Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
20-06-2022, 04:06
Avropa İttifaqı İlham Əliyevin sülh bəyanatını DƏSTƏKLƏDİ

Avropa İttifaqı İlham Əliyevin sülh bəyanatını DƏSTƏKLƏDİ
Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında sülh səylərini dəstəkləyir.
Bunu təşkilatın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar özünün "Twitter" hesabında yazıb.
O, Azərbaycan Prezidenti İlham Əliyevin IX Qlobal Bakı Forumunda Ermənistanla müsbət dinamikadan sonra sülhü bərqərar etmək, əməkdaşlıq qurmaq və praktiki işə keçməklə bağlı bəyanatını oxumaqdan məmnun olduğunu bildirib.
Klaar Avropa İttifaqının bu prosesi güclü şəkildə dəstəklədiyini vurğulayıb.
19-06-2022, 18:36
İranda hərbi bazaya dron hücumu...

İranda hərbi bazaya dron hücumu...


Tehranın qərbində yerləşən SEPAHA-a məxsus “Şəhid Hemmət” hərbi bazası hücuma məruz qalıb. Bu barədə Küveytin “Əl-Qəbəs" qəzeti məlumat yayıb. Məlumata görə, hadisə cümə günü gecə saatlarında baş verib:
Hücumun hədəfinin ballistik raketlərin və uzaqmənzilli raketlərin layihələndirilməsi və istehsalı ilə məşğul olan tədqiqat mərkəzlərinin olduğu bildirilir. Belə ki, bu yaxınlarda həmin hərbi bazada ballistik raketlərin mühərriki sınaqdan keçirilib. Güman olunur ki, bu hücum İran ərazisindən və adıçəkilən bazadan 10 km məsafədən qalxan dronlar vasitəsilə həyata keçirilib. Ekspertlər hesab edirlər ki, qeyd edilən dronlar xaricdə hazırlanıb, ayrı-ayrı hissələr şəklində gizli yolla İrana keçirilib və ölkədə yığılıb.
Həmçinin, məlumatlı mənbələr xəbər verir ki, şənbə günü İranın müdafiə naziri Məhəmməd Aştitani ciddi təhlükəsizlik tədbirləri altında sözügedən bazaya baş çəkib. Çox güman ki, o, bazaya, xüsusilə onun raket tədqiqat mərkəzlərinə endirilən zərbələri qiymətləndirmək üçün gəlib.

19-06-2022, 17:53

Güneyli məhbusun anası ictimaiyyətə müraciət edib
Güneyli məhbusun anası ictimaiyyətə müraciət edib

Urmulu məhbusun anası Fəridə Məhəmmədi oğlunun həyatının təhlükədə olduğunu bildirir. Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu (Urmiya) şəhərindən olan işçi hərəkatının fəalı Valeh Zamaninin anası Fəridə Məhəmmədi ictimaiyyətə və insan haqları təşkilatlarına müraciət edərək oğlunun həyatının təhlükədə olduğunu deyib və onun azad olunmasına yardım etmələrini istəyib. O, yaydığı müraciətdə oğlunun kəskin qaraciyər xəstəliyi və hepatitdən əziyyət çəkdiyini, ciddi müalicə və dərmanlardan istifadəyə ehtiyacı olduğunu bildirib.
Fəridə Məhəmmədi Valeh Zamaninin bundan bir müddət öncə cərrahi əməliyyat olunduğu üçün davamlı dərman qəbul etməli və həkim nəzarətində saxlanılmalı olduğunu qeyd edib.
Valeh Zamani 15 iyun tarixində ailəsi ilə qısa müddətli telefon danışıı zamanı mayın 30-da İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin əməkdaşları tərəfindən saxlanıldığını, üç gün dindirildikdən sonra Tehranın Evin zindanının 240-cı bölməsinə köçürüldüyünü bildirib.
19-06-2022, 16:47
Erməni əsgər məhv edildi

Erməni əsgər məhv edildi

Ermənistanın müddətli hərbi qulluqçusu Basarkeçər istiqamətində güllə yarasından ölüb. Bu barədə Ermənistan mediası məlumat yayıb.
Bildirilib ki, hadisə dünən, günün ikinci yarısında baş verəb.
“Erməni əsgər “düşmənin” (Azərbaycan Ordusu nəzərdə tutulur – red.) cavab atəşi nəticəsində ölüb”, - məlumatda iddia edilib.
Məlumatı erməni mediası yerli icmaya istinadla yayıb: ölən əsgərin nə ad-soyadı, nə də haradan çağırıldığı haqda məlumat var.
Ermənistan Müdafiə Nazirliyi faktı təsdiqləyib və təfərrüatın bir azdan açıqlanacağını bildirib.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi 17 və 18 iyun gündüz və 19 iyuna keçən gecə Ermənistanın Basarkeçərdə yerləşən bölmələri tərəfindən Kəlbəcər rayonunun atəşə tutulduğu haqda məlumat yayıb.
Onu da vurğulayaq ki, nazir Zakir Həsənov iki gündür Kəlbəcər və Laçın ərazisindədir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!