12-08-2022, 20:16
Rusiya Zaporojyeni partlada bilər - Ukrayna fəlakətlə üz-üzə
"Zaporojye AES-i terrorçular ələ keçiriblər, onlar öz texnikalarını həmin əraziyə aparıblar. Əgər biz indi orada onlarla məsələni həll etməyə başlasaq, ehtimal var ki, stansiyanın partladılmasına qərar verəcəklər". Bunu Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib. “Allah eləməsin, orada hansısa nüvə fəlakəti baş versə, deyə bilərəm ki, bu, Çernobılda baş verənlərdən daha dəhşətli olacaq. Çünki Zaporojye Avropanın ən böyük atom elektrik stansiyasıdır, orada altı nəhəng enerji bloku var”, - Danilov vurğulayıb. Onun sözlərinə görə, indi bütün dünya Rusiya işğalçılarının stansiya ərazisini tərk etməsini və AES-in Ukraynanın nəzarətinə keçməsini tələb etməlidir.
12-08-2022, 20:12
Yeni icra başçısı kollektivə təqdim olundu
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Çingiz oğlu Mürsəlov kollektivə təqdim olunub.
Butov.az xəbər verir ki, yeni icra başçısını kollektivə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə təqdim edib. Təqdimatda Zeynal Nağdəliyev çıxış edib. O, dövlət başçısının tapşırıq və tövsiyyələrini çatdırıb. O.Mürsəlov isə ona göstərilən etimada görə minnətdarlığını bildirib.
12-08-2022, 20:06
Ehtiyatda nə qədər maska qalıb? Cari ilin yanvar-iyul aylarında Azərbaycanda 17,1 milyon maska istehsal edilib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Avqustun 1-nə olan məlumata əsasən, ölkəmizdə hazır məhsul ehtiyatı 6,1 milyon ədəddir.
12-08-2022, 19:36
Britaniya növbəti dəfə Ukraynaya silah göndərdi
"Böyük Britaniya söz verdi, Böyük Britaniya yerinə yetirdi! Yeni M270 MLRS Ukraynaya gəldi". Bu sözləri öz “Twitter” səhifəsində Ukrayna müdafiə naziri Aleksey Reznikov yazıb. O, britaniyalılara dəstəyə görə təşəkkür edib və bunun Ukrayna üçün əhəmiyyətini qeyd edib: "Ukrayna ordusu döyüş meydanında bu silahlardan məharətlə istifadə edir. Əminəm ki, bu hədiyyələrdən tezliklə daha çox gələcək".
12-08-2022, 19:32
Ruslar Zelenskiyə qarşı sui-qəsd hazırlayır
Rusiya tərəfindən Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı sui-qəsd hazırlanır. Bunu Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib. “Avqustun 24-də Ukraynanın Müstəqillik Günündə Rusiyanın ölkəmizə qarşı təxribatlarının baş verməsi mümkündür. Onlar təxribatları hər zaman edirlər. Biz bu planları qabaqlayırıq. Demək olar ki, qarşı tərəfin bütün planları haqqında məlumatımız var”, - Aleksey Danilov vurğulayıb. Qeyd edək ki, müharibə dövründə Zelenskiyə qarşı bir neçə dəfə sui-qəsd cəhdinin qarşısı alınıb.