9-cu siniflərin imtahan nəticələri ELAN EDİLDİ .....                        Sumqayıtdakı yanğında fəhlə xəsarət aldı .....                        Sel Bakı-Şamaxı yolunda hərəkəti çətinləşdirdi .....                        Lerikdəki zəlzələdən sonra dağıntı olub? - FHN-dən AÇIQLAMA .....                        Rusiyanın təqdim etdiyi memoranduma Zelenskidən reaksiya .....                        ABŞ Qəzza ilə bağlı qətnaməyə veto qoydu .....                        Selçuk Bayraktardan Azərbaycan paylaşımı .....                        Azərbaycanda zəlzələ - Cənubda bu rayonlar silkələndi .....                        Selçuk Bayraktardan Azərbaycan paylaşımı .....                       
5-10-2024, 13:22
102 tələbəyə Prezident təqaüdü təyin edildi - SİYAHI


102 tələbəyə Prezident təqaüdü təyin edildi - SİYAHI

Prezident İlham Əliyev 2024–2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, 2024–2025-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdü verilir.

Abbaslı Səma Hüseyn qızı

Abbasov Orxan Taleh oğlu

Abdullayeva Rəna Natiq qızı

Ağakişiyeva Aysu Asif qızı

Ağazadə Nərmin Teymur qızı

Axundov Nurlan Saleh oğlu

Bababəyli Semral Aprel qızı

Baxşalıyev Azər Natiq oğlu

Bədəlova Aytac Rasim qızı

Bədəlova Nərgiz Cəlal qızı

Dəmirçiyev Ayxan Ramin oğlu

Elyazov Şükür Şakir oğlu

Eyvazlı Əsmər Elmar qızı

Eyvazov Maarif Seymur oğlu

Eyyubov Samur Şirvan oğlu

Əbilov Ziya Namiq oğlu

Əhmədova Nəzrin Ramil qızı

Əliyev Məhəmməd Vüsal oğlu

Əliyev Ömər İlqar oğlu

Əliyev Turan Anar oğlu

Əliyeva Amalya Tural qızı

Əliyeva Aytac Xəqani qızı

Əlizadə Rəbiyyə Həsən qızı

Əlizadə Ülvi Rövşən oğlu

Əmirov Coşqun Rafiq oğlu

Əsədov Rüfət Raqif oğlu

Əsədullayev Amin Arif oğlu

Əsgərzadə Hikmət Ramin oğlu

Garayzadə Kənan Rafiq oğlu

Gülməliyeva Sevil Rövşən qızı

Gülməmmədov Məhəmməd Akifoviç

Hacıbabayeva Gülafət Anar qızı

Hacıyeva Nuray Hafis qızı

Hacıyeva Zeynəb Hünər qızı

Həbibli Ülvi Vahab oğlu

Həmzəli Suat Zahir oğlu

Həsənli Əsmər Səxavət qızı

Həsənov Fizuli Vüqar oğlu

Həsənzadə Səma Ələsgər qızı

Hüseynli Murad Vidadi oğlu

Hüseynov Elcan Rüfət oğlu

Hüseynov Nurlan Fizuli oğlu

Hüseynova Nuray Emin qızı

Hüseynova Pakizə Namil qızı

Hüseynzadə Nəzrin Fuad qızı

Xəlilzadə Amin Yavər oğlu

Xəlilzadə Əkrəm Samir oğlu

İlyasova Zərifə Elmaz qızı

İsaqov Elvin Ceyhun oğlu

İsmayıllı Kənan Mehman oğlu

Kərimli Qəhrəman Elsevər oğlu

Kərimov Fuad Daşqın oğlu

Qaçabəyova Həlimə Yaşar qızı

Qafarlı İlkin Elçin oğlu

Qafarzadə Zəhra Zaur qızı

Qasımova Fatimə Elxan qızı

Qənbərova İnci Rauf qızı

Qurbanova Ləman Sənan qızı

Mahmudzadə Nihad Mahmud oğlu

Məcidov Əşkəbuz Zamin oğlu

Məhərrəmova Nigar Mübariz qızı

Məhərrəmzadə İlahə Rəşad qızı

Məmmədli Ceyhun Azər oğlu

Məmmədli Fatimə Faiq qızı

Məmmədli Məhəmməd Vaqif oğlu

Məmmədli Murad Gəray oğlu

Məmmədli Röya Əlizamin qızı

Məmmədli Saleh Babək oğlu

Məmmədova Lalə Ramiz qızı

Məmmədzadə Mələk Cabir qızı

Məmmədzadə Şərafət Nüsrət qızı

Mərdanlı Xədicə Sərkər qızı

Miriyeva Nəzrin Miriş qızı

Mirzalıyev Fuad Yaşar oğlu

Muradov Cəlal Murad oğlu

Mustafazadə Afiq Arzu oğlu

Namazov Nihad Ruslan oğlu

Nəsirova Zenfira Rəşadət qızı

Novruzova Şəbnəm Ramin qızı

Nuruyev Elgün Akif oğlu

Orucov Fəxri Faiq oğlu

Rəhimova Səidə Ruhib qızı

Rüstəmli Fidan Ayət qızı

Rüstəmova Validə Elçin qızı

Rzayev Yaqub Aqil oğlu

Sadıqova Aytac Elnur qızı

Salmanov Ayxan Sərdar oğlu

Səfərli Ayişə Bəxtiyar qızı

Səfərli Yunis Elxan oğlu

Səfərova Leyla Abuzər qızı

Səlimova Aysel Ehtiram qızı

Səmədli Pərviz Hafiz oğlu

Süleymanov Nəsib Asif oğlu

Şəkərov Zaur Əvəz oğlu

Şirinli Raul Rəşid oğlu

Şirinov Nicat Seymur oğlu

Tahirli Lalə Cahangir qızı

Vəliməmmədov Fərid Musa oğlu

Vəliyeva Şəms Azər qızı

Yusibov Elşən Səfa oğlu

Yusifov Fərid Güloğlan oğlu

Yusifova Səbinə Vüqar qızı.
5-10-2024, 13:17
Prezident deputatla bağlı sərəncam imzaladı


Prezident deputatla bağlı sərəncam imzaladı

Sabir Kamal oğlu Hacıyev “Şöhrət” ordeni ilə təltif
edilib.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamla S.Hacıyev Azərbaycanın ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə ordenə layiq görülüb.
5-10-2024, 13:13
Heydər Əliyev su anbarına 200 min sazan balığının körpələri buraxıldı


Heydər Əliyev su anbarına 200 min sazan balığının körpələri buraxıldı

Naxçıvan Muxtar Respublikasında (MR) Heydər Əliyev su anbarına 200 min sazan balığının körpələri buraxılıb.
Tədbirdə Naxçıvan MR-in Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbər və işçi heyəti, eləcə də Türkiyənin Naxçıvandakı Baş Konsulu Asip Kaya, digər rəsmi şəxslər və ekokönüllülər iştirak edib.
Məqsəd biomüxtəlifliyin qorunması, su hövzələrinin zənginləşdirilməsi, balıq populyasiyasının artırılması olub.
Bu gün həmçinin Uzunoba su anbarına 50 min sazan balığının körpələri, eyni zamanda Kəklik və Turac quşları təbiətə buraxılacaq.
5-10-2024, 12:59
Cüdoçumuz dünya çempionatının finalında


Cüdoçumuz dünya çempionatının finalında

Azərbaycan cüdoçusu Kənan Nəsibov Tacikistanın paytaxtı Düşənbə şəhərində gənclər arasında keçirilən dünya çempionatında finala vəsiqə qazanıb.
100 kiloqramdan yuxarı çəkidə mübarizə aparan idmançı yarımfinalda Beynəlxalq Cüdo Federasiyasının (IJF) bayrağı altında çıxış edən Arsen Kadjayevə ipponla qalib gəlib. O, qızıl medal uğrunda qarşılaşmada Denis Batçayevlə (IJF) üz-üzə gələcək.
100 kiloqram çəki dərəcəsində çıxış edən Əjdər Bağırov isə yarımfinalda özbəkistanlı Muhammadsodik Sodikova uduzub. O, bürünc medal görüşündə iranlı Ali Reza Niksereştlə qarşılaşacaq.
Qeyd edək ki, hələlik bu dünya çempionatında Azərbaycan millisinin aktivində bir medal var. Ötən gün Süleyman Şükürov (81 kiloqram) 3-cü yeri tutub.
5-10-2024, 12:34
Bazar günü 28 dərəcə isti olacaq


Bazar günü 28 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-18° isti, gündüz 22-26° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsasən şərq rayonlarında arabir güclənəcək.
Havanın temperaturu gecə 14-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 2-7° isti, gündüz 13-18° isti olacaq.
5-10-2024, 12:26
Zəfər xronikası - 5 oktyabrda azad olunan kəndlər


Zəfər xronikası - 5 oktyabrda azad olunan kəndlər

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Şanlı Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

5 oktyabr - müharibənin 9-cu günü

• Azərbaycan Ordusu Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad edib. Prezident İlham Əliyev bu barədə rəsmi twitter səhifəsində paylaşım edib.

• Prezident İlham Əliyev Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibə verib.

• Azərbaycan Ordusunun zərbələri nəticəsində Ağdərə istiqamətində Ermənistan silahlı qüvvələrinin 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 3 tankı məhv edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

• Aprel döyüşlərində düşmənin altı tankını məhv etdiyinə görə “Azərbaycan Bayrağı” ordeninə layiq görülmüş gizir Tahir Misirxanov Vətən müharibəsinin gedişində Ermənistan ordusunun daha 11 zirehli texnikasını sıradan çıxarıb.

• Səhər saatlarında Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələrinin radiolokasiya sistemlərinin texniki vasitələri Ermənistanın Cermuk, Qafan və Berd rayonları ərazisində yerləşən start mövqelərindən Azərbaycan ərazisinə raket buraxılışını qeydə alıb.

• Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən intensiv atəşə tutması nəticəsində oktyabrın 5-i saat 16:00-ya olan məlumata görə, həlak olmuş mülki şəxslərin sayı 25-ə, xəsarət alanların sayı isə 127-yə çatıb. Bundan başqa, 316 evə və 56 mülki obyektə ciddi ziyan dəyib.

• İşğalçı ölkənin silahlı qüvvələri cəbhə bölgəsindən 100 kilometr uzaqlıqdakı Mingəçevir şəhərini raket atəşinə tutub, nəticədə 5 nəfər yaralanıb.

• Müdafiə Nazirliyi işğaldan azad edilmiş Talış kəndinin videogörüntülərini paylaşıb.

• Ermənistan ordusunun Cəbrayıl istiqamətində atıb qaçdığı xeyli sayda silah-sursatı, döyüş və avtomobil texnikası qənimət götürülüb.

• Ermənistan ordusunun bölmələri müharibə cinayətlərini davam etdirərək Ağcabədi, Bərdə, Gəncə və Mingəçevir şəhərlərini, Tərtər rayonunun Əskipara kəndini, Ağdam rayonunun Xındırıstan kəndini və cəbhəyanı ərazilərdəki digər yaşayış məntəqələrini ağır silahlardan və artilleriya qurğularından atəşə tutub. Nəticədə onlarla mülki infrastruktur obyekti sıradan çıxıb, əhalinin əmlakına külli miqdarda ziyan dəyib.
5-10-2024, 12:09
Moskva-Gəncə təyyarəsində halı pisləşən qadın aeroportda öldü


Moskva-Gəncə təyyarəsində halı pisləşən qadın aeroportda öldü

Moskva-Gəncə reysi ilə Azərbaycana gələn sərnişin təyyarədə infarkt keçirib.
Hadisə oktyabrın 4-ü saat 15 radələrində qeydə alınıb.
Gəncə şəhər sakini 1963-cü il təvəllüdlü Kəhriz İmran qızı Həsənovanın halı pisləşib. O, eniş edən təyyarədən endirilsə də, Gəncə Beynəlxalq Hava Limanında vəfat edib.
Hadisə ilə bağlı Gəncə Şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.
5-10-2024, 11:51
Vitse-spiker ilk səfərini Gürcüstana etdi - FOTO


Vitse-spiker ilk səfərini Gürcüstana etdi - FOTO

Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov vitse-spiker kimi ilk səfərini Gürcüstana edib.
O həmkarları ilə birlikdə Gürcüstanın Saqareco rayonunun Yor Muğanlı (Qaraçöp) kəndində Azərbaycanın maliyyə vəsaiti hesabına (SOCAR) yeni inşa olunan uşaq bağçasının istifadəyə verilməsində iştirak edib.
Həmçinin, Baş nazirin dəvəti ilə Tbilisidən Saqarecoya qədər olan 4 zolaqlı Kaxeti şossesinin 85 kilometrlik hissəsinin 35 kilometrlik magistral yolunun açılışında iştirak ediblər.



5-10-2024, 11:46
Cəbrayıldakı məktəbdə pedoqoji heyət formalaşıb - Rəsmi


Cəbrayıldakı məktəbdə pedoqoji heyət formalaşıb - Rəsmi

"Prezidentin izi ilə" ənənəvi media tur iştirakçıları Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəbdə olublar.
Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov jurnalistlərə bildirib ki, ərazisi 2,7 hektar olan məktəbdə 40 sinif otağı və 5 inzibati otaq var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib. Təhsil ocağında kimya, fizika, biologiya laboratoriyaları, texnologiya və informatika otaqları, 4 STEAM otağı, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb. Həmçinin, təhsil ocağının həyətində abadlıq işləri görülüb, futbol, basketbol, voleybol və açıq oyun meydançaları yaradılıb.
Bundan başqa F.Bədəlov məktəbdə pedoqoji heyətin formalaşmasının həyata keçirildiyini də diqqətə çatdırıb: "Sevindirici haldır ki, bütün müəllimlər Cəbrayıl şəhərinə köçürülən və Cəbrayıl rayonu ümumtəhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərdir. Məktəbdə bütün fənlər üzrə ixtisaslı kadrlar çalışır".
Xatırladaq ki, təhsil ocağının təməli 2021-ci il oktyabrın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub.









4-10-2024, 21:20
Təqaüddə olan müəllim intihar etdi


Təqaüddə olan müəllim intihar etdi

Masallı rayonu Dəmirçi kənd sakini Asif Abbaszadə intihar edib.
Asif Abbaszadə uzun müddət Masallı rayonu Dəmirçi kənd ümumi orta məktəbində ibtidai sinif müəllimi işləyib.
İki ildir yaşı ilə əlaqədar təqaüddə olan Asif müəllimin hansı səbəbdən intihar etməsi məlum deyil.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!