10-08-2022, 22:56
Kanada XİN başçısından Azərbaycanla bağlı bəyanat
Azərbaycanla əlaqələri möhkəmləndirməyə sadiq olduğumuzu bir daha bəyan edirik. Bunu Kanada xarici işlər naziri Azərbaycanla diplomatik əlaqələrinin qurulmasının 30 illiyi ilə bağlı yaydığı bəyanatda qeyd edib. O bildirib ki, bu gün Azərbaycan ilə diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü tamam olur. “Ölkələrimiz otuz il ərzində beynəlxalq arenada ümumi dəyərləri daha da möhkəmləndirmək üçün güclü işgüzar əlaqələr inkişaf etdiriblər. Biz həm Ukraynaya humanitar yardım göstərməyə kömək edirik, həm də Əfqanıstanda birlikdə işləmişik və bu, ehtiyacı olanlara kömək etmək üçün qarşılıqlı öhdəliyimizə sübutdur. Birləşmiş Millətlər Təşkilatı və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı kimi forumlarda qlobal miqyasda qadınların səlahiyyətlərinin artırılması və ətraf mühitə nəzarətin təşviqində, eləcə də Qafqaz regionunda qaydalara əsaslanan beynəlxalq nizamın və demokratiyanın möhkəmləndirilməsində əməkdaşlıq etmişik. Biz gələcək illərdə bu mühüm dostluğu möhkəmləndirərək daha dərin əlaqələr yaratmağı səbirsizliklə gözləyirik”, - deyə açıqlamada bildirilir.
10-08-2022, 22:53
4 qız dərmandan zəhərləndiGöygöldə zəhərlənmə faktı qeydə alınıb.
Butov.az xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində yerləşən evlərin birində qeydə alınıb. Belə ki, 2010-ci il təvəllüdlü A.Məmmədova, onun həmyaşıdı M.Hacıyeva, Ş.Rüstəmova və K.Hacıyeva zəhərlənmə diqanozu ilə xəstəxanaya yerləşdiriliblər. Qızlara tibbi yardım göstərilib,vəziyyətlərinin ağır olduğu bildirilir. Məlumata görə, qızlar saçlarında bit olduğu üçün mal-qaranın dezinfeksiyasında istifadə edilən "Niastol" adlı kimyəvi preparatı saçlarına vurduqları üçün zəhərləniblər.
10-08-2022, 22:50
Ukraynanın borcları 2024-cü ilə qədər donduruldu
Ukraynanın kreditorları ölkənin avrobond üzrə ödənişlərini 2024-cü ilə qədər dondurmağa razılaşıblar. Ukraynanın xarici borcunun 75%-i avrobondların payına düşür. Bu barədə məlumat Ukrayna Maliyyə Nazirliyinin saytında dərc olunub. “Təklifimizi qəbul etdikləri üçün investorlara minnətdarıq. Rəsmi dövlət sektoru ilə yanaşı, özəl investor icmasının Ukrayna ilə göstərdiyi həmrəylik sayəsində biz müharibə şəraitində ölkənin dövlət büdcəsinin ehtiyaclarını ödəyə və dövlət maliyyəmizin davamlılığını qoruya biləcəyik”, - deyə nazirlikdən bildirilib. "Bloomberg"in verdiyi məlumata görə, Ukraynanın xarici borcu 19,6 milyard dollardır, ödənişlərin dondurulması qərarı Kiyevə 2024-cü ilə qədər borc xidmətində ödənilməli olan 5,8 milyard dollara qənaət etməyə imkan verəcək.