Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
17-07-2022, 08:42
İran admiralı öldü


İran admiralı öldü

İran Hərbi Dəniz Qüvvələrinin yüksək rütbəli zabiti ölüb.
Bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb.
Ali rütbəli zabitin xidməti vəzifələrini yerinə yetirərkən öldüyü bildirilir.
Admiral Beitaleh Devsaların dəfn mərasimi ölkənin şimal sahilindəki Nouşəhr bölgəsində keçiriləcək.
Onun necə öldürüldüyü barədə məlumat verilməyib.

16-07-2022, 21:38
Bayramovdan Tiflis səfəri ilə bağlı paylaşım

Bayramovdan Tiflis səfəri ilə bağlı paylaşım
Gürcüstanın xarici işlər naziri İlya Daçiaşvili ilə görüşmək xoş oldu.
Bunu xarici işlər naziri Ceyhun Bayramov Tvitter hesabında yazıb.
“Azərbaycan-Gürcüstan möhkəm strateji tərəfdaşlığının əhəmiyyəti bir daha vurğulanıb, regionda davamlı sülh və tərəqqiyə nail olmaq üçün göstərilən səylərə görə minnətdarlıq bildirilib”, – C.Bayramov vurğulayıb..
Qeyd edək ki, Ceyhun Bayramovun Tiflis səfəri başa çatıb.
16-07-2022, 00:20
Milli Qəhrəman Polad Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib


Milli Qəhrəman Polad Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib

“İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib.

Ordum.az xəbər verir ki, 7 turdan ibarət turnirdə “İrəli” İctimai Birliyinin, “Ağ At” Şahmat Klubunun nümayəndələri, media təmsilçiləri, habelə 100-ə yaxın gənc iştirak edib.
Turnirin açılış mərasimində çıxış edən “Ağ At” Şahmat Klubunun direktoru, beynəlxalq dərəcəli hakim, Əməkdar məşqçi Ülkər Umudova bildirib ki, hazırda şahmat idman növü gənclərin ən çox marağında olduğu idman növlərindən biridir. Gənclərin hərtərəfli inkişafı istiqamətində keçirilən tədbirlərdə tərəfdaş kimi iştirakdan məmnunluğunu ifadə edən Ülkər Umudova turnir iştirakçılarına uğurlar arzu edib.
“İrəli” İctimai Birliyinin Layihələrlə iş üzrə katibi Raziyə Dadaşzadə çıxışı zamanı diqqətə çatdırıb ki, təşkilat tərəfindən gənclərin intellektual bacarıqlarının möhkəmlənməsi istiqamətində bir sıra layihə və tədbirlər həyata keçirilir. General-mayor Polad Həşimovun xatirəsinə həsr edilmiş şahmat turniri də bu tədbirlər sırasındadır.



Həmçinin qeyd olunub ki, Tovuz döyüşləri 44 günlük Vətən müharibəsinin başlanğıcı kimi xalqımızın yaddaşında silinməz izlər qoyub. İki il bundan öncə baş vermiş Tovuz hadisələrinin ordumuzun gücü, xalqımızın birlik və həmrəyliyinin bariz nümunəsi olduğu vurğulanıb.
Qeyd edək ki, həyata keçirilən turnir olimpiya sisteminə uyğun olaraq təşkil olunub. Turnirdə Amin Qurbanov birinci, Səyyad Əhədli ikinci, Şahin Hacıyev isə üçüncü yerin qalibi olub.


15-07-2022, 20:50
Səfərin uğurlu olsun, yollarına günəş doğsun!


Səfərin uğurlu olsun, yollarına günəş doğsun!

Yoxluğundan doğan qəm-qüssədən sıyrılıb nələrisə qələmə almaq əslində onun həmişə, zaman-zaman boy göstərəcək siqlətindən, böyüklüyündən, tükənməz energetikasından bəhs eləmək imkanı verir. Bu imkandan qədərincə yararlanmaq da olduqca çətin, ağrılı, əzabvericidir. Əməkdar Mədəniyyət işçisi Ənvər Çingizoğlu yaradıcılıq və çoxçalarlı münasibətlər sistemində hələ kəşf olunmadan, tam öyrənilmədən qeybə çəkilən bir ulduz timsalındadır. O, özü ilə haqq dünyasına çəkisi və miqyası ölçüyəgəlməz dərəcədə sirləri də götürüb apardı. Səbirlə, aramla, asta-asta milli-mənəvi dəyərlərimizdən, tarixi keçmişimizdən, etnoqrafik zənginliyimizdən, nəsil-şəcərə müəmmalarından incə, zərif “ xalılar toxuyan”, araşdırmalar aparan yorulmaz sənət adamı hələ bir çox cavabını gözləyən mətləblərə geniş spektrdə işıq salmaq istəyində, niyyətində idi...
Çatdıra bilmədi. Alınmadı. Azad, Müstəqil Azərbaycan, çiçəklənən Qarabağ sevdalısı Ənvər Çingizoğlu 60-ı təzəcə tamamlamışdı ki, ömür qırıldı, tale çırağı qəfildən söndü. Ömür çırağı sönsə də Ənvəri tanıyan, sevən insanların qəlbində onun xatirəsinə, şəxsiyyətinə ehtiram və məhəbbət məşəli alovlandı. Bu sakit, təmkinli və eyni zamanda şux təbiətli insanın yaralı qəlbində nə qədər tükənməz yaradıcılıq və yaşamaq enerjisi vardı...
Hər kitabı çıxdıqca uşaq kimi sevinirdi, bu nəşrləri övladları sanırdı. İndi övladları da, yarımçıq əsərləri də yetim qaldılar, ənvəsizləşdilər. Amma balaları da, biz dostları da, həmkarları və naşirləri, iş yoldaşları da bu gün də, sabah da və həmişə Ənvərin xatirəsi ilə qolboyun, qucaq- qucağayıq.
Tanınmış yazıçı – publisist, şair Əli Rza Xələfli Ənvər müəllimin 60 illik yubileyinə həsr etdiyi yazıda vurğulayırdı;
“ Yüzdən çox kitabı yazıb-yaradan,
Ənvərin sirləri keçən gücü var.
Söz üstündə sözü ağı, qaradan,
Yaxşını yamandan seçən gücü var”.

Müəllifin bu misraları həqiqətən də Ənvər Çingizoğlunun xarakterinə, dünyaya baxışına, elmi axtarışlarına güzgü tutan bədii yanaşma kimi qəbul edilməlidir.
İllər, aylar keçəcək, sıralarımız daha da seyrələcək, ona görə də indi bizə nə qalır; ətrafımızdakı cavanlara deyək, çatdıra bilək ki, Ənvər müəllim sıradan bir qələm adamı deyildi, onun araşdırmaları, etnoqrafik düşüncə və tapıntılarının özü araşdırılıb elmi əsər səviyyəsində işləmək, araya-ərsəyə bir fundamental toplu qoymaq üçün mükəmməl mənbədir.
Jurnalistlər məhəlləsi bu günlər bütövlükdə elə bil küskün, dalğın, gözləri yol çəkən, boynubükük uşaq görkəmindədir. Gözlərimiz daim onun yaşadığı blokun giriş qapısındadır. Elə bilirik ki, möcüzə baş verəcək, qapı açılacaq, ağırtaxtalı kişi ləngərli addımlarla yaxınlaşıb hamımızla xoş-əhvaldan sonra astadan dillənəcək-“ kimin cürəti varsa otursun bir nərd oynayaq”.
Möcüzə baş vermir. Bizim gözlərimiz isə yoldadır. Ənvər Çingizoğlu da ki, lap uzaq səfərə çıxıb. Allahın dərgahına, cənnətə sarı yollanıb.
Səfərin uğurlu olsun!
Əbədiyyətin xeyirə calansın əziz dost, mehriban qonşu, dəyərli qələm yoldaşımız!

Akif Cabbarlı
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!