"Neftçi" "Karvan-Yevlax"a qalib gəldi .....                        Vətən müharibəsi iştirakçısı vəfat etdi - FOTO .....                        Azyaşlı qıza qeyri-etik hərəkətlər edənlər həbs olundu .....                        13 yaşlı qız dəm qazından boğularaq öldü .....                        Keçmiş məcburi köçkünləri sevindirəcək xəbər .....                        Türkiyə ərazisinə daha bir PUA düşdü .....                        Kərkicahana ilk qayıdış - 30 ailəyə evlərin açarları təqdim edildi .....                        Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi - RƏSMİ .....                        Qəzaya düşən Türkiyə təyyarəsinin “qara qutu”su araşdırılır .....                       
25-05-2025, 12:01
Ceyhun Bayramovun Andrey Sibiqa ilə təkbətək görüşdü


Ceyhun Bayramovun Andrey Sibiqa ilə təkbətək görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə təkbətək görüşü başlayıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" səhifəsində məlumat yayıb.
Nazirlər ikitərəfli əməkdaşlıq, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər barədə müzakirə aparacaqlar.
25-05-2025, 11:48
Ukraynanın xarici işlər naziri İlham Əliyevin qəbulunda - FOTO


Ukraynanın xarici işlər naziri İlham Əliyevin qəbulunda - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də Ukraynanın xarici işlər naziri Andrey Sibiqanı qəbul edib.
Andrey Sibiqa Ukrayna Prezidenti Volodimir Zelenskinin salamlarını dövlətimizin başçısına çatdırdı. Qonaq Azərbaycan dövləti tərəfindən Ukraynaya göstərilən humanitar yardımlara görə təşəkkürlərini bildirdi, xüsusilə İrpen şəhərində həyata keçirilən layihələrin əhəmiyyətini vurğuladı.
Andrey Sibiqa Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə göstərdiyi dəstəyə görə bir daha minnətdarlığını ifadə etdi.
Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidentinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Volodimir Zelenskiyə çatdırmağı xahiş etdi.
Dövlətimizin başçısı Azərbaycan tərəfindən Ukraynaya humanitar yardımın bundan sonra da davam etdiriləcəyini bildirdi.
Söhbət zamanı Azərbaycanın və Ukraynanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədikləri qeyd olundu.
Ölkələrimiz arasında energetika, bərpaolunan enerji, nəqliyyat, ticarət, kənd təsərrüfatı sahələrində əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

***

10:19

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukraynanın xarici işlər naziri Andrey Sibiqanı qəbul edib.
Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.



25-05-2025, 11:16
Ukraynaya kütləvi hücum - 8 ölü


Ukraynaya kütləvi hücum - 8 ölü

Rusiya Ordusunun Ukraynaya kütləvi raket və pilotsuz uçuş aparatları (PUA) ilə hücumu nəticəsində ölənlər var.
Kiyev vilayətinə raket və PUA zərbələri nəticəsində 3 nəfər ölüb.
Nikolayev vilayətində 1 nəfər, Xmelnits vilayətində isə 4 nəfər ölüb.
25-05-2025, 00:27
"Qalatasaray" səfərdə qələbə qazandı


"Qalatasaray" səfərdə qələbə qazandı

Türkiyə Superliqasının 37-ci həftəsində artıq çempionluğunu elan edən "Qalatasaray" səfərdə "Göztepe" ilə qarşılaşmadan 0:2 hesablı qələbə ilə ayrılıb.
"Gürsel Aksel" stadionunda keçirilən görüşün ilk hissəsində qapılara qol vurulmayıb və ilk 45 dəqiqə 0:0 hesablı bərabərliklə yekunlaşıb.
"Qalatasaray" 70-ci dəqiqədə qazandığı cərimə zərbəsini qola çevirib. Kaan Ayxan gözəl zərbə vuraraq komandasını önə keçirib.
Daha bir qol matçın əlavə vaxtında vurulub. 90+1-ci dəqiqədə Alvaro Morata fərqi artırıb.
Bununla da, "Qalatasaray" liqadakı qələbə seriyasını 7 oyuna çatdıraraq, hesabına üç xal əlavə edib. Bu nəticə ilə sarı-qırmızılılar xallarını 92-yə yüksəldib. Üç həftədir qalib gələ bilməyən "Göztəpə" 47 xalla 8-ci pillədə qalıb.
Superliqanın son həftəsində "Qalatasaray" öz meydanında "Başakşəhər"i qəbul edəcək.
24-05-2025, 23:11
O da Ankarada Suriya lideri ilə görüşdü


O da Ankarada Suriya lideri ilə görüşdü

ABŞ-nin Türkiyədəki səfiri, Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak bu ölkənin Prezidenti Əhməd əl-Şara ilə görüşüb.
T.Barak bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Barak görüş zamanı qeyd edib ki, ABŞ-nin Suriyaya qarşı sanksiyalarının bu yaxınlarda ləğvi Vaşinqtonun regiondakı tərəfdaşlarına ölkəyə humanitar və maliyyə yardımı, eləcə də enerji resursları təqdim etməyə imkan verəcək.
O vurğulayıb ki, ABŞ administrasiyası Suriya hakimiyyətindən İŞİD terror qruplaşması ilə mübarizəni davam etdirəcəyini gözləyir.
“Mən, həmçinin ABŞ Prezidenti Donald Trampın xarici terrorçu döyüşçülər, İŞİD-ə qarşı mübarizə səyləri, İsraillə əlaqələr, Suriyanın şimal-şərqindəki düşərgələr və saxlama mərkəzləri ilə bağlı qaldırdığı məsələlərdə əhəmiyyətli addımlar atdığı üçün prezident əl-Şaraya təşəkkür etdim”, - Barak yazıb.
24-05-2025, 22:24
74 yaşlı qadının əl-ayağını bağlayıb başına kisə keçirdilər


74 yaşlı qadının əl-ayağını bağlayıb başına kisə keçirdilər

Bu gün səhər saatlarında Gədəbəy rayonunun Kələman kəndində quldurluq hadisəsi baş verib.
Saat 06 radələrində naməlum şəxs və ya şəxslər kənddə tənha yaşayan 1951-ci il təvəllüdlü Zeynəb Nağıyevanın evinə daxil olublar.
Qadının başına un kisəsi keçirilərək, ona küt alətlə zərbələr endirilib və evdəki pulların yerini deməsi tələb edilib. Z.Nağıyevaya məxsus 6 min manat və pensiya kartından çıxardığı məbləğ götürülüb.
Kənd sakinləri 74 yaşlı qadını əl-ayağı bağlı başına kisə keçirilmiş formada aşkar edərək hüquq-mühafizə orqanlarına məlumat veriblər.
Onurğa sümüyünün və qabırğaların sınığı, kəllə-beyin travmaları alan ahıl qadın Gəncədəki xəstəxanaya aparılıb.
DİN in Mətbuat Xidmətinin Gəncə regional qrupunun inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, hadisə ilə bağlı araşdırmalar aparılır. Araşdırmaların nəticəsi barədə ətraflı məlumat veriləcək.
Qeyd edək ki, Z.Nağıyevanın müharibə veteranı olan oğlu vəfat edəndən sonra o, tənha yaşayırmış.
24-05-2025, 22:11
Qatarın qarşısına qəfil çıxan şəxs yaralandı


Qatarın qarşısına qəfil çıxan şəxs yaralandı

Bu gün axşam saatlarında Zabrat 2 - Sabunçu sahəsində hərəkətdə olan qatarın qarşısına qəflətən bir nəfər çıxıb.
Bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən bildirilib.
Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub. Ərazidəki əməkdaşlar tərəfindən hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılıb və həmin şəxs xəstəxanaya aparılıb.
ADY bir daha insanları dəmiryol xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır.
24-05-2025, 21:35
"Neftçi" məğlub oldu


"Neftçi" məğlub oldu

Misli Premyer Liqasında sonuncu - XXXVI turun oyununda "Sabah" "Neftçi"yə qalib gəlib.
“Bank Respublika Arena”dakı görüşün taleyini 1 qol həll edib.
Yeganə qolu 64-cü dəqiqədə Cesse Sekidika "ağ-qaralar"ın qapısından keçirib.
"Sabah" 48 xalla turnir cədvəlini beşinci, 43 xala malik "Neftçi" isə altıncı pillədə başa vurub.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" səfərdə "Səbail"i (4:1), "Qarabağ" isə "Şamaxı"nı (1:0) məğlub edib. Tura mayın 25-də yekun vurulacaq.
24-05-2025, 20:42
Ərdoğanla Əhməd əl-Şaraa 1 saat yarım nələrdən danışdılar...


Ərdoğanla Əhməd əl-Şaraa 1 saat yarım nələrdən danışdılar...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla suriyalı həmkarı Əhməd əş-Şaraanın müzakirə etdiyi məsələlər açıqlanıb.
Liderin 1,5 saat davam edən söhbəti zamanı ikitərəfli, regional və qlobal məsələlər barədə fikir mübadiləsi aparılıb.
Ərdoğan Türkiyənin bu günə qədər olduğu kimi, bundan sonra da Suriyanın yanında olmağa davam edəcəyini vurğulayıb.
Görüşdə həmçinin Suriyanın ərazi bütövlüyü məsələsinə də toxunulub və bu amilin qorunmasının, eləcə də ordunun vahid mərkəzdən idarə olunmasının zəruriliyinə diqqət çəkilib.
Ərdoğan Türkiyə ilə Suriya arasında ikitərəfli münasibətlərin və əməkdaşlığın enerji, müdafiə, nəqliyyat başda olmaqda bütün sahələrdə inkişafa davam edəcəyini qeyd edib.
Suriya Prezidenti də Ərdoğana sanksiyaların aradan qaldırılmasında göstərdiyi dəstəyə və səylərə görə təşəkkür edib.
24-05-2025, 20:13
Şuşada “Xarıbülbül” Festivalının açılışı - FOTO


Şuşada “Xarıbülbül” Festivalının açılışı - FOTO

Mayın 24-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada “Xarıbülbül” VIII Beynəlxalq Musiqi Festivalı öz işinə başlayıb.
Azərbaycan Prezidenti İlham Əliyevin “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələrək builki festival dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümünə həsr olunub.
Festivala Cıdır düzündəki açılış konsertində Üzeyir Hacıbəylinin “Ey Vətən” əsəri ilə start verilib. Konsertdə Üzeyir Hacıbəyli ilə, Arif Məlikov, Asəf Zeynallı, Əfrasiyab Bədəlbəyli, Fikrət Əmirov, Qara Qarayev, Müslüm Maqomayev, Niyazi, Oqtay Zülfüqarov, Tofiq Quliyevin əsərləri səslənib.
Bu il də “Xarıbülbül”ə yerli incəsənət xadimləri ilə yanaşı, digər ölkələrdən də musiqi kollektivləri və solo ifaçılar gəlib. Elə festivalın əsas məqsədlərindən biri də mədəni dialoqun inkişafına töhfə vermək, mütəxəssislər arasında fikir mübadiləsini təşviq etmək və gənc musiqiçilərin yaradıcılığını dəstəkləməkdir.
Açılış konsertində səhnəyə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin incəsənət xadimləri çıxıb: Azərbaycandan Afaq Abbasova, Cahangir Novruzov, Əkrəm Poladov, Fatimə Cəfərzadə, Fərhad Bədəlbəyli, Fərid Əliyev, İlahə Rüstəmova, İnara Babayeva, Orxan Hüseynov, Mahir Tağızadə, Murad Adıgözəlzadə, Polad Bülbüloğlu, Yusif Eyvazov,Qazaxıstandan Azamat Jeltırquzov, Türkiyədən Ferda Yetişər, eləcə də rəqqaslar Berfu Elmas (Türkiyə), Dayna Kıdıralıyeva (Qırğızıstan), Ebru Elmas (Türkiyə), Eldiyar Marat oğlu (Qırğızıstan), Mustafa Çagatay Ozmen (Türkiyə), Nurjamal Moldoqaziyeva (Qırğızıstan), həmçinin Azərbaycan Dövlət Rəqs Ansamblı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri və teatrın Balet truppası, Azərbaycan Dövlət Xor Kapellası.
Bu gün Şuşa yenidən dirçəlir. Küçələrində musiqi səslənir, festivallar keçirilir, tarixi binalar bərpa olunur. “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı kimi tədbirlər şəhərin ruhuna yenidən can verir.
Festivalın coşqusu qonaqların baxışlarında, təbəssümlərində hiss olunur.
Azərbaycanın Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalına ailələrin, həmçinin uşaqların da gəlməsindən məmnun olduğunu deyib. Qeyd edib ki, festivalda dahi Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov və digər böyük sənətkarlarımızın səsləndirilən əsərlərini dinləyirlər və bu, böyük sərvətdir.
"Düşünürəm ki, hamı bu gözəl festivaldan razı qaldı. İstərdim ki, xaricdən daha çox insan, tanınmış simalar buraya gəlsinlər, Şuşa ilə tanış olsunlar və görsünlər ki, bura necə bir behiştdir", - deyə F.Bədəlbəyli vurğulayıb.
Azərbaycanın Xalq artisti, Milli Məclisin deputatı Polad Bülbüloğlu bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın qayğısı və tapşırığı ilə bu möhtəşəm festival keçirilir və o, bundan çox xoşbəxtdir.
Polad Bülbüloğlu Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə Şuşada, Cıdır düzündə keçirilən festivalda “Sevgili Canan” romansını ifa etdiyini bildirərək deyib: "Mən indi elə hiss edirəm ki, Bülbülün, Üzeyir Hacıbəylinin və digər böyük sənətkarlarımızın ruhları şad olmalıdır. Onların ruhu 30 il narahat qaldı. Artıq sevinirlər ki, “Xarıbülbül” Festivalı yaşayır və bundan sonra da yaşayacaq”.
Festivalın birinci günü axşam saatlarında isə Şuşanın digər gözəl memarlıq incilərindən biri – Xan qızı Natəvanın sarayının qarşısında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin ifasında “Üzeyir bəy belə deyərdi...” adlı teatr tamaşası nümayiş olunacaq. Tamaşa Üzeyir Hacıbəylinin felyetonlarından ilhamlanaraq hazırlanıb.
Qeyd edək ki, mayın 25-də - festivalın ikinci günü Cıdır düzündə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Polad Bülbüloğlunun konserti olacaq. Orkestrə Murtuza Bülbül dirijorluq edəcək.
Həmin gün Cıdır düzündə Qarabağ Universitetinin İncəsənət fakültəsinin tələbələrinin ifasında Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət konsert də təqdim olunacaq.
Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” Musiqi Festivalı 1989-cu ildən keçirilir. Qarabağ münaqişəsi dövründə əsas konsertlər Ağdamda, Bərdə və Ağcabədidə təşkil edilib. Vətən müharibəsindəki tarixi zəfərimizdən sonra festival yenidən Şuşaya qayıdıb.










����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!