiyəcən Azərbaycan florası üçün göstərilməyib. Əməkdaşlarımız 86 ildir toplanılmayan Azərbaycan florasında olan bitkiləri toplayıblar, şəkilləri çəkilib, yerləri müəyyən edilib. Zəngilandan iki yeni növ Xarıbülbül cinsi tapsaq da, ən çox itməkdə olan Xarıbülbül növləridir".
23-05-2023, 13:41
Kiyevə yeni silahların çatdırılması cəbhədəki vəziyyəti dəyişməyə qadir deyil"Kiyevə yeni silahların, o cümlədən qırıcı təyyarələrin çatdırılması cəbhədəki vəziyyəti kökündən dəyişməyə qadir deyil". Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. "Kollektiv Qərb ölkələri Ukraynadakı münaqişəyə getdikcə daha çox cəlb olunur. Putin mayın 23-də Moskvada Serb Respublikası prezidenti ilə görüşəcək. Kreml Rusiya Federasiyasında casusluq ittihamı ilə həbs edilən ABŞ-ın “The Wall Street Journal” nəşrinin müxbiri Evan Qerşkoviçə konsulluq girişinin təmin edilməsi məsələsi ilə məşğul olmur", - o əlavə edib.