Bakıda 10 marşrutun hərəkət sxemi dəyişdirilir .....                        Lvovda binalara zərbələr endirilib, yaralananlar var .....                        Bakıda bu YOLLAR BAĞLANACAQ .....                        Salyanda minik və yük avtomobili toqquşub, xəsarət alanlar var .....                        Qazaxda 2 ha qamışlıq yandı-VİDEO .....                        Qəbələdə 50 yaşlı kişi dağlıq ərazidə yıxıldı, FHN köməyə gəldi - VİDEO .....                        Azərbaycan-Portuqaliya oyununun hakimləri açıqlanıb .....                        Zakir Həsənov müalicə olunan hərbi qulluqçuları ziyarət etdi .....                        Rusiyadan 17 milyon dollarlıq şirniyyat alınıb .....                       
21-09-2025, 21:28
Bu ilin ikinci Günəş tutulması başlayıb


Bu ilin ikinci Günəş tutulması başlayıb

Sentyabrın 21-də saat 21:29-da ilin ikinci Günəş tutulması başlayıb. Bu, qismən Günəş tutulmasıdır.
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, tutulma hadisəsi sentyabrın 22-si saat 01:53-də sona çatacaq. Tutulmanın maksimumu sentyabrın 21-i saat 23:43-də olacaq.
Tutulma hadisəsi Sakit okean, Yeni Zelandiya və Antarktidada görünəcək, lakin Azərbaycan ərazisindən müşahidə olunmayacaq.
21-09-2025, 21:08
Taliban Trampa cavab verdi: “20 il də döyüşə hazırıq!”


Taliban Trampa cavab verdi: “20 il də döyüşə hazırıq!”

ABŞ Prezidenti Donald Tramp yenidən Əfqanıstanın gündəminə çevrilib. O, Baqram hərbi bazasının ABŞ-a qaytarılmasını tələb edib və əks halda “pis şeylərin baş verəcəyini” deyib. O, bu sözləri həm sosial şəbəkədəki hesabında, həm də Ağ Evin qarşısında jurnalistlərə açıqlamasında səsləndirilib.
Tramp bazanı “dünyanın ən güclü hərbi obyektlərindən biri” adlandırıb və onun “Çinin nüvə silahı istehsal etdiyi bölgəyə cəmi bir saatlıq məsafədə” yerləşdiyini vurğulayıb. O, həmçinin keçmiş prezident Co Baydeni ABŞ qoşunlarını 2021-ci ildə Əfqanıstandan çıxardığına görə sərt tənqid edib.
"The Wall Street Journal"ın məlumatına görə, hazırda Vaşinqton Kabil ilə bazada kiçik ABŞ kontingentinin yerləşdirilməsi üçün danışıqlar aparır.
Taliban bu bəyanata sərt reaksiya verib.
Hərəkatın yaydığı rəsmi açıqlamada ABŞ-a “realizm və rasional siyasət” yürütmək tövsiyə olunub və Dohadakı razılaşmanı xatırladaraq Vaşinqtonun “Əfqanıstanın daxili işlərinə qarışmamaq” öhdəliyinə sadiq qalmalı olduğu bildirilib.
“Əgər ABŞ Bagram bazasına qayıtmağa cəhd etsə, biz daha 20 il döyüşməyə hazırıq”, - Əfqanıstan müdafiə naziri Məhəmməd Yaqub Mücahid bildirib.
Taliban sözçüsü Zabihullah Mücahid də ABŞ hərbi iştirakının qəbuledilməz olduğunu deyib və illərlə davam edən müharibəni xatırladıb.
Xatırladaq ki, Baqram bazası Kabildən 60 km məsafədə yerləşir və 1950-ci illərdə inşa edilib. Sovet işğalı dövründə SSRİ-nin əsas hava bazası olub, daha sonra ABŞ-ın Əfqanıstandakı əməliyyatlarının mərkəzinə çevrilib. 2012-ci ildə buradan 100 mindən çox ABŞ hərbçisi keçib. Hal-hazırda baza Əfqanıstan Müdafiə Nazirliyinin idarəsindədir.
21-09-2025, 20:37
Ordubada 19 sm qar yağıb


Ordubada 19 sm qar yağıb

Naxçıvan Muxtar Respublikasının yüksək dağlıq ərazilərinə qar yağmağa davam edir.
Bununla bağlı görüntüləri “Nuhçıxan” paylaşıb.
Məlumata görə, Ordubad rayonunun 3500-3900 metr yüksəkliklərində qarın hündürlüyü 19 santimetrə çatıb.
21-09-2025, 19:20
Londona uçan təyyarə Bakıda təcili eniş etdi


Londona uçan təyyarə Bakıda təcili eniş etdi

"EVA Air" aviaşirkətinə məxsus və Banqkok-London marşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib.
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidməti məlumat verilib.
Bildirilib ki, buna səbəb göyərtədəki sərnişinlərdən birinin səhhətində yaranmış kəskin problem olub:
"Boeing 777 tipli təyyarə yerli vaxtla saat 17:44-da Bakı hava limanına uğurla eniş edib. Sərnişinə dərhal yerində tibbi yardım göstərilib. Hazırda zəruri tibbi qiymətləndirmə aparılır və sərnişinin vəziyyətinə nəzarət davam etdirilir".
21-09-2025, 18:15
Suriya ilə danışıqlarda irəliləyiş var - Netanyahu


Suriya ilə danışıqlarda irəliləyiş var - Netanyahu

İsrailin Baş naziri Benyamin Netanyahu Suriyanın yeni rəhbərliyi ilə aparılan danışıqlarda müəyyən irəliləyiş olduğunu bildirib.
Bu barədə məlumatı baş nazirin ofisi yayıb.
Netanyahu həftəlik hökumət iclasında çıxış edərək deyib:
“Livanda '"Hizbullah" üzərində qazandığımız qələbə bizə heç xəyal etmədiyimiz imkanlar açdı, o cümlədən şimal qonşularımızla sülh imkanı əldə etdik. Biz suriyalılarla danışıqlar aparırıq və müəyyən irəliləyiş var”.
21-09-2025, 18:03
Polşa ilə döyüşmək istəmirik - Xrenin


Polşa ilə döyüşmək istəmirik - Xrenin

Belarus tərəfi Polşa ilə münasibətlərdə gərginliyin azaldılmasında maraqlıdır və qonşuları ilə döyüşmək istəmir.
Bunu Belarus müdafiə naziri Viktor Xrenin deyib.
“Biz görürük ki, Polşa hərbçilərinin hərəkət kursu siyasi rəhbərliyin sözlərindən bir qədər fərqlidir. Təbii ki, biz hərbi gərginliyin, xüsusən də müharibə ilə bağlı gərginliyin azalmasında maraqlıyıq. Polşa bizim qonşumuzdur. Prezidentimizin dediyi kimi, siz qonşularınızı seçmirsiniz. Biz onlarla döyüşmək istəmirik”, - Xrenin bildirib.
21-09-2025, 11:21
Gürcüstan Prezidenti ABŞ-yə getdi


Gürcüstan Prezidenti ABŞ-yə getdi

Gürcüstan Prezidenti Mixail Kavelaşvili Amerika Birləşmiş Ştatlarına səfər edib.
O, Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edəcək.
Səfər çərçivəsində yüksək səviyyəli ikitərəfli görüşlər planlaşdırılıb. Mixail Kavelaşvili həmçinin BMT-nin Baş katibi Antoniu Quterreşlə görüşəcək.
Gürcüstan Prezidenti ABŞ Prezidenti Donald Tramp və xanımı Melaniya Trampın Baş Assambleyada iştirak edən nümayəndə heyətlərinin rəhbərləri üçün təşkil etdikləri rəsmi qəbula da qatılacaq.
Mixail Kavelaşvilinin ABŞ səfəri 21–26 sentyabr tarixlərini əhatə edəcək.
21-09-2025, 11:17
Rusiya Ukraynanın 19 PUA-sını vurdu


Rusiya Ukraynanın 19 PUA-sını vurdu

Rusiya hava hücumundan müdafiə sistemləri gecə ərzində Ukraynaya məxsus 19 pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlikdən verilən məlumata görə, PUA-lar Krım, Bryansk, Kursk vilayətləri və Qara dəniz üzərində aşkarlanaraq məhv edilib.
21-09-2025, 11:02
Peruda etirazçılarla polis arasında toqquşma


Peruda etirazçılarla polis arasında toqquşma

Peruda etiraz aksiyası zamanı kütləvi iğtişaşlar baş verib.
Bu barədə AFP məlumat yayıb.
Perunun paytaxtı Limada gənclər "Z nəsli prezident Dina Boluarteyə qarşı" şüarı ilə etiraz aksiyası keçirib.
Hökumət və parlament qərarlarında şəffaflıq tələb edən etirazçılar pensiya islahatını rədd ediblər.
Qarşıdurma zamanı etirazçılar hökumət binalarını ələ keçirməyə cəhd ediblər. Polis gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib. Həbslər və yaralananlar olub.
Xatırladaq ki, sentyabrın əvvəlində Nepalda "Z nəsli inqilabı" baş verib. Kütləvi iğtişaşlar ölkədə əsas sosial media və media vasitələrinə məhdudiyyətlər qoyulduqdan sonra başlayıb.
Aksiyalar zamanı Baş Prokurorluq və paytaxtın rayon məhkəməsi hücuma məruz qalıb. Etirazçılar maliyyə naziri Prasad Paudalı döyüblər, sonra isə keçmiş baş nazir Şer Bahadur Deubanın evinə soxulublar. O, Xarici İşlər Nazirliyinin rəhbəri olan həyat yoldaşı Arzu Rana Deuba ilə birlikdə döyülüb.
21-09-2025, 10:37
"Formula 1": Bakıdakı sıralama turunda yeni rekord


"Formula 1": Bakıdakı sıralama turunda yeni rekord

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin sıralama turunda yeni rekord qeydə alınıb.
Çətin hava şəraiti və pilotların səhvləri nəticəsində sessiya dəfələrlə dayandırılıb və ümumilikdə altı dəfə qırmızı bayraq qaldırılıb.
Sürücülərin mübarizəsi təxminən iki saat çəkib.
Beləliklə, Bakıdakı sıralama turu San Paulo (2023) və İmola (2022) sessiyalarındakı beş qırmızı bayrağı geridə qoyaraq "Formula 1"in tarixinə düşüb.
Qeyd edək ki, Azərbaycan Qran-prisində əsas yarış bu gün saat 15:00-da start götürəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!