19-04-2023, 16:55
Ərdoğan Kılıçdaroğlundan 105 min lirə təzminat alacaqTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəqibi, "Millət İttifaqı"nın prezidentliyə vahid namizədi, CHP sədri Kemal Kılıçdaroğludan 105 min lirə mənəvi təzminat alacaq. Bu barədə Ərdoğanın vəkili Hüseyn Aydın məlumat verib. Belə ki, Ərdoğan Kılıçdaroğlunu hüquqlarını pozduğu iddiası ilə verdiyi məhkəməni udub. Qərara əsasən, 105 min lirə Kılıçdaroğlu tərəfindən ödənilməlidir. Qeyd edək ki, Ərdoğan bundan əvvəlki təzminatı QHT-yə bağışlamışdı.
19-04-2023, 16:30
Şuşa ətrafında yeni stansiya açılacaq“Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar seysmoloji tədqiqatların aparılması üçün Qarabağda ilk stansiya Şuşada tikiləcək”. Bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli mətbuat konfransında deyib. “Şuşa ətrafında yeni stansiya açılacaq. Ümumilikdə isə işğaldan azad olunmuş ərazilərdə tədqiqatlar aparmaq üçün 10 stansiya qurulacaq” -, Q.Yetirmişli vurğulayıb.
19-04-2023, 16:00
Azərbaycan və İsrail əməkdaşlığı genişləndirirAzərbaycan və İsrail arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq genişlənir. Aprelin 19-da Bakıda keçirilən Azərbaycan-İsrail Birgə Komissiyasının 3-cü iclası çərçivəsində "Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanıb. Sazişi Azərbaycan tərəfdən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, İsrail tərəfdən isə xarici işlər naziri Eli Kohen imzalayıb. Sazişdə ətraf mühitə təsirlərin qiymətləndirilməsi, biomüxtəlifliyin qorunması, xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə olunması, tullantı sularının təmizlənməsi standartları, suyun düzgün idarə edilməsinin ekoloji aspektləri, hava keyfiyyətinin monitorinqi sahəsində əməkdaşlıq məsələləri nəzərdə tutulub. Sazişin imzalanması iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığın genişləndirilməsinə, bu sahədə hüquqi bazanın möhkəmləndirilməsinə və yeni əlaqələrin yaradılmasına öz müsbət töhfəsini verəcək.
19-04-2023, 15:30
Rusiya Qarabağ üzrə üçtərəfli sazişlərin qəbulunu zəruri hesab edir - Peskov"Cənubi Koreya Moskvaya qarşı kifayət qədər qeyri-dost mövqe tutub, hərbi yardımın göndərilməsi ehtimalı bu kursun davamıdır". Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. "Seulun Ukraynaya silah tədarükünə başlaması dolayısı ilə münaqişədə müəyyən mərhələnin başlanması demək olacaq. Rusiya Federasiyası Ukrayna polisinin Kiyev-Peçersk Lavrasına girişi bağlamağa çalışan hərəkətlərini qətiyyətlə pisləyir", - o qeyd edib. "Qarabağla bağlı üçtərəfli sazişlər vəziyyətin həlli üçün yeganə gerçək əsasdır. Rusiya Federasiyası Qarabağ üzrə üçtərəfli sazişlərin qəbulunu mübahisəsiz və zəruri hesab edir", - deyə Peskov əlavə edib. Kreml sözçüsü Rusiyanın Avropadakı obyektlərdə təxribat hazırlaması ilə bağlı Qərb mətbuatının xəbərlərini təkzib edib və Qərb mətbuatının “Şimal axını”nda törədilən terror aktlarının araşdırılması zərurətinə daha çox diqqət yetirməsini təklif edib.
19-04-2023, 15:00
Azərbaycanla İsrail arasında iqtisadi əməkdaşlıq üzrə iclas keçirildiAzərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın iclası keçirilib. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib. Nazir qeyd edib ki, iclasda ikitərəfli iqtisadi əməkdaşlıq üzrə gündəlikdə olan məsələləri nəzərdən keçirilib. Ticarət əlaqələrinin və investisiyaların təşviqi, ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq istiqamətləri, innovativ texnologiyaların tətbiqi, rəqəmsal iqtisadiyyat kimi mövzularda əməkdaşlıq müzakirə edilib.
19-04-2023, 14:30
Çin ABŞ-ı Ukraynadakı münaqişəni alovlandırmaqda ittiham etdi"ABŞ Ukraynadakı münaqişəni qızışdırır, Çin isə həlli üçün sülh planı təklif edir". Bunu Çin hökumətinin Koreya yarımadası üzrə xüsusi nümayəndəsi Liu Şiaminq TASS-a müsahibəsində deyib. "ABŞ Koreya yarımadasındakı eskalasiyada mənfi rol oynayıb. Tayvan Çinin ayrılmaz hissəsidir və heç vaxt dövlət olmayacaq. Tayvan məsələsi xarici qüvvələrə aid deyil və hərbi əməliyyat Pekinin qanuni variantıdır. Çin ABŞ-ın hərəkətlərinə qarşı milli ləyaqət və suverenliyi qətiyyətlə müdafiə edəcək", - deyə o bildirib. "ABŞ üzərində Çinin hava şarı ilə bağlı insident Vaşinqtonun öz uydurmasıdır, Çin cihazın hava məkanına daxil olması barədə dərhal dövlətləri xəbərdar edib", - deyə nümayəndə iddia edib.
19-04-2023, 14:00
Əsir düşən hərbiçilərimizə ailələri ilə əlaqə qurma imkanı yaradılıbBu gün - 19 aprel tarixində BQXK nümayəndələri bu yaxınlarda Ermənistanda saxlanılan iki Azərbaycan vətəndaşına İrəvanda baş çəkiblər. Onlarla təkbətək görüş keçirilib və ailələri ilə "Qızıl Xaç Məktubu" vasitəsilə əlaqə yaratmaq imkanı verilib. Bu barədə BQXK-nin Azərbaycandakı Nümayəndəliyindən məlumat verilib. "Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir, onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nin prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır", - rəsmi açıqlamada bildirilib. Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgərimiz Ermənistanda əsir götürülüb. Sosial şəbəkələrdə Hüseynin ermənilər tərəfindən işgəncələrə məruz qalmasını əks etdirən görüntülər paylaşılıb.
19-04-2023, 13:30
Bakı metrosunda sərnişin ölümüylə nəticələnən hadisə baş veribBakı metrosunda sərnişin dünyasını dəyişib. Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib. Onun sözlərinə görə, "Dərnəgül" - "Həzi Aslanov" marşrutu üzrə hərəkət edən qatarın maşinistinə kişi sərnişinin özünü pis hiss etməsi barədə məlumat verilib. "Dispetçerə daxil olmuş məlumat əsasında sərnişin "Xalqlar dostluğu" stansiyasında düşürülüb, təcili tibbi yardım çağırılıb. Qatardan düşürülənə qədər sərnişin dünyasını dəyişib", - deyə QSC rəsmisi vurğulayıb. Ölüm səbəbi hələlik məlum deyil, araşdırma aparılır.
19-04-2023, 12:00
Sabahın hava proqnozuAzərbaycandan aprelin 20-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Əsasən səhər və axşam bəzi yerlərdə duman olacağı ehtimalı var. Cənub küləyi günün birinci yarısında arabir güclənəcək. Havanın temperaturu gecə 9-12° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə az yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 17-22°, bəzi yerlərdə 26°-dək isti, dağlarda gecə 0-5° isti, gündüz 6-11° isti olacaq.
19-04-2023, 11:30
Ermənistan Hindistanla əməkdaşlığın yeni inkişaf mərhələsinə qədəm qoyurErmənistanın müdafiə naziri Suren Papikyan Hindistanın İrəvandakı fövqəladə və səlahiyyətli səfiri Nilakşi Saha Sinq ilə görüşüb. Bu barədə "Sputnik Armenia" məlumat yayıb. Bildirilib ki, tərəflər müdafiə sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər. "Hindistan-Ermənistan müdafiə əməkaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyub", - deyə görüşdə qeyd olunub.