Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
13-07-2022, 10:06
12-07-2022, 16:03
Ermənistanda təlimə çağırış birmənalı qarşılanmadı


Ermənistanda təlimə çağırış birmənalı qarşılanmadı

Avqustun 1-dən oktyabrın 30-dək Ermənistanda hərbi vəzifəlilərin təlimi keçiriləcək. Hökumətin ehtiyatda olan hərbçiləri üç aylıq təlimlərə çağırması ölkədə birmənalı qarşılanmayıb. Ehtiyatda olan polkovnik Artaşes Mxitaryan deyib ki, 2017-ci ilin noyabrında qəbul edilmiş “Hərbi xidmət haqqında” qanuna əsasən, təlim-məşq toplanışları qısa müddətə keçirilməlidir. Amma indi 3 aylıq müddətdən söhbət gedir:
“Adətən 7-10 günlük müddətlərdə bacarıqların təkmilləşdirilmə məşqləri, yeni silahlarla tanışlıq təlimləri keçirilirdi. Artıq rüblük təlimlər nəzərdə tutulub. Əvvəllər yeni batalyonların formalaşdırılması əməliyyatlarının hazırlanması üçün üç aylıq toplantılar keçirilirdi”.
Polkovnik belə qənaətə gəlib ki, üç aylıq hərbi təlimlər ehtiyatda olanları döyüş növbətçiliyinə cəlb etmək üçün keçirilir.
“Kadr problemi var, Ermənistan Respublikasının cəbhə xətti artıq bir neçə dəfə uzundur. Mövcud qüvvələrlə döyüş növbətçiliyi apara bilmirik, ona görə də bu üç aylıq təlim-məşq toplanışları keçirilir. Avqustun 1-dən etibarən 1400-ə yaxın adam təlimə cəlb ediləcək ki, onların əksəriyyəti motoatıcı bölmələrdə xidmət keçəcək”.
Hökumətin 23 iyun qərarında toplanışa ehtiyatda olan 1444 nəfərin çağırılması nəzərdə tutulur. Onların 1249-u əsgər və praporşik, 65-i böyük praporşik, 130-u zabitdir. Hərbi toplanış Motoatıcı Qoşunları, Mühəndis Qoşunları, Raket-Artilleriya Qoşunları, Kəşfiyyat Qoşunları və Rabitə Qoşunlarını əhatə edəcək.
12-07-2022, 13:28
Baş Qərargah rəisi Şəhid məzarı önündə...

Baş Qərargah rəisi Şəhid məzarı önündə...

İyulun 12-də müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər rəhbər heyəti Tovuz döyüşlərinin ildönümü münasibətilə İkinci Şəhidlər xiyabanını ziyarət ediblər.
Müdafiə Nazirliyindən verilən məlumata görə, əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və ruhlarına dualar oxunub. Sonra 2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısını alarkən canlarını fəda etmiş şəhidlərin, eləcə də xiyabanda dəfn olunan digər şəhidlərimizin məzarları ziyarət edilib, üzərlərinə gül dəstələri düzülüb.
12-07-2022, 13:15
Sabahın hava proqnozu

Sabah 42 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək, şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 22-26° isti, gündüz 33-38° isti olacaq.
Bakıda gecə 23-25° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-60% olacaq.
Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək, şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 8-13° isti, gündüz 25-30° isti olacaq.
12-07-2022, 13:10
İran Rusiyaya PUA göndərəcək

İran Rusiyaya PUA göndərəcək

İran hökuməti silahdaşıma qabiliyyəti olan yüzlərlə PUA-nı Rusiyaya göndərməyə hazırlaşır. Bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib. O, həmçinin bildirib ki, İran Rusiya hərbçilərinə PUA-lardan istifadə etməyi öyrətməyi planlaşdırır.
Bildirilir ki, Rusiya son vaxtlar Ukraynanın şərqində baş verən şiddətli qarşıdurmalarda xeyli sayda əsgər və sursat itirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!