2-08-2022, 21:53
ABŞ Xəzərdə Azərbaycanla tərəfdaşdır - SəfirlikABŞ Xəzər dənizində sərhəd və dəniz təhlükəsizliyi üzrə Azərbaycanla tərəfdaşdır. Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi açıqlama yayıb. “ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Gevara ölkəmizə səfər edən doktor Jaklin Kellon ilə görüşüb. Doktor Kellon Beynəlxalq Təhlükəsizlik və Nüvə silahlarının Yayılmaması üzrə Dövlət Departamentinin İxrac Nəzarəti və Əməkdaşlıq İdarəsinin, İxrac Nəzarəti və Əlaqəli Sərhəd Təhlükəsizliyi (EXBS) Proqramında rəhbərdir. ABŞ Xəzər dənizində sərhəd və dəniz təhlükəsizliyi üzrə Azərbaycanla tərəfdaşdır. Biz Azərbaycanın kütləvi qırğın silahları və narkotik qaçaqmalçılarının qarşısını almaq bacarığını dəstəkləməyə davam edirik”, - səfirlikdən bildirilib.
2-08-2022, 21:51
Lvova raket zərbələri endirildiUkraynanın Lvov vilayətinə raket zərbələri endirilib. Rusiya qoşunlarının atdığı raketlər Çervonoqrad rayonuna düşüb. Bu barədə Lvov Hərbi Vilayət Administrasiyasının rəhbəri Maksim Kozitski məlumat yayıb. “İlkin olaraq raket zərbəsi nəticəsində Çervonoqrad rayonu ərazisində partlayış baş verib”, - deyə Maksim Kozitski bildirib. Hücum nəticəsində itkilər barədə əlavə məlumat verilməyib.
2-08-2022, 21:48
“Qarabağ” klubu ilə bağlı film çəkiləcək
“Qarabağ” futbol klubu ilə bağlı sənədli film hazırlanacaq. Bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib. O bildirib ki, filmdə 30 il müddətində “Qarabağ” klubunun fəaliyyəti və qarşılaşdığı ədalətsizliklər öz əksini tapacaq.
2-08-2022, 21:33
Lavrov Asiya səfərinə çıxdı - Nazirlərlə görüşəcəkRusiyanın xarici işlər naziri Sergey Lavrov Asiyaya səfər edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib. Lavrov avqustun 3-də Myanmaya səfər edərək xarici işlər naziri Vunna Maun Lvinlə danışıqlar aparacaq. Bundan sonra o, Kambocaya uçacaq və orada Rusiya-ASEAN formatında xarici işlər nazirlərinin görüşündə, Şərqi Asiya Sammitində və regional təhlükəsizlik forumunda iştirak edəcək. Zaxarova, həmçinin qeyd edib ki, rusiyalı nazirin səfəri ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi kimi təxribat deyil, əməkdaşlıq üçündür.
2-08-2022, 21:22
Puta Dəniz Limanında gəmi yanırBakı şəhərinin Qaradağ rayonunda Puta Dəniz Limanında gəmidə yanğın olması barədə məlumat daxil olub.
Butov.az xəbər verir ki, məlumat qəbul edildikdən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
2-08-2022, 21:17
"Fəryad 2" filmi ilə bağlı vacib açıqlama"Fəryad 2" filminin prodakşın mərhələsi yekunlaşıb. Bu barədə mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında bildirib. "Mən bu barədə ictimaiyyəti bir az səbrli olmağa çağırıram. Kino qaydalarına görə, biz yeni hazırlanan filmləri festivallara göndəririk. Orada müəyyən rəylər toplandıqdan sonra filmi ictimaiyyətə təqdim edəcəyik", - nazir vurğulayıb.
2-08-2022, 21:08
Baş nazir AzTV ilə bağlı qərar verdi"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin strukturu təsdiq edilib.
Butov.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin strukturu aşağıdakı kimi olacaq:
1. Departamentlər.
2. Direktorluq.
3. Şöbələr.
4. Bölmələr.
2-08-2022, 20:11
Küveyt parlamenti buraxıldıKüveyt parlamenti rəsmi olaraq buraxılıb. Məlumatı “KUNA” dövlət informasiya agentliyi məlumat yayıb. Bildirilib ki, Küveyt vəliəhdi şahzadə Мəşəl əl-Əhməd əl-Caber əs-Sabah parlamenti növbədənkənar seçkilər keçirməyə çağırıb.
2-08-2022, 19:51
İllik su təsərrüfatı balansı təsdiqləndiÖlkə üzrə 2021-ci il üçün illik su təsərrüfat balansı təsdiqlənib. İllik su təsərrüfatı balansı su obyektlərində su ehtiyatlarının mövcudluğunun və onlardan istifadə dərəcəsinin qiymətləndirilməsi məqsədi daşıyır. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Ehtiyatlarının İdarə Edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov bildirib. O qeyd edib ki, respublika üzrə illik su təsərrüfatı balansı son üç ilin faktiki məlumatları, cari ilin gözlənilən, növbəti ilin isə rüblük və illik proqnoz göstəriciləri əsasında tərtib edilir. M.Əbdülhəsənovun sözlərinə görə, torpaqlarımızın işğaldan azad olunması nəticəsində artıq iki ildir ki, ölkə üzrə illik su təsərrüfatı balansında Qarabağın və Şərqi Zəngəzurun su ehtiyatları haqqında məlumatlar da öz əksini tapıb. Nazirlik rəsmisi onu da bildirib ki, respublika üzrə illik su təsərrüfatı balansı su təsərrüfatı sahəsində müasir informasiya sisteminin yaradılmasına mühüm dəstəkdir.
2-08-2022, 19:43
Həsənovla Şoyqu telefonla danışıb Avqustun 2-də Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqunun təşəbbüsü ilə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında telefon danışığı olub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı tərəflər regional təhlükəsizlik, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.