Bakıda 10 marşrutun hərəkət sxemi dəyişdirilir .....                        Lvovda binalara zərbələr endirilib, yaralananlar var .....                        Bakıda bu YOLLAR BAĞLANACAQ .....                        Salyanda minik və yük avtomobili toqquşub, xəsarət alanlar var .....                        Qazaxda 2 ha qamışlıq yandı-VİDEO .....                        Qəbələdə 50 yaşlı kişi dağlıq ərazidə yıxıldı, FHN köməyə gəldi - VİDEO .....                        Azərbaycan-Portuqaliya oyununun hakimləri açıqlanıb .....                        Zakir Həsənov müalicə olunan hərbi qulluqçuları ziyarət etdi .....                        Rusiyadan 17 milyon dollarlıq şirniyyat alınıb .....                       
4-10-2025, 18:34
Avtomobili avtopilot rejimində idarə edənlər cərimələnəcək


Avtomobili avtopilot rejimində idarə edənlər cərimələnəcək

Son illərdə ölkəmizə xaricdən avtopilot rejimində çalışan bir sıra avtomobillər gətirilir. Bu rejim bir çox sürücülər üçün rahatlıq yaratsa da, avtomobilin tam avtomatik şəkildə, yəni sürücünün müdaxiləsi olmadan idarə olunması müəyyən suallar doğurur. Belə ki, sözügedən məsələ həm təhlükəsizlik, həm də hüquqi baxımdan ciddi müzakirə mövzusudur.
Hüquqşünas, nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, ilk növbədə qeyd etmək lazımdır ki, hazırda Azərbaycanda sükan arxasında sürücünün müdaxiləsi olmadan, tam avtonom rejimdə hərəkət edən avtomobillərin istifadəsi üçün zəruri infrastruktur mövcud deyil.
“Avtopilot sistemlərinin düzgün işləməsi üçün bütün yol nişanları, xətlər, svetoforların qarşısındakı xəttlər, yol ayrıcındakı işarələr və digər yol elementləri ideal vəziyyətdə olmalıdır. Avtomobil proqramlaşdırılmış şəkildə hərəkət edərkən, nişanlara uyğun dayanmalı, dönmə zolaqlarını düzgün təyin etməli, piyadalara və digər nəqliyyat vasitələrinə düzgün şəkildə yol verməlidir”.
Hüquqşünasın sözlərinə görə, hazırda ölkəmizdə bu tip dəqiq və kompleks infrastruktur mövcud olmadığından, avtopilot rejimində olan avtomobillərin sürücü müdaxiləsi olmadan istismarı həm praktiki, həm də təhlükəsizlik baxımından mümkünsüzdür:
“Belə şəraitdə avtomobilin hansı istiqamətə hərəkət etməli olduğunu və harada dayanmalı olduğunu düzgün müəyyənləşdirməsi çətinləşir ki, bu da həm sərnişinlərin, həm də digər yol hərəkəti iştirakçılarının həyatı üçün təhlükə yarada bilər”.
Ərşad Hüseynov həmçinin məsələyə hüquqi baxımdan da aydınlıq gətirib:
“Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, hər bir avtomobilin sükanı arxasında sürücü olmalı və o, nəqliyyat vasitəsinə nəzarət etməlidir. Qanun tələb edir ki, sürücü ən azı bir əli ilə sükanı tutmalı və idarəetməni itirməməlidir. Bu baxımdan sözügedən norma avtomobilin tam avtonom rejimdə, yəni sürücünün tamamilə müdaxiləsi olmadan idarə olunmasını qadağan edir”,- deyə o əlavə edib.
4-10-2025, 17:38
Bakı İqlim Həftəsi başa çatdı - Nələr müzakirə edildi?


Bakı İqlim Həftəsi başa çatdı - Nələr müzakirə edildi?

London İqlim Fəaliyyəti Həftəsi ilə tərəfdaşlıq çərçivəsində təşkil olunan ikinci Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW) 3000-ə qədər iştirakçını cəlb edən intensiv həftəlik proqramla başa çatıb.
Həftə çərçivəsində keçirilən tədbirlərdə 25 ölkədən olan hökumət nümayəndələri, parlament üzvləri, alimlər, biznes və qadın liderlər, gənc iqlim fəalları və çoxtərəfli təşkilatların təmsilçiləri iştirak ediblər.
Tədbir bir daha Azərbaycanın qlobal iqlim dialoqunun mərkəzində olduğunu göstərdi. Paytaxtın 8-dən çox məkanında keçirilən 46 tədbir və sessiya, 30-dan çox mövzunu əhatə etməklə, hökumət nümayəndələrini, sabiq baş nazirləri və prezidentləri, parlament üzvlərini, alimləri, biznes və qadın liderləri, gənclər hərəkatlarını, iqlim çempionlarını, Birləşmiş Millətlər Təşkilatı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Braziliyanın Kiçik və Orta Biznesə Dəstək Agentliyi (SEBRAE), Avropa Yenidənqurma və İnkişaf Bankı kimi beynəlxalq təşkilatları bir araya gətirdi. Məqsəd Braziliyada baş tutacaq COP30-a aparan yolda dialoqu gücləndirmək və prosesə təkan vermək idi.
İqlim Həftəsinə Afrika, Asiya, Avropa və Amerikanın 25-dən çox ölkəsini təmsil edən spiker və iştirakçının qatılması həftənin beynəlxalq miqyasını nümayiş etdirdi. Mövzuların genişliyi isə iqlim böhranının mürəkkəbliyini bir daha əks etdirdi. İqlim maliyyələşməsi və hesabatlılıq – ədalətli keçid üçün resursların səfərbər olunması mexanizmlərinin müzakirəsi; Enerji keçidi və mobillik – bərpaolunan enerji, innovasiya və şəhər səviyyəsində həllər; Adaptasiya və dayanıqlılıq – iqlim riskləri ilə mübarizədə bölgələrarası təcrübə mübadiləsi; Qida sistemləri və dairəvi iqtisadiyyat – davamlı istehlak və istehsal yollarının öyrənilməsi; Gender və liderlik – qadınların iqlim siyasəti və fəaliyyətində liderliyə təşviqi və s.
İqlim Həftəsi çərçivəsində iqlim dayanıqlığı üçün institutların gücləndirilməsi, yaşıl tikinti, iqlimə davamlı aqrobiznes, yaşıl keçid və dayanıqlı moda mövzularına həsr olunmuş dəyirmi masalar təşkil olundu. Həftə ərzində ilk dəfə COP29 Dayanıqlılıq Hesabatı təqdim edildi və Azərbaycan Universitetlərinin İqlim Şəbəkəsi təsis olundu.
Gənclər seqmenti çərçivəsində Gənclər İqlim Forumu, gənc rəssamların və startapçıların daha yaşıl dünya üçün baxışlarını təqdim etdiyi “Planet üçün İncəsənət və İnnovasiya” sərgisi, tələbələri yaşıl iqtisadiyyat imkanları ilə birləşdirən Davamlı Karyera Sərgisi, həmçinin uşaqlar arasında ekoloji məlumatlılığı və inklüzivliyi artırmağı hədəfləyən “Kiçik İqlim Çempionları” tədbirləri keçirildi.
BCAW 2025 Rio İqlim Fəaliyyəti Həftəsindən sonra və COP30-dan əvvəl keçirildi, beləliklə Rio-Bakı-Belem xəttinin qlobal iddiaları necə formalaşdırdığı nümayiş olundu. Gələn ay COP sədrliyini Braziliyaya təhvil verəcək Azərbaycan üçün bu həftə sadəcə dialoq meydanı deyil, həm də iqlim mirasını möhkəmləndirmək üçün bir fürsət oldu.
4-10-2025, 17:23
Tələbələrə nə qədər Prezident təqaüdü veriləcək? - MƏBLƏĞ


Tələbələrə nə qədər Prezident təqaüdü veriləcək? - MƏBLƏĞ

Prezident İlham Əliyev 2025–2026-cı tədris ilində ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. 102 tələbəyə təqaüd təyin edilib.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.
Prezident təqaüdü cari tədris ilinin birinci semestri üçün təyin olunur və bu müddətdən sonra həmin gənclərə təqaüdün verilməsinin davam etdirilməsi haqqında qərar onların təhsildəki göstəricilərinə uyğun olaraq ali təhsil müəssisəsinin təqdimatı əsasında Elm və Təhsil Nazirliyi tərəfindən qəbul edilir.
Qeyd edək ki, Prezidentin bu il imzaladığı Fərmana əsasən, ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği 270 manatdan 350 manata çatdırılıb.
4-10-2025, 16:59
Cəbrayılda Şəhər günü qeyd edildi - FOTO


Cəbrayılda Şəhər günü qeyd edildi - FOTO

İşğaldan azad olunmuş Cəbrayıl şəhərində artıq ikinci ildir ki, sakinlər Şəhər Gününü öz doğma yurdlarında bayram əhval-ruhiyyəsi ilə təntənəli şəkildə qeyd edirlər.
Tədbirin əvvəlində rayonun qədim və müasir tarixini, mədəni irsini əks etdirən foto və interaktiv sərgi nümayiş etdirilib, həmçinin, şəhərin balaca sakinləri üçün “face art” / feys art və interaktiv əyləncəli oyunlar təşkil edilib.
Tədbirin davamı olaraq, incəsənət xadimləri konsert proqramı ilə çıxış edərək şənliyə toplaşanlara xoş ovqat bəxş ediblər.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, mədəniyyət nazirinin müavini Murad Hüseynov, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Növrəs Cəfərov, şəhər ziyalıları, ictimaiyyət nümayəndələri şəhər gününə həsr olunmuş tədbirdə iştirak ediblər.
Qeyd edək ki, Cəbrayıl şəhəri 44 günlük Vətən müharibəsi zamanı 2020-ci il oktyabrın 4-də işğaldan azad edilmişdir. Prezident İlham Əliyevin Vətən müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirmək məqsədi daşıyan 31 iyul 2023 -cü il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına əsasən, 4 Oktyabr – Cəbrayıl Şəhəri Günü kimi hər il təntənəli şəkildə qeyd edilir.





4-10-2025, 16:52
Gürcüstanda bu partiyalar ləğv ediləcək


Gürcüstanda bu partiyalar ləğv ediləcək

Gürcüstanda ekstremist hesab olunan siyasi partiyalar ləğv olunacaq. Artıq onların konstitusiyaya zidd elan edilməsi üçün iddia hazırlanır.
Bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.
Onun sözlərinə görə, konstitusiya iddiası parlamentin müvəqqəti istintaq komissiyasının hesabatı əsasında tərtib olunacaq.
Papuaşvili deyib ki, bütün ölkələrdə ekstremizmlə mübarizədə tətbiq olunan qanunvericilik alətləri istifadə edilməlidir.
“Xatırladım ki, Almaniyada bu yaxınlarda ekstremist təşkilat ləğv olunub. Müxtəlif ölkələrdə bu cür partiyalar qadağan edilir. Bu yaxınlarda Moldovada bir partiya ləğv olunub. Demokratiya özünü antidemokratlardan və demokratiyanın düşmənlərindən qorumalıdır” – deyə Papuaşvili vurğulayıb.
Müvafiq iddianın ölkənin Konstitusiya Məhkəməsinə bu ay təqdim olunacağı bildirilib.
4-10-2025, 16:44
Ayxan Abbasovu U-21-də kim əvəz edir?


Ayxan Abbasovu U-21-də kim əvəz edir?

Bir neçə gün əvvəl futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi təyin olunan Ayxan Abbasovun U-21-dəki vəzifəsinin kimə həvalə olunduğu bilinib.
Bununla bağlı AFFA məlumat yayıb.
Bildirilib ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçi vəzifəsi müvəqqəti olaraq Rəşad Eyyubova həvalə olunub. Fərid Namazov isə köməkçi məşqçi kimi fəaliyyət göstərəcək.
4-10-2025, 16:33
Millimiz Rusiyaya uduzdu


Millimiz Rusiyaya uduzdu

Azərbaycanın U-16 millisi III MDB Oyunlarında gümüş medalla kifayətlənib.
Aqil Nəbiyevin rəhbərlik etdiyi komanda Qəbələ şəhər stadionunda keçirilən finalda Rusiya yığması ilə üz-üzə gəlib.
Matçın əvvəlində üstün oyun nümayiş etdirən kollektivimiz 2:0 hesabı ilə önə keçsə də, üstünlüyünü qoruya bilməyib. İkinci hissədə ardıcıl 3 qol buraxan U-16 komandamız görüşdən məğlub ayrılıb. Azərbaycan millisinin heyətində Əli Bəşirov hər iki qola imza ataraq dubl edib.
Qeyd edək ki, yığmamız qrup mərhələsində Tacikistanı 1:0, Qırğızıstanı isə 4:0 hesabı ilə məğlub etmişdi.
4-10-2025, 16:23
İsrail tərəfindən saxlanılan fəallar Türkiyəyə qayıdır


İsrail tərəfindən saxlanılan fəallar Türkiyəyə qayıdır

İsraildə saxlanılan “Sumud” donanmasının fəallarını daşıyan "Turkish Airlines"ın xüsusi reysi Türkiyəyə yola düşüb.
Bu barədə TRT Haber məlumat yayıb. Bildirilir ki, təyyarə yaxın saatlarda İstanbula çatacaq.
Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, təyyarədə ümumilikdə 137 fəal var. Onlardan 36-sı Türkiyə vətəndaşıdır. Digərləri isə ABŞ, BƏƏ, Əlcəzair, Mərakeş, İtaliya, Küveyt, Liviya, Malayziya, Mavritaniya, İsveçrə, Tunis və İordaniya kimi ölkələrdən olan iştirakçılardır.
Son günlər “Sumud” adlı humanitar flotiliya ətrafında Şərqi Aralıq dənizində gərginlik artıb. İsrail Hərbi Dəniz Qüvvələri Qəzza sahillərinə istiqamətlənən bir neçə gəmiyə müdaxilə edib və onların “mövcud dəniz blokadasını pozduğunu” bəyan edib.
Təşkilatçılar isə bildirirlər ki, İsrail qüvvələri flotiliyanın gəmilərinə qarşı “aqressiv tədbirlər” həyata keçiriblər.
Flotiliyanın sonuncu gəmisi İsrail tərəfinin xəbərdarlıqlarına baxmayaraq, Qəzza istiqamətində hərəkətini davam etdirib, lakin beynəlxalq sularda saxlanılıb. Missiyanın iştirakçıları arasında bir çox ölkələrdən olan siyasi xadimlər və fəallar yer alır. Onlar aksiyanın tamamilə dinc və humanitar məqsəd daşıdığını vurğulayırlar.
4-10-2025, 16:20
Tbilisidə ailə faciəsi - Ata-ana və övladları binadan yıxılıb öldü


Tbilisidə ailə faciəsi - Ata-ana və övladları binadan yıxılıb öldü

Gürcüstanın paytaxtı Tbilisidə üç nəfərin meyiti aşkarlanıb.
Tapılan meyitlərin ata-ana və onların övladları olduğu bildirilir.
Məlumata görə, ailənin ölümünə səbəb yaşayış binasının yuxarı mərtəbəsindən yıxılma olub.
Hadisənin ötən gecə baş verdiyi qeyd edilib.
Faktla bağlı intihar və digər versiyalar üzrə araşdırma aparılır.
4-10-2025, 16:14
Baş nazir Azərbaycanla bağlı zarafat etdi: ölkəsində qalmaqal yarandı


Baş nazir Azərbaycanla bağlı zarafat etdi: ölkəsində qalmaqal yarandı

Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin 7-ci Zirvə toplantısı çərçivəsində Albaniyanın Baş naziri Edi Ramanın Azərbaycanla bağlı zarafatı onun ölkəsinə müzakirələrə səbəb olub.
O, ABŞ Prezidenti Donald Trampın Ermənistan- Azərbaycan sülhü barədə danışarkən səhvən Albaniya-Azərbaycan deməsi barədə Fransa Prezidenti Makronla zarafatlaşıb.
Edi Rama Trampın səhvən "Albaniya və Azərbaycan arasında münaqişə" dediyini nəzərə alaraq Makrona zarafatla deyir ki, siz Azərbaycan və Albaniyanı da təbrik etməlisiniz.
Edi Rama sosial şəbəkə hesabında Azərbaycanla bağlı söylədiyi zarafatın mətbuatda fərqli təqdim olunmasından narazılığını bildirib. Onun sözlərinə görə, jurnalistlər “dostluq ruhunda deyilmiş ifadəni” kontekstdən çıxarıb “siyasi qalmaqala” çeviriblər.
Rama qeyd edib ki, “müasir mediada "viral" anlayışı çox asanlıqla reallığı təhrif edə bilir”:
“Yaxşı əhvalda, dostluq şəraitində deyilmiş ifadə birdən-birə onlarla ölkənin iştirak etdiyi sammitin əsas başlığına çevrilir, əsas məzmun isə diqqətdən kənarda qalır”.
Baş nazir əlavə edib ki, o, Kopenhagendə keçirilən Avropa Siyasi Birliyi sammitində Prezident İlham Əliyev və Fransa Prezidenti Emmanuel Makronla görüşü zamanı ABŞ-ın sabiq prezidenti Donald Trampın məşhur “dil sürüşmə”sini xatırladıb:
“Tramp bir dəfə zarafatla demişdi ki, hətta Albaniyaya da Azərbaycanla sülh bağlamaq nəsib olub. Mən sadəcə həmin ifadəyə istinad etdim. Bu, sadəcə dostyana bir replikaydı”.
Rama vurğulayıb ki, hadisəni “siyasi təqibə çevirmək ədalətsizlikdir”:
“Bu, sadəcə gülməli bir an idi. Amma əgər kimsə bunu tirajlayırsa, bunda qorxulu heç nə yoxdur. Sadəcə, bunu təhrif edib sensasiyaya çevirmək düzgün deyil”.
Sonda o, Donald Trampı “Qərbdə "sülh" anlayışını yenidən gündəmə gətirən lider” kimi dəyərləndirib və qeyd edib ki, “Tramp qısa müddətdə bir çoxlarının bacarmadığını edib və hələ də bu istiqamətdə çalışır”.


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!